20/09/2017 06:06
728 x 90

Ap­rel dö­yüş­lə­rin­dən bir il son­ra Azər­bay­can Er­mə­nis­ta­nı şərt­siz da­nı­şıq­la­ra məc­bur edə bil­di

"Biz bu­nu Azər­bay­can dip­lo­ma­ti­ya­sı­nın bö­yük uğu­ru sa­ya bi­lə­rik"

img

Aq­şin Əli­yev: "Azər­bay­can Or­du­su­nun pro­se­sə ver­di­yi töh­fə­ni də unut­maq  ol­maz"

 

Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti İl­ham Əli­yev Na­zir­lər Ka­bi­ne­ti­nin 2017-ci ilin bi­rin­ci ya­rı­sı­nın so­si­al-iq­ti­sa­di in­ki­şa­fı­nın ye­kun­la­rı­na və qar­şı­da du­ran və­zi­fə­lə­rə həsr olu­nan ic­la­sın­da çı­xı­şı za­ma­nı de­yib ki, Er­mə­nis­tan-Azər­bay­can, Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si ilə bağ­lı bu ilin bi­rin­ci ya­rı­sın­da Azər­bay­ca­nın haq­lı möv­qe­yin­də bir çox irə­li­lə­yiş­lər olub:

"Bu ilin əv­və­lin­də Dağ­lıq Qa­ra­bağ­da­kı se­pa­rat­çı re­ji­min ke­çir­di­yi qon­dar­ma re­fe­ren­dum dün­ya bir­li­yi və bey­nəl­xalq bir­lik­lər tə­rə­fin­dən ta­nın­ma­yıb. Bu­nun­la da bey­nəl­xalq aləm Dağ­lıq Qa­ra­ba­ğı Azər­bay­ca­nın tər­kib his­sə­si ki­mi ta­nı­dı­ğı­nı bir da­ha bə­yan edib.

Bun­dan əla­və, ötən ilin ap­rel ayın­da Er­mə­nis­ta­nın da­nı­şıq­la­rın bər­pa­sı ilə bağ­lı irə­li sür­dü­yü şərt­lər heç bir nə­ti­cə ver­mə­yib. Azər­bay­can və Er­mə­nis­ta­nın xa­ri­ci iş­lər na­zir­lə­ri gö­rü­şüb. Azər­bay­can tə­rə­fin­dən heç bir şərt qə­bul olun­ma­dan da­nı­şıq­lar bər­pa edi­lib. Be­lə­lik­lə, iş­ğal­çı öl­kə məc­bur ola­raq da­nı­şıq­lar ma­sa­sı­na qa­yı­dıb".

Mü­na­qi­şə­nin həl­li ilə bağ­lı təz­yiq­lər ar­tan­da Er­mə­nis­tan hər za­man təx­ri­ba­ta əl atır de­yən Pre­zi­dent İl­ham Əli­yev bil­di­rib ki, bu­nu il­lər ön­cə Er­mə­nis­tan par­la­men­tin­də baş ve­rən ter­ror ak­tı, 2014-cü il­də Pa­ris da­nı­şıq­la­rın­dan son­ra cəb­hə­də və­ziy­yə­tin gər­gin­ləş­mə­si, həm­çi­nin, 2016-cı ilin ap­re­lin­də tə­mas xət­tin­də tö­rə­di­lən təx­ri­ba­tın qar­şı­sı­nın or­du­muz tə­rə­fin­dən la­yi­qin­cə alın­ma­sı da təs­diq­lə­yir.

Pre­zi­den­tin de­di­yi ki­mi, Er­mə­nis­ta­nın Azər­bay­ca­na heç bir şərt qə­bul et­di­rə bil­mə­dən da­nı­şıq­la­rı bər­pa et­mə­si Azər­bay­can dip­lo­ma­ti­ya­sı­nın uğu­ru sa­yı­la bi­lər­mi?

Eks­pert Aq­şin Əli­yev qə­ze­ti­mi­zə açıq­la­ma­sın­da bil­dir­di ki, Er­mə­nis­tan baş­qa çı­xış yo­lu­nun ol­ma­dı­ğı­nı gö­rür: "Mə­lum­dur ki, Er­mə­nis­tan apa­rı­lan sülh da­nı­şıq­la­rı pro­se­sin­də da­im qey­ri-kons­truk­tiv möv­qe tu­tub. Ən baş­lı­ca­sı isə, sta­tus-kvo­nun qo­ru­nub sax­lan­ma­sın­da ma­raq­lı olub. Tə­əs­süf­lər ol­sun ki, uzun müd­dət bu­na na­il ola bi­lib. Azər­bay­can tə­rə­fi isə də­fə­lər­lə bə­yan edir ki, be­lə hal­la ra­zı­la­şan de­yil. Çün­ki bu və­ziy­yət mü­ha­ri­bə­nin də ola­ca­ğı­nı la­büd edir. İs­tə­ni­lən yol­la tor­paq­la­rı iş­ğal­dan azad et­mək öl­kə­mi­zin haq­qı­dır. Ap­rel dö­yüş­lə­ri bir da­ha sü­but et­di ki, Azər­bay­can Or­du­su hər an tor­paq­la­rı­mı­zı iş­ğal­dan azad et­mə­yə qa­dir­dir.  Er­mə­nis­tan hə­min dö­yüş­lər­dən son­ra da­nı­şıq­lar pro­se­si­ni tərk et­di­yi­ni de­di. Yal­nız han­sı­sa şərt­lə­rə əməl olu­na­ca­ğı təq­dir­də pro­se­sə qa­yı­da bi­lə­cə­yi­ni bə­yan edir­di. Xa­ri­ci iş­lər na­zir­lə­ri­nin gö­rü­şü ərə­fə­sin­də ye­ni təx­ri­ba­ta əl ata­raq, mül­ki sa­kin­lə­rin, az­yaş­lı uşa­ğın öl­dü­rü­lə­mə­si­ni re­al­laş­dır­dı. Azər­bay­ca­nın həm cəb­hə xət­tin­də, həm də dip­lo­ma­tik müs­tə­vi­də ca­va­bı sərt ol­du. Bü­tün bu hal­lar Er­mə­nis­ta­nı lər­zə­yə sal­dı və on­lar şərt irə­li sür­mə­dən da­nı­şıq­lar pro­se­si­nə qa­yıt­dı. Tə­bii ki, biz bu­nu Azər­bay­can dip­lo­ma­ti­ya­sı­nın bö­yük uğu­ru sa­ya bi­lə­rik. An­caq hər dip­lo­ma­ti­ya­nın ar­xa­sın­da güc­lü or­du­nun dur­du­ğu­nun da fər­qin­də ol­ma­lı­yıq. Azər­bay­can Or­du­su­nun pro­se­sə ver­di­yi töh­fə­ni də unut­maq ol­maz".

Mə­həm­mə­də­li QƏ­RİB­Lİ

Son xəbərlər