21/07/2017 22:36
728 x 90

Er­mə­nis­tan XİN Əli­ye­vin ən ye­ni dip­lo­ma­tik zər­bə­lə­ri­nə uğur­suz şan­taj cəh­di­lə ca­vab ver­di...

"Pre­zi­dent bu­nu və ya gö­rüş­lə­rin sa­yı­nı nə­zər­də tut­mur"

img

Ye­ga­nə Ha­cı­ye­va: "Şa­varş Kö­çər­ya­nın açıq­la­ma­sın­dan onun nə də­rə­cə­də sa­vad­sız dip­lo­mat ol­du­ğu üzə çı­xır"

 

Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti İl­ham Əli­yev Na­zir­lər Ka­bi­ne­ti­nin 2017-ci ilin bi­rin­ci ya­rı­sı­nın so­si­al-iq­ti­sa­di in­ki­şa­fı­nın ye­kun­la­rı­na və qar­şı­da du­ran və­zi­fə­lə­rə həsr olu­nan ic­la­sın­da çı­xı­şı za­ma­nı Er­mə­nis­ta­nın da­nı­şıq­lar pro­se­si­nə qa­yıt­ma­sın­dan da­nı­şıb.

Pre­zi­dent bil­di­rib ki,  ötən ilin ap­rel ayın­da Er­mə­nis­ta­nın da­nı­şıq­la­rın bər­pa­sı ilə bağ­lı irə­li sür­dü­yü şərt­lər heç bir nə­ti­cə ver­mə­yib: "Azər­bay­can və Er­mə­nis­ta­nın xa­ri­ci iş­lər na­zir­lə­ri gö­rü­şüb. Azər­bay­can tə­rə­fin­dən heç bir şərt qə­bul olun­ma­dan da­nı­şıq­lar bər­pa edi­lib. Be­lə­lik­lə, iş­ğal­çı öl­kə məc­bur ola­raq da­nı­şıq­lar ma­sa­sı­na qa­yı­dıb".

Pre­zi­den­tin bu bə­ya­na­tı Er­mə­nis­tan­da cid­di re­zo­nans do­ğu­rub. Hə­min öl­kə­nin xa­ri­ci iş­lər na­zi­ri­nin müa­vi­ni Şa­varş Kö­çər­yan bil­di­rib ki, Azər­bay­can tə­rə­fi ya ge­dən pro­ses­lə­rin ma­hiy­yə­ti­ni an­la­mır, ya da an­la­maq­da ma­raq­lı de­yil: "Mən Azər­bay­can tə­rə­fi­nin diq­qə­ti­nə Vya­na və Sankt-Pe­ter­burq­da pre­zi­dent­lər sə­viy­yə­sin­də ke­çi­ri­lən gö­rüş­lə­ri çat­dır­maq is­tər­dim. Ap­rel ha­di­sə­lə­rin­dən son­ra xa­ri­ci iş­lər na­zir­lə­ri sə­viy­yə­sin­də isə 4 gö­rüş olub".

Gö­rün­dü­yü ki­mi, er­mə­ni dip­lo­mat bu açıq­la­ma­sı ilə Azər­bay­can Pre­zi­den­ti­nin de­dik­lə­ri­ni tək­zib et­mək is­tə­yib. Onun ca­vab re­ak­si­ya­sı­nı ne­cə xa­rak­te­ri­zə et­mək olar?

Po­li­to­loq Ye­ga­nə Ha­cı­ye­va qə­ze­ti­mi­zə bil­dir­di ki, ap­rel ha­di­sə­lə­rin­dən son­ra tə­rəf­lər ara­sın­da tə­mas­lar olub: "Pre­zi­dent bu­nu və ya gö­rüş­lə­rin sa­yı­nı nə­zər­də tut­mur. Ş.Kö­çər­ya­nın açıq­la­ma­sın­dan onun nə də­rə­cə­də sa­vad­sız dip­lo­mat ol­du­ğu üzə çı­xır. İl­ham Əli­yev gö­rüş­lə­rin sa­yı ilə bağ­lı zid­diy­yət­li bir rə­qəm səs­lən­dir­mə­yib. Əmi­nəm ki, hə­min sa­yı o, Şa­varş­dan da­ha də­qiq bi­lir. Söh­bət Er­mə­nis­ta­nın da­nı­şıq­lar pro­se­si­nə tə­rəf ki­mi qa­yıt­ma­sın­dan ge­dir. Çün­ki Er­mə­nis­tan hə­min ha­di­sə­lər­dən son­ra da­nı­şıq­lar pro­se­si­ni tərk et­di­yi­ni bə­yan et­miş­di. Er­mə­nis­tan ha­ki­miy­yə­ti üçün bu, ye­ni­lik de­yil. On­la­rın rəs­mi­lə­ri tez-tez bir-bi­ri­ni tək­zib edir. Dip­lo­ma­tın açıq­la­ma­sı­nı o qə­bi­lə aid edə bi­lə­rik. Biz pro­se­sin ma­hiy­yə­ti­ni an­la­dı­ğı­mız üçün be­lə bə­ya­nat ve­ri­rik. Mə­sə­lə­nin də­rin ma­hiy­yə­tin­dən Er­mə­nis­ta­nın xə­bə­ri ol­ma­dı­ğı üçün, be­lə mə­su­liy­yət­siz bə­ya­nat­lar ve­rir­lər. Xa­ri­ci iş­lər na­zir­lə­ri­nin son tə­ma­sı həm­sədr­lə­rin va­si­tə­çi­li­yi­lə baş tu­tub və bir­ba­şa sülh da­nı­şıq­la­rı pro­se­si­nin da­va­mı ki­mi nə­zər­də tu­tu­lub. Hə­min gö­rü­şün ye­kun nə­ti­cə­si ola­raq öl­kə baş­çı­la­rı­nın da ya­xın za­man­lar­da gö­rü­şə­cə­yi­nə da­ir ra­zı­laş­ma­ya gə­li­nib. Bü­tün bun­lar sü­but edir ki, Er­mə­nis­tan əv­vəl ver­di­yi bə­ya­nat­la­rı­nın üs­tün­də du­ra bil­mə­yib. Am­ma da­nı­şıq­la­rın bər­pa olun­ma­sı heç də hər şe­yin həl­li an­la­mı­na gəl­mir. Növ­bə­ti mər­hə­lə­də hə­min öl­kə­yə təz­yiq­lə­ri ar­tır­maq la­zım­dır ki, kons­truk­tiv möv­qe­yə gəl­sin".

Mə­həm­mə­də­li QƏ­RİB­Lİ

Son xəbərlər