20/09/2017 05:59
728 x 90

Çin qlo­bal xa­ri­ci hər­bi si­ya­sə­ti­ni də­yiş­mək is­ti­qa­mə­tin­də ilk ad­dı­mı at­dı...

"Çin son ad­dım­la­rı ilə im­pe­ria­list ma­raq­la­rı­nın ol­du­ğu­nu bü­ru­zə ve­rir"

img

Qa­bil Hü­seyn­li: "ABŞ re­gi­on öl­kə­lə­ri­ni bu­na eti­raz et­mə­yə sövq et­sə də, heç bir nə­ti­cə əl­də olun­ma­yıb"

 

Çin öl­kə hü­dud­la­rın­dan kə­nar­da fəa­liy­yət gös­tə­rə­cək ilk hər­bi ba­za­sı­na gə­mi­lə­ri yo­la sa­lıb. Ci­bu­ti­də fəa­liy­yət gös­tə­rə­cək ba­za əsa­sən Yə­mən və So­ma­li­də sülh­mə­ram­lı və hu­ma­ni­tar mis­si­ya­lar ye­ri­nə ye­ti­rən gə­mi­lə­rin ya­na­caq­la tə­min olun­ma­sı­nı hə­ya­ta ke­çi­rə­cək. Ba­za­da nə qə­dər hərb­çi­nin yer­ləş­di­ri­lə­cə­yi ba­rə­də mə­lu­mat ve­ril­mə­yib.

Qeyd olu­nur ki, Çin ilk xa­ri­ci hər­bi ba­za­nın ti­kin­ti­si­nə ke­çən il baş­la­yıb.

Çi­nin bu ad­dı­mı hə­min öl­kə­nin dün­ya si­ya­sə­tin­də­ki gə­lə­cək möv­qe­yi­nə ne­cə tə­sir edə­cək?

Po­li­to­loq Qa­bil hü­seyn­li qə­ze­ti­mi­zə bil­dir­di ki, dün­ya­nın hər­bi və iq­ti­sa­di ba­xım­dan nə­həng öl­kə­lə­ri­nin ha­mı­sı xa­ric­də hər­bi ba­za­lar qur­maq­da ma­raq­lı­dır: "Çin iq­ti­sa­di cə­hət­dən çox di­na­mik in­ki­şaf edir. Hə­min öl­kə­nin dün­ya­nı fəth et­mək stra­te­gi­ya­sı iq­ti­sa­di qüd­rət­lən­mə­yə əsas­la­nır­dı. Pe­ki­nin hə­də­fi bun­dan iba­rət idi ki, bü­tün dün­ya­nı iq­ti­sa­di cə­hət­dən ası­lı və­ziy­yə­tə sal­sın. An­caq bu­na cid­di ma­neə­lə­rin ya­ra­dıl­dı­ğı­nı gö­rən­də, hər­bi sa­hə­də də irə­li­lə­mə­yi la­zım bi­lib. Çin son ad­dım­la­rı ilə im­pe­ria­list ma­raq­la­rı­nın ol­du­ğu­nu bü­ru­zə ve­rir.

Çi­nin öl­kə sər­həd­lə­ri xa­ri­cin­də ilk hər­bi ba­za­sı­nı Ci­bu­ti­də qur­maq is­tə­mə­si ba­rə­də in­for­ma­si­ya­nın ya­yıl­ma­sı ABŞ tə­rə­fin­dən sərt qar­şı­la­nıb. Hə­lə bir ne­çə il əv­vəl Çin mət­bua­tı ya­zır­dı ki, Ci­bu­ti ha­ki­miy­yə­ti Obok hər­bi ba­za­sı­nın bo­şal­dıl­ma­sı ba­rə­də ABŞ-a tə­li­mat ve­rib. İd­dia­la­ra gö­rə, ABŞ əs­gər­lə­ri ba­za­nı bo­şal­da­ca­ğı hal­da ba­za­ya Çin or­du­su yer­ləş­di­ri­lə­cək. Çi­nin Af­ri­ka­nın şər­qin­də - Qır­mı­zı də­ni­zin sa­hi­lin­də­ki Ci­bu­ti­də 10 min hərb­çi­ni yer­ləş­di­rə­cə­yi bil­di­ri­lir.

Efio­pi­ya­nın pay­tax­tı Əd­dis-Əbə­bə­dən Ci­bu­ti­yə qə­dər uza­nan 3 mil­yard dol­lar­lıq də­mir yo­lu xət­ti­ni in­şa edən Çin, həm­çi­nin, 400 mil­yon dol­lar­lıq sər­ma­yə ilə Obok li­ma­nı­nı ye­ni­lə­yib. Çin bu­ra­da hər­bi qüv­və yer­ləş­dir­mək­lə Şər­qi Af­ri­ka­da stra­te­ji möv­qe qa­zan­maq niy­yə­tin­də­dir.

Ve­ri­lən mə­lu­mat­la­ra gö­rə, ABŞ Çi­nin Ci­bu­ti ilə ya­xın­laş­ma­sı­nı diq­qət­lə iz­lə­yir. ABŞ-ın Ci­bu­ti­də­ki 2 hər­bi ba­za­sın­da 4 min əs­gə­ri var və bu ba­za­lar­dan an­ti­ter­ror əmə­liy­yat­la­rın­da is­ti­fa­də edi­lir.

Çin, həm­çi­nin, Sa­kit oke­an höv­zə­sin­də sü­ni ada­lar ya­rat­maq­la hə­min ak­va­to­ri­ya­nı öz nə­za­rə­ti­nə ke­çi­rir. ABŞ re­gi­on öl­kə­lə­ri­ni bu­na eti­raz et­mə­yə sövq et­sə də, heç bir nə­ti­cə əl­də olun­ma­yıb. Ha­zır­da Çin hə­min əra­zi­də 3 ada ya­ra­dıb".

Mə­həm­mə­də­li QƏ­RİB­Lİ

Son xəbərlər