20/09/2017 06:05
728 x 90

Azər­bay­can subs­tan­tiv da­nı­şıq­lar mə­sə­lə­sin­də Er­mə­nis­ta­nı çı­xıl­maz da­la­na di­rə­di...

img

Hər­bi müs­tə­vi­də Er­mə­nis­tan­dan ki­fa­yət qə­dər güc­lü olan Azər­bay­can Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si­nin sülh yo­lu ilə həl­li­ni tap­ma­sı­na ümid­lə­ri­ni hə­lə tam üz­mə­yib. Elə bu sə­bəb­dən rəs­mi Ba­kı mə­sə­lə­nin dinc müs­tə­vi­də tən­zim­lən­mə­si üçün qar­şı tə­rəf­lə da­nı­şıq­lar apar­ma­ğı məq­bul sa­yır. Am­ma mə­sə­lə­nin ma­raq­lı tə­rəf­lə­rin­dən bi­ri də odur ki, Azər­bay­ca­nın bu hu­ma­nist möv­qe­yi­ni Er­mə­nis­tan­da ha­ki­miy­yət­də olan hər­bi xun­ta re­ji­mi hə­lə də an­la­maq­da çə­tin­lik çə­kir. Elə bu sə­bəb­dən er­mə­ni tə­rə­fi ya cəb­hə­də təx­ri­bat­lar tö­rə­dir, ya da da­nı­şıq­lar pro­se­sin­dən ya­yın­ma­ğa ça­lı­şır.

Cəb­hə təx­ri­bat­la­rı isə er­mə­ni­lə­rə ge­də­rək da­ha ba­ha ba­şa gə­lir. Çün­ki hər be­lə təx­ri­bat­da düş­mən həm hərb­çi­lə­ri­ni, həm də tex­ni­ka­sı­nı iti­rir. Bu hal Er­mə­nis­ta­nın özün­də ar­tıq Serj Sar­kis­yan ha­ki­miy­yə­ti­nə qar­şı cid­di eti­raz­lar ya­ra­dıb. Da­nı­şıq­lar­dan ya­yın­maq mə­sə­lə­sin­də də er­mə­ni tə­rə­fi özü­nü, be­lə de­mək olar­sa, da­ha mis­kin və məğ­lub və­ziy­yə­tə sa­lır. İlk növ­bə­də ona gö­rə ki, bu­nun­la dün­ya ic­ti­ma­iy­yə­ti Er­mə­nis­ta­nın Qa­ra­bağ mə­sə­lə­sin­də tə­ca­vüz­kar si­ya­sə­ti­nin ma­hiy­yə­ti­ni da­ha ay­dın şə­kil­də gö­rür. Di­gər tə­rəf­dən, be­lə və­ziy­yət­də Azər­bay­can dip­lo­ma­tik müs­tə­vi­də Er­mə­nis­ta­na təz­yiq­lə­ri ar­tır­maq üçün əla­və ma­nevr im­kan­la­rı da qa­zan­mış olur. Elə bu­nun nə­ti­cə­sin­də Er­mə­nis­tan tə­rə­fi, is­tə­mə­sə be­lə, son­da ye­ni­dən da­nı­şıq­lar ma­sa­sı­na qa­yı­dır və ya qay­ta­rı­lır. Bu hal da Azər­bay­can üçün dip­lo­ma­tik uğur, qə­lə­bə he­sab edi­lir. Ye­ri gəl­miş­kən qeyd edək ki, Na­zir­lər Ka­bi­ne­ti­nin 2017-ci ilin bi­rin­ci ya­rı­sı­nın so­si­al-iq­ti­sa­di in­ki­şa­fı­nın ye­kun­la­rı­na və qar­şı­da du­ran və­zi­fə­lə­rə həsr olu­nan ic­la­sın­da Pre­zi­dent İl­ham Əli­yev bu xü­sus­da ma­raq­lı fi­kir­lər səs­lən­dir­di: "Bi­lir­si­niz ki, ap­rel ha­di­sə­lə­rin­dən son­ra Er­mə­nis­tan da­nı­şıq­la­rın bər­pa edil­mə­si üçün bir ne­çə şərt qo­yur­du və bu­nu açıq şə­kil­də bə­yan edir­di. Mən o vaxt ye­nə də gö­rür­düm, bi­lir­dim ki, bu növ­bə­ti ax­maq­lıq­dır. Çün­ki gec-tez on­lar da­nı­şıq­lar ma­sa­sı­na qa­yı­da­caq­lar, sa­də­cə ola­raq, öz­lə­ri­ni ol­ma­yan hör­mət­dən növ­bə­ti də­fə sa­la­caq­lar. Be­lə də ol­du. İyu­lun 11-də Azər­bay­can və Er­mə­nis­tan xa­ri­ci iş­lər na­zir­lə­ri gö­rü­şüb­lər. Da­nı­şıq­lar pro­se­si bər­pa edi­lib, heç bir şərt Azər­bay­can tə­rə­fin­dən qə­bul edil­mə­yib, da­nı­şıq­lar pro­se­si qeyd-şərt­siz bər­pa edi­lib­dir.

Bu bi­zim möv­qe­yi­miz­dir, biz hə­mi­şə de­mi­şik ki, be­lə ol­ma­lı­dır. Bu, Minsk Qru­pu­nun həm­sədr öl­kə­lə­ri­nin də möv­qe­yi­dir. Ona gö­rə iş­ğal­çı­nı məc­bur et­di­lər və o, da­nı­şıq­lar ma­sa­sı­na qa­yı­dıb. İn­di mə­sə­lə on­dan iba­rət­dir ki, tez­lik­lə subs­tan­tiv, yə­ni mə­na­lı, kon­kret da­nı­şıq­lar bər­pa edil­mə­li­dir. Da­nı­şıq­lar nə­ti­cə­sin­də tor­paq­la­rı­mız iş­ğal­dan azad edil­mə­li­dir, Azər­bay­ca­nın əra­zi bü­töv­lü­yü bər­pa olun­ma­lı­dır. Bi­zim möv­qe­yi­miz bun­dan iba­rət­dir. Bun­dan kə­nar­da heç bir həll yo­lu müm­kün de­yil. O ki qal­dı da­nı­şıq­la­rın pers­pek­tiv­lə­ri­nə, bir da­ha de­mək is­tə­yi­rəm ki, da­nı­şıq­lar bər­pa edi­lir, bu müs­bət hal­dır. İn­di əsas və­zi­fə tez­lik­lə mə­sə­lə­ni həll et­mək­dir ki, Azər­bay­ca­nın əra­zi bü­töv­lü­yü bər­pa edil­sin. Əmi­nəm ki, be­lə də ola­caq. Azər­bay­ca­nın əra­zi bü­töv­lü­yü heç vaxt da­nı­şıq­lar möv­zu­su ol­ma­yıb və ol­ma­ya­caq". Be­lə­lik­lə, səs­lə­nən fi­kir­lər­dən ay­dın gö­rü­nür ki, Er­mə­nis­tan da­nı­şıq­lar ma­sa­sı­na qay­ta­rı­lıb və düş­mən is­tə­sə be­lə, sülh pro­se­sin­dən ya­yı­na bil­mir. İn­di baş­lı­ca və­zi­fə ye­ni da­nı­şıq­lar­da Er­mə­nis­ta­nı kons­truk­tiv möv­qe­yə va­dar et­mək­dir. Si­ya­si təh­lil­çi­lər bil­di­rir ki, da­nı­şıq­lar ma­sa­sı­na qay­ta­rı­lan Er­mə­nis­ta­na prob­le­min həl­li is­ti­qa­mə­tin­də də re­al ad­dım­lar at­ma­sı üçün cid­di təz­yiq­lə­rin gös­tə­ril­mə­si ta­ma­mi­lə müm­kün­dür. Ru­si­ya İc­ti­mai Pa­la­ta­sı­nın üz­vü, Ru­si­ya pre­zi­den­ti­nin sə­la­hiy­yət­li nü­ma­yən­də­si, po­li­to­loq Ser­gey Mar­kov da "mos­cow-ba­ku" por­ta­lı­na açıq­la­ma­sın­da Er­mə­nis­ta­na be­lə təz­yiq­lə­ri müm­kün sa­yır: "Azər­bay­can Er­mə­nis­ta­na və ATƏT-in Minsk Qru­pu­nun həm­sədr­lə­ri­nə subs­tan­tiv da­nı­şıq­la­rın apa­rıl­ma­sı ilə bağ­lı təz­yiq gös­tə­rir. Ba­kı­nın bu təz­yi­qi Al­xan­lı­da 2 yaş­lı Zəh­ra və nə­nə­si­nin er­mə­ni hər­bi bir­ləş­mə­lə­ri tə­rə­fin­dən qət­lə ye­ti­ril­mə­sin­dən son­ra güc­lən­di".

Onun söz­lə­ri­nə gö­rə, Azər­bay­can mü­na­qi­şə­nin həll olun­ma­ma­sın­dan ar­tıq yo­ru­lub: "Ba­kı­nın təz­yiq­lə­ri qar­şı­sın­da həm­sədr­lər Er­mə­nis­tan rəh­bər­li­yin­dən məz­mun­lu da­nı­şıq­la­ra baş­la­ma­ğı tə­ləb edir. Er­mə­nis­tan­da hiss olu­nan na­ra­hat­lıq­lar da bu təz­yiq­lə bağ­lı­dır". Mar­kov Brüs­sel gö­rü­şün­dən son­ra ha­di­sə­lə­rin in­ki­şa­fı­nı be­lə proq­noz­laş­dı­rır: "He­sab edi­rəm ki, ya­xın gün­lər­də Er­mə­nis­tan Mil­li Təh­lü­kə­siz­lik Şu­ra­sı­nın ic­la­sı ke­çi­ri­lə­cək və mü­na­qi­şə­nin həll olun­ma­sı­na he­sab­lan­mış subs­tan­tiv da­nı­şıq­la­ra baş­la­maq­la bağ­lı qə­rar qə­bul edi­lə­cək". Ru­si­ya­lı po­li­to­loq qeyd edib ki, na­zir­lə­rin gö­rü­şün­dən son­ra Azər­bay­can və Er­mə­nis­tan pre­zi­dent­lə­ri­nin gö­rüş­mə­si eh­ti­ma­lı yük­sək­dir: "La­kin o da is­tis­na de­yil ki, pre­zi­dent­lə­rin gö­rü­şün­də Er­mə­nis­tan tə­rə­fi qey­ri-kons­truk­tiv möv­qe­ni da­vam et­dir­sin. Be­lə ola­caq­sa, Azər­bay­can məz­mun­lu da­nı­şıq­lar üçün təz­yi­qi­ni da­ha da ar­tı­ra­caq". Bu­ra­da onu da qeyd edək ki, Er­mə­nis­ta­nın ya­yın­maq is­tə­di­yi subs­tan­tiv da­nı­şıq­lar mü­na­qi­şə­nin mər­hə­lə­li şə­kil­də həl­li mə­sə­lə­si­nin mü­za­ki­rə­si­ni özün­də eh­ti­va edir.

Qar­şı tə­rə­fin da­nı­şıq­lar pro­se­si­nə qa­tıl­ma­ğa məc­bur edil­mə­si fo­nun­da er­mə­ni­lə­rin sülh pro­se­sin­dən yay­nı­ma­sı müm­kün­süz sa­yı­lır və is­tis­na olun­mur ki, bu ge­diş­lə prob­le­min dinc müs­tə­vi­də həl­li üçün han­sı­sa ye­ni­lik­lər də ol­sun. Bu­nu er­mə­ni po­li­to­loq Man­vel Sar­kis­yan na­zir­lə­rin Brüs­sel gö­rü­şü­nü şərh edər­kən təs­diq edib. O, Azər­bay­ca­nın Er­mə­nis­ta­na təz­yiq­lər si­ya­sə­ti­nin rəs­mi Ba­kı üçün nə­ti­cə­lər ver­di­yi­ni də xü­su­si ola­raq vur­ğu­la­yır: "Azər­bay­can hər­bi dip­lo­ma­ti­ya ilə bi­zi sı­xır və bu təz­yiq il­lər bo­yun­ca da­vam edir". Onun söz­lə­ri­nə gö­rə, Azər­bay­can Qa­ra­bağ­da sta­tus-kvo­nu də­yiş­mək üçün hər­bi dip­lo­ma­ti­ya­dan is­ti­fa­də edir və bu­nu giz­lət­mir: "Ba­kı­nın məq­sə­di mü­na­qi­şə­nin don­du­rul­muş və­ziy­yət­də qal­ma­ma­sı­dır, çün­ki bu, sta­tus-kvo­nun möh­kəm­lən­mə­si de­mək­dir". Sar­kis­yan qeyd edib ki, Er­mə­nis­tan si­ya­sət­çi­lə­ri sə­riş­tə­siz­dir: "Bi­zim sə­riş­tə­siz­li­yi­miz uc­ba­tın­dan Azər­bay­can bey­nəl­xalq aləm­də cid­di nə­ti­cə­lər əl­də edir. Bi­zim si­ya­sət­çi­lər isə müx­tə­lif bə­ha­nə­lər­lə öz­lə­ri­nə bə­ra­ət qa­zan­dı­rır. Gö­rü­nən bu­dur ki, Azər­bay­can hər­bi dip­lo­ma­ti­ya­nın bəh­rə­si­ni gö­rür, bu­na gö­rə də Er­mə­nis­ta­nın sı­xış­dı­rıl­ma­sı pro­se­si­ni da­vam et­di­rə­cək. Biz Azər­bay­ca­nın bu ba­ca­rıq­lı dip­lo­ma­ti­ya­sı­nı ney­tral­laş­dı­ra bil­mi­rik. Ək­si­nə, bi­zim sə­riş­tə­siz si­ya­sə­ti­miz Azər­bay­ca­na xe­yir gə­ti­rir. Fak­ti­ki ola­raq, biz Azər­bay­ca­nın qar­şı­sın­da da­ya­na bil­mi­rik".

Be­lə­lik­lə, Azər­bay­ca­nın fə­al dip­lo­ma­ti­ya­sı ilə Er­mə­nis­tan sö­zün əsl mə­na­sın­da da­la­na di­rən­miş və­ziy­yət­də­dir. Er­mə­nis­tan da­nı­şıq­lar pro­se­sin­dən is­tə­sə də ya­yı­na bil­mir. Bu ara­da bir mə­qa­mı da xa­tır­la­daq ki, Azər­bay­can və Er­mə­nis­tan xa­ri­ci iş­lər na­zir­lə­ri­nin Brüs­sel­də ke­çi­ril­miş gö­rü­şün­də Minsk Qru­pu­nun həm­sədr­lə­ri tə­rə­fin­dən xa­ri­ci iş­lər na­zir­lə­ri­nin bu il BMT Baş Məc­li­si­nin ses­si­ya­sı çər­çi­və­sin­də gö­rü­şü­nün ke­çi­ril­mə­si tək­lif edi­lib. Er­mə­nis­ta­nın möv­qe­yi bəl­li ol­ma­sa da, Azər­bay­can tə­rə­fi bu tək­li­fə ra­zı­lı­ğı­nı bil­di­rib. Bun­dan əla­və, həm­sədr­lər tə­rə­fin­dən Azər­bay­can və Er­mə­nis­tan pre­zi­dent­lə­ri­nin gö­rü­şü ba­rə­sin­də tək­lif də, re­al tək­lif­lər ola­ca­ğı təq­dir­də, rəs­mi Ba­kı tə­rə­fin­dən müs­bət qar­şı­la­na­caq. Xa­tır­la­daq ki, pre­zi­dent­lə­rin gö­rü­şü­nün baş tut­ma­sı­na həm­sədr öl­kə­lər də in­di xü­su­si ma­raq gös­tə­rir. Fran­sa­nın Er­mə­nis­tan­da­kı sə­fi­ri Jan-Fran­sua Şar­pan­tye bu­nun­la bağ­lı bil­di­rir: "Bi­zim ya­naş­ma­mız be­lə­dir: biz döv­lət baş­çı­la­rı ara­sın­da bir­ba­şa və mü­tə­ma­di dia­lo­qun apa­rıl­ma­sı­nın tə­rəf­da­rı­yıq. Bu­na gö­rə xa­ri­ci iş­lər na­zir­lə­ri ara­sın­da bu ya­xın­lar­da ke­çi­ri­lən gö­rü­şü al­qış­la­yı­rıq. Də­fə­lər­lə söy­lə­mi­şik ki, mü­na­qi­şə an­caq da­nı­şıq­lar yo­lu ilə, mü­tə­ma­di dia­loq va­si­tə­si­lə ni­zam­la­na bi­lər". Dip­lo­ma­tın söz­lə­ri­nə gö­rə, yal­nız xa­ri­ci iş­lər na­zir­lə­ri ara­sın­da gö­rüş­lər­lə ki­fa­yət­lən­mək ol­maz, döv­lət baş­çı­la­rı­nın gö­rü­şü­nün təş­kil edil­mə­si zə­ru­ri­dir: "So­nun­cu gö­rüş bu­na kö­mək edə bi­lər və növ­bə­ti gö­rüş­lə­rin baş tut­ma­sı üçün fə­al iş­lə­mək la­zım­dır".

Qeyd olun­du­ğu ki­mi, Azər­bay­can nə­ti­cə­si olan gö­rüş­lər­də ma­raq­lı­dır və be­lə gö­rüş­lər­də iş­ti­ra­ka da hər za­man ha­zır ol­du­ğu­nu bə­yan edir. İn­di pro­ses­də bü­tün mə­su­liy­yət Er­mə­nis­tan tə­rə­fi­nin üzə­ri­nə dü­şür. Er­mə­nis­ta­nın əs­lin­də da­nı­şıq­la­ra qa­tı­lıb mə­sə­lə­nin həl­lin­də əmə­li ad­dım­lar at­ma­sı üçün ye­ni təz­yiq­lər­lə üz­ləş­di­yi mü­şa­hi­də olu­nur. Elə Azər­bay­can da ha­di­sə­lə­rin məhz bu səp­ki­də in­ki­şa­fı­nı is­tə­yir. O da ay­dın­dır ki, Er­mə­nis­tan ye­nə son an­da da­nı­şıq­lar­da qey­ri-kons­truk­tiv möv­qe nü­ma­yiş et­dir­sə, ya­xud üzə­ri­nə gö­tür­dü­yü öh­də­li­yi ye­ri­nə ye­tir­mək­dən qaç­sa, Azər­bay­can güc va­ri­an­tın­dan is­ti­fa­də et­mək məc­bu­riy­yə­tin­də qa­la­caq. Ye­nə də Na­zir­lər Ka­bi­ne­ti­nin 2017-ci ilin bi­rin­ci ya­rı­sı­nın so­si­al-iq­ti­sa­di in­ki­şa­fı­nın ye­kun­la­rı­na və qar­şı­da du­ran və­zi­fə­lə­rə həsr olu­nan ic­la­sın­da bu mə­sə­lə ilə bağ­lı  Pre­zi­dent İl­ham Əli­yev düş­mə­nə sərt xə­bər­dar­lıq edib: "Hə­mi­şə ol­du­ğu ki­mi, biz bu il də hər­bi po­ten­sia­lı­mı­zın güc­lən­di­ril­mə­si­nə bö­yük diq­qət gös­tər­mi­şik. Ye­ni si­lah­lar, ən müa­sir tex­ni­ka alı­nır. Özü də biz tex­ni­ka­nı, si­lah­la­rı, ən müa­sir ava­dan­lı­ğı müx­tə­lif öl­kə­lər­dən alı­rıq və on­la­rın bir his­sə­si ar­tıq gə­lir, bir his­sə­si isə gə­lə­cək­dir. Bu bi­zim hər­bi po­ten­sia­lı­mı­zı da­ha da ar­tı­ra­caq. Bu gü­nün özün­də biz iş­ğal edil­miş tor­paq­lar­da is­tə­ni­lən hə­də­fi məhv edə bi­lə­rik. Am­ma biz öz hər­bi po­ten­sia­lı­mı­zı da­ha da güc­lən­dir­mə­li­yik. Bu­na eh­ti­yac var və bu­na bi­zim im­kan­la­rı­mız ça­tır. Yox­sul Er­mə­nis­tan­dan fərq­li ola­raq, biz bü­tün hər­bi tex­ni­ka­nı öz he­sa­bı­mı­za alı­rıq və Azər­bay­can­da da bu tex­ni­ka­nı is­teh­sal edi­rik".

Ay­dın­dır ki, bü­tün bun­lar­dan Er­mə­nis­ta­nın, ne­cə de­yər­lər, dərs çı­xar­ma­sı va­cib­dir. İn­di­lik­də Azər­bay­can da­nı­şıq­la­rı Vya­na­da və Sankt-Pe­ter­burq­da əl­də olu­nan ra­zı­laş­ma­la­ra, yə­ni iş­ğal al­tın­da­kı Azər­bay­can tor­paq­la­rı­nın bo­şal­dıl­ma­sı və məc­bu­ri köç­kün­lə­rin qay­ta­rıl­ma­sı­na doğ­ru yö­nəlt­mə­yə ça­lı­şır. Bu mə­sə­lə­də Minsk Qru­pu­nun həm­sədr­lə­ri də Azər­bay­ca­nın möv­qe­yi­ni dəs­tək­lə­yir. İn­di ya­ran­mış və­ziy­yət­də Er­mə­nis­tan üzə­ri­nə dü­şən mə­su­liy­yə­ti dərk edə­rək Qa­ra­bağ konf­lik­ti­nin çö­zü­mü is­ti­qa­mə­tin­də ar­tıq re­al ad­dım­lar at­ma­lı­dır. Əks hal­da, yu­xa­rı­da qeyd olun­du­ğu ki­mi, Azər­bay­can Qa­ra­bağ mü­na­qi­şə­si­ni si­lah gü­cü­nə həll et­mək məc­bu­riy­yə­tin­də qa­la­caq.

Na­hid SA­LA­YEV

Ya­zı Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti ya­nın­da Küt­lə­vi İn­for­ma­si­ya Va­si­tə­lə­ri­nin İn­ki­şa­fı­na Döv­lət Dəs­tə­yi Fon­du­nun ma­liy­yə dəs­tə­yi­lə çap olu­nur.

Son xəbərlər