21/11/2017 21:18
728 x 90

Ən mö­tə­bər bey­nəl­xalq təş­ki­lat­lar er­mə­ni or­du­su­nun 4 iyul təx­ri­ba­tı­nın ma­hiy­yə­ti­ni an­la­dı...

"Şüb­hə­siz ki, bu təb­li­ğa­tın Azər­bay­can üçün bö­yük fay­da­sı ola­caq"

img

Ar­zu Na­ğı­yev: "Ar­tıq biz dün­ya­nın ic­ti­mai rə­yi­nə Er­mə­nis­ta­nın mül­ki əha­li­ni hə­də­fə al­dı­ğı­nı, xü­su­si­lə də uşaq qa­ti­li ol­du­ğu­nu ye­ri­də bil­mi­şik"

 

Er­mə­nis­tan or­du­su­nun 4 iyul ge­cə­si iş­ğal al­tın­da­kı əra­zi­lər­dən aç­dı­ğı atəş nə­ti­cə­sin­də Al­xan­lı kən­din­də  Azər­bay­ca­nın bi­ri uşaq, di­gə­ri qa­dın ol­maq­la, iki dinc və­tən­da­şı­nın qət­lə ye­ti­ril­mə­si dün­ya miq­ya­sın­da da bö­yük re­zo­nans do­ğur­du.

Rəs­mi Ba­kı tək­cə tə­mas xət­ti bo­yun­ca düş­mə­ni sus­dur­maq­la ki­fa­yət­lən­mir, bü­tün is­ti­qa­mət­lər­də təb­li­ğat mü­ha­ri­bə­si apa­rır.

Al­xan­lı qət­lia­mın­dan son­ra Mins­kdə ke­çi­ri­lən ATƏT PA-nın ses­si­ya­sın­da Azər­bay­ca­na qar­şı qət­na­mə­nin qə­bu­lu üçün Er­mə­nis­tan tə­rə­fi çox ça­lış­sa da, son nə­ti­cə­də bu­na na­il ol­ma­dı, sə­nəd rədd edil­di. Həm­çi­nin NA­TO, AŞ­PA ki­mi qu­rum­lar­da da Er­mə­nis­ta­nın son hə­rə­kə­ti kəs­kin qı­na­nıl­dı.

Bu mə­na­da he­sab olu­nur ki, Er­mə­nis­ta­nın bu şə­kil­də qı­na­ğa tuş gəl­mə­si Azər­bay­can dip­lo­ma­ti­ya­sı­nın uğur­lu fəa­liy­yə­ti­nin nə­ti­cə­si­dir.

Gə­lə­cək­də bu­nun han­sı fay­da­sı­nı gö­rə bi­lə­cə­yik?

Si­ya­si şərh­çi Ar­zu Na­ğı­yev he­sab edir ki, Al­xan­lı kən­din­də dinc əha­li­nin vəh­şi­lik­lə qət­lə ye­ti­ril­mə­sin­dən son­ra Azər­bay­can tə­rə­fin­dən er­mə­ni­lər əley­hi­nə apa­rı­lan təb­li­ğat öz bəh­rə­si­ni ve­rib: "Bu­ra­da Azər­bay­can dip­lo­ma­ti­ya­sı­nın, me­dia­nın, so­si­al şə­bə­kə­də ya­ra­dı­lan qrup­la­rın və qey­ri-hö­ku­mət təş­ki­lat­la­rı­nın, tə­bii ki, sa­də azər­bay­can­lı­la­rın ro­lu­nu məx­su­si qeyd et­mək la­zım­dır. De­mək olar ki, Azər­bay­can­da olan xa­ri­ci döv­lət­lə­rin sə­fir­lik­lə­ri­nin hər­bi at­ta­şe­lə­ri­nin ha­di­sə ye­rin­dən bir­ba­şa er­mə­ni­lə­rə xi­ta­bən ver­di­yi bə­ya­nat­lar çox mü­hüm əhə­miy­yət kəsb edir­di. Yə­ni er­mə­ni­lə­rin sax­ta ar­qu­ment ki­mi or­ta­ya qoy­ma­ğa ça­lış­dı­ğı mül­ki ob­yekt­lə­rə ya­xın yer­lər­də hər­bi tex­ni­ka­nın yer­ləş­di­ril­mə­si mi­fi da­ğıl­dı. Məhz bun­dan son­ra mo­ni­to­rinq apa­ran ATƏT və həm­sədr­lər er­mə­ni­lə­ri qı­na­yan bə­ya­nat­la çı­xış et­di­lər".

A.Na­ğı­yev he­sab edir ki, be­lə bir si­tua­si­ya­da Azər­bay­can tə­rə­fi­nin əra­zi­lə­ri­miz­də an­ti­ter­ror əmə­liy­yat­la­rı ke­çir­mə­si müm­kün­dür və heç bir bey­nəl­xalq təş­ki­lat bu­nun qar­şı­sı­nı ala və bə­ya­nat­la çı­xış edə bil­məz: "Acı­na­caq­lı hal odur ki, də­fə­lər­lə gu­ya Azər­bay­can tə­rə­fin­dən er­mə­ni­lə­rin hü­qu­qu­nun po­zul­ma­sı haq­qın­da bə­ya­nat ve­rən, an­ti-Azər­bay­can möv­qe­yi tu­tan bey­nəl­xalq təş­ki­lat­la­rın bə­ya­na­tı səs­lən­mə­di. Bə­zi öz­lə­ri­ni bi­zə dost say­ma­ğa ça­lı­şan və hət­ta mü­na­qi­şə­nin həl­lin­də öz va­si­tə­çi­lik mis­si­ya­sı­nı tək­lif edən döv­lət­lə­rin at­ta­şe­lə­ri ya Al­xan­lı­ya sə­fər­dən im­ti­na et­di, ya da bə­ya­nat ver­mək­dən bo­yun qa­çır­dı. De­mə­li, haqq-əda­lət biz tə­rəf­də­dir. Zən­nim­cə, mül­ki əha­li­yə qar­şı vəh­şi­lik tö­rət­mək üçün is­ti­fa­də olu­nan bü­tün hər­bi ob­yekt­lər vu­rul­ma­lı və iş­ğal­çı er­mə­ni əs­gər­lə­ri ya gül­lə­lən­mə­li, ya da ən yax­şı hal­da əra­zi­lə­ri­miz­dən qo­vul­ma­lı­dır. Əl­bət­tə, son ümid ola­raq da­nı­şıq­la­ra da get­mək olar, la­kin bu­nun heç bir nə­ti­cə ver­mə­yə­cə­yi mə­lum­dur. He­sab edi­rəm ki, Al­xan­lı­da xü­su­si­lə də 2 yaş­lı Zəh­ra­nın fa­ciə­si ilə bağ­lı çat­dır­dı­ğı­mız fakt­lar dün­ya­nı lap sar­sıt­dı. Bu cid­di fakt bü­tün nü­fuz­lu bey­nəl­xalq qu­rum­lar­da bi­zim xey­ri­mi­zə qət­na­mə­lə­rin qə­bul olun­ma­sı ilə nə­ti­cə­lən­di. Şüb­hə­siz ki, bu təb­li­ğa­tın Azər­bay­can üçün bö­yük fay­da­sı ola­caq. Çün­ki ar­tıq biz dün­ya­nın ic­ti­mai rə­yi­nə Er­mə­nis­ta­nın mül­ki əha­li­ni hə­də­fə al­dı­ğı­nı, xü­su­si­lə də uşaq qa­ti­li ol­du­ğu­nu ye­ri­də bil­mi­şik".

Mə­həm­mə­də­li QƏ­RİB­Lİ

Son xəbərlər