21/11/2017 21:21
728 x 90

NA­TO və Ru­si­ya­nın bir-bi­ri­nə qar­şı hər­bi tə­lim­lə­ri ye­ni­dən qı­zı­şır

img

Ru­si­ya və NA­TO ara­sın­da mü­na­si­bət­lə­rin ye­ni­dən sü­rət­lə pis­ləş­mə­yə doğ­ru get­mə­si tə­rəf­lə­rin hərb müs­tə­vi­sin­də üz-üzə gəl­mə­si eh­ti­ma­lı­nı ye­ni­dən ar­tı­rır. Bu­ra­da diq­qət cəlb edən isə pis­lə­şən mü­na­si­bət­lə­rin Qaf­qa­za da si­ra­yət et­mə­si­dir. Bu ge­diş­lə ya­xın tez­lik­də bu re­gi­on­da Ru­si­ya - NA­TO çə­kiş­mə­si­nin açıq müs­tə­vi­yə keç­mə­si də is­tis­na olun­mur.

Hə­lə­lik isə, yu­xa­rı­da qeyd olun­du­ğu ki­mi, baş ve­rən­lər Ru­si­ya ilə NA­TO-nun bir-bi­ri­nə qar­şı in­ten­siv əmə­liy­yat­la­ra ha­zır­laş­dı­ğı­nı gös­tə­rir. Bu ara­da NA­TO Ru­si­ya­nın xü­su­si na­ra­zı­lıq­la iz­lə­di­yi tə­lim­lə­rə start ve­rib. Ru­mı­ni­ya, Bol­qa­rıs­tan və Ma­ca­rıs­tan­da ke­çi­ri­lən tə­lim­lə­rə 23 öl­kə­dən 25 min əs­gər qa­tı­lıb. 11-20 iyul ta­rix­lə­rin­də ke­çi­ri­lə­cək tə­lim­lər­də ABŞ-ın 2 mi­nə ya­xın hər­bi tex­ni­ka­sın­dan is­ti­fa­də edi­lə­cək. Tə­lim­lə­ri ABŞ-ın Av­ro­pa ko­man­dan­lı­ğı ida­rə edə­cək. Ru­si­ya Geo­si­ya­si Prob­lem­lər Aka­de­mi­ya­sı­nın pre­zi­den­ti Kons­tan­tin Siv­kov baş ve­rən­lər fo­nun­da qeyd edir ki, NA­TO öl­kə­lə­ri Ru­si­ya­ya qar­şı hər­bi tə­ca­vü­zə ge­niş­miq­yas­lı ha­zır­lıq gö­rür. O qeyd edib ki, NA­TO öl­kə­lə­ri Ru­si­ya­nın qərb sər­həd­lə­rin­də əhə­miy­yət­li hər­bi güc top­la­yır. Eks­pert xa­tır­la­dıb ki, tə­lim­lər za­ma­nı NA­TO qo­şun­la­rı­nın böl­mə­lə­ri rus­dil­li şə­hər və ya­şa­yış mən­tə­qə­lə­ri­nin iş­ğa­lı üz­rə hə­rə­kət­lə­ri ye­ri­nə ye­tir­mə­yə baş­la­yıb­lar: "Tə­lim­lər üçün Şər­qi Av­ro­pa öl­kə­lə­rin­dən rus di­li­ni yax­şı bi­lən sta­tist­lə­ri se­çir­di­lər". Siv­ko­vun fik­rin­cə, Ru­si­ya əra­zi­si­nə NA­TO öl­kə­lə­ri­nin ge­niş­miq­yas­lı mü­da­xi­lə­si­nə ha­zır­lı­ğın baş­qa bir əla­mə­ti ABŞ Mü­da­fiə Na­zir­li­yin­də yed­din­ci do­nan­ma­nın mad­di-tex­ni­ki tə­mi­nat sis­te­mi üz­rə əla­və mən­tə­qə­nin nə­zər­də tu­tul­ma­sı­dır. O, bu mən­tə­qə­nin Sa­kit okea­nın qərb his­sə­sin­də yer­ləş­di­yi­ni qeyd edib: "Bu­ra­da Ru­si­ya li­man­la­rı, həm­çi­nin Vla­di­vos­tok yer­lə­şir. Gö­rü­nür, NA­TO gə­mi­lə­ri ora­da ki­min­lə­sə vu­ruş­ma­ğa üçün ha­zır­la­şır. Bu ta­ma­mi­lə aş­kar­dır. Ru­si­ya­ya hər­bi mü­da­xi­lə üçün il­kin şərt­lər ha­zır­la­nır. Bu­na heç bir şüb­hə yox­dur". 

Be­lə gö­rü­nür ki, Kreml də NA­TO ilə qar­şı­dur­ma­ya in­ten­siv ha­zır­lıq gö­rür. Ru­si­ya "Qərb-2017" hər­bi tə­lim­lə­ri bu­nun təs­di­qi sa­yı­lır. Av­qust-sen­tyabr ay­la­rın­da Be­la­rus­da ke­çi­ri­lə­cək "Qərb-2017" tə­lim­lə­rin­də Ru­si­ya­nın məq­sə­di NA­TO-ya güc nü­ma­yi­şi ilə ya­na­şı, Be­la­ru­sun da onun tə­sir dai­rə­sin­də ol­du­ğu­nu nü­ma­yiş et­dir­mək­dir. Uk­ray­na Si­lah­lı Qüv­və­lə­ri Baş qə­rar­ga­hı­nın rəh­bə­ri Vik­tor Mu­jen­ko qeyd edir ki, tə­lim­lər­dən son­ra Ru­si­ya qo­şun­la­rı­nın bir his­sə­si­ni Be­la­rus əra­zi­sin­də sax­la­ya bi­lər: "Ta­ma­mi­lə eh­ti­mal edi­lən­dir ki, bu qo­şun­la­rın bir his­sə­si tə­lim­lə­rin so­nun­da Be­la­rus əra­zi­sin­də qa­la­caq. Bu hal­da yük­sək eh­ti­mal möv­cud­dur ki, tə­lim­lər za­ma­nı si­lah, hər­bi tex­ni­ka və mad­di-tex­ni­ki va­si­tə­lə­rin giz­li sax­lan­dı­ğı mən­tə­qə­lər açı­la­caq". Baş qə­rar­gah baş­çı­sı­nın söz­lə­ri­nə gö­rə, be­lə hə­rə­kət­lər Ru­si­ya­ya qərb və cə­nub-qərb is­ti­qa­mət­lə­rin­də zər­bə qrup­laş­ma­la­rı­nın ya­ra­dıl­ma­sı üçün müd­də­ti əhə­miy­yət­li də­rə­cə­də azalt­ma­ğa im­kan ve­rə­cək: "Tə­lim­lər­də iş­ti­rak edə­cək Ru­si­ya qo­şun­la­rı­nın sa­yı ar­tıq 5 mi­nə qə­dər ar­tı­rı­lıb. Ge­niş­miq­yas­lı Ru­si­ya-Be­la­rus tə­lim­lə­ri­nin ke­çi­ril­mə­si Uk­ray­na, həm­çi­nin Pol­şa və Bal­tik­ya­nı öl­kə­lə­rin sər­həd­lə­rin­də Ru­si­ya­nın dö­yüş po­ten­sia­lı­nın güc­lən­di­ril­mə­si­nə xid­mət edən ad­dım ki­mi qiy­mət­lən­di­ri­lə bi­lər". Ru­si­ya Mü­da­fiə Na­zir­li­yi­nin açıq­la­dı­ğı mə­lu­ma­ta gö­rə, Ru­si­ya Be­la­ru­sa əv­vəl­ki il­lər­dən 80 də­fə çox hər­bi tex­ni­ka və hərb­çi gön­də­rə­cək. Be­la­ru­sa gön­də­ri­lə­cək hər­bi tex­ni­ka və hərb­çi­lər üçün 4 min va­qon­dan is­ti­fa­də edi­lə­cək. Eks­pert­lə­rin fik­rin­cə, ge­niş­miq­yas­lı tə­lim­lər ya Be­la­rus­da hər­bi nə­za­rə­tin tə­min edil­mə­si, ya da Uk­ray­na, Bal­tik­ya­nı öl­kə­lər və Pol­şa­ya hü­cum üçün nə­zər­də tu­tu­lur. Bun­dan baş­qa, Mosk­va diq­qə­ti­ni həm də Qaf­qa­za çe­vi­rir. Ame­ri­ka­nın "Strat­for" kəş­fiy­yat-ana­li­tik mər­kə­zi də bil­di­rir ki, Ru­si­ya qüv­və­lə­ri­ni Cə­nub və Qərb hər­bi dai­rə­lə­rin­də cəm­ləş­di­rir.  Bu qüv­və­lər Bal­tik­ya­nı öl­kə­lər, Uk­ray­na və Qaf­qa­za gö­rə ca­vab­deh­dir. Mosk­va­nı na­ra­hat edən NA­TO-nun Gür­cüs­tan va­si­tə­si­lə Qaf­qaz­da möh­kəm­lən­mək üçün əmə­li ad­dım­lar at­ma­sı­dır. "Strat­for" da bil­di­rir ki, be­lə və­ziy­yət­də  Ru­si­ya­nın mü­da­fiə prio­ri­tet­lə­ri öl­kə rəh­bər­li­yi­nin təh­lü­kə­siz­lik üçün ən bö­yük təh­did­lə­ri ne­cə qiy­mət­lən­dir­di­yi­ni or­ta­ya qo­yur. Mosk­va­nın nə­zə­ri­nə gö­rə, əsas təh­did mən­bə­yi, əv­vəl­ki ki­mi, Ru­si­ya­nın qərb ci­na­hı­na NA­TO qüv­və­lə­ri­nin cəm edil­mə­sin­dən qay­naq­la­nır. Bu isə güc­lü nü­və qüv­və­lə­ri və güc­lən­di­ril­miş öl­dü­rü­cü ye­rüs­tü və ha­va si­lah­lan­ma­sı tə­ləb edir. Ru­si­ya uzaq re­gi­on­la­ra qüv­və­lə­rin çat­dı­rıl­ma­sı­nı nə­zər­də tu­tan mis­si­ya­sı­nı da in­ki­şaf et­di­rir. Bu re­gi­on­la­ra Ark­ti­ka­dan tut­muş, Su­ri­ya­ya qə­dər nə­həng əra­zi da­xil­dir. Be­lə­lik­lə, baş ve­rən­lər ya­xın müd­dət üçün Ru­si­ya və NA­TO ara­sın­da mü­na­si­bət­lə­rin heç də rə­van sə­viy­yə­də ol­ma­ya­ca­ğı­nı gös­tə­rir.

Ta­hir TA­ĞI­YEV

Son xəbərlər