29/05/2017 20:58
728 x 90

Ru­si­ya 60 min­lik is­lam-sün­ni or­du­su qu­rur...

"He­sab edi­rəm ki, bu hal hə­min qay­nar nöq­tə­yə əla­və gər­gin­lik gə­tir­miş ola­caq"

img

Üze­yir Cə­fə­rov: "Ək­si­nə, mü­səl­ma­nı mü­səl­ma­nın əli­lə qır­dır­maq is­tə­yir"

 

Ru­si­ya əsa­sən Şi­ma­li Qaf­qaz res­pub­li­ka­la­rı­nın nü­ma­yən­də­lə­rin­dən iba­rət 60 min­lik "mü­səl­man or­du­su"nu Su­ri­ya­ya ye­rit­mək üçün ha­zır­la­yıb. Bu haq­da Səu­diy­yə Ərə­bis­ta­nı­nın "Al Wa­tan" qə­ze­ti "mö­tə­bər mən­bə­lə­rə" is­ti­nad­la ya­zır. Bu or­du əsa­sən sün­ni mü­səl­man­lar­dan iba­rət­dir. Bil­di­ri­lir ki, hə­min qüv­və­lə­rin bir qis­mi ar­tıq hər­bi po­lis qis­min­də Hə­ləb­də xid­mət ke­çir. Pal­mi­ra ya­xın­lı­ğın­da, Bar­ra­da va­di­sin­də isə bir sı­ra keç­miş so­vet res­pub­li­ka­la­rın­dan olan mü­səl­man­lar­dan iba­rət muzd­lu "Tu­ran" ba­tal­yo­nu ya­ra­dı­lıb.

"Bu­si­ness İn­si­der" nəş­ri isə Ru­si­ya­nın Su­ri­ya­da­kı hər­bi iş­ti­ra­kı­nı get­dik­cə ar­tır­dı­ğı­nı bil­di­rir. Nəş­rin yaz­dı­ğı­na gö­rə, Su­ri­ya­da Ru­si­ya ba­za­la­rı ge­niş­lə­nir, ha­be­lə Krem­lin adın­dan Bə­şər Əsəd üçün dö­yü­şən özəl hər­bi şir­kət­lə­rin sa­yı ar­tır. Diq­qə­ti cəlb edən fakt bu­dur ki, Su­ri­ya­ya Çe­çe­nis­tan və İn­qu­şe­ti­ya­dan ye­ni-ye­ni dəs­tə­lər gön­də­ri­lir. Məq­səd İran dö­yüş­çü­lə­ri­ni sı­xış­dır­maq­dır.

Xa­tır­la­daq ki, Ru­si­ya Su­ri­ya­da ha­va əmə­liy­yat­la­rı ilə ki­fa­yət­lə­nə­cə­yi­ni və qu­ru­da dö­yüş­lər apar­ma­ya­ca­ğı­nı elan et­miş­di. La­kin ha­va əmə­liy­yat­la­rı­nın göz­lə­ni­lən nə­ti­cə­ni ver­mə­mə­si Ru­si­ya­nı məc­bur edib ki, Su­ri­ya­ya həm xü­su­si tə­yi­nat­lı­lar­dan iba­rət məh­dud kon­tin­gent, həm də muzd­lu­lar­dan iba­rət "özəl or­du­lar" gön­dər­sin.

Nəş­rin yaz­dı­ğı­na gö­rə, ha­zır­da Mosk­va bü­tün Su­ri­ya bo­yu sün­ni mü­səl­man­lar­dan se­çil­miş xü­su­si tə­yi­nat­lı qu­ru qüv­və­lə­ri­ni yer­ləş­dir­mək­də­dir.

Ru­si­ya­nın məhz sün­ni tə­ri­qə­ti­nə mən­sub olan və­tən­daş­la­rın­dan iba­rət 60 min­lik or­du­nu Su­ri­ya­ya yer­ləş­dir­mək is­tə­mə­si niy­yə­ti­nin ar­xa­sın­da han­sı ma­raq­lar du­ra bi­lər?

Hər­bi eks­pert Üze­yir Cə­fə­rov qə­ze­ti­mi­zə açıq­la­ma­sın­da bil­dir­di ki, be­lə is­tək xoş niy­yət­dən xə­bər ver­mir: "He­sab edi­rəm ki, bu hal hə­min qay­nar nöq­tə­yə əla­və gər­gin­lik gə­tir­miş ola­caq. Ne­cə de­yər­lər, alo­vun üs­tü­nə bir az da  ben­zin tö­kə­cək. Bi­lir­si­niz ki, Su­ri­ya­da ge­dən mü­na­qi­şə­də din, tə­ri­qət fak­to­ru əsas­dır. Ru­si­ya bu ad­dı­mı ilə ki­min­sə rəğ­bə­ti­ni qa­za­na bil­məz. Ma­raq­lı­dır ki, Ru­si­ya hə­min mə­sə­lə­də Əsə­di dəs­tək­lə­yir. Əsə­də qar­şı vu­ru­şan­la­rın ço­xu da sün­ni tə­ri­qə­ti­nə mən­sub­dur. Ru­si­ya da hə­min 60 min­lik or­du­nu yal­nız sün­ni və­tən­daş­la­rın­dan for­ma­laş­dır­maq is­tə­yir.  Bu­nun­la di­ni qar­şı­dur­ma­nı zə­if­lət­miş ol­mur. Ək­si­nə, mü­səl­ma­nı mü­səl­ma­nın əli­lə qır­dır­maq is­tə­yir. Di­gər tə­rəf­dən isə, oxu­yu­ruq ki, ABŞ da "Mü­səl­man NA­TO"su ya­rat­maq is­tə­yir. He­sab edi­rəm ki, is­lam ki­mi mü­qəd­dəs di­nin adı­nı be­lə mə­sə­lə­lər­də hal­lan­dır­maq doğ­ru de­yil. Çün­ki is­lam ba­rı­şı, sül­hü tə­rən­nüm edən bir din ki­mi qə­bul edi­lir. Onun adı ilə hər­bi blok və ya or­du ya­rat­maq doğ­ru de­yil. Ru­si­ya bu iş­də Şi­ma­li Qaf­qaz fak­to­run­dan ya­rar­la­na­caq. Ka­dı­ro­vun bu iş­də Ru­si­ya­ya bö­yük dəs­tə­yi ola­caq. İs­tə­ni­lən hal­da, Ru­si­ya­nın bu ad­dı­mı­nı təq­dir et­mi­rəm. Çün­ki bu, hə­min re­gio­na əla­və gər­gin­lik gə­tir­miş ola­caq".

Mə­həm­mə­də­li QƏ­RİB­Lİ

Son xəbərlər