29/05/2017 20:56
728 x 90

Ba­kı­nın şər­ti Er­mə­nis­ta­nı çal­xa­la­ma­ğa baş­la­yır

img

Dö­yüş əmə­liy­yat­la­rın­da al­dı­ğı dərs­lər­dən gö­rü­nür hə­lə la­zı­mi nə­ti­cə­lə­ri çı­xa­ra bil­mə­yən er­mə­ni tə­rə­fi cəb­hə­də atəş­kə­si poz­ma­ğa, müx­tə­lif təx­ri­bat­lar tö­rət­mə­yə da­vam edir. Son gün­lər­də Azər­bay­can or­du­sun­dan al­dı­ğı ağır zər­bə­lə­rin nə­ti­cə­si isə düş­mə­ni bu xü­sus­da hət­ta bir qə­dər aq­res­siv­ləş­di­rib. Be­lə ki, Er­mə­nis­tan si­lah­lı qüv­və­lə­ri­nin böl­mə­lə­ri cəb­hə­nin müx­tə­lif is­ti­qa­mət­lə­rin­də in­di tək­cə iri­çap­lı pu­lem­yot­lar­dan yox, həm də ar­til­le­ri­ya si­lah­la­rın­dan is­ti­fa­də edir. Mə­sə­lən, düş­mən tə­rəf son gün­lər­də 60 və 120 mil­li­metr­lik mi­naa­tan­lar­dan da is­ti­fa­də et­mək­lə atəş­kəs re­ji­mi­ni da­ha in­ten­siv şə­kil­də poz­ma­ğa baş­la­yıb. Özü də bu za­man düş­mən xis­lə­ti­ni ye­nə qa­ba­rıq su­rət­də gös­tə­rə­rək, mül­ki əha­li­nin ol­du­ğu ya­şa­yış mən­tə­qə­lə­ri­ni də hə­də­fə alır.

Bun­dan əla­və, ar­tıq mə­lu­mat ve­ril­di­yi ki­mi, ma­yın 15-də cəb­hə­nin Fü­zu­li-Xo­ca­vənd is­ti­qa­mə­tin­də Er­mə­nis­tan ha­va hü­cu­mun­dan mü­da­fiə qo­şun­la­rı­na məx­sus OSA ze­nit-ra­ket komp­lek­si hər­bi qul­luq­çu­lar tə­rə­fin­dən mü­da­fiə­nin ön xət­tin­də ye­ni möv­qe­yə çı­xa­rı­la­raq ha­va mə­ka­nı­nı nə­za­rə­tə gö­tür­mə­yə cəhd gös­tə­ri­lib. Nə­ti­cə­də or­du­muz tə­rə­fin­dən hə­min OSA ze­nit-ra­ket komp­lek­si və nəq­liy­yat-dol­du­ru­cu ma­şı­nı atəş­lə tam sı­ra­dan çı­xa­rı­lıb, şəx­si he­yə­ti isə məhv edi­lib. Baş ve­rən­lər həm də onun gös­tə­ri­ci­si he­sab edi­lir ki, er­mə­ni­lə­rin təx­ri­bat­la­rı ye­nə on­la­rın özü­nə ba­ha ba­şa gə­lə­cək və düş­mə­nin it­ki­lə­ri da­vam­lı şə­kil­də ar­ta­caq. Əs­lin­də, bu­nu Er­mə­nis­tan­da da ay­dın gö­rən­lər ta­pı­lır və on­lar Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si­nin da­vam et­mə­si fo­nun­da Er­mə­nis­ta­nın it­ki­lə­ri­nin da­ha çox ola­ca­ğı­nı da eti­raf edir­lər. Ar­tıq be­lə fi­kir­lər də səs­lə­nir ki, əs­lin­də, iş­ğal olun­muş əra­zi­lər­də er­mə­ni əs­gər­lə­rin ölüm­lə­ri­nin gü­nah­ka­rı və er­mə­ni ana­la­rı­nın göz yaş­la­rı­nın sə­bəb­ka­rı Er­mə­nis­ta­nın ha­zır­kı ci­na­yət­kar hər­bi-si­ya­si rəh­bər­li­yi­dir. Məhz bu rəh­bər­lik öz ha­ki­miy­yə­ti­ni qo­ru­maq na­mi­nə Azər­bay­can əra­zi­lə­ri­nin iş­ğa­lı si­ya­sə­tin­dən əl çək­mir. Nə­ti­cə­də on­la­ra yad tor­paq­lar­da olan er­mə­ni əs­gər­lə­ri­nin ölüm hal­la­rı da ge­də­rək ar­tır. Ya­ran­mış bu və­ziy­yət­dən isə er­mə­ni əs­gər­lə­ri­nin iki çı­xış yo­lu var. Bi­rin­ci­si, Azər­bay­can tə­rə­fi­nə ke­çə­rək döv­lə­ti­mi­zin və xal­qı­mı­zın hu­ma­nist­li­yi­nə sı­ğın­maq­dır. Azə­bay­can on­la­rın is­tə­yi­nə uy­ğun ola­raq üçün­cü döv­lə­tə keç­mə­lə­ri­nə şə­ra­it ya­ra­da bi­lər və təc­rü­bə­də be­lə hal­lar olub. İkin­ci­si, er­mə­ni əs­gər­lə­ri öl­mək is­tə­mir­lər­sə, Azər­bay­can ən yük­sək sə­viy­yə­də bə­yan edib ki, bi­zim əra­zi­lə­ri tərk et­mə­li­dir­lər. Əks hal­da cəb­hə­də hə­ya­tı­nı iti­rən er­mə­ni əs­gər­lə­ri­nin sa­yı art­maq­da da­vam edə­cək. Bu xü­sus­da Azər­bay­ca­nın kon­kret möv­qe­yi ar­tıq Er­mə­nis­tan­da da qə­bul olu­nur. Qeyd olu­nan səp­ki­də er­mə­ni jur­na­list Nai­ra Ay­rum­ya­nın ha­ki­miy­yət dai­rə­lə­rin­dən əl­də et­di­yi mə­lu­mat­la­ra əsa­sən yaz­dıq­la­rı xü­su­si diq­qət cəlb edir: "Azər­bay­can Qa­ra­bağ mü­na­qi­şə­si­nin ni­za­ma sa­lın­ma­sı ilə bağ­lı Er­mə­nis­ta­nın qar­şı­sı­na son tə­lə­bi­ni qoy­du: sülh əvə­zi­nə əra­zi­lə­rin qay­ta­rıl­ma­sı".

Nai­ra Ay­rum­yan Azər­bay­can or­du­su­nun Er­mə­nis­ta­na məx­sus OSA ze­nit-ra­ket komp­lek­si­ni vur­ma­sı­nın İrə­van­da cid­di na­ra­hat­lıq ya­rat­dı­ğı­nı da diq­qə­tə çat­dı­rır: "Son vaxt­lar cəb­hə­də gər­gin­lik ar­tıb. Ba­kı İrə­van qar­şı­sı­na şərt qo­yub: əs­gər­lə­ri­ni­zin öl­mə­si­ni is­tə­mir­si­niz­sə, ra­yon­la­rı qay­ta­rın və qo­şun­la­rı böl­gə­dən çı­xa­rın". Er­mə­ni jur­na­list rəs­mi İrə­va­nın Ba­kı­nın tə­lə­bi qar­şı­sın­da sus­du­ğu­nu bil­di­rir:  "Er­mə­nis­tan əra­zi­lə­ri qay­tar­ma­ğa ha­zır­dı­mı? Er­mə­nis­tan üçün in­di­ki mə­qam­da sülh əhə­miy­yət­li­dir. Xa­ri­ci iş­lər na­zi­ri Ed­vard Nal­ban­dyan bil­dir­di ki, Er­mə­nis­tan da­nı­şıq­la­ra ha­zır­dır, çün­ki bu­nun al­ter­na­ti­vi yox­dur. La­kin Ba­kı­nın tə­lə­bi haq­da heç nə de­mə­di, sus­du. Bu, ra­zı­lıq əla­mə­ti­dir­mi? Bu­nun­la ya­na­şı, ötən ilin ap­rel mü­ha­ri­bə­sin­dən son­ra İrə­van "əra­zi­lə­rin qay­ta­rıl­ma­sı əvə­zin­də Qa­ra­ba­ğın müs­tə­qil­li­yi­nin ta­nın­ma­sı" şər­ti­ni irə­li sür­müş­dü. Gö­rü­nür, Er­mə­nis­tan bu şər­ti­ni ge­ri çə­kib. İn­di Ba­kı diq­tə edən tə­rəf ki­mi çı­xış edir".

Da­ha bir er­mə­ni jur­na­list Te­vos Ar­şak­yan isə qeyd edir ki, cəb­hə­də ar­tan it­ki­lər Er­mə­nis­tan ha­ki­miy­yə­ti­ni çı­xıl­maz və­ziy­yə­tə sa­lır və in­di­ki iq­ti­dar bi­lir ki, Azər­bay­can­la ra­zı­lı­ğa get­mə­sə, it­ki­lə­rin sa­yı ar­ta­caq. O qeyd edir ki, cə­miy­yə­tin qə­zə­bin­dən qor­xan ha­kim­yyət hət­ta Azər­bay­ca­nın ra­ket zər­bə­si ilə məhv edi­lən OSA ze­nit-ra­ket komp­lek­sin­də şəx­si he­yə­tin də məhv edil­mə­si fak­tı­nı giz­lə­dir: "Azər­bay­ca­nın zər­bə­sin­dən son­ra bi­zim hərb­çi­lər sus­du. Be­lə tə­əs­sü­rat ya­ra­nır ki, rəh­bər­lik sus­maq əm­ri ve­rib. Məq­səd əha­li­də qor­xu at­mos­fe­ri­nin ya­ran­ma­ma­sı­dır. La­kin sus­ma­ğın əsas sə­bə­bi tək­cə ze­nit-ra­ket komp­lek­si­nin de­yil, komp­lek­si ida­rə edən şəx­si he­yə­tin də məhv edil­mə­si­dir. Azər­bay­can tə­rə­fi­nin yay­dı­ğı vi­deo­dan ay­dın gö­rü­nür ki, ra­ket komp­lek­si ta­ma­mi­lə məhv edi­lib. Bu­nu Er­mə­nis­tan tə­rə­fi də təs­diq et­di. Bəs ra­ket komp­lek­si­nin için­də­ki hərb­çi­lə­rin ta­le­yi ne­cə ol­du? Axı, zər­bə o qə­dər güc­lü ol­du ki, on­la­rın xi­las ol­ma­sı müm­kün­süz­dür. Gö­rü­nür, Er­mə­nis­ta­nın si­ya­si və hər­bi rəh­bər­li­yi dəh­şət­li nə­ti­cə­lə­ri aç­ma­maq qə­ra­rı ve­rib. La­kin an­la­mır­lar ki, in­for­ma­si­ya tex­no­lo­gi­ya­la­rı­nın in­ki­şaf et­di­yi dövr­də nə­yi­sə ic­ti­ma­iy­yət­dən giz­lət­mək müm­kün de­yil. Ar­tıq ra­ket komp­lek­si ilə bir­lik­də eki­paj üzv­lə­ri­nin də öl­dü­yü şüb­hə­siz­dir".

İn­di­lik­də Er­mə­ni­is­tan ha­ki­miy­yə­ti bu pro­ses­dən diq­qə­ti ya­yın­dır­maq üçün sax­ta­kar­lıq üsul­la­rı­na da əl at­ma­ğa baş­la­yıb. Be­lə ki, Er­mə­nis­tan tə­rə­fi ya­şa­yış mən­tə­qə­lə­ri­mi­zi və möv­qe­lə­ri­mi­zi atə­şə tut­ma­sı­nı əks et­di­rən vi­deo və gu­ya Azər­bay­can tə­rə­fi­nin it­ki­lər ver­mə­si ba­rə­də mə­lu­mat ya­yıb.  La­kin Azər­bay­can Mü­da­fiə Na­zir­li­yi bun­la­rın sa­də­cə ya­lan ol­du­ğu­nu bil­di­rir. Bu­nun­la bağ­lı na­zir­lik qeyd edir: "Vi­deo­nu yay­maq­la Er­mə­nis­tan tək­cə möv­qe­lə­ri­mi­zi de­yil, ey­ni za­man­da ya­şa­yış mən­tə­qə­lə­ri­mi­zi də mün­tə­zəm ola­raq atə­şə tut­ma­sı­nı nü­ma­yiş et­di­rə­rək dinc azər­bay­can­lı əha­li­yə qar­şı öz çir­kin əməl­lə­ri­ni da­vam et­dir­di­yi­ni bir da­ha təs­diq et­di". Mü­da­fiə Na­zir­li­yi bil­di­rir ki, düş­mən tə­rə­fin­dən açı­lan atəş nə­ti­cə­sin­də dinc əha­li və Si­lah­lı Qüv­və­lə­ri­mi­zin şəx­si he­yə­ti ara­sın­da it­ki yox­dur və dö­yüş tex­ni­ka­sı­na zi­yan dəy­mə­yib.

Azər­bay­can­dan fərq­li ola­raq, Er­mə­nis­ta­nın üz­ləş­di­yi it­ki­lər kon­kret sü­but­lar­la or­ta­ya qo­yu­lur və bu­nu er­mə­ni tə­rə­fi be­lə tək­zib edə bil­mir. Elə bu hal da er­mə­ni cə­miy­yə­ti­nə onu da­ha yax­şı şə­kil­də aşı­la­yır ki, Azər­bay­can əra­zi­lə­rin­də ol­duq­la­rı müd­dət ər­zin­də er­mə­ni hərb­çi­lə­ri­nin it­ki­lə­ri dur­ma­dan ar­ta­caq. Keç­miş dip­lo­mat, po­li­to­loq Fik­rət Sa­dı­qov da bil­di­rir ki, er­mə­ni­lər təx­ri­bat­la­rı­na da­vam edər­sə, baş­qa komp­leks­lə­ri də vu­ru­la­caq: "Re­al fakt­lar ona işa­rə edir ki, da­nı­şıq­lar pro­se­si­nin nə­ti­cə­si yox­dur. Düz­dür, han­sı­sa gö­rüş­lər ke­çi­ri­lir, an­caq bir irə­li­lə­yiş nə­zə­rə çarp­mır. Gö­rü­nür, er­mə­ni tə­rə­fi da­nı­şıq­la­rı imi­ta­si­ya et­mək­lə qal­mır, üs­tə­lik, tə­mas xət­tin­də tə­xi­bat­la­rı da ar­tı­rır. İrə­van öz si­ya­sə­tin­də Azər­bay­ca­na qar­şı da­ha aq­res­siv ad­dım­lar at­ma­ğa baş­la­yıb. Er­mə­ni­lər bu cür da­vam edər­lər­sə, baş­qa komp­leks­lə­ri də vu­ru­la­caq. Er­mə­ni­lə­rin cəb­hə xət­tin­də fə­al­laş­ma­sı bi­zim üçün heç bir əhə­miy­yət da­şı­mır. On­lar he­sab edir­lər­sə ki, bun­dan son­ra da təx­ri­bat­la­rı bu şə­kil­də da­vam et­di­rə bi­lə­cək­lər, ya­nı­lır­lar. Düş­mə­nin ha­zır­kı re­ak­si­ya­sı OSA ze­nit-ra­ket komp­lek­si­nin vu­rul­ma­sın­dan irə­li gə­lir. Bu­nu dərk edən er­mə­ni tə­rə­fi sa­də­cə ola­raq ca­vab ad­dı­mı ki­mi təx­ri­bat­la­rı se­çib və dinc əha­li­yə zər­bə­lər en­di­rir. İnan­mı­ram ki, er­mə­ni­lər bun­dan ar­tıq nə­yə­sə qa­dir ol­sun­lar. Çün­ki növ­bə­ti yan­lış ad­dım on­la­rın məh­vi­nə sə­bəb ola­caq".

Ey­ni möv­qe­ni ru­si­ya­lı hər­bi eks­pert Alek­sandr Xram­çi­kin də bö­lü­şür. Onun söz­lə­ri­nə gö­rə, er­mə­ni təx­ri­bat­la­rı­nın qar­şı­sı­nı sə­mə­rə­li şə­kil­də alan Azər­bay­can tə­rə­fi ol­duq­ca ağıl­lı tak­ti­ka iş­lə­dir: "Bu tak­ti­ka­ya gö­rə, rə­qi­bin ha­va hü­cu­mun­dan mü­da­fiə sis­tem­lə­ri, zi­reh­li tex­ni­ka­la­rı, ra­ket komp­leks­lə­ri sı­ra­dan çı­xa­rı­lır. Bu, gə­lə­cək mü­ha­ri­bə­də üs­tün­lü­yün ya­ran­ma­sı ilə nə­ti­cə­lə­nə­cək". Ru­si­ya­lı eks­pert qeyd edir ki, və­ziy­yət də­yiş­mə­sə, Qa­ra­bağ­da ye­ni mü­ha­ri­bə qa­çıl­maz­dır: "La­kin bu­nun nə vaxt baş ve­rə­cə­yi­ni də­qiq de­mək çə­tin­dir. Mü­ha­ri­bə il­lər son­ra da baş­la­ya bi­lər, iki gün son­ra da".

İn­di­lik­də isə Azər­bay­can er­mə­ni tə­rə­fi­nə mə­sə­lə­nin sülh yo­lu ilə həl­li üçün ye­nə şans ve­rir. Bu­nu xa­ri­ci iş­lər na­zi­ri­nin müa­vi­ni Mah­mud Məm­məd-Qu­li­yev də bir da­ha diq­qə­tə çat­dı­rır: "Azər­bay­can Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si­nin sülh yo­lu ilə həl­li­nə ça­lı­şır. Am­ma bu yol­la sülh əl­də olun­ma­sa, iş­ğa­la son qo­yul­ma­sı­nın baş­qa yol­la­rı­nı ax­ta­ra­ca­ğıq". O, Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si­nin həl­li­nin, döv­lət­lə­rin əra­zi bü­töv­lü­yü və su­ve­ren­li­yi­nə hör­mət edil­mə­si­nin əhə­miy­yə­ti­ni vur­ğu­la­yıb və əla­və edib ki, re­gi­on­da­kı mü­na­qi­şə­lə­rə seç­mə ya­naş­ma Azər­bay­can və Er­mə­nis­tan əha­li­si­nə zi­yan vu­rur: "Azər­bay­can tor­paq­la­rı­nın 20%-i iş­ğal olu­nub və nə­ti­cə­də bir mil­yon­dan çox adam qaç­qın və məc­bu­ri köç­kü­nə çev­ri­lib. Biz mü­na­qi­şə­nin həl­li­ni üç mər­hə­lə­də gö­rü­rük: tor­paq­la­rın təd­ri­cən azad edil­mə­si, on­la­rın bər­pa edil­mə­si və məc­bu­ri köç­kün­lə­rin təd­ri­cən ge­ri qay­ta­rıl­ma­sı". Əs­lin­də, Er­mə­nis­ta­nın bu şərt­lə­ri qə­bul et­mə­si­nin va­cib­li­yi­ni qar­şı tə­rəf­də də məq­bul sa­yan­lar var. Bu­ra­da da açıq bil­di­ri­lir ki, əks hal, yu­xa­rı­da da qeyd olun­du­ğu ki­mi, cəb­hə­də da­ha çox er­mə­ni əs­gə­ri­nin ölü­mü­nə gə­ti­rib çı­xa­ra­caq. Ye­ri gəl­miş­kən qeyd edək ki, Azər­bay­can əra­zi­lə­rin­də öv­lad­la­rı­nı iti­rən er­mə­ni əs­gər va­li­deyn­lə­ri­nin ha­ki­miy­yə­tə qar­şı eti­raz­la­rı ar­tır. Əv­vəl­ki ki­mi Dağ­lıq Qa­ra­bağ­da atəş­kəs ra­zı­laş­ma­sı əl­də olun­duq­dan son­ra öl­müş er­mə­ni hər­bi qul­luq­çu­la­rı­nın va­li­deyn­lə­ri Er­mə­nis­tan ha­ki­miy­yə­ti­ni, xü­su­si­lə də Mü­da­fiə Na­zir­li­yi­ni kor­rup­si­ya­da, rüş­vət­xor­luq­da it­ti­ham edir. Əs­gər ana­la­rı öv­lad­la­rı­nın Qa­ra­bağ­da hər­bi xid­mət keç­mə­si­nə qar­şı ol­duq­la­rı­nı bil­di­rir və on­la­rın möv­qe­yi­ni dəs­tək­lə­yən­lə­rin də sa­yı ge­də­rək ço­xa­lır. Ay­dın­dır ki, bun­la­ra Er­mə­nis­tan ha­ki­miy­yə­ti­nin mü­qa­vi­mət gös­tər­mə­si də get­dik­cə çə­tin­lə­şir. İn­di be­lə və­ziy­yət­də ya ha­ki­miy­yət iş­ğal al­tın­da­kı Azər­bay­can əra­zi­lə­rin­də da­ha çox say­da er­mə­ni hərb­çi­si­nin hə­ya­tı­nı itir­mə­si ilə ra­zı­laş­ma­lı ola­caq, ya da Qa­ra­bağ sülh da­nı­şıq­la­rın­da re­al nə­ti­cə­nin əl­də olun­ma­sı üçün əmə­li ad­dım­lar ata­caq. İkin­ci ha­lın re­al­laş­ma­sı bun­dan son­ra xey­li say­da er­mə­ni hərb­çi­si­nin hə­ya­tı­nı xi­las et­mə­yə im­kan ve­rir. Əks möv­qe isə qar­şı­da­kı dövr­də er­mə­ni­lə­ri da­ha çox it­ki­lə­rin göz­lə­mə­si an­la­mı­na gə­lir və bu­nu er­mə­ni cə­miy­yə­ti də yax­şı dərk edir.

Na­hid SA­LA­YEV

Ya­zı Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti ya­nın­da Küt­lə­vi İn­for­ma­si­ya Va­si­tə­lə­ri­nin İn­ki­şa­fı­na Döv­lət Dəs­tə­yi Fon­du­nun ma­liy­yə dəs­tə­yi­lə çap olu­nur.

Son xəbərlər