20/09/2017 05:59
728 x 90

Ru­si­ya­nın Qa­ra­bağ si­ya­sə­ti­nə Azər­bay­can ic­ti­ma­iy­yə­ti­nin mü­na­si­bə­ti ən həs­sas dö­nəm­də...

"Ru­si­ya­ya olan inam­sız­lı­ğın kö­kün­də həm ta­ri­xi, həm də di­gər fak­tor­lar da­ya­nır"

img

Ra­mil Hü­sey­nov: "1988-ci il­də Dağ­lıq Qa­ra­bağ­da baş qal­dı­ran er­mə­ni se­pa­ra­tiz­mi­ni rəs­mi Mosk­va is­tə­səy­di, ci­lov­la­ya bi­lər­di"

 

Xə­bər ve­ril­di­yi ki­mi, ru­si­ya­lı ta­rix­çi Oleq Kuz­net­so­vun tə­şəb­bü­sü ilə Ru­si­ya Döv­lət Du­ma­sı və Ru­si­ya Fe­de­ral Məc­li­si­nin Fe­de­ra­si­ya Şu­ra­sı­na ün­van­la­nan Xo­ca­lı soy­qı­rı­mı pe­ti­si­ya­sı ilə bağ­lı təd­bir ke­çi­ri­lib. Təd­bir­də çı­xış edən ru­si­ya­lı ta­rix­çi bil­di­rib ki, Ru­si­ya­da er­mə­ni ic­ma­sı azər­bay­can­lı­la­ra nis­bə­tən az təş­ki­lat­la­nıb: "On­lar bir iş gö­rən­də 40 nə­fə­ri cəlb edir­lər. La­kin bu kadr­la­rı da­ha uğur­lu ida­rə edir­lər və də­qiq fəa­liy­yət pla­nı­na ma­lik­dir".

O.Kuz­net­sov pe­ti­si­ya ilə bağ­lı im­za­la­rın az top­lan­ma­sı­nın sə­bəb­lə­ri­nə də to­xu­nub. O bu­nu Ru­si­ya­ya olan inam­sız­lıq­la əla­qə­lən­di­rib: "İn­san­lar ara­sın­da inam­sız­lıq var. On­lar Döv­lət Du­ma­sı­nın bu mə­sə­lə­yə mü­na­si­bət bil­di­rə­cə­yi­ni gü­man et­mir­lər. İn­san­lar he­sab edir­lər ki, Qa­ra­ba­ğı Ru­si­ya iş­ğal edib və heç za­man öz səh­vi­ni eti­raf et­məz. O za­man biz bu pe­ti­si­ya­nı ni­yə ya­ra­dı­rıq? Bə­zən in­san­lar pe­ti­si­ya­ya im­za at­maq­la bə­yən­mə­yi də­yi­şik sa­lır­lar. Bu pe­ti­si­ya­ya im­za at­maq üçün poçt ün­va­nın­dan qey­diy­ya­ta al­maq la­zım­dır. Ey­ni za­man­da in­san­la­rın elek­tron me­dia re­surs­la­rı­na çı­xı­şı məh­dud­dur".

Ta­rix­çi bil­di­rib ki, im­za­la­rın bö­yük his­sə­si Lən­kə­ran­dan gə­lib. O, uni­ver­si­tet­lər­də tə­lə­bə­lər­lə gö­rüş ke­çir­mək üçün Gən­cə və Min­gə­çe­vi­rə ge­də­cə­yi­ni də bil­di­rib.

Mə­lu­mat üçün qeyd edək ki, O.Kuz­net­sov 1992-ci il fev­ra­lın 25-dən 26-na ke­çən ge­cə Xo­ca­lı­da azər­bay­can­lı­la­ra qar­şı tö­rə­dil­miş soy­qı­rı­mın ta­nın­ma­sı üçün 2017-ci il mart ayı­nın əv­və­lin­dən pe­ti­si­ya­ya baş­la­yıb. Pe­ti­si­ya RF Döv­lət Du­ma­sı­na və Fe­de­ra­si­ya Şu­ra­sı­na ün­van­la­nıb. Pe­ti­si­ya­da fa­ciə­ni tö­rə­dən­lə­rin ci­na­yət mə­su­liy­yə­ti­nə cəlb edil­mə­si, fa­ciə­nin in­san­lı­ğa qar­şı ci­na­yət və soy­qı­rım ak­tı ki­mi qiy­mət­lən­di­ril­mə­si ça­ğı­rış olu­nur.

Bü­tün bu de­yi­lən­lə­rin fo­nun­da, Azər­bay­can ic­ti­ma­iy­yə­tin­də Ru­si­ya­ya olan inam­sız­lı­ğın sə­bəb­lə­ri nə ilə bağ­lı­dır?

Mə­sə­lə­yə mü­na­si­bət bil­di­rən Və­tən­daş və İn­ki­şaf Par­ti­ya­sı­nın sədr müa­vi­ni Ra­mil Hü­sey­no­vun söz­lə­ri­nə gö­rə, Ru­si­ya­ya inam­sız­lı­ğın kö­kün­də cid­di fak­tor­lar da­ya­nır: "Bu­ra həm ta­ri­xi, həm də di­gər fak­tor­lar da­xil­dir. Mə­sə­lə on­da­dır ki, ta­ri­xən er­mə­ni­lə­rin Qər­bi Azər­bay­can­da, o cüm­lə­dən Dağ­lıq Qa­ra­bağ­da məs­kun­laş­ma­sı Ru­si­ya­nın bir­ba­şa dəs­tə­yi və hi­ma­yə­si he­sa­bı­na olub. 1920-ci il­də Azər­bay­can Ru­si­ya tə­rə­fin­dən növ­bə­ti də­fə iş­ğal edi­lən­dən son­ra öl­kə­mi­zin 20 min kvad­rat ki­lo­metr əra­zi­si Er­mə­nis­ta­na peş­kəş edil­di. Hal­bu­ki, 1918-ci il­də Er­mə­nis­tan ya­ra­dı­lan­da əra­zi­si 9 min kvad­rat ki­lo­metr idi. Məhz Ru­si­ya­nın təz­yi­qin­dən son­ra 1923-cü il­də Dağ­lıq Qa­ra­ba­ğa mux­tar vi­la­yət sta­tu­su ve­ril­di. Son­ra da bu amil ba­şı­mı­za bə­la ol­du.

2001-ci ilin fev­ra­lın­da par­la­ment­də Dağ­lıq Qa­ra­bağ­la bağ­lı mü­za­ki­rə­lər za­ma­nı mər­hum pre­zi­dent Hey­dər Əli­yev bu mux­ta­riy­yə­tin ve­ril­mə­si­nin çox yan­lış bir ad­dım ol­du­ğu­nu xü­su­si ola­raq qeyd et­di.

1988-ci il­də Dağ­lıq Qa­ra­bağ­da baş qal­dı­ran er­mə­ni se­pa­ra­tiz­mi­ni rəs­mi Mosk­va is­tə­səy­di, ci­lov­la­ya bi­lər­di. An­caq nə­in­ki ci­lov­la­ma­dı, bu­na göz yum­du, on­la­ra kö­mək et­di. Azər­bay­ca­nın Er­mə­nis­tan­la mü­qa­yi­sə­də re­surs­la­rı da­ha bö­yük­dür. Bu kon­teks­tdən ya­na­şan­da Er­mə­nis­tan si­lah­lı qüv­və­lə­ri tə­rə­fin­dən Azər­bay­ca­nın 20 fa­iz əra­zi­si­nin iş­ğal olun­ma­sı və bu­nun hə­lə də da­vam et­mə­si ilk ba­xış­dan qə­ri­bə gö­rü­nür. An­caq ha­mı yax­şı bi­lir ki, Ru­si­ya­nın yar­dı­mı, dəs­tə­yi ol­ma­say­dı, er­mə­ni­lər nə tor­paq­la­rı iş­ğal edə bi­lər­di, nə də ötən bu müd­dət ər­zin­də hə­min əra­zi­lə­ri öz nə­za­rə­tin­də sax­la­ya bi­lər­di. Di­gər tə­rəf­dən, məhz Ru­si­ya im­kan ver­mir ki, Azər­bay­can güc yo­lu ilə tor­paq­la­rı­nı iş­ğal­dan azad et­sin. Bax, bü­tün bun­lar Ru­si­ya­ya olan inam­sız­lı­ğın kö­kün­də du­ran baş­lı­ca fak­tor­lar­dır".

Vi­da­di OR­DA­HAL­LI

Son xəbərlər