20/09/2017 06:07
728 x 90

Türkiyəli siyasətçi bu ölkədəki 100 minə yaxın qeyri-leqal erməni miqrantı deportasiya etməyə çağırdı

“Ermənistan Azərbaycanın torpaqlarını işğal edib, soyqırımı törədib. Biz isə onları saxlamalıyıq?!”

img

Türkiyə Ermənistandan olan qeyri-leqal miqrantları deportasiya etməlidir. Trend-in məlumatına görə, bunu Türkiyənin Böyük Birlik Partiyasının rəhbəri Mustafa Dəstici deyib.

Onun sözlərinə görə, Türkiyədə 100 minə yaxın qeyri-leqal erməni miqrant yaşayır: “Ermənistan Azərbaycanın torpaqlarını işğal edib, soyqırımı törədib, daim atəşkəs rejimini pozur. Biz isə Ermənistandan olan qeyri-leqal miqrantları saxlamalıyıq?! Bu qəbulolunmazdır”.

M.Dəstici vurğulayıb ki, Türkiyə hər zaman Azərbaycanın yanında olacaq.

Son xəbərlər