29/05/2017 21:03
728 x 90

ÜAK-ın ləğ­vin­dən son­ra Ru­si­ya­nın Ab­bas Ab­ba­sov və Sö­yün Sa­dı­qo­vu fə­al­laş­dı­ra­ca­ğı eh­ti­ma­lı or­ta­ya çı­xır

Pu­ti­nin "çox bö­yük qu­rum" de­mə­si ha­ra, ÜAK-ı ləğv et­mək ha­ra...

img

ÜAK-ın ləğ­vi qə­ra­rı Mosk­va-Ba­kı mü­na­si­bət­lə­ri­nə tə­sir gös­tər­mə­yə­cək? - ma­raq­lı fi­kir...

 

Ümum­ru­si­ya Azər­bay­can­lı­la­rı Kon­qre­si­nin (ÜAK) qey­diy­ya­tı­nın ləğv edil­mə­si Ru­si­ya ilə Azər­bay­can ara­sın­da müt­tə­fiq­lik mü­na­si­bət­lə­ri­nə mü­hüm tə­sir gös­tər­mə­mə­li­dir. Bu­nu "Trend"ə bey­nəl­xalq mə­sə­lə­lər üz­rə eks­pert Yev­ge­ni Mi­xay­lov de­yib.

Onun söz­lə­ri­nə gö­rə, təş­ki­la­tın bağ­lan­ma­sı si­ya­si de­yil, hü­qu­qi müs­tə­vi­də da­ya­nan bir mə­sə­lə olub: "Ona gö­rə he­sab et­mək olar ki, heç bir ma­neə ol­ma­dan di­as­po­run ma­raq­la­rı­nı mü­da­fiə edən di­gər təş­ki­lat ya­ra­dı­la bi­lər".

Azər­bay­can­da­kı rus ic­ma­sı­nın nü­ma­yən­də­lə­ri də Ümum­ru­si­ya Azər­bay­can­lı­la­rı Kon­qre­si­nin (ÜAK) qey­diy­ya­tı­nın ləğ­vi ba­rə­də qə­ra­rın ve­ril­mə­sin­dən na­ra­zı­dır. Bu­nu isə agent­li­yə Pre­zi­dent ya­nın­da Döv­lət İda­rə­çi­lik Aka­de­mi­ya­sı­nın Döv­lət qu­ru­cu­lu­ğu və hü­quq ka­fed­ra­sı­nın mü­di­ri, hü­quq üz­rə fəl­sə­fə dok­to­ru, do­sent Fəx­rəd­din Na­ğı­yev de­yib.

O bil­di­rib ki, ÜAK sı­ra­la­rın­da min­lər­lə azər­bay­can­lı­nı bir­ləş­di­rir: "ÜAK çox bö­yük, ki­fa­yət qə­dər cid­di mü­tə­şək­kil təş­ki­lat­dır. Ru­si­ya­nın hö­ku­mət or­qan­la­rı be­lə mü­tə­şək­kil təş­ki­lat­la əmək­daş­lıq et­mək­də ma­raq­lı ol­ma­lı­dır. Kon­qre­sin qu­rul­tay­la­rın­dan bi­rin­də Ru­si­ya Pre­zi­den­ti Vla­di­mir Pu­tin çı­xış edə­rək ÜAK-ın Ru­si­ya cə­miy­yə­ti üçün çox bö­yük qu­rum ol­du­ğu­nu de­yib. Bu cür bə­ya­nat­lar­dan son­ra məh­kə­mə­nin be­lə qə­rar qə­bul et­mə­si Ru­si­ya tə­rə­fi­nin möv­qe­yin­də­ki qey­ri-sa­bit­lik­dən xə­bər ve­rir. Bö­yük döv­lət üçün si­ya­sət­də qey­ri-sa­bit­lik isə heç də xo­şa­gə­lən de­yil".

F.Na­ğı­yev he­sab edir ki, Azər­bay­can döv­lə­ti öl­kə­miz­də rus qu­rum­la­rı­nın fəa­liy­yə­ti­nin qa­da­ğan olun­ma­sı mə­sə­lə­si­ni gün­də­mə çı­xar­ma­ya­caq. Çün­ki Azər­bay­can döv­lə­ti ki­fa­yət qə­dər ba­lans­laş­dı­rıl­mış, dü­şü­nül­müş si­ya­sət apa­rır.

"Ru­si­ya­da­kı soy­daş­la­rı­mı­zın bir­ləş­mə azad­lı­ğı hü­qu­qu məh­dud­laş­dı­rıl­mış ol­du"

Azər­bay­ca­nı sev­mə­yən qüv­və­lə­rin təh­ri­ki ilə Ru­si­ya Ali Məh­kə­mə­si­nin Ümum­ru­si­ya Azər­bay­can­lı­la­rı Kon­qre­si­nin (ÜAK) qey­diy­ya­tı­nı ləğv et­mə­si Ru­si­ya­da ya­şa­yan soy­daş­la­rı­mı­zın bir­ləş­mə azad­lı­ğı hü­qu­qu­nu da məh­dud­laş­dır­mış ol­du. Om­buds­man Apa­ra­tı­nın rəh­bə­ri Ay­dın Sə­fi­xan­lı bu fi­kir­də­dir.

Azər­bay­can­la Ru­si­ya ara­sın­da 25 il­dir dip­lo­ma­tik mü­na­si­bət­lər qu­rul­du­ğu­nu və yük­sə­lən xətt üz­rə in­ki­şaf et­di­yi­ni de­yən A.Sə­fi­xan­lı qeyd edib ki, iki öl­kə ara­sın­da 200-dən ar­tıq mü­qa­vi­lə və sa­ziş im­za­la­nıb: "Ey­ni za­man­da qeyd et­mək is­tər­dim ki, Ru­si­ya ilə Azər­bay­can ara­sın­da müx­tə­lif sa­hə­lər üz­rə əmək­daş­lıq proq­ram­la­rı qə­bul edi­lib və uğur­la ic­ra olu­nub. Ba­kı­da hər iki öl­kə pre­zi­den­ti­nin hi­ma­yə­si al­tın­da 2011-ci il­dən eti­ba­rən mü­tə­ma­di ola­raq hər il "Ba­kı Bey­nəl­xalq Hu­ma­ni­tar Fo­ru­mu"nun ke­çi­ril­mə­si bu əmək­daş­lıq əla­qə­lə­ri­nin ar­tıq iki­tə­rəf­li çər­çi­və­dən çı­xa­raq bey­nəl­xalq müs­tə­vi­yə keç­mə­si­nin gös­tə­ri­ci­si­dir".

Öl­kə­miz­də 150 min­dən ar­tıq ru­sun ya­şa­dı­ğı­nı de­yən A.Sə­fi­xan­lı bil­di­rib ki, Cə­nu­bi Qaf­qaz­da öz et­nik iden­tik­li­yi­ni, mə­də­niy­yə­ti­ni, di­li­ni və di­ni­ni qo­ru­yub sax­la­mış ən bö­yük rus di­as­po­ru Azər­bay­can­da fəa­liy­yət gös­tə­rir. Onun söz­lə­ri­nə gö­rə, Azər­bay­can­da di­gər xalq­lar ki­mi rus­la­rın da öl­kə­nin so­si­al-iq­ti­sa­di, si­ya­si və mə­də­ni hə­ya­tı­na tam şə­kil­də in­teq­ra­si­ya edə bil­mə­si üçün hər cür şə­ra­it ya­ra­dı­lıb: "Ru­si­ya İn­for­ma­si­ya-Mə­də­niy­yət Mər­kə­zi fəa­liy­yət gös­tə­rir, rus ic­ma­sı iki xalq ara­sın­da re­al bir­ləş­di­ri­ci hal­qa­dır.

La­kin tə­əs­süf­lə qeyd et­mək is­tər­dim ki, iki öl­kə ara­sın­da yük­sək sə­viy­yə­də əmək­daş­lı­ğın möv­cud ol­du­ğu bir şə­ra­it­də Azər­bay­ca­nı sev­mə­yən qüv­və­lə­rin təh­ri­ki ilə Ru­si­ya­nın Ali Məh­kə­mə­si tə­rə­fin­dən Ümum­ru­si­ya Azər­bay­can Kon­qre­si­nin ləğ­vi ba­rə­də qə­ra­rın qə­bul olun­ma­sı bu əmək­daş­lı­ğa köl­gə sal­maq­la bə­ra­bər, Ru­si­ya­da ya­şa­yan soy­daş­la­rı­mı­zın bir­ləş­mə azad­lı­ğı hü­qu­qu­nu da məh­dud­laş­dır­mış ol­du. İna­nı­ram ki, Ru­si­ya tə­rə­fi Azər­bay­can-Ru­si­ya əla­qə­lə­ri­nin müa­sir və­ziy­yə­ti­ni qiy­mət­lən­di­rə­rək ya­ra­dıl­mış stra­te­ji tə­rəf­daş­lıq sə­viy­yə­si­nin in­ki­şa­fı­na mən­fi tə­sir gös­tə­rə bi­lə­cək bu qə­ra­rın də­yiş­di­ril­mə­si­nə ça­lı­şa­caq".

ÜAK-ı ləğv edən əs­lin­də er­mə­ni lob­bi­si­dir...

Ru­si­ya­da fəa­liy­yət gös­tə­rən Ümum­ru­si­ya Azər­bay­can­lı­la­rı Kon­qre­si­nin (ÜAK) qey­diy­ya­tı­nın ləğ­vi er­mə­ni lob­bi­si­nin im­kan­la­rı he­sa­bı­na hə­ya­ta ke­çi­ri­lib. Bu­nu isə Mil­li Məc­li­sin de­pu­ta­tı Röv­şən Rza­yev de­yib.

Ru­si­ya­da Azər­bay­ca­nın əley­hi­nə iş­lə­yən bə­zi qüv­və­lə­rin ol­du­ğu­nu de­yən R.Rza­yev ÜAK-ın ləğ­vi­ni də er­mə­ni­lə­rin təx­ri­ba­tı sa­yıb: "Ru­si­ya ATƏT Minsk Qru­pu­nun həm­sədr öl­kə­lə­rin­dən bi­ri­dir. Er­mə­nis­tan be­lə mə­sə­lə­lə­ri or­ta­ya at­maq­la Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si­nin həl­li pro­se­si­ni ar­xa pla­na sal­ma­ğa ça­lı­şır".

Ru­si­ya ilə Azər­bay­ca­nın müt­tə­fiq öl­kə ol­du­ğu­nu xa­tır­la­dan de­pu­tat he­sab edir ki, iki öl­kə ara­sın­da mü­na­si­bət­lər çox müs­bət is­ti­qa­mət­də in­ki­şaf edir. Azər­bay­can və Ru­si­ya ha­zır­da da mü­na­si­bət­lə­rin yük­sə­lən xətt üz­rə in­ki­şaf et­mə­sin­də ma­raq­lı­dır.

Qeyd edək ki, ma­yın 15-də Ru­si­ya Əd­liy­yə Na­zir­li­yi­nin təq­di­ma­tı­na əsa­sən Ru­si­ya Ali Məh­kə­mə­si ÜAK-ın qey­diy­ya­tı­nı ləğv edib.

"Bu hü­qu­qi yox, si­ya­si qə­rar­dır"

"ÜAK-ın qey­diy­ya­tı­nın ləğv edil­mə­si Ru­si­ya­nın Azər­bay­ca­na mü­na­si­bə­ti­nin so­nun­cu gös­tə­ri­ci­lə­rin­dən bi­ri­dir. Azər­bay­can nə qə­dər Ru­si­ya ilə ya­xın qon­şu­luq mü­na­si­bət­lər qur­maq is­tə­sə də, be­lə mü­na­si­bət­lər qur­sa da, Ru­si­ya­da mü­əy­yən qüv­və­lər Azər­bay­ca­nın ma­raq­la­rı­nı ta­nı­maq is­tə­mir, Azər­bay­ca­na qar­şı ən sərt ad­dım­lar at­maq­dan be­lə çə­kin­mir". Bu­nu APA-ya açıq­la­ma­sın­da ma­yın 15-də Ru­si­ya Əd­liy­yə Na­zir­li­yi­nin təq­di­ma­tı­na əsa­sən Ru­si­ya Ali Məh­kə­mə­si tə­rə­fin­dən ÜAK-ın qey­diy­ya­tı­nın ləğv edil­mə­si­nə mü­na­si­bət bil­di­rən mil­lət və­ki­li, Bö­yük Qu­ru­luş Par­ti­ya­sı­nın (BQP) səd­ri Fa­zil Mus­ta­fa de­yib.

F.Mus­ta­fa bil­di­rib ki, bu qüv­və­lər, ümu­miy­yət­lə, Azər­bay­ca­nın ma­raq­la­rı­na xid­mət edən hər han­sı qu­ru­mun Ru­si­ya­da fəa­liy­yət gös­tər­mə­si­ni is­tə­mir: "ÜAK-ı bir­ba­şa Kreml­dən ida­rə olu­nan, Krem­lin is­tə­yi­ni hə­ya­ta ke­çi­rən bir qu­rum ki­mi gör­mək is­tə­yir­lər. Tə­bii ki, ÜAK on­suz da hə­mi­şə Ru­si­ya­da möv­cud ha­ki­miy­yə­ti dəs­tək­lə­yib, Krem­lə konf­likt ya­ra­da­caq hər han­sı ad­dım at­ma­yıb. Am­ma be­lə gö­rü­nür ki, on­lar da­ha çox öz­lə­ri­nə bağ­lı, bir­ba­şa Azər­bay­can qar­şı da­nı­şa bi­lə­cək qu­rum is­tə­yir­lər. Yə­ni ba­xış­lar­da zid­diy­yət var. Be­lə bir ad­dı­mı at­maq­la bir­ba­şa Azər­bay­can döv­lə­ti­nə qar­şı mü­na­si­bət­lə­ri­ni or­ta­ya qo­yub­lar. Bu mü­na­si­bət­lər də hər hal­da yax­şı is­ti­qa­mət­də in­ki­şaf et­mə­yə­cək. Azər­bay­can ha­ki­miy­yə­ti Ru­si­ya tə­rə­fi­nə na­ra­zı ol­du­ğu­nu çat­dı­rır, Azər­bay­can ic­ti­ma­iy­yə­ti ÜAK-ın qey­diy­ya­tı­nın ləğ­vi­nə ki­fa­yət qə­dər həs­sas ya­na­şır. Ola bil­sin ki, ya­xın za­man­lar­da bu na­ra­zı­lıq ifa­də­si Ru­si­ya­nın mü­əy­yən də­rə­cə­də ye­ni­dən dü­şün­mə­si­nə sə­bəb ola bi­lər və on­lar bu möv­qe­dən ge­ri çə­ki­lə bi­lər­lər".

Mil­lət və­ki­li ÜAK-ın qey­diy­ya­tı­nın ləğ­vi­nin hü­qu­qi yox, si­ya­si ad­dım ol­du­ğu­nu vur­ğu­la­yıb: "Bu qə­rar si­ya­si qə­rar ol­ma­say­dı, Ru­si­ya­da ya­şa­yan bir et­nik top­lu­mu təm­sil edən təş­ki­la­tın bu də­rə­cə­də in­ci­dil­mə­si­nə yol ve­ril­məz­di. Çün­ki hər bir qüv­və, öl­kə­də­ki et­nik kom­po­nent­lə mü­əy­yən də­rə­cə­də da­nı­şıq, dav­ra­nış üs­lu­bu var. Hə­min et­nik top­lu­mu in­ci­də­cək ad­dı­mı at­maq heç bir hal­da ha­ki­miy­yə­tin xey­ri­nə de­yil. Mil­yon­dan ar­tıq azər­bay­can­lı­nın ya­şa­dı­ğı bir yer­də ha­ki­miy­yə­tin bu ad­dı­mı at­ma­sı ən azı özü­nə xe­yir­li de­yil. Be­lə bir si­ya­si qə­ra­rı hə­ya­ta ke­çir­mək əs­lin­də dar dü­şün­cə­nin məh­su­lu­dur".

Po­li­to­loq Qa­bil Hü­seyn­li isə APA-ya açıq­la­ma­sın­da bil­di­rib ki, be­lə bir ad­dım atıl­ma­sı er­mə­ni­pə­rəst möv­qe­dən irə­li gə­lir, Ru­si­ya­da an­ti-Azər­bay­can dai­rə­lər və er­mə­ni lob­bi­si Ru­si­ya və Azər­bay­can ara­sın­da mü­na­si­bət­lə­ri gər­gin­ləş­dir­mə­yə ça­lı­şır: "Son bir ne­çə ay­dır ki, Ru­si­ya er­mə­ni­lə­rə xoş gə­lən ər­mə­ğan­lar edir. Ru­si­ya-Er­mə­nis­tan si­lah­lı qrup­laş­ma­sı­nın ya­ra­dıl­ma­sı və er­mə­ni­nin ko­man­dir tə­yin edil­mə­si, Er­mə­nis­ta­na "İs­gən­dər" ra­ket­lə­ri də da­xil ol­maq­la, pul­suz bö­yük miq­dar­da müa­sir si­lah və sur­sat ve­ril­mə­si bu sı­ra­da­dır. Üs­tə­lik, san­ki Er­mə­nis­ta­na diq­tə edi­lir ki, da­nı­şıq­lar pro­se­sin­dən ge­ri çə­kil. Da­nı­şıq­lar pro­se­si bu gün de­mək olar ki, dur­ğun­luq döv­rü­nü ke­çi­rir. Bu az­mış ki­mi, Er­mə­nis­tan mü­ha­ri­bə ri­to­ri­ka­sı­nı da­ha da ar­tı­rıb, Azər­bay­ca­nı təh­did və şan­ta­je­di­ci bə­ya­nat­lar­la höv­sə­lə­dən çı­xar­ma­ğa ça­lı­şır­lar. Ha­zır­da cəb­hə böl­gə­sin­də və­ziy­yət gər­gin­dir, Azər­bay­ca­nın ya­şa­yış mən­tə­qə­lə­ri atə­şə tu­tu­lur. Am­ma or­du­muz da on­la­ra la­yiq­li ca­vab ve­rir. Yə­ni Er­mə­nis­tan təx­ri­bat­lar­la Azər­bay­can iri miq­yas­lı mü­ha­ri­bə­yə cəlb et­mə­yə ça­lı­şır. Ru­si­ya­dan tə­mi­nat alın­ma­sa idi, Er­mə­nis­ta­nın bu­nu et­mə­yə qə­tiy­yən cə­sa­rə­ti çat­maz­dı".

Q.Hü­seyn­li he­sab edir ki, ÜAK sı­ra­dan çı­xa­rıl­maq­la Ru­si­ya­da vax­ti­lə sa­biq baş na­zir müa­vi­ni Ab­bas Ab­ba­sov­la bir olan, son­ra­dan on­dan ay­rı­lan Sö­yün Sa­dı­qo­vun "Azər­Ross" təş­ki­la­tı­nı can­lan­dır­ma­ğa və onu işə sal­ma­ğa ça­lı­şa­caq­lar.

Leo­nid Qu­sev ÜAK-ın ləğ­vi­nə ne­cə ba­xır?

"Ru­si­ya və Azər­bay­can bir çox is­ti­qa­mət­lər­də əmək­daş­lı­ğı da­vam et­di­rə­cək"

Ümum­ru­si­ya Azər­bay­can­lı­la­rı Kon­qre­si­nin (ÜAK) qey­diy­ya­tı­nın ləğv edil­mə­si Ru­si­ya ilə Azər­bay­can ara­sın­da mü­na­si­bət­lə­rə zə­rər vur­ma­ya­caq. Bu­nu "Trend"ə Ru­si­ya XİN Mosk­va Döv­lət Bey­nəl­xalq Mü­na­si­bət­lər İns­ti­tu­tu­nun Bey­nəl­xalq Təd­qi­qat­lar İns­ti­tu­tu Ana­li­ti­ka mər­kə­zi­nin bö­yük el­mi iş­çi­si, ta­rix elm­lə­ri na­mi­zə­di Leo­nid Qu­sev de­yib.

Onun söz­lə­ri­nə gö­rə, öl­kə­lər iq­ti­sa­diy­yat, si­ya­sət və mə­də­niy­yə­tin müx­tə­lif is­ti­qa­mət­lə­ri üz­rə əmək­daş­lıq edir.

Eks­pert qeyd edib ki, tə­rəf­lər bu sa­hə­lər­də əmək­daş­lı­ğı da­vam et­di­rə­cək: "Fik­rim­cə, ra­zı­lı­ğa gəl­mək və təş­ki­la­tın fəa­liy­yə­ti­ni da­vam et­dir­mək olar. Bu mə­sə­lə ali sə­viy­yə­də həll olun­ma­lı­dır".

Xə­bər xid­mə­ti

Son xəbərlər