24/07/2017 02:44
728 x 90

Pu­ti­nin sen­sa­si­ya­lı ye­ni Av­ra­si­ya mo­de­li...

"Pu­ti­nin hə­də­fin­də iq­ti­sa­diy­yat­dan da­ha çox si­ya­si ça­lar­lar möv­cud­dur"

img

Gü­nel Fər­had­qı­zı: "Ha­zır­kı re­al­lıq­lar Pu­ti­nin tək­lif et­di­yi əmək­daş­lıq for­ma­tı­nı zə­ru­ri edə bi­lər"

 

Ru­si­ya mət­bua­tı­nın yaz­dı­ğı­na gö­rə, pre­zi­dent Pu­tin Çin­də ke­çi­ri­lən "Bir kə­mər, bir yol" ad­lı fo­rum­da ye­ni bir iq­ti­sa­di-si­ya­si bir­li­yin ya­ra­na bi­lə­cə­yi­nin anon­su­nu ve­rib.

Təd­bir­də çı­xış edən Pu­tin bil­di­rib ki, Av­ro­pa və Asi­ya­nı bir­ləş­di­rə bi­lə­cək da­ha ge­niş for­mat­lı əmək­daş­lıq­la­rın irə­li sü­rül­mə­si la­zım­dır: "Bi­zim is­tə­di­yi­miz da­ha ge­niş for­mat möv­cud olan əmək­daş­lıq­lar çər­çi­və­sin­də müm­kün ola bi­lər. Bu for­mat­lar ar­tıq var. Mi­sal ki­mi Av­ra­si­ya İq­ti­sa­di Bir­li­yi­ni, Şan­xay Əmək­daş­lıq Təş­ki­la­tı və Cə­nub-Şər­qi Asi­ya Öl­kə­lə­ri As­so­si­ya­si­ya­sı­nı gös­tə­rə bi­lə­rik".

Pu­ti­nin bu hə­də­fi nə­yə he­sab­la­na bi­lər?

İq­ti­sad­çı Gü­nel Fər­had­qı­zı qə­ze­ti­mi­zə açıq­la­ma­sın­da bil­dir­di ki, Çin­də ke­çi­ri­lən təd­bir da­ha çox "İpək yo­lu" la­yi­hə­si­nin mü­za­ki­rə­si və hə­min pro­yek­tə ma­ra­ğın öy­rə­nil­mə­si­ni əha­tə edib: "Çi­nin ev sa­hib­li­yi et­di­yi hə­min təd­bir­də bir çox öl­kə­lə­rin rəh­bər­lə­ri iş­ti­rak edib. Pu­tin, tə­bii ki, öz is­tə­yi­ni səs­lən­di­rib. Onun da­ha ge­niş for­mat üçün sa­da­la­dı­ğı qu­rum­la­rın bir­ləş­di­ril­mə­si tək­li­fi bö­yük ma­raq kəsb edir. Hə­min üç qu­rum­dan yal­nız Av­ra­si­ya İq­ti­sa­di Bir­li­yi sırf Ru­si­ya­nın nə­za­rə­tin­də­dir. Ru­si­ya hə­min qu­ru­mu ha­ra is­tə­sə apa­ra bi­lər. Di­gər iki təş­ki­lat­la bağ­lı isə mə­sə­lə be­lə de­yil. Bəl­li­dir ki, sö­zü­ge­dən la­yi­hə­lə­rin ba­şın­da Çin du­rur. Hə­min öl­kə­nin iq­ti­sa­diy­ya­tı sü­rət­lə in­ki­şaf edir və bö­yük ix­ra­cat­çı sa­yı­lır. Tramp pre­zi­dent se­çi­lən­dən son­ra onun Çin­lə bağ­lı sərt bə­ya­nat­la­rı olub. Bu ba­xım­dan da Av­ro­pa və ABŞ-a qar­şı al­ter­na­tiv bir blo­kun ya­ra­dıl­ma­sı Ru­si­ya ilə ya­na­şı, Çi­ni də ma­raq­lan­dı­ra bi­lər. Tə­bii ki, Pu­tin bu de­tal­la­rı də­qiq­lik­lə he­sab­la­yıb. Da­ha ge­niş for­mat da­ha bö­yük təz­yiq im­ka­nı de­mək­dir. He­sab edi­rəm ki, Pu­ti­nin hə­də­fin­də iq­ti­sa­diy­yat­dan da­ha çox si­ya­si ça­lar­lar möv­cud­dur. Ha­zır­kı re­al­lıq­lar Pu­ti­nin tək­lif et­di­yi əmək­daş­lıq for­ma­tı­nı zə­ru­ri edə bi­lər. Yə­ni Çin və onun or­bi­tin­də olan öl­kə­lər də de­yi­lən la­yi­hə­yə ma­raq gös­tə­rə­cək".

Mə­həm­mə­də­li QƏ­RİB­Lİ

Son xəbərlər