21/09/2017 21:23
728 x 90

Cəb­hə gər­gin­lik­lə­ri Er­mə­nis­ta­nın tə­ca­vüz­kar ha­ki­miy­yə­ti­ni öl­kə da­xi­lin­də də cid­di prob­lem­lər­lə üz-üzə qo­yur

img

Cəb­hə zo­na­sın­da baş ve­rən son ha­di­sə­lər Er­mə­nis­tan­da sö­zün əsl mə­na­sın­da zəl­zə­lə ef­fek­ti ya­rat­maq­da­dır. Azər­bay­ca­nın hər­bi cə­hət­dən Er­mə­nis­tan­la mü­qa­yi­sə­də də­fə­lər­lə bö­yük üs­tün­lü­yə ma­lik ol­ma­sı­nın növ­bə­ti təs­di­qin­dən son­ra düş­mən öl­kə­də Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si­nin ye­ni­dən sülh yo­lu ilə həl­li­nin va­cib­li­yi­nə da­ir ça­ğı­rış­lar art­maq­da­dır. Er­mə­ni cə­miy­yə­tin­də bu xü­sus­da növ­bə­ti də­fə sa­biq pre­zi­dent Le­von Ter-Pet­ros­ya­nın par­la­ment seç­ki­lə­ri ərə­fə­sin­də Qa­ra­bağ mə­sə­lə­si­nə da­ir et­di­yi çı­xış­la­ra diq­qət yük­sə­lir.

Xa­tır­la­daq ki, ötən ayın əv­və­lin­də baş tu­tan par­la­ment seç­ki­lə­ri ərə­fə­sin­də Er­mə­nis­ta­nın sa­biq pre­zi­den­ti bil­di­rir­di ki, iş­ğal al­tın­da­kı əra­zi­lər təd­ri­cən Azər­bay­ca­na qay­ta­rıl­ma­lı­dır. Ter-Pet­ros­yan he­sab edir ki, ilk ola­raq Dağ­lıq Qa­ra­bağ ət­ra­fın­da­kı əra­zi­lər tə­rəf­lə­rin da­nı­şıq­lar apar­dı­ğı sə­nə­də uy­ğun ola­raq Azər­bay­ca­na ge­ri ve­ril­mə­li­dir. Eks-pre­zi­dent Mad­rid prin­sip­lə­rin dəs­tək­lə­di­yi­ni vur­ğu­la­yıb:"Serj Sar­kis­yan bu yol­la get­sə, mən so­na ki­mi onun ya­nın­da ola­ca­ğam". Er­mə­nis­ta­nın "İrav­nuk" qə­ze­ti ya­zır ki, Le­von Ter-Pet­ros­ya­nın o vaxt­dan səs­lən­dir­di­yi fi­kir­lə­rə cə­miy­yət­də əs­lin­də bö­yük ma­raq olub: "Çün­ki sa­də er­mə­ni­lər Qa­ra­bağ­da ye­ni mü­ha­ri­bə və ye­ni it­ki­lər is­tə­mir. Am­ma cəb­hə­də ya­şa­nan son ha­di­sə­lər və da­ha bir ne­çə er­mə­ni hərb­çi­nin hə­lak ol­ma­sı Sar­ki­yan ko­man­da­sı­nın əv­vəl­ki möv­qe­yin­dən ge­ri çə­kil­mə­di­yi­ni gös­tə­rir. Bu hal isə mü­ha­ri­bə ris­qi­ni ar­tı­rır. An­caq hai­miy­yət özü də bi­lir ki, ye­ni mü­ha­ri­bə Er­mə­nis­tan üçün yax­şı heç nə gə­tir­mə­yə­cək. Ən azın­dan or­ta­da ötən ilin acı ap­rel təc­rü­bə­si var". Məhz be­lə bir vaxt­da Azər­bay­can or­du­su­nun Er­mə­nis­ta­na məx­sus "OSA" ze­nit-ra­ket komp­lek­si­ni məhv et­mə­si düş­mən öl­kə­də ha­ki­miy­yə­tə qar­şı ye­ni eti­raz­la­ra rə­vac ve­rir. Qeyd edi­lən səp­ki­də er­mə­ni jur­na­list Sar­kis Art­sru­ni Er­mə­nis­tan ha­ki­miy­yə­ti­nin ye­nə xal­qı al­dat­dı­ğı­nı və cəb­hə­də üs­tün­lü­yün bir­mə­na­lı şə­kil­də Azər­bay­can tə­ər­fin­də ol­du­ğu­nu vur­ğu­la­yır. O, Sar­kis­yan iq­ti­da­rı­nı cə­miy­yə­ti "eti­bar­lı mü­da­fiə" möv­zu­sun­da al­dat­dı­ğı­nı da xü­su­si ola­raq vur­ğu­la­yır: "Ha­ki­miy­yət "dörd­gü­lük mü­ha­ri­bə"dən son­ra bil­dir­di ki, bun­dan dərs çı­xa­rıb­lar və yax­şı mü­da­fiə xət­ti qu­ru­lub, rə­qib hü­cu­ma keç­mə­yə cə­sa­rət et­mə­yə­cək. Gö­rü­nür, bü­tün bun­lar təb­li­ğat imiş. Sar­kis­yan xal­qı al­da­dır, Azər­bay­can Qa­ra­ba­ğı qay­tar­ma­ğa ha­zır­la­şır və bu­na po­ten­sia­lı­nın çat­dı­ğı­nı hər gün sü­but edir".

Er­mə­ni jur­na­list qeyd edir ki, Er­mə­nis­tan yal­nız Ru­si­ya­dan si­lah alır, Azər­bay­can isə öz ar­se­na­lı­nı ən müa­sir si­lah­lar­la güc­lən­di­rib: "Baş ve­rən­lər gös­tə­rir ki, rə­qib Er­mə­nis­tan or­du­su­nun is­tə­ni­lən ob­yek­ti­ni, hər­bi tex­ni­ka­sı­nı məhv et­mək gü­cü­nə sa­hib­dir. Azər­bay­can Qa­ra­ba­ğı qay­tar­ma­ğa ha­zır­la­şır, ar­tıq bu­nu əmin­lik­lə de­yə bi­lə­rik. Ha­ki­miy­yət isə rə­qi­bin heç nə­yə cə­sa­rət et­mə­yə­cə­yi­ni de­yə­rək, yal­nız bi­zi al­dat­maq­la məş­ğul­dur". Art­sru­ni əla­və edir ki, mə­sə­lə tək­cə or­du­nun zə­if ol­ma­sın­da yox, Er­mə­nis­tan dip­lo­ma­ti­ya­sı­nın və si­ya­si rəh­bər­li­yi­nin zə­if­li­yin­də­dir: "Gö­rü­nür, si­ya­si rəh­bər­lik "dörd­gün­lük mü­ha­ri­bə"dən heç bir nə­ti­cə çı­xar­ma­yıb. Bi­zim dip­lo­ma­ti­ya­mı­zın gü­cü yal­nız ona ça­tır ki, kor­rup­si­ya­ya bat­mış Yu­ri Xa­ça­tu­rov Kol­lek­tiv Təh­lü­kə­siz­lik Mü­qa­vi­lə­si Təş­ki­la­tı­nın baş ka­ti­bi kres­lo­sun­da otu­rur. La­kin fak­ti­ki ola­raq, biz heç nə­yi ba­car­mı­rıq".

"Jo­xo­vurd" qə­ze­ti isə hər­bi mən­bə­lə­rə is­ti­na­dən bil­di­rir ki, ye­ni eti­raz­la­rın ola­ca­ğın­dan qor­xu­ya dü­şən Sar­kis­yan və­ziy­yət­dən çı­xış yo­lu ki­mi Er­mə­nis­tan or­du­sun­da yük­sək rüt­bə­li bir ne­çə za­bi­ti is­te­fa­ya gön­dər­mə­yi dü­şü­nür. Qeyd olu­nur ki, bu­na sə­bəb son ha­di­sə­lər, Er­mə­nis­tan or­du­su­nun ver­di­yi it­ki­lər­dir: "Ma­yın 13-də hər­bi qul­luq­çu­nun hə­lak ol­ma­sı haq­da da­nı­şan mü­da­fiə na­zi­ri Vi­qen Sar­kis­yan gü­nah­kar­la­rın cə­za­lan­dı­rı­la­ca­ğı­nı açıq­la­dı. La­kin prob­lem bir hərb­çi­nin hə­lak ol­ma­sı ilə bit­mir. Son gün­lər or­du­da tez-tez it­ki­lər ve­ri­lir, post­lar­da mü­da­fiə ni­zam­na­mə­yə uy­ğun qu­rul­mur, həm­çi­nin, qey­ri-dö­yüş şə­rai­tin­də ölüm hal­la­rı­nın sa­yı ar­tıb. Azər­bay­ca­nın Er­mə­nis­tan or­du­su­na məx­sus "OSA" ze­nit-ra­ket komp­lek­si­ni vur­ma­sı isə "son dam­la" olub. Göz­lə­ni­lən­dir ki, bir sı­ra hər­bi his­sə­lə­rin ko­man­dir­lə­ri is­te­fa­ya gön­də­ri­lə­cək, hət­ta və­zi­fə­sin­dən çı­xa­rı­lan hərb­çi­lər ara­sın­da ge­ne­ral­la­rın ola­ca­ğı da de­yi­lir".

Bir da­ha xa­tır­la­daq ki, Azər­bay­can or­du­su ön cəb­hə­də Er­mə­nis­tan hər­bi bir­ləş­mə­lə­ri­nə məx­sus "OSA" ze­nit-ra­ket komp­lek­si­ni məhv edib. Er­mə­nis­tan me­dia­sı ya­zır ki, hə­min ze­nit-ra­ket komp­lek­si­ni Azər­bay­can yük­sək də­qiq­lik­li si­lah­la məhv edib. İd­dia olu­nur ki, pro­ses za­ma­nı Azər­bay­can İs­ra­il­dən al­dı­ğı çox­funk­si­ya­lı tank əley­hi­nə "Spi­ke" ra­ket komp­leks­lə­rin­dən is­ti­fa­də edib. Azər­bay­can Mü­da­fiə Na­zir­li­yi er­mə­ni zi­reh­li tex­ni­ka­sı­nın han­sı si­lah­la məhv edil­di­yi­ni də­qiq­ləş­dir­mə­sə də, "Spi­ke" ra­ket komp­lek­si­nin tət­biq edil­di­yi­ni eh­ti­mal et­mək müm­kün­dür. Qeyd edək ki, bu sis­tem­lər Azər­bay­can or­du­su­nun ar­se­na­lın­da­dır və 2013-cü il­də Ba­kı­da pa­rad­da təq­dim edi­lib. "Spi­ke" İs­ra­il is­teh­sa­lı olan çox­funk­si­ya­lı tank əley­hi­nə ra­ket komp­lek­si­dir. "Ra­fa­el" fir­ma­sı tə­rə­fin­dən ha­zır­la­nıb. "Spi­ke" müs­tə­qil ni­şa­nal­ma prin­si­pi­ni is­ti­fa­də edir, ra­ke­tin uçu­şu­nu ida­rə­et­mə və ra­ke­tin bu­ra­xıl­ma­sın­dan son­ra hə­də­fin vu­rul­ma­sı im­kan­la­rı­na da­ir mə­lu­mat­la­rın ope­ra­to­ra ötü­rül­mə­si re­ji­mi rea­li­zə edi­lib, bu isə onun dö­yüş tət­bi­qi im­kan­la­rı­nı ge­niş­lən­di­rir. Ümu­miy­yət­lə, bu, hə­də­fi 100 fa­iz də­qiq­lik­lə vu­ran si­lah­dır və on­dan ya­yın­maq müm­kün de­yil. Onu da qeyd edək ki, "Spi­ke" ra­ket komp­lek­si ge­cə və gün­düz 50 metr­dən 2500 m mə­sa­fə­yə­dək yer­lə­şən hə­dəf­lə­ri, zi­reh­li tex­ni­ka­la­rı və tank­la­rı məhv et­mək üçün nə­zər­də tu­tu­lub. Ça­pı 127 mm olan bu ida­rə olu­nan ra­ket komp­lek­si Azər­bay­can­la ya­na­şı Çe­xi­ya, ABŞ, Avs­tra­li­ya, Bö­yük Bri­ta­ni­ya ki­mi qa­baq­cıl döv­lət­lə­rin si­lah­lan­ma­sın­da is­ti­fa­də olu­nur. Be­lə bir si­la­hın or­du­mu­zun ix­ti­ya­rın­da ol­ma­sı isə onun düş­mən üzə­rin­də üs­tün­lü­yü­nü da­ha da ar­tı­rır. Er­mə­ni me­dia­sı ya­zır ki, "Spi­ke" Azər­bay­ca­nın xa­ric­dən al­dı­ğı hər­bi tex­ni­ka­nın sa­də­cə bir nü­mu­nə­si­dir. Bu­ra­da təş­viş­lə vur­ğu­la­nır ki, Azər­bay­can or­du­su­nun ar­se­na­lın­da hə­lə dö­yüş­də tət­biq edil­mə­yən da­ha müa­sir si­lah­lar da var və on­lar­dan is­ti­fa­də er­mə­ni­lə­rin da­ha bö­yük it­ki­lər­lə üz­ləş­mə­si de­mək­dir. Bu mə­na­da he­sab edi­lir ki, Qa­ra­bağ mə­sə­lə­si­nin sülh yo­lu ilə həl­li er­mə­ni tə­rə­fi üçün ol­duq­ca va­cib­dir. Cəb­hə­də ar­tan son na­ra­zı­lı­ğı ya­tır­maq üçün Er­mə­nis­tan Mü­da­fiə Na­zir­li­yi id­dia edir ki, Azər­bay­can Or­du­su tə­rə­fin­dən vu­ru­lan tex­ni­ka qis­mən xə­sa­rət alıb və şəx­si he­yət sa­rı­dan it­ki ve­ril­mə­yib. Am­ma Azər­bay­can Mü­da­fiə Na­zir­li­yi baş ve­rən pro­ses­lə bağ­lı vi­deo­gö­rün­tü ya­yıb və ora­dan da ay­dın gö­rü­nür ki, vu­ru­lan komp­leks dar­ma­da­ğın edi­lir, bu­ra­dan ki­min­sə xi­las ol­ma­sı isə sa­də­cə müm­kün de­yil. Bu­nu eh­ti­yat­da olan pol­kov­nik Şa­ir Ra­mal­da­nov da təs­diq edir. Onun fik­rin­cə, xə­bə­ri ya­yan tə­rə­fin Er­mə­nis­tan ol­ma­sı əv­vəl­cə­dən bu­nun ya­lan, if­ti­ra ol­ma­sı­na və təş­viş için­də olan da­xi­li au­di­to­ri­ya­nı sa­kit­ləş­dir­mək məq­sə­di­lə ti­raj­la­nan blef ol­du­ğu­na də­la­lət edir: "Bi­rin­ci­si ona gö­rə ki, Azər­bay­can Mü­da­fiə Na­zir­li­yi­nin ya­yım­la­dı­ğı vi­deo­ya hət­ta qey­ri-pe­şə­kar göz­lə nə­zər sal­dıq­da ze­nit-ra­ket komp­lek­si­nin vu­ru­lan zər­bə­dən yün­gül xə­sa­rət al­ma­sı və 5 nə­fər­dən iba­rət eki­pa­jın sağ qal­ma­sı­nın qey­ri-müm­kün ol­du­ğu açıq-ay­dın gö­rü­nür. İkin­ci­si, zər­bə­dən bir ne­çə sa­ni­yə son­ra ze­nit-ra­ket komp­lek­si və nəq­liy­yat-dol­du­ru­cu ma­şı­nın ar­se­na­lın­da olan mər­mi­lə­rin de­to­na­si­ya nə­ti­cə­sin­də güc­lü part­la­yı­şa sə­bəb ol­ma­sı, ya­ra­nan yan­ğın­dan tüs­tü­nün uzun müd­dət gö­yə ucal­ma­sı da kadr­lar­da əks olu­nub. Hət­ta əra­zi­yə ya­xın yer­lər­dən də mü­şa­hi­də edil­di­yi gö­rü­nür. Bu iki amil - həm en­di­ri­lən güc­lü zər­bə, həm də güc­lü part­la­yış hər­bi tex­ni­ka­nın və eki­pa­jin ta­ma­mi­lə məhv edi­lə­rək sı­ra­dan çı­xa­rıl­dı­ğı­nı sü­but edir". Eks­pert bil­di­rir ki, İrə­van rəs­mi­lə­ri­nin tex­ni­ka­nın yün­gül xə­sa­rət al­ma­sı və şəx­si he­yə­tin zə­rər gör­mə­mə­si ba­rə­də yay­dı­ğı xə­bər­lər gü­lünc­dür, bu­na an­caq sa­də­lövh Er­mə­nis­tan cə­miy­yə­ti­nin inan­dı­rıl­ma­sı müm­kün­dür. Am­ma yu­xa­rı­da qeyd olun­du­ğu ki­mi, əs­lin­də in­di er­mə­ni cə­miy­yə­ti bö­yük qor­xu için­də­dir və "OSA" ze­nit-ra­ket komp­lek­si­nin vu­rul­ma­sı düş­mən tə­rəf­də mü­ha­ri­bə qor­xu­su­nu ar­tı­rıb. Bu­ra­da he­sab edi­lir ki, be­lə it­ki­lər­dən sı­ğor­ta­lan­maq üçün Azər­bay­can­la da­nı­şıq­lar in­ten­siv və nə­ti­cə ve­rən is­ti­qa­mət­də ol­ma­lı­dır. Əks hal­da cəb­hə­də da­ha bö­yük say­da it­ki­lə­rin ol­ma­sı qa­çıl­maz sa­yı­lır.

Əs­lin­də, er­mə­ni tə­rə­fi­ni na­ra­hat edən əsas mə­qam­lar­dan bi­ri həm də Azər­bay­ca­nın cəb­hə­də hər han­sı in­si­dent ol­ma­dan da əra­zi­lə­ri­ni iş­ğal­dan azad et­mək üçün güc tət­biq edə bi­lə­cə­yi ilə bağ­lı­dır. Bu du­rum­da he­sab edi­lir ki, müm­kün mü­ha­ri­bə­də müa­sir si­lah­lar əl­də edən Azər­bay­can or­du­su­nun qa­li­biy­yə­ti qa­çıl­maz­dır. Elə ona gö­rə də da­nı­şıq­lar pro­se­sin­də er­mə­ni tə­rə­fi­nin kons­truk­tiv möv­qe sər­gi­lə­mə­si va­cib sa­yı­lır. He­sab edi­lir ki, əks möv­qe mü­ha­ri­bə­ni da­ha bö­yük sü­rət­lə ya­xın­laş­dı­rır. Xa­tır­la­daq ki, qeyd edi­lən xü­sus­da ABŞ Mil­li Kəş­fiy­yat Agent­li­yi də xə­bər­dar­lıq­la çı­xış edib. Agent­li­yin dün­ya­da­kı risq­lər ba­rə­də he­sa­ba­tın­da de­yi­lir: "Mü­na­qi­şə tə­rəf­lə­ri­nin kom­pro­mis­lə­rə get­mək niy­yə­ti­nin ol­ma­ma­sı və öl­kə­lər da­xi­lin­də ar­tan təz­yiq­lər bu il Azər­bay­can­la Er­mə­nis­tan ara­sın­da Qa­ra­bağ­da tam­miq­yas­lı hər­bi əmə­liy­yat­la­ra gə­ti­rib çı­xa­ra bi­lər". Agent­li­yin di­rek­to­ru Da­ni­el Ko­ut­sun Kon­qre­sə təq­dim elə­di­yi he­sa­bat­da bu xü­sus­da be­lə bir qə­na­ət yer alıb: "Azər­bay­can­la Er­mə­nis­tan ara­sın­da se­pa­rat­çı Dağ­lıq Qa­ra­bağ re­gio­nu­na gö­rə gər­gin­lik 2016-cı ilin ap­re­lin­də alov­la­nıb. Və hər iki tə­rə­fin kom­pro­mis­lə­rə get­mək niy­yə­ti­nin ol­ma­ma­sı, da­xi­li təz­yiq­lə­rin art­ma­sı nə­ti­cə­sin­də 2017-ci il­də tam­miq­yas­lı hər­bi əmə­liy­yat­la­rın baş­lan­ma­sı im­kan­la­rı qa­lır". Er­mə­ni­lər öz­lə­ri də eti­raf edir ki, bu xə­bər­dar­lıq tə­sa­dü­fi de­yil. Bu­ra­da da mü­əy­yən qüv­və­lər tə­rə­fin­dən vur­ğu­la­nır ki, sülh tə­şəb­büs­lə­ri ge­cik­dik­cə, sülh an­laş­ma­sı lən­gi­dik­cə hər­bi əmə­liy­yat­la­rın baş­la­ma eh­ti­ma­lı ar­tır. Yu­xa­rı­da qeyd olun­du­ğu ki­mi, Dağ­lıq Qa­ra­bağ prob­le­mi­nin hər­bi müs­tə­vi­də çö­zül­mə­si isə er­mə­ni tə­rə­fi­nin sa­də­cə da­ha çox it­ki ver­mə­si ilə mü­şa­yi­ət olu­na­caq. Hər hal­da, cəb­hə­də son olay­lar bu­nu bir da­ha təs­diq­lə­miş ol­du.

Na­hid SA­LA­YEV

Ya­zı Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti ya­nın­da Küt­lə­vi İn­for­ma­si­ya Va­si­tə­lə­ri­nin İn­ki­şa­fı­na Döv­lət Dəs­tə­yi Fon­du­nun ma­liy­yə dəs­tə­yi­lə çap olu­nur.

Son xəbərlər