21/09/2017 21:27
728 x 90

Tramp-Ər­do­ğan gö­rü­şü­nə da­ha bir proq­noz - Rak­ka­dan son­ra kürd ter­ror­çu­la­rı­nın hə­də­fi Tür­ki­yə ola­caq...

"Tür­ki­yə səbr­lə Rak­ka əmə­liy­ya­tın­dan son­ra ABŞ-ın YPG-yə dəs­tə­yi­ni da­vam et­di­rib-et­dir­mə­yə­cə­yi­ni göz­lə­yir"

img

Mə­həm­məd Əsə­dul­la­za­də: "An­caq iki öl­kə­nin əla­qə­lə­rin­də də­rin böh­ran ya­ra­dan..."

 

Mə­lum ol­du­ğu ki­mi, ABŞ-da sə­fər­də olan Tür­ki­yə pre­zi­den­ti Ər­do­ğan­la Tram­pın gö­rü­şü ke­çi­ri­lib. Ər­do­ğa­nı çox is­ti qar­şı­la­yan Tramp ilk əv­vəl de­yib ki, "Ər­do­ğan­la uzun və çə­tin gö­rü­şü­müz ola­caq, an­caq Tür­ki­yə ilə mü­na­si­bət­lə­ri­mi­zi da­ha da güc­lən­di­rə­cə­yik".

İki li­der jur­na­list­lər üçün bri­finq ke­çi­rib. Tramp bri­finq­də Tür­ki­yə əs­gər­lə­ri­nin vax­ti­lə Ko­re­ya ilə sa­vaş­da ABŞ-a dəs­tək ol­duq­la­rı­nı hə­lə də unut­ma­dıq­la­rı­nı vur­ğu­la­ya­raq, iki­tə­rəf­li mü­na­si­bət­lə­ri da­ha da də­rin­ləş­di­rə­cək­lə­ri­nin me­sa­jı­nı ve­rib. ABŞ pre­zi­den­ti Tür­ki­yə­nin na­ra­hat ol­du­ğu PKK mə­sə­lə­si­nə də to­xu­nub. Bil­di­rib ki, ABŞ PKK və İŞİD ki­mi ter­ror qrup­la­rı ilə mü­ba­ri­zə­də Tür­ki­yə­nin ya­nın­da­dır: "YPG mə­sə­lə­sin­də də Tür­ki­yə­nin na­ra­hat­lı­ğı­nı ara­dan qal­dır­maq üçün ça­lı­şa­ca­ğıq".

Ər­do­ğan isə çı­xı­şın­da iki də­fə Tram­pı pre­zi­dent seç­ki­sin­də­ki qə­lə­bə­si mü­na­si­bə­ti­lə təb­rik edib. O, Ya­xın Şərq­də­ki və­ziy­yət­dən da­ha çox da­nı­şıb. Ər­do­ğan Su­ri­ya­nın əra­zi bü­töv­lü­yü, böl­gə­də təh­lü­kə­siz­lik zo­la­ğı, İŞİD-lə mü­ba­ri­zə möv­zu­la­rın­da ABŞ-la bir­gə ye­ni sə­hi­fə aça­caq­la­rı­na inan­dı­ğı­nı vur­ğu­la­yıb. 

An­caq o da heç kə­sə sirr de­yil ki, tə­rəf­lər ara­sın­da yu­xa­rı­da sa­da­la­nan mə­sə­lə­lər­lə bağ­lı fi­kir ay­rı­lı­ğı var. O ba­xım­dan bun­dan son­ra­kı pro­ses­lər­lə bağ­lı po­li­to­loq­la­rın göz­lən­ti­lə­ri nə­dən iba­rət­dir?
Mə­sə­lə­yə mü­na­si­bət bil­di­rən po­li­to­loq Mə­həm­məd Əsə­dul­la­za­də­nin söz­lə­ri­nə gö­rə, ABŞ və Tür­ki­yə pre­zi­dent­lə­ri­nin gö­rü­şün­də cid­di nə­ti­cə­lər əl­də olun­ma­sa da, NA­TO çər­çi­və­sin­də iki öl­kə­nin müt­tə­fiq­lik əla­qə­lə­ri­nin qo­ru­nub sax­lan­ma­sı is­ti­qa­mə­tin­də ad­dım­lar atı­la­caq: "Pre­zi­dent­lər Ya­xın Şərq re­gio­nun­da ge­dən si­ya­si-hər­bi pro­ses­lər­də iki­tə­rəf­li əmək­daş­lı­ğı da­vam et­dir­mək, İŞİD-ə qar­şı mü­ba­ri­zə­də bir­gə fəa­liy­yət gös­tər­mək mə­sə­lə­lə­rin­də or­taq möv­qe nü­ma­yiş et­dir­di­lər. An­caq iki öl­kə­nin əla­qə­lə­rin­də də­rin böh­ran ya­ra­dan ABŞ-ın Su­ri­ya­da PKK-nın qo­lu olan YPG-yə lo­gis­tik və si­ya­si dəs­tək ver­mə­si­dir. ABŞ və Tür­ki­yə­nin YPG üzə­rin­dən si­ya­si əla­qə­lə­ri Tramp-Ər­do­ğan gö­rü­şün­də öz həl­li­ni tap­ma­dı. Gö­rü­nən odur ki, ABŞ YPG-yə si­lah yar­dı­mı­nı da­vam et­di­rə­cək, iki öl­kə ara­sın­da qey­ri-mü­əy­yən­lik da­vam edə­cək. Şi­ma­li Su­ri­ya­da YPG-PKK ter­ror təş­ki­la­tı­nı le­gi­tim­ləş­di­rən ABŞ-ın bu si­ya­sə­tin­dən ge­ri çə­kil­mə­si göz­lə­nil­mir. Ki­fa­yət qə­dər si­lah və zi­reh­li tex­ni­ka ilə tə­min olu­nan kürd ter­ror­çu­la­rı­nın Rak­ka­dan son­ra əsas hə­də­fi Tür­ki­yə ilə mü­ba­ri­zə ola­caq. Ər­do­ğan çox ça­lı­şır ki, ABŞ Tür­ki­yə ilə müt­tə­fiq əla­qə­lə­ri­nə sa­diq qal­sın. Qeyd et­mək la­zım­dır ki, Ya­xın Şərq­də si­ya­si-hər­bi pro­ses­lər Tramp­dan ası­lı de­yil. Pen­ta­qon və də­rin döv­lət qar­şı­sın­da ge­ri çə­kil­mə­yə mə­ruz qa­lan Tramp kürd si­ya­sə­tin­də Tür­ki­yə­yə dəs­tək ve­rə bil­mə­yə­cək. Tür­ki­yə ar­tıq Ru­si­ya və ABŞ-ın YPG-PKK ter­ror təş­ki­lat­la­rı­na dəs­tək ve­rə­cə­yi­nin fər­qin­də­dir. Bu­na gö­rə də Şi­ma­li İraq­da ha­va əmə­liy­yat­la­rı apa­rır. Tür­ki­yə səbr­lə Rak­ka əmə­liy­ya­tın­dan son­ra ABŞ-ın YPG-yə dəs­tə­yi­ni da­vam et­di­rib-et­dir­mə­yə­cə­yi­ni göz­lə­yir".

Vi­da­di OR­DA­HAL­LI

p>

 

Vi­da­di OR­DA­HAL­LI

Son xəbərlər