13/12/2017 05:23
728 x 90

Ta­rix­də iz bu­ra­xan­lar: Qa­ra Yu­sif

img

Qa­ra­qo­yun­lu döv­lə­ti­nin qu­ru­cu­su Qa­ra Yu­sif 1355-ci il­də ana­dan olub. O, Qa­ra­qo­yun­lu tay­fa it­ti­fa­qı­nın ba­ni­si Bay­ram Xo­ca­nın nə­və­si, Qa­ra Mə­həm­mə­din oğ­lu­dur. Ata­sı Qa­ra Mə­həm­məd 1389-cu il­də dö­yüş­lə­rin bi­rin­də xə­ya­nət nə­ti­cə­sin­də öl­dü­rül­dük­dən son­ra tay­fa it­ti­fa­qı­na rəh­bər­lik Qa­ra Yu­si­fə ke­çib.

O vaxt­lar Azər­bay­ca­nın si­ya­si və­ziy­yə­ti çox mü­rək­kəb olub. Azər­bay­ca­nın cə­nub tor­paq­la­rı Cə­lai­ri­lər döv­lə­ti­nin tər­ki­bi­nə da­xil ol­sa da, öl­kə­də da­vam edən feo­dal çə­kiş­mə­lə­ri, Əmir Tey­mu­run və Tox­ta­mış xa­nın yü­rüş­lə­ri Cə­lai­ri­lə­rə bu tor­paq­lar üzə­rin­də tam hök­mran­lıq et­mə­yə im­kan ver­mir­di. Öz si­ya­si niy­yət­lə­ri­ni giz­lət­mə­yən Qa­ra­qo­yun­lu­la­rın Ki­çik Asi­ya ha­kim­lə­ri­ni ta­be et­mə­yə və Azər­bay­can­da ha­ki­miy­yə­tə yi­yə­lən­mə­yə cəhd gös­tər­mə­si on­la­rı Əmir Tey­mur və Ağ­qo­yun­lu ha­ki­mi Qa­ra Os­man Yu­luq­la toq­quş­dur­du. Qa­ra Yu­sif çox ağıl­lı bir şəx­siy­yət idi. O ba­şa dü­şür­dü ki, əlin­də ki­fa­yət qə­dər can­lı qüv­və, döv­rü­nə gö­rə mü­kəm­məl hər­bi tex­ni­ka olan Əmir Tey­mur­la tək­ba­şı­na dö­yüş­mək­lə qə­lə­bə qa­zan­maq müm­kün de­yil. Bu mü­ba­ri­zə­də Qa­ra Yu­sif Os­man­lı Sul­ta­nı İl­dı­rım Bə­ya­zid və keç­miş rə­qi­bi Cə­lai­ri Sul­tan Əh­məd­lə ya­xın­la­şır və on­lar­la müt­tə­fiq olur.

Qa­ra Yu­sif Sul­tan Əh­məd­lə müt­tə­fiq ol­du­ğu il­lər­də tey­mu­ri­lər­lə həl­le­di­ci dö­yüş­lər­də iş­ti­rak edib. Tey­mu­ri­lər­lə dö­yüş­lər­də ge­ri çə­kil­mə­li ol­du­ğu za­man­lar­da Mi­sir sul­ta­nı­nın, Os­man­lı sul­ta­nı­nın yar­dım­la­rın­dan is­ti­fa­də et­mək is­tə­yib, sək­kiz-doq­quz ay İl­dı­rım Bə­ya­zi­din hi­ma­yə­si al­tın­da olub. Os­man­lı sul­ta­nı Qa­ra Yu­si­fi on­dan tə­ləb edən Əmir Tey­mu­ra rədd ca­va­bı ve­rib.

Qa­ra Yu­si­fin müs­bət key­fiy­yət­lə­ri­nə gö­rə İl­dı­rım Bə­ya­zid ona yax­şı mü­na­si­bət bəs­lə­yir­di. Mən­bə­lə­rin ver­di­yi mə­lu­mat­lar­dan ay­dın olur ki, İl­dı­rım Bə­ya­zi­din Əmir Tey­mur­la toq­quş­ma­sı­nın sə­bəb­lə­rin­dən bi­ri də Qa­ra Yu­si­fin Tey­mu­ra təs­lim edil­mə­si tə­lə­bi­nin rədd edil­mə­si olub. İl­dı­rım Bə­ya­zid Əmir Tey­mu­run el­çi­lə­ri­ni yo­la sal­dıq­dan son­ra Qa­ra Yu­si­fə bil­di­rib ki, Tey­mur onu təs­lim et­mə­yi tə­ləb edir. Qa­ra Yu­sif isə de­yib ki, onun bu­ra­da ol­ma­sı dos­tu­nun döv­lə­ti üçün təh­lü­kə ya­ra­dır. Bəl­kə bu əra­zi­lə­ri tərk edib get­sin. İl­dı­rım Bə­ya­zid ca­va­bın­da be­lə de­yib: "Sən də, mən də, Əmir Tey­mur da tür­kük. Çox tə­əs­süf ki, biz bir-bi­ri­mi­zin üzə­ri­nə qı­lınc çə­ki­rik. Mən Qa­ra Yu­sif ki­mi əzm­li və sö­zü bü­töv bir türk oğ­lu­nun məhv edil­mə­si­nə yol ve­rə bil­mə­rəm. Nə qə­dər xət­rin is­tə­yir, mə­nim tor­paq­la­rım­da öz tay­fan­la ya­şa­ya bi­lər­sən".

Qa­ra Yu­sif İl­dı­rım Bə­ya­zi­din məğ­lu­biy­yə­tin­dən son­ra bir müd­dət ona sa­diq Qa­ra­qo­yun­lu əmir­lə­ri ilə Bağ­dad­da ya­şa­yıb. Tey­mu­ri­lə­rin Bağ­da­da hü­cu­mu­nu eşit­dik­də Şa­ma ge­dib. Onun məq­sə­di və­ziy­yət dü­zə­lə­nə qə­dər Mi­sir Sul­ta­nı Fə­rə­cin ya­nın­da sı­ğı­na­caq tap­maq idi. Ha­di­sə­lə­rin can­lı şa­hi­di Ni­za­məd­din Şa­mi­nin sal­na­mə­si­nə is­ti­na­dən, Əmir Tey­mur Mi­sir Sul­ta­nı Fə­rə­cin ya­nı­na el­çi gön­də­rə­rək Qa­ra Yu­si­fin edam edil­mə­si­ni əmr edib. Sal­na­mə­çi Hə­sən bəy Rum­lu da Əmir Tey­mu­run Qa­ra Yu­sif haq­qın­da çı­xar­dı­ğı ölüm hök­mü ba­rə­də be­lə ya­zıb: "Əgər Sul­tan bi­zim sev­gi­mi­zə la­yiq­dir­sə, Qa­ra Yu­si­fi öl­dür­sün." Mi­sir Sul­ta­nı Fə­rəc Əmir Tey­mu­run tə­ləb­lə­rin­dən eh­ti­yat et­di­yi­nə gö­rə Şam nai­bi­nə Qa­ra Yu­si­fin həbs edil­mə­si­ni tap­şı­rıb. Nə­ti­cə­də, Qa­ra Yu­sif bir ne­çə il Şam­da həbs­xa­na hə­ya­tı ya­şa­ma­lı olub.  

Qa­ra Yu­sif Şam­da həbs­xa­na hə­ya­tı ya­şa­dı­ğı il­lər­də Cə­vai­ri Sul­tan Əh­məd­lə an­laş­ma bağ­la­yıb. Bu an­laş­ma­ya gö­rə, Azər­bay­ca­nı qa­ra­qo­yun­lu­lar, İra­qı isə cə­lai­ri­lər ida­rə et­mə­li idi. Fə­qət Qa­ra­qo­yun­lu döv­lə­ti ya­ran­dıq­dan son­ra Sul­tan Əh­məd I İb­ra­hi­min təh­ri­ki­lə Qa­ra Yu­si­fə xə­ya­nət et­dik­də, məğ­lub ola­raq öl­dü­rü­lüb. Qa­ra Yu­sif isə Şir­van­şah I İb­ra­hi­mi məğ­lub edə­rək onu özün­dən ası­lı edib.

Döv­rün ta­rix­çi­lə­ri Qa­ra Yu­sif-Əmir Tey­mur qar­şı­dur­ma­sı haq­qın­da də­yər­li mə­lu­mat­lar ve­rib­lər. Əmir Tey­mur nə qə­dər təd­bir­li və uzaq­gö­rən ol­sa da, Qa­ra Yu­si­fi ta­ma­mi­lə məğ­lub edə­rək ara­dan gö­tür­mə­yə mü­vəf­fəq ol­ma­yıb. Öz igid türk­mən sü­va­ri­lə­ri ilə Ki­çik Asi­ya­nın, Ərəb İra­qı­nın bu ba­şın­dan vu­rub o ba­şın­dan çı­xan Qa­ra Yu­sif da­im Tey­mur üçün təh­lü­kə mən­bə­yi olub. Hət­ta bir də­fə Tey­mu­run bü­tün il­xı­sı­nı ələ ke­çi­rə­rək onun or­du­su­nu mi­nik­siz qo­yub. Hə­lə Də­məşq­də əsir­lik­də olar­kən Qa­ra Yu­sif ba­şa dü­şür­dü ki, Cə­lai­ri­lər Azər­bay­can­da öz ha­ki­miy­yət­lə­ri­ni sax­la­maq iq­ti­da­rın­da de­yil. Ona gö­rə də onun­la Sul­tan Əh­məd ara­sın­da bir an­laş­ma bağ­la­nır. On­lar əbə­di dost­lu­ğa and içə­rək azad­lı­ğa çıx­dıq­dan son­ra Sul­tan Əh­mə­din Bağ­da­da, Qa­ra Yu­si­fin isə Təb­ri­zə yi­yə­lən­mə­si­nə da­ir ra­zı­lı­ğa gə­lir­lər. Əs­lin­də isə Sul­tan Əh­məd bu və­di­nə əməl et­mək fik­rin­də ol­ma­yıb. Qa­ra Yu­sif onu təh­lü­kə­lər­dən də­fə­lər­lə xi­las et­sə də, o özü­nü bir hökm­dar ki­mi tu­tur, müt­tə­fi­qi­nə adi bir tay­fa it­ti­fa­qı­nın baş­çı­sı ki­mi ba­xır­dı. Qa­ra Yu­sif isə bağ­la­dı­ğı an­laş­ma­ya sa­diq qa­la­raq Bağ­da­dın azad edil­mə­sin­də Sul­tan Əh­mə­də ya­xın­dan kö­mək edib. Son­ra on­lar Təb­ri­zə yü­rüş edir. Yol­da Qa­ra Yu­sif Sul­tan Əh­mə­din dav­ra­nı­şın­dan onun bağ­la­dı­ğı mü­qa­vi­lə­yə sa­diq ol­ma­ya­ca­ğı­nı hiss edir. Qa­ra Yu­sif xə­ya­lın­da be­lə de­yir­di: "Azər­bay­can tor­pa­ğı­nı bir da­ha bu Cə­lai­ri tö­rə­mə­si­nin ix­ti­ya­rı­na bu­rax­maq ol­maz. Onun oğ­lu Ta­hir Əlin­cə qa­la­sı­nı 14 il müd­də­tin­də Tey­mur­dan mərd­lik­lə qo­ru­yan əmir Al­tun ki­mi bir igid sər­kər­də­yə xə­ya­nət edib, Azər­bay­ca­nın ba­sıl­maz­lıq rəm­zi olan Əlin­cə­nin sü­qu­tu­na ba­is olub. Məhz bun­la­rın ya­ra­maz si­ya­sə­ti­nin və ida­rə­çi­li­yi­nin nə­ti­cə­si­dir ki, Azər­bay­can tor­pa­ğı ya­ğı tap­da­ğı al­tın­da qa­lıb. Da­ha bəs­dir, bu tor­pa­ğı onun əsl sa­hib­lə­ri öz­lə­ri ida­rə et­mə­li­dir".

Qa­ra Yu­si­fin şüb­hə­lə­ri özü­nü doğ­rul­dur, Sul­tan Əh­məd, də­fə­lər­lə ol­du­ğu ki­mi, bu də­fə də öz müt­tə­fi­qi­nə xə­ya­nət edir və Təb­riz də da­xil ol­maq­la Azər­bay­ca­nın cə­nub tor­paq­la­rı­nın ida­rə­si­ni Qa­ra Yu­si­fə ver­mək­dən bo­yun qa­çı­rır. Təb­riz əha­li­si­nin rəğ­bət bəs­lə­di­yi Qa­ra Yu­sif əl­ve­riş­li mə­qam­dan fay­da­la­na­raq Sul­tan Əh­mə­din şə­hər­dən qo­vul­ma­sı­na na­il olur. O, ye­ni­dən Bağ­da­da qa­çır.

1406-cı il­də Təb­riz ya­xın­lı­ğın­da Şən­bi-Qa­zan de­yi­lən yer­də Qa­ra­qo­yun­lu və Tey­mu­ri qüv­və­lə­ri üz-üzə gə­lir. Əmir Tey­mu­run nə­və­si Əbu­bəkr bu dö­yüş­də öz rə­qib­lə­ri­ni hə­mi­şə­lik ara­dan gö­tü­rə­cə­yi­nə ümid edir­di. Fə­qət onun qa­ra­qo­yun­lu qüv­və­lə­ri üzə­ri­nə hü­cum cəh­di heç bir nə­ti­cə ver­mir. Bu za­man Qa­ra Yu­sif or­ta əsr­lə­rin türk cən­ga­vər­lik qa­nun­la­rı­na uy­ğun ola­raq na­haq qan tök­mə­mək üçün Əbu­bək­ri tək­bə­tək dö­yü­şə ça­ğı­rır. Fə­qət o, bun­dan im­ti­na edir. Əbu­bəkr üzə­rin­də qə­lə­bə Qa­ra Yu­si­fin şöh­rə­ti­ni ar­tır­maq­la ya­na­şı, onun son­ra­kı qə­lə­bə­lə­ri üçün zə­min ya­ra­dır. 1408-ci ilin ap­rel ayın­da Sə­rid­rud ad­lı yer­də Qa­ra Yu­si­fin qüv­və­lə­ri ilə Əbu­bək­rin qüv­və­lə­ri ara­sın­da ye­ni dö­yüş baş ve­rir. Bu dö­yüş də Qa­ra­qo­yun­lu­la­rın qə­lə­bə­si ilə nə­ti­cə­lə­nir. Əbu­bək­rin ata­sı Mi­ran­şah öl­dü­rü­lür. Tey­mu­ri­lər Azər­bay­ca­nı tərk edir. Bu­nun­la da Azər­bay­can­da Tey­mu­rə­lə­rin ağa­lı­ğı­na son qo­yu­lur. Azər­bay­ca­nın cə­nub tor­paq­la­rı Qa­ra­qo­yun­lu­la­rın ha­ki­miy­yə­ti al­tı­na ke­çir.

Qa­ra Yu­sif döv­lət ida­rə­çi­li­yi sa­hə­sin­də də qa­bi­liy­yət­li bir hökm­dar idi. Bü­tün Azər­bay­can döv­lə­ti­nə xas olan Məş­və­rət məc­li­si onun da sa­ra­yın­da fəa­liy­yət gös­tə­rir­di. Bu məc­li­sin rə­yi ol­ma­dan Qa­ra Yu­sif heç bir ad­dım at­maz­dı. O, bə­zi hökm­dar­lar­dan fərq­li ola­raq qan tök­mə­yə, zülm et­mə­yə meyl­li de­yil­di. Qə­tiy­yət­li və təm­kin­li ol­ma­sı ilə döv­rü­nün di­gər hökm­dar­la­rın­dan fərq­lə­nir­di. Qa­ra Yu­si­fin əx­laq və din ba­rə­sin­də də bi­lik­li bir şəx­siy­yət ol­du­ğu­nu döv­rün mən­bə­lə­ri təs­diq edir.

Azər­bay­can Qa­ra­qo­yun­lu döv­lə­ti­nin qu­ru­cu­su, lə­ya­qət­li döv­lət ada­mı Qa­ra Yu­sif ta­rix­də çox mü­rək­kəb və zid­diy­yət­li bir hə­yat yo­lu ke­çib, zə­fər­lər­dən ruh­la­nıb, məğ­lu­biy­yət­dən dərs alıb. Qa­ra Yu­sif döv­rü­nün gör­kəm­li hərb­çi­si idi. Onun bu key­fiy­yə­ti­ni hət­ta o za­ma­nın dö­yüş­kən hərb­çi­lə­ri olan Tey­mu­ri­lər də eti­raf edir­di­lər. Qa­ra Yu­sif düş­mən üzə­ri­nə hü­cum et­məz­dən əv­vəl Çin­giz xan və Əmir Tey­mur ki­mi onun hər­bi qüv­və­lə­ri­nin üs­tün və zə­if cə­hət­lə­ri­ni diq­qət­lə araş­dı­rar, on­dan son­ra əmə­liy­yat pla­nı qu­rar­dı. Dö­yüş za­ma­nı xən­dək­lər qaz­dı­ra­raq or­du­nun qə­fil ya­ğan ox ya­ğış­la­rın­dan qo­run­ma­sı­nı tə­min edər­di. Or­du­nun həm si­lah-sur­sat, həm də ər­zaq­la yax­şı tə­min olun­ma­sı­nı da­im diq­qət­də sax­la­yar­dı. Hə­mi­şə əs­gər­lər­lə hər­bi tə­lim ke­çər, on­la­rın dö­yüş üsul­la­rı­na mü­kəm­məl yi­yə­lən­mə­lə­ri­nə ça­lı­şar­dı. Qa­ra Yu­sif o döv­rün ən güc­lü­sü Əmir Tey­mu­ra qar­şı vu­ru­şan ye­ga­nə hökm­dar idi ki, Fa­teh be­lə onu məğ­lub edə bil­mə­miş­di. Ey­ni za­man­da ye­ni bir döv­lə­tin əsa­sı­nı qoy­ma­sı, öz tor­paq­la­rı­nı Tey­mu­ri­lər­dən azad et­mə­si Qa­ra Yu­si­fin bö­yük bir ta­ri­xi şəx­siy­yət ol­du­ğu­nu sü­but edir.

Bə­li, Qa­ra Yu­sif Azər­bay­ca­nın döv­lət­çi­lik ta­ri­xin­də öz sö­zü­nü de­miş ta­ri­xi şəx­siy­yət­dir. Ta­ri­xi sal­na­mə­lər­də "güc­lü və əzə­mət­li əmir" ad­lan­dı­rı­lan Qa­ra Yu­sif gör­kəm­cə hün­dür­boy, sağ­lam, qüv­vət­li bir şəxs ki­mi təs­vir edi­lir. Qa­ra Yu­sif tə­bi­ət eti­ba­ri­lə mərd, ge­niş ürək­li, ver­di­yi sö­zə sa­diq bir hökm­dar ki­mi xa­tır­la­nır. O öz döv­lə­ti­ni qur­duq­dan son­ra güc­lü or­du ya­ra­dıb, öl­kə­də qu­ru­cu­luq, abad­lıq iş­lə­ri apa­rıb. Ta­ri­xi mən­bə­lə­rə is­ti­na­dən be­lə qə­naə­tə gəl­mək olar ki, Qa­ra Yu­sif Əmir Tey­mu­run qorx­du­ğu, eh­ti­yat et­di­yi ağıl­lı döv­lət ada­mı, təc­rü­bə­li sər­kər­də idi. Qüd­rət­li hökm­dar Qa­ra Yu­si­fin nə vaxt­sa onun ya­rat­dı­ğı döv­lə­tə prob­lem­lər ya­ra­da­ca­ğın­dan qorx­du­ğu üçün rə­qi­bi­nin ölü­mü­nü is­tə­yib. Onun Sul­tan Əh­mə­di İl­dı­rım Bə­ya­zi­din, Sul­tan Fə­rə­cin ya­nı­na gön­də­rə­rək Qa­ra Yu­si­fin eda­mı­nı tə­ləb et­mə­si tə­sa­dü­fi de­yil. O, Qa­ra Yu­si­fin qo­çaq­lı­ğın­dan eh­ti­yat et­di­yi üçün türk sul­tan­la­rın­dan onun eda­mı­nı tə­ləb edib. Ağıl­lı Əmir Tey­mur Qa­ra­qo­yun­lu döv­lə­ti­nin qu­ru­cu­su haq­qın­da dü­şün­cə­sin­də ya­nıl­ma­yıb. Qa­ra Yu­si­fi türk ta­ri­xin­də diq­qət çə­kən şəx­siy­yət­lər­dən bi­ri he­sab edən Fa­ruk Sü­mər onun uzaq­gö­rən və təc­rü­bə­li bir hərb­çi ol­du­ğu­nu ya­zıb. Mü­əl­li­fin gəl­di­yi qə­naə­tə gö­rə, onun cə­sa­rə­ti­nə, igid­li­yi­nə tək­cə əs­gər­lə­ri de­yil, Ça­ğa­tay baş­da ol­maq­la bü­tün düş­mən­lə­ri hey­ran idi.

Sal­na­mə­çi Hə­sən bəy Rum­lu Qa­ra Yu­si­fin şəx­siy­yə­ti­nə eh­ti­ram­la ya­na­şıb, onun hökm­dar­lıq fəa­liy­yə­ti­nə yük­sək qiy­mət ve­rib. O, Qa­ra Yu­sif haq­qın­da be­lə ya­zıb: "Qa­ra Yu­sif mü­ha­ri­bə mey­da­nın­da qan içən bir as­lan, əy­lən­cə məc­li­sin­də isə cöv­hər sa­çan bir bu­lud idi. Əda­lət­li, mər­hə­mət­li ol­ma­sı ilə ta­nı­nıb, əx­la­qı ilə se­çi­lib. Za­lım­la­rın düş­mə­ni olub, mə­sum­la­rın ri­fa­hı­na ça­lı­şıb. Öl­kə­sin­də sa­bit­li­yi, əmin-aman­lı­ğı qo­ru­yub..."

Azər­bay­ca­nın Ağ­qo­yun­lu­lar və Sə­fə­vi­lər döv­rün­də yük­sək tə­rəq­qi­yə çat­ma­sı məhz Qa­ra Yu­si­fin qur­du­ğu Qa­ra­qo­yun­lu döv­lə­ti za­ma­nın­da tə­şək­kül ta­pıb.

Qa­ra Yu­sif qı­sa müd­dət­də ol­duq­ca qüd­rət­li bir Azər­bay­can döv­lə­ti ya­ra­dıb. İm­pe­ra­tor­lu­ğa çev­ri­lən bu döv­lə­ti qo­ru­maq üçün bü­tün səy və ba­ca­rı­ğı­nı əsir­gə­mə­yib. Uzun il­lə­rin gər­gin və hə­ya­can­lı gün­lə­ri, şid­dət­li ça­tış­ma­lar onun səh­hə­ti­ni zə­if­lə­dib. Hər­bi sə­fər­lə­rin bi­rin­də ağır xəs­tə­lə­nən Azər­bay­can hökm­da­rı­nı xi­las et­mək müm­kün ol­ma­yıb. Qa­ra Yu­sif 1420-ci il no­yabr ayı­nın 13-də Səi­da­bad kən­di ya­xın­lı­ğın­da və­fat edib.

Al­lah rəh­mət elə­sin.

Fa­zil QA­RA­OĞ­LU
pro­fes­sor 

Son xəbərlər