19/10/2017 18:42
728 x 90

Le Pe­nin qon­dar­ma "DQR"lə bağ­lı bə­ya­na­tı seç­ki oyu­nu, ya cid­di niy­yət ki­mi...

img

Fa­zil Mus­ta­fa: "Fa­şist xa­nı­ma çat­dır­maq la­zım­dır ki, heç na­ra­hat ol­ma­sın..."

İl­qar Və­li­za­də: "Bu heç də o de­mək de­yil ki, hə­min na­mi­zəd­lər re­al si­ya­sət­də de­dik­lə­ri­nə əməl edə­cək"

 

Fran­sa­da pre­zi­dent­li­yə na­mi­zəd olan Ma­ri­ne Le Pen uy­dur­ma er­mə­ni soy­qı­rı­mı, Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si ba­rə­də hə­qi­qə­tə uy­ğun ol­ma­yan açıq­la­ma­lar ve­rir, uy­dur­ma soy­qı­rı­mın ta­nın­ma­sı ide­ya­sı­nı dəs­tək­lə­di­yi­ni bə­yan edir.

Fran­sa­nın ul­tra­sağ­çı Mil­li Cəb­hə Par­ti­ya­sı­nın səd­ri er­mə­ni tə­əs­süb­keş­li­yi­ni açıq şə­kil­də bil­di­rib: "Ya­xın Şərq­də Fran­sa xris­ti­an­la­rın mü­da­fiə­çi­si ki­mi li­der ro­lu­nu bər­pa et­mə­li­dir. Qa­ra­bağ konf­lik­ti­nin həl­li üçün Dağ­lıq Qa­ra­bağ Er­mə­nis­ta­na bir­ləş­di­ril­mə­li­dir".

Be­lə şəxs pre­zi­dent se­çi­lər­sə, bu han­sı fə­sad­la­ra sə­bəb ola bi­lər?

Mil­lət və­ki­li Fa­zil Mus­ta­fa­nın söz­lə­ri­nə gö­rə, fa­şist xa­nı­ma çat­dır­maq la­zım­dır ki, heç na­ra­hat ol­ma­sın, Azər­bay­can Er­mə­nis­ta­nı özü­nə bir­ləş­di­rən­dən son­ra Dağ­lıq Qa­ra­ba­ğın be­lə bir dər­di ol­ma­ya­caq: "Yə­ni bir­ləş­mə­yə Er­mə­nis­tan adın­da döv­lət ol­ma­ya­caq. Le-Pe­nə də de­yə­cə­yik ki, Azər­bay­can qa­nun­la­rı­na ta­be ol­ma­yan er­mə­ni­lər üçün Pa­ris ya­xın­lı­ğın­da bir mux­ta­riy­yət ya­rat­sın, ona üz tu­tan er­mə­ni­lə­ri öz və­sai­ti he­sa­bı­na qar­şı­la­sın ki, yol yor­ğun­luq­la­rı can­la­rın­dan çıx­sın".

Po­li­to­loq İl­qar Və­li­za­də isə he­sab edir ki, Fran­sa­da pre­zi­dent­li­yə na­mi­zəd olan şəxs­lə­rin böl­gə­də baş ve­rən pro­ses­lər­dən xə­bə­ri yox­dur, ona gö­rə bu cür bə­ya­nat­lar­la çı­xış edir­lər. Onun fik­rin­cə, on­la­rın əsas məq­sə­di Fran­sa­da ya­şa­yan er­mə­ni mən­şə­li se­çi­ci­lə­rin rəğ­bə­ti­ni qa­zan­maq­dır: "Bil­di­yi­miz ki­mi, er­mə­ni­lə­rin Fran­sa si­ya­sə­ti­nə tə­si­ri ki­fa­yət qə­dər­dir. Fran­sa­da­kı er­mə­ni lob­bi­si si­ya­sət­çi­lə­rin si­ya­si proq­noz­la­rı­nı ma­liy­yə­ləş­di­rir, əvə­zin­də isə na­mi­zəd­lər er­mə­ni­lə­rin ün­va­nı­na tə­rif­lər səs­lən­di­rir. Bu heç də o de­mək de­yil ki, hə­min na­mi­zəd­lər re­al si­ya­sət­də de­dik­lə­ri­nə əməl edə­cək. Ha­zır­kı pre­zi­dent Fran­sua Ol­land da ha­ki­miy­yə­tə gə­lən­də er­mə­ni lob­bi­si ilə sıx əla­qə sax­la­yıb. Am­ma re­al­lıq be­lə­dir ki, on­lar Fran­sa­nın ma­raq­la­rın­dan çı­xış et­mə­li­dir. Fran­sa­nın re­gi­on­da iq­ti­sa­di və təh­lü­kə­siz­lik mə­sə­lə­lə­ri ilə bağ­lı əsas tə­rəf­da­şı isə Azər­bay­can­dır. Ona gö­rə də na­mi­zəd­lər pre­zi­dent se­çil­dik­dən son­ra məc­bur olub hə­min fi­kir­lə­ri unu­dur­lar".

Mə­həm­mə­də­li QƏ­RİB­Lİ

Son xəbərlər