27/04/2017 13:08
728 x 90

Lav­ro­vun "Ab­xa­zi­ya KTMT"də fi­kir­lə­ri­nin ar­xa­sın­da giz­li Qa­ra­bağ ey­ha­mı...

"Se­pa­rat­çı­lı­ğın möv­cud ol­du­ğu han­sı­sa bir böl­gə ilə bağ­lı va­si­tə­çi­lik mis­si­ya­sı­nı üzə­ri­nə gö­tü­rən öl­kə pre­se­dent ya­ra­da bi­lə­cək bü­tün pis hal­la­rı rədd et­mə­li­dir"

img

Qa­bil Hü­seyn­li: "Ru­si­ya­nın bu tək­li­fi­ni pis­lə­yi­rəm və he­sab edi­rəm ki, KTMT-yə üzv olan di­gər nor­mal öl­kə­lər də bu mə­sə­lə­yə eti­ra­zı­nı bil­dir­mə­li­dir"

 

Ru­si­ya xa­ri­ci iş­lər na­zi­ri Ser­gey Lav­rov bil­di­rib ki, Ab­xa­zi­ya­nın təh­lü­kə­siz­li­yi­nə ən eti­bar­lı şə­kil­də Ru­si­ya tə­rə­fin­dən zə­ma­nət ve­ri­lib: "Biz Ab­xa­zi­ya­nın Kol­lek­tiv Təh­lü­kə­siz­lik Mü­qa­vi­lə­si Təş­ki­la­tı ilə əmək­daş­lı­ğın­dan məm­nun ola­rıq. Ab­xa­zi­ya­nın KTMT-yə tam­hü­quq­lu üzv ol­ma­sı və ya mü­şa­hi­də­çi sta­tu­su qa­zan­ma­sı Al­yan­sın bü­tün üzv­lə­ri­nin kon­sen­su­sun­dan ası­lı­dır. Bu təş­ki­la­tın Ab­xa­zi­ya­nın təh­lü­kə­siz­li­yi­ni tə­min et­mə­si­nə gə­lin­cə, Su­xu­mi­nin təh­lü­kə­siz­li­yi­nə ən eti­bar­lı şə­kil­də Ru­si­ya ilə Ab­xa­zi­ya ara­sın­da mü­qa­vi­lə­lər­lə zə­ma­nət ve­ri­lib".

Ru­si­ya­nın bu möv­qe­yi­ni ne­cə də­yər­lən­dir­mək olar?

Po­li­to­loq Qa­bil Hü­seyn­li he­sab edir ki, be­lə möv­qe Ru­si­ya­nın Dağ­lıq Qa­ra­bağ­la bağ­lı va­si­tə­çi­lik möv­qe­yi ilə qə­ti uz­laş­mır: "Ha­mı­ya bəl­li­dir ki, KTMT elə Ru­si­ya de­mək­dir. Ab­xa­zi­ya­da, fak­ti­ki ola­raq, se­pa­rat­çı bir re­jim fəa­liy­yət gös­tə­rir. On­lar Gür­cüs­ta­nın əra­zi bü­töv­lü­yü­nü po­zub. Be­lə olan hal­da, Ru­si­ya hə­min re­ji­mi özü­nün cid­di ad­lan­dır­dı­ğı bir tə­si­sat­la əmək­daş­lı­ğa ne­cə cəlb et­mək is­tə­yir? Ru­si­ya­nın Ab­xa­zi­ya və di­gər se­pa­rat­çı re­jim­lə­ri hi­ma­yə et­mə­si­ni bi­lir­dik. An­caq on­lar­la əmək­daş­lı­ğı KTMT-yə trans­fer et­mək hə­min qu­rum­da təm­sil olu­nan di­gər müs­tə­qil döv­lət­lə­rin də ney­tral­lı­ğı­nı şüb­hə al­tı­na sa­lır. Mə­nə elə gə­lir ki, ha­zır­da Ab­xa­zi­ya ilə Dağ­lıq Qa­ra­bağ­da for­ma­la­şan iş­ğal­çı re­jim­lər ara­sın­da heç bir fərq yox­dur. İki­si də ey­ni ma­hiy­yə­ti da­şı­yır. Su­ve­ren öl­kə­nin əra­zi bü­töv­lü­yü­nü po­za­raq bu və­ziy­yə­ti ya­ra­dıb­lar. Əs­lin­də, bu cür ha­lı bü­tün nor­mal öl­kə­lər pis­lə­mə­li­dir. Kim zə­ma­nət ve­rə bi­lər ki, sa­bah Ru­si­ya Dağ­lıq Qa­ra­ba­ğın da KTMT-yə üzv­lük mə­sə­lə­si­ni tək­lif et­mə­yə­cək? Xü­su­si­lə də se­pa­rat­çı­lı­ğın möv­cud ol­du­ğu han­sı­sa bir böl­gə ilə bağ­lı va­si­tə­çi­lik mis­si­ya­sı­nı üzə­ri­nə gö­tü­rən öl­kə pre­se­dent ya­ra­da bi­lə­cək bü­tün pis hal­la­rı rədd et­mə­li­dir. Ru­si­ya­nın bu tək­li­fi­ni pis­lə­yi­rəm və he­sab edi­rəm ki, KTMT-yə üzv olan di­gər nor­mal öl­kə­lər də bu mə­sə­lə­yə eti­ra­zı­nı bil­dir­mə­li­dir".

Mə­həm­mə­də­li QƏ­RİB­Lİ

Son xəbərlər