17/12/2017 14:05
728 x 90

ABŞ-İran mü­na­si­bət­lə­ri sü­rət­lə pis­lə­şir, Tramp tap­şı­rıq ver­di...

img

Şi­ma­li Ko­re­ya ilə bö­yük sa­va­şa ha­zır­la­şan ABŞ İra­na mü­na­si­bət­də də ge­də­rək da­ha sərt möv­qe tut­maq­da­dır. ABŞ pre­zi­den­ti Do­nald Tram­pın və onun ko­man­da üzv­lə­ri­nin açıq­la­ma­la­rın­dan be­lə bəl­li olur ki, Va­şinq­ton və Teh­ran ara­sın­da mü­na­si­bət­lər get­dik­cə da­ha da pis­lə­şə­cək. Bu ge­diş­lə İra­nın nü­və proq­ra­mı­nın bər­pa edil­mə­si, ABŞ-ın isə İs­ra­il­lə bir­gə bu öl­kə­yə qar­şı hər­bi əmə­liy­yat­la­ra start ver­mə­si ta­ma­mi­lə göz­lə­ni­lən­dir.

Ya­ran­mış və­ziy­yət­də ar­tıq  Do­nald Tramp Mil­li Təh­lü­kə­siz­lik Şu­ra­sı­na İra­nın nü­və proq­ra­mı ilə bağ­lı bey­nəl­xalq sa­zi­şi ye­ni­dən nə­zər­dən ke­çir­mə­yə və bu öl­kə­yə qar­şı qo­yu­lan sank­si­ya­la­rın ləğ­vi­nin ABŞ-ın mil­li təh­lü­kə­siz­lik ma­raq­la­rı­na tə­si­ri­nin qiy­mət­lən­di­ril­mə­si­nə da­ir gös­tə­riş ve­rib. Tramp ye­nə İra­nı ter­ror­çu döv­lət­lər sı­ra­sın­da "nöm­rə bir" ad­lan­dı­rıb. ABŞ döv­lət ka­ti­bi Reks Til­ler­son da Nü­ma­yən­də­lər Pa­la­ta­sı­nın spi­ke­ri Pol Ra­yan­la gö­rü­şü za­ma­nı ey­ni möv­qe­ni sər­gi­lə­yib: "İran bir sı­ra plat­for­ma və va­si­tə­lər­lə ter­ro­riz­mi dəs­tək­lə­yən baş­lı­ca döv­lət ola­raq qa­lır". Til­ler­son həm­çi­nin İra­na qar­şı "stra­te­ji dö­züm" si­ya­sə­ti­ni də uğur­suz ad­lan­dı­rıb:"Bu öl­kə­dən gə­lən təh­did­lə­rə ca­vab ver­mək la­zım­dır". O, İra­nın nü­və proq­ra­mı ilə bağ­lı Bir­gə Hər­tə­rəf­li Fəa­liy­yət Pla­nı­nın da göz­lə­ni­lən nə­ti­cə­lə­ri ver­mə­di­yi­ni vur­ğu­la­yıb. Onun söz­lə­ri­nə gö­rə, bu, İra­nı nü­və sta­tu­sun­dan məh­rum et­mə­yib: "Bu, on­la­rın nü­və döv­lə­ti ol­maq məq­sə­di­ni yal­nız tə­xi­rə sa­lıb". Qeyd edək ki, İra­nın nü­və proq­ra­mı üz­rə Bir­gə Hər­tə­rəf­li Fəa­liy­yət Pla­nı (BHFP) 2015-ci ilin iyul ayın­da İran və "al­tı­lıq öl­kə­lə­ri" - Al­ma­ni­ya, Bö­yük Bri­ta­ni­ya, Fran­sa, Çin, Ru­si­ya və ABŞ ara­sın­da qə­bul edi­lib. İyu­lun 20-də plan BMT Təh­lü­kə­siz­lik Şu­ra­sı tə­rə­fin­dən təs­diq edi­lib. Qə­bul edil­miş qət­na­mə İra­nın nü­və proq­ra­mı ilə bağ­lı sank­si­ya­la­rın ara­dan qal­dı­rıl­ma­sı­nı nə­zər­də tu­tur. Am­ma ye­ni ABŞ hö­ku­mə­ti sank­si­ya­la­rı ara­dan qal­dır­maq əvə­zi­nə da­ha da sərt­ləş­dir­mə­yi dü­şü­nür. Be­lə ola­ca­ğı hal­da İran nü­və pro­qar­mı­nı ye­ni­dən bər­pa edə­cə­yi­ni bil­di­rir. Bu du­rum­da ABŞ İra­na qar­şı hər­bi əmə­liy­yat­lar ke­çi­rə­cə­yi­ni bə­yan edir və Do­nald Tramp da qeyd edir ki, İra­na qar­şı bü­tün va­ri­ant­lar ma­sa üzə­rin­də­dir.

Be­lə bir vaxt­da Bir­ləş­miş Ştat­lar bə­zi ərəb öl­kə­lə­ri­nin də İra­na qar­şı çıx­ma­sın­dan fay­da­lan­ma­ğa xü­su­si cəhd edir və bu xü­sus­da Səu­diy­yə Ərə­bis­ta­nı ilə əmək­daş­lı­ğı ge­niş­lən­di­rir. Mə­sə­lə ABŞ-ın mü­da­fiə na­zi­ri Ceyms Mat­ti­sin Ər-Ri­yad­da həm­ka­rı şah­za­də Mə­həm­məd Bin Sal­man­la gö­rü­şün­də də əsas mü­za­ki­rə möv­zu­la­rın­dan bi­ri olub. Da­nı­şıq­lar za­ma­nı Səu­diy­yə Ərə­bis­ta­nı­nın İra­na mü­qa­vi­mət gös­tə­rə bil­mə­si üçün qar­şı­lıq­lı əmək­daş­lı­ğın ge­niş­lən­di­ril­mə­si xü­su­si diq­qət mər­kə­zin­də yer alıb. ABŞ mü­da­fiə na­zi­ri həm­çi­nin bil­di­rib ki, Bir­ləş­miş Ştat­lar İra­nın "Hiz­bul­lah" qru­pun­dan tut­muş Su­ri­ya pre­zi­den­ti Bə­şər Əsə­də dəs­tə­yi­nə qə­dər re­gio­na gös­tər­di­yi tə­sir­lə­ri diq­qət­lə iz­lə­yir. Ya­ran­mış və­ziy­yət­də İs­ra­il də İra­na qar­şı sərt ad­dım­la­rın atıl­ma­sı­na dəs­tək ve­rir. Bun­dan əv­vəl isə Do­nald Tramp məhz İs­rai­lin baş na­zi­ri Ben­ya­min Ne­tan­ya­hu ilə gö­rüş­dən son­ra bil­di­rib ki, Va­şinq­ton nü­və si­la­hı əl­də et­mə­mə­si üçün İra­na qar­şı ye­ni təd­bir­lər gör­mək niy­yə­tin­də­dir: "Biz ar­tıq İra­na ye­ni sank­si­ya­lar tət­biq et­mi­şik. İra­nın nü­və si­la­hı əl­də et­mə­mə­si üçün bun­dan son­ra da təd­bir­lər gö­rü­lə­cək. Mən in­di­yə­dək "al­tı­lıq" öl­kə­lə­ri ilə İran ara­sın­da­kı ki­mi pis ra­zı­laş­ma gör­mə­mi­şəm".

Xa­tır­la­daq ki, Tramp və Ne­tan­ya­hu İra­nın nü­və si­la­hı əl­də et­mə­di­yi­nə əmin ol­maq ki­mi mə­sə­lə­lər­də əmək­daş­lıq haq­da ra­zı­lıq əl­də edib. On­la­rın hər iki­si tək­cə İran­la bağ­lı de­yil, mü­ha­ci­rət və ter­ro­rizm mə­sə­lə­lə­rin­də də sərt möv­qe bö­lü­şür. İra­nın ye­ni ra­ket sı­naq­la­rı isə hər iki döv­lə­tin da­ha sərt möv­qe tut­ma­sı­na sə­bəb olub. Bu fon­da re­gi­on­da İs­ra­il və ABŞ-ın İran­la qar­şı­dur­ma­sı­nın gər­gin­lə­şə­cə­yi­ni göz­lə­mək la­zım­dır. Üs­tə­lik, İran təh­lü­kə­si­nə qar­şı son il­lər­də ərəb öl­kə­lə­ri ilə İs­ra­il ara­sın­da ya­rı giz­li bir ya­xın­laş­ma mü­şa­hi­də olu­nur. Elə rəs­mi Va­şinq­ton özü də bir sı­ra ərəb öl­kə­lə­ri ilə İra­na qar­şı hər­bi al­yan­sın ya­ra­dıl­ma­sı­nı mü­za­ki­rə edir. Al­yan­sa Səu­diy­yə Ərə­bis­ta­nı, Bir­ləş­miş Ərəb Əmir­lik­lə­ri, Mi­sir və İor­da­ni­ya qa­tı­la bi­lər. Gə­lə­cək­də al­yan­sa di­gər ərəb öl­kə­lə­ri­nin də qo­şul­ma­sı nə­zər­də tu­tu­lub. Xa­tır­la­daq ki, Səu­diy­yə Ərə­bis­ta­nı, Bir­ləş­miş Ərəb Əmir­lik­lə­ri, Mi­sir və İor­da­ni­ya­nın İran­la mü­na­si­bət­lə­ri o qə­dər də yax­şı de­yil və on­lar İra­na qar­şı müm­kün hər­bi əmə­liy­yat­lar­da ABŞ-a hər cür dəs­tək ver­mə­yə ha­zır­dır. Bü­tün bun­lar Tramp döv­rün­də İra­na qar­şı hər­bi əmə­liy­yat­la­rın baş­lan­ma­sı­nı is­tis­na et­mir və be­lə və­ziy­yət­də böl­gə­də du­ru­mun da­ha gər­gin xa­rak­ter al­ma­sı göz­lə­nir.

Ta­hir TA­ĞI­YEV

Son xəbərlər