18/10/2017 20:41
728 x 90

Sü­rət­lə bey­nəl­mi­ləl­lə­şən Sülh Plat­for­ma­sı Er­mə­nis­tan üçün cid­di təz­yi­qə çev­ri­lir

img

Uzun il­lər­dir da­vam edən Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si­nin dinc yol­la həll edil­mə­si­nin va­cib­li­yi bu gün bey­nəl­xalq müs­tə­vi­də də ki­fa­yət qə­dər ay­dın şə­kil­də gün­də­mə gə­ti­ri­lir. Bil­di­ri­lir ki, konf­likt hər­bi yol­la həll edi­lə­cə­yi təq­dir­də bu, böl­gə­yə yal­nız fə­la­kət və ye­ni da­ğın­tı­lar gə­ti­rə­cək. Be­lə və­ziy­yət­dən ən çox zə­rər gö­rən tə­rəf isə on­suz da bö­yük sı­xın­tı­lar, prob­lem­lər ya­şa­yan Er­mə­nis­tan ola­caq. Qeyd edi­lən re­al­lı­ğı gö­rən bə­zi er­mə­ni­lər sülh yo­lu ilə iş­ğal al­tın­da­kı əra­zi­lə­rin Azər­bay­ca­na qay­ta­rıl­ma­sı­nın va­cib­li­yi­ni in­di da­ha qa­ba­rıq şə­kil­də gün­də­mə gə­ti­rir.

Onu da xa­tır­la­daq ki, bu möv­qe­də olan er­mə­ni­lə­rin bir ço­xu ar­tıq Er­mə­nis­tan-Azər­bay­can Sülh Plat­for­ma­sı­na qo­şu­lub. Ötən il ya­ra­dı­lan bu plat­for­ma­ya qo­şu­lan­la­rın sa­yı­nın art­ma­sı isə möv­cud Er­mə­nis­tan ha­ki­miy­yə­ti üçün çox cid­di na­ra­hat­lıq pred­me­ti­nə çev­ri­lib. Ən azı ona gö­rə ki, Er­mə­nis­tan-Azər­bay­can Sülh Plat­for­ma­sın­da, əv­vəl­ki xalq və ya­xud və­tən­daş cə­miy­yə­ti dip­lo­ma­ti­ya­la­rın­dan fərq­li ola­raq, mü­na­qi­şə­nin həl­li üçün də­qiq prin­sip­lər mü­əy­yən­ləş­di­ri­lib,  prob­le­min çö­zü­mü ilə bağ­lı kon­kret möv­qe or­ta­ya qo­yu­lub. Bu möv­qe on­dan iba­rət­dir ki, ilk növ­bə­də BMT Təh­lü­kə­siz­lik Şu­ra­sı­nın qə­bul et­di­yi dörd qət­na­mə qeyd-şərt­siz, tam ye­ri­nə ye­ti­ril­mə­li­dir. Baş­qa söz­lə, Azər­bay­ca­nın iş­ğal olun­muş Dağ­lıq Qa­ra­bağ böl­gə­si və ət­raf yed­di ra­yo­nu qeyd-şərt­siz iş­ğal­dan azad olun­ma­lı, azər­bay­can­lı qaç­qın və məc­bu­ri köç­kün­lər o yer­lə­rə qa­yıt­ma­lı­dır. Son­ra Dağ­lıq Qa­ra­ba­ğın hü­qu­qi sta­tu­su mü­əy­yən­ləş­di­ril­mə­li­dir. Bu hü­qu­qi sta­tus Azər­bay­ca­nın əra­zi bü­töv­lü­yü və bey­nəl­xalq təş­ki­lat­lar tə­rə­fin­dən ta­nın­mış sər­həd­lə­ri çər­çi­və­sin­də mü­əy­yən edil­mə­li­dir. Bü­tün bun­lar və qeyd edi­lən möv­qe­ni dəs­tək­lə­yən er­mə­ni­lə­rin sa­yı­nın dur­ma­dan art­ma­sı rəs­mi İrə­va­nın cid­di təş­vi­şi­nə yol aç­maq­da­dır. Am­ma Er­mə­nis­ta­nın Sülh Plat­for­ma­sı­nın fəa­liy­yə­tin­dən qor­xu­ya düş­mə­si tək­cə bu­nun­la bağ­lı de­yil.

Bu gün Er­mə­nis­tan-Azər­bay­can Sülh Plat­for­ma­sı ilə il­gi­li diq­qət çə­kən ən va­cib cə­hət­lər­dən bi­ri də onun fəa­liy­yə­ti­nin, be­lə de­mək olar­sa, bey­nəl­mi­ləl­ləş­mə­si­dir. Be­lə ki, Sülh Plat­for­ma­sı­na tək­cə Er­mə­nis­tan və Azər­bay­can­dan yox, dün­ya­nın ən müx­tə­lif öl­kə­lə­rin­dən qa­tı­lan­la­rın sa­yı dur­ma­dan ar­tır. Elə bu ilin ap­rel ayı ər­zin­də müx­tə­lif öl­kə­lər­dən xey­li say­da in­san Sülh Plat­for­ma­sı­na qo­şu­lub. Özü də nə­zə­rə alaq ki, hə­lə ap­rel ayı ba­şa çat­ma­yıb. Sülh Plat­for­ma­sı­na qo­şu­lan­lar isə bir­mə­na­lı şə­kil­də Er­mə­nis­ta­nın iş­ğal­çı­lıq si­ya­sə­ti­ni pis­lə­yir, iş­ğal al­tın­da­kı Azər­bay­can tor­paq­la­rı­nı bo­şal­dıl­ma­sı­nın zə­ru­ri­li­yi­ni qa­bar­dır­lar. Mə­sə­lən, bu ay Sülh Plat­for­ma­sı­na qo­şu­lan İs­rai­lin Təd­qi­qat Mər­kə­zi­nin rəh­bə­ri Mark Epp­lba­um vur­ğu­la­yır ki, Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si sülh yo­lu ilə həl­li­ni tap­ma­lı­dır: "Bu yol­la həll Er­mə­nis­tan və Azər­bay­can res­pub­li­ka­la­rı­nın əra­zi bü­töv­lü­yü, su­ve­ren­li­yi və hər iki döv­lə­tin bey­nəl­xalq sə­viy­yə­də ta­nın­mış sər­həd­lə­ri çər­çi­və­sin­də apa­rıl­ma­lı­dır. BMT Təh­lü­kə­siz­lik Şu­ra­sı­nın qə­bul et­di­yi mü­va­fiq qət­na­mə­lə­rin, di­gər bey­nəl­xalq təş­ki­lat­la­rın qət­na­mə və qə­rar­la­rı­nın ic­ra­sı­nın çox va­cib ol­du­ğu­nu vur­ğu­la­maq is­tə­yi­rəm".

Təl-Əviv uni­ver­si­te­ti­nin pro­fes­so­ru, İs­ra­il-Azər­bay­can Ti­ca­rət-Sə­na­ye Pa­la­ta­sı­nın üz­vü Lev Ep­pel­ba­um da Sülh Plat­for­ma­sı­na qo­şul­maq­la ey­ni möv­qe­ni bö­lü­şür: "Bu gün ne­cə olur­sa ol­sun, sülh bi­zim sa­ba­hı­mız­dır. Bu sə­bəb­dən he­sab edi­rəm ki, çox tez bir za­man­da Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si­ni sülh yo­lu ilə həll et­mək la­zım­dır. Döv­lət­lə­rin əra­zi bü­töv­lü­yü və su­ve­ren­li­yi­nə, bey­nəl­xalq sə­viy­yə­də ta­nın­mış sər­həd­lə­ri­nə hör­mət və dəs­tə­yi­mi ifa­də et­mək is­tə­yi­rəm. BMT Təh­lü­kə­siz­lik Şu­ra­sı­nın qə­bul et­di­yi mü­va­fiq qət­na­mə­lə­rin, di­gər bey­nəl­xalq təş­ki­lat­la­rın qət­na­mə və qə­rar­la­rı­nın ic­ra­sı­nın çox va­cib ol­du­ğu­nu da qeyd edi­rəm. Biz ha­mı­mız sülh və təh­lü­kə­siz­lik şə­rai­tin­də ya­şa­ma­lı­yıq və mən ina­nı­ram ki, bu sülh Cə­nu­bi Qaf­qaz re­gio­nun­da da bər­qə­rar ola­caq".

Bir ne­çə gün əv­vəl Pol­şa-Azər­bay­can Əmək­daş­lıq As­so­sia­si­ya­sı­nın səd­ri Vi­told Olej­nik də Sülh Plat­for­ma­sı­na qo­şul­du­ğu­nu bə­yan edib. Onun fik­rin­cə də, Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si­nin sülh yo­lu ilə həl­li va­cib­dir: "Bu­nu res­pub­li­ka­la­rın əra­zi bü­töv­lü­yü, su­ve­ren­li­yi çər­çi­və­sin­də et­mək zə­ru­ri­dir. Av­ro­pa təş­ki­la­tı ola­raq, biz bu də­yər­lə­ri bö­lü­şür və bey­nəl­xalq hü­qu­qun va­cib­li­yi­ni an­la­yı­rıq. Bu­na gö­rə də ATƏT-in Minsk Qru­pu, BMT Təh­lü­kə­siz­lik Şu­ra­sı, Av­ro­pa İt­ti­fa­qı, Av­ro­pa Şu­ra­sı və bey­nəl­xalq ic­ti­ma­iy­yət tə­rə­fin­dən qə­bul edi­lən rəs­mi bə­ya­nat və qət­na­mə­lə­rə əsas­la­nan Plat­for­ma­nı dəs­tək­lə­yi­rəm. Er­mə­ni­lər və azər­bay­can­lı­lar əsr­lər bo­yu sülh için­də ya­şa­yıb­lar, la­kin mü­na­qi­şə­nin həll olun­ma­ma­sı nə­ti­cə­sin­də bu xalq­la­rın bir-bi­ri haq­qın­da tə­səv­vür­lə­ri yal­nız mü­ha­ri­bə kon­teks­tin­də for­ma­la­şıb və bu bö­yük bir fə­la­kət­dir. İn­san­la­rın sülh şə­rai­tin­də bir­gə ya­şa­yı­şı­nı və uzun müd­dət da­vam edən mü­na­qi­şə­nin həl­li­ni tam dəs­tək­lə­yi­rəm. Biz ümid edi­rik ki, Er­mə­nis­tan-Azər­bay­can Sülh Plat­for­ma­sı mü­na­qi­şə və­ziy­yə­tin­də olan iki xalq ara­sın­da meh­ri­ban dost­luq mü­na­si­bət­lə­ri­nin ya­ran­ma­sı­na öz töh­fə­si­ni ve­rə­cək. Sədr ola­raq bu tə­şəb­bü­sə öz dəs­tə­yi­mi ifa­də edi­rəm".

Sülh Plat­for­ma­sı­na ye­ni­cə qo­şu­lan­lar­dan bi­ri olan İn­san Hü­quq­la­rı üz­rə Bey­nəl­xalq Cə­miy­yə­tin Uk­ray­na böl­mə­si­nin səd­ri An­drey Su­xo­ru­kov da he­sab edir ki, çox tez bir za­man­da qan tö­kül­mə­si­ni da­yan­dı­rıb Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si­ni sülh yo­lu ilə həll et­mək la­zım­dır. Onun söz­lə­ri­nə gö­rə, in­san­la­rın sülh şə­rai­tin­də bir­gə ya­şa­yı­şı­nı və uzun müd­dət da­vam edən mü­na­qi­şə­nin həl­li­ni re­al­laş­dır­maq la­zım­dır. İn­san Hü­quq­la­rı üz­rə Bey­nəl­xalq Cə­miy­yə­tin Ru­si­ya böl­mə­si­nin pre­zi­den­ti Vla­di­mir No­vits­ki də Sülh Plat­for­ma­sı­na qo­şul­ma­sı­nın sə­bəb­lə­ri­ni bu­nun­la izah edir: "Mən sülh və bir­lik is­tə­yi­rəm, mü­ha­ri­bə və in­ti­qam is­tə­mi­rəm, bu­na gö­rə hər kə­si si­lah­la­rı en­dir­mə­yə ça­ğı­rı­ram! Bu sə­bəb­dən çox tez bir za­man­da qan tö­kül­mə­si­ni da­yan­dı­rıb Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si­ni sülh yo­lu ilə həll et­mək va­cib­dir". Vla­di­mir No­vits­ki onu da xü­su­si ola­raq qeyd edir ki, sülh yo­lu ilə həll pro­se­sin­də əra­zi bü­töv­lü­yü, bey­nəl­xalq sə­viy­yə­də ta­nın­mış sər­həd­lə­rə hör­mət müt­ləq­dir.

Mol­do­va­lı po­li­to­loq, Ef­fek­tiv Si­ya­sət İns­ti­tu­tu­nun di­rek­tor müa­vi­ni Rus­lan Şev­çen­ko da bu ay Sülh Plat­for­ma­sı­na qo­şu­lan­lar ara­sın­da­dır. O, bu­nun sə­bəb­lə­ri­ni be­lə izah edir: "Mü­ha­ri­bə­nin nə­ti­cə­si hə­mi­şə fə­la­kət və məhv olur. Bu sə­bəb­dən he­sab edi­rəm ki, çox tez bir za­man­da Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si­ni sülh yo­lu ilə həll et­mək la­zım­dır. İn­san­la­rın sülh şə­rai­tin­də bir­gə ya­şa­yı­şı­nı və uzun müd­dət da­vam edən mü­na­qi­şə­nin həl­li­ni tam dəs­tək­lə­yi­rəm. Biz ha­mı­mız sülh və təh­lü­kə­siz­lik şə­rai­tin­də ya­şa­ma­lı­yıq və mən ina­nı­ram ki, bu sül­hə na­il ola­ca­ğıq. Yu­xa­rı­da qeyd olu­nan sə­bəb­lə­rə gö­rə bu sülh tə­şəb­bü­sü­nə öz dəs­tə­yi­mi ifa­də edi­rəm və əsas məq­sə­di Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si­nin həl­li­nə töh­fə ver­mək olan Er­mə­nis­tan-Azər­bay­can Sülh Plat­for­ma­sı­na qo­şul­du­ğu­mu bə­yan edi­rəm".

Ye­ni­lə­şən və Sə­mə­rə­li Ener­ji üçün Bey­nəl­xalq Da­vam­lı Ener­ji Təş­ki­la­tı­nın rəh­bə­ri, İs­veç­rə­nin Eti­ka­nın Uni­ver­sal Mə­cəl­lə­si­nin mü­əl­li­fi Qus­tav Qrob da Sülh Plat­for­ma­sı­na qo­şul­ma­sı ilə əla­qə­dar bə­ya­nat ve­rib. Onun bə­ya­na­tın­da de­yi­lir: "Hör­mət­li er­mə­ni və azər­bay­can­lı dost­lar və bə­şər öv­lad­la­rı! Əsr­lər­lə sü­rən nif­rət və mü­ha­ri­bə­lər­dən son­ra bü­tün dün­ya­da sülh, to­le­rant­lıq və məh­sul­dar əmək­daş­lı­ğın bər­qə­rar ol­ma­sı­nın za­ma­nı­dır. Biz dün­ya­nın ən qə­dim de­mok­ra­ti­ya qu­ru­lu­şun­da be­lə fərq­li dil­lər­də da­nı­şan, müx­tə­lif din və mə­də­niy­yət­lə­rə mən­sub in­san­la­rın sülh və azad­lıq şə­rai­tin­də bir­gə ya­şa­dı­ğı­nın şa­hi­di ol­mu­şuq. Bu­na gö­rə də mən Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si­nin sülh yo­lu ilə həl­li­nə ina­nı­ram. Azər­bay­can və Er­mə­nis­ta­nın əra­zi bü­töv­lü­yü və su­ve­ren­li­yi­nə və hər iki döv­lə­tin bey­nəl­xalq sə­viy­yə­də ta­nın­mış sər­həd­lə­ri­nə hör­mət və dəs­tə­yi­mi bil­di­ri­rəm. Er­mə­nis­tan-Azər­bay­can Sülh Plat­for­ma­sı Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si­nin sülh yo­lu ilə həll edil­mə­si üçün uni­kal şans­dır. Bu sə­bəb­dən məq­sə­di Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si­nin sülh yo­lu ilə həl­li və Cə­nu­bi Qaf­qaz re­gio­nun­da sül­hün bər­pa­sı və qo­run­ma­sı olan Er­mə­nis­tan-Azər­bay­can Sülh Plat­for­ma­sı­na qo­şu­lu­ram".

Yu­xa­rı­da qeyd olun­du­ğu ki­mi, Sülh Plat­for­ma­sı­na Er­mə­nis­ta­nın özün­də də qa­tı­lan­la­rın sa­yı ar­tır. Elə bu­gün­lər­də məş­hur er­mə­ni re­jis­so­ru və Er­mə­nis­tan Dram Te­at­rı­nın ba­ni­si Qraç­ya Kap­lan­ya­nın nə­və­si, te­atr xa­di­mi Alek­san­yan Da­vit Ar­se­no­viç Sülh Plat­for­ma­sı­na qo­şul­ma­sı ba­rə­də bə­ya­nat ve­rib: "Üzü­mü həm­və­tən­lə­ri­mə tu­tub, on­la­rı bir vaxt­lar qar­daş ki­mi ol­duq­la­rı Azər­bay­can xal­qı ilə sül­hə ça­ğı­rı­ram. Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si re­gio­na yal­nız nif­rət və tə­lə­fat­lar gə­ti­rib. Bu sə­bəb­dən he­sab edi­rəm ki, çox tez bir za­man­da Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si­ni sülh yo­lu ilə həll et­mək la­zım­dır. Azər­bay­can və Er­mə­nis­tan res­pub­li­ka­la­rı­nın əra­zi bü­töv­lü­yü və su­ve­ren­li­yi­nə, hər iki döv­lə­tin bey­nəl­xalq sə­viy­yə­də ta­nın­mış sər­həd­lə­ri­nə hör­mət və dəs­tə­yi­mi ifa­də et­mək is­tə­yi­rəm.

Bi­zim xalq­la­rı­mız əsr­lər bo­yu sülh için­də ya­şa­yıb. Bu­na bir nü­mu­nə ki­mi Er­mə­nis­tan­da uzun müd­dət fəa­liy­yət gös­tə­rən İrə­van Azər­bay­can Döv­lət Dram Te­at­rı­nın po­pul­yar­lı­ğı­nı qeyd et­mə­mək ol­maz. La­kin mü­na­qi­şə­nin həll olun­ma­ma­sı nə­ti­cə­sin­də xalq­la­rı­mı­zın bir-bi­ri haq­qın­da tə­səv­vür­lə­ri yal­nız mü­ha­ri­bə kon­teks­tin­də for­ma­la­şıb. İn­san­la­rın sülh şə­rai­tin­də bir­gə ya­şa­yı­şı­nı və uzun müd­dət da­vam edən mü­na­qi­şə­nin həl­li­ni tam dəs­tək­lə­yi­rəm. Biz ha­mı­mız sülh və təh­lü­kə­siz­lik şə­rai­tin­də ya­şa­ma­lı­yıq və mən ina­nı­ram ki, bu sül­hə na­il ola­ca­ğıq". Ümu­miy­yət­lə, ca­ri ilin ötən döv­rü ər­zin­də Er­mə­nis­tan-Azər­bay­can Sülh Plat­for­ma­sı­na qo­şu­lan­la­rın sa­yı əhə­miy­yət­li də­rə­cə­də ar­tıb. Ya­ra­nan ten­den­si­ya ilin so­nu­na ki­mi da­ha çox say­da in­sa­nın Sülh Plat­for­ma­sı­na qo­şu­la­ca­ğı­nı de­mə­yə əsas ve­rir. Be­lə və­ziy­yət isə öz növ­bə­sin­də iş­ğal­çı si­ya­sə­ti­ni da­vam et­dir­mək is­tə­yən Er­mə­nis­tan rəh­bər­li­yi­nə əla­və təz­yiq ya­ra­dır. Özü də bu təz­yiq ar­tıq bey­nəl­xalq xa­rak­ter alır. Çün­ki qeyd edi­lən­lər­dən gö­rün­dü­yü ki­mi, Sülh Plat­for­ma­sı­na dün­ya­nın müx­tə­lif öl­kə­lə­rin­dən qo­şu­lan­la­rın sa­yı dur­ma­dan ar­tır. Ay­dın­dır ki, bey­nəl­xalq təş­ki­lat­lar, müx­tə­lif döv­lət­lər, xü­su­si­lə ATƏT-nin Minsk Qru­pu­nun həm­sədr öl­kə­lə­ri bu pro­se­sə müt­ləq şə­kil­də diq­qət ye­tir­mək, onu nə­zə­rə al­maq məc­bu­riy­yə­tin­də­dir. Elə bu on­la­rın da Qa­ra­bağ mü­na­qi­şə­si­nin sülh yo­lu ilə əra­zi bü­töv­lü­yü çər­çi­və­sin­də Er­mə­nis­ta­na təz­yiq­lər et­mə­si­nə əla­və tə­kan ve­rir. Ən əsa­sı isə, ar­tıq iş­ğal­çı Er­mə­nis­ta­na rəh­bər­lik edən­lər də qeyd edi­lən­lər­lə he­sab­laş­maq məc­bu­riy­yə­tin­də­dir.

Na­hid SA­LA­YEV

Ya­zı Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti ya­nın­da Küt­lə­vi İn­for­ma­si­ya Va­si­tə­lə­ri­nin İn­ki­şa­fı­na Döv­lət Dəs­tə­yi Fon­du­nun ma­liy­yə dəs­tə­yi­lə çap olu­nur.

Son xəbərlər