17/12/2017 14:13
728 x 90

Tür­ki­yə­də re­fe­ren­du­ma eti­raz­çı mü­xa­li­fət par­la­ment­dən çıx­sa...

"Bu ki­mi bə­ya­nat­lar seç­ki­lər­dən son­ra məğ­lub tə­rəf­dən bir sı­ra hal­lar­da emo­sio­nal ola­raq baş ve­rir"

img

Əli Oru­cov: "CHP-nin re­fe­ren­du­mun nə­ti­cə­lə­ri­ni ta­nı­ma­ma­sı və ye­ni­dən ke­çi­ril­mə­si tə­lə­bi heç nə­yi də­yiş­mə­yə­cək"

 

Mə­lum ol­du­ğu ki­mi, Tür­ki­yə­nin Yük­sək Seç­ki Şu­ra­sı (YSK) 3 si­ya­si par­ti­ya­nın 16 ap­rel kons­ti­tu­si­ya re­fe­ren­du­mu nə­ti­cə­si­nin ləğv edil­mə­si­nə yö­nə­lən mü­ra­ci­ət­lə­ri­ni rədd edib.

Re­fe­ren­du­mun qa­nun­suz ol­du­ğu id­dia­sı ilə Cum­hu­ri­yət Xalq Par­ti­ya­sı (CHP), Xalq­la­rın De­mok­ra­tik Par­ti­ya­sı (HDP) və Və­tən Par­ti­ya­sı ay­rı-ay­rı mü­ra­ci­ət­lər təq­dim edib­lər.

Mü­ra­ci­ət­lə­rə YSK ic­la­sın­da edi­lən qiy­mət­lən­dir­mə nə­ti­cə­sin­də 10 şu­ra üz­vü­nün əley­hi­nə və 1 üz­vün le­hi­nə səs ver­mə­si­lə rədd edil­di­yi bil­di­ri­lir.

Bu ara­da CHP-nin mət­bu­at ka­ti­bi Se­lin Bö­ke de­yib ki, re­fe­ren­dum tək­rar ke­çi­ril­mə­li­dir: "Biz bə­zi qə­rar­lar ver­mək məc­bu­riy­yə­tin­də­yik. Bu re­fe­ren­du­mu ta­nı­mı­rıq. Çün­ki cid­di nöq­san­lar üzə çı­xıb. Pro­ses ye­ni­lən­mə­li, re­fe­ren­dum tək­rar olun­ma­lı­dır. Əks təq­dir­də par­ti­ya­mız üzə­ri­nə dü­şə­ni edə­cək. Bu­ra par­la­men­ti tərk et­mək də da­xil­dir".

Bun­dan əv­vəl öz möv­qe­yi­ni bil­di­rən mü­xa­lif CHP səd­ri Ka­mal Kı­lıc­da­roğ­lu mö­hür­süz bül­le­ten­lə­rin qə­bul edil­mə­si­nə eti­raz yol­la­rı­nın kə­si­lə­cə­yi hal­da, kons­ti­tu­si­ya də­yi­şik­li­yi­ni  qa­nun­suz sa­ya­ca­ğı­nı bil­di­rib.

K.Kı­lıc­da­roğ­lu YSK qə­ra­rı­na yö­nə­lən şi­ka­yət­lə­rin nə­ti­cə­si ol­ma­sa, "edi­lən də­yi­şik­li­yi qa­nun­suz sa­ya­ca­ğıq. Av­ro­pa İn­san Hü­quq­la­rı Məh­kə­mə­si var. La­zım ol­sa, ora­ya qə­dər gö­tü­rə­cə­yik", - de­yib.

Bü­tün bun­la­rın fo­nun­da, Tür­ki­yə­nin ana mü­xa­li­fət par­ti­ya­sı par­la­ment­də iş­ti­rak et­mək­dən im­ti­na et­sə, nə baş ve­rə­cək?
Mə­sə­lə­yə mü­na­si­bət bil­di­rən AMİP Si­ya­si Şu­ra­sı­nın üz­vü Əli Oru­co­vun söz­lə­ri­nə gö­rə, bu ad­dı­mın atıl­ma­sı o qə­dər də re­al gö­rün­mür: "Mən dü­şün­mü­rəm ki, Tür­ki­yə­də mü­xa­li­fət, xü­su­sən də CHP par­la­ment­də iş­ti­rak­dan im­ti­na et­sin. Doğ­ru­dur, əv­vəl be­lə bir fi­kir səs­lən­di­ril­di. La­kin çox keç­mə­dən bə­yan edil­di ki, CHP-nin Tür­ki­yə Bö­yük Mil­lət Məc­li­sin­də iş­ti­rak­dan im­ti­na­sı gün­dəm­də yox­dur. Re­fe­ren­dum­dan son­ra Tür­ki­yə­də də­yi­şən tək­cə ida­rə­et­mə, par­la­ment üsul-ida­rə­sin­dən pre­zi­dent­lik ida­rə­si­nə ke­çil­mə­si de­yil, həm si­ya­si pro­ses­lər, həm də ic­ti­mai-si­ya­si mü­na­si­bət­lər də də­yiş­di. Tür­ki­yə cə­miy­yə­tin­də xey­li müd­dət­dir is­lam­çı­lar­la dün­yə­vi ka­mal­çı­lar ara­sın­da mü­ba­ri­zə ge­dir. Bö­lün­mə və fərq­li­li­yin ar­tıq sər­həd­lə­ri möh­kəm­lən­di və bu­nun sən­gər ha­lı­na çev­ril­mə­si mən­zə­rə­si or­ta­ya çıx­dı. An­caq Tür­ki­yə­də sərt ida­rə­çi­lik sis­te­mi­nə ke­çid möv­cud tə­ləb­lər­dən və şərt­lər­dən irə­li gə­lir. Çün­ki se­pa­ra­tiz­min və mər­kəz­dən­qaç­ma meyl­lə­ri­nin gü­nü-gün­dən art­ma­sı, Su­ri­ya­da və İraq­da­kı və­ziy­yət bu­nu tə­ləb edir. Xa­os, ter­ror təş­ki­lat­la­rı­nın Qərb tə­rə­fin­dən açıq dəs­tək­lən­mə­si və si­lah­lan­dı­rıl­ma­sı Tür­ki­yə­nin əra­zi bü­töv­lü­yü­nə və ida­rə­çi­li­yi­nə cid­di re­al təh­lü­kə­lər ya­ra­dır. HDP və di­gər ün­sür­lər öz fəa­liy­yə­ti ilə ter­ro­ra hər cür dəs­tək ve­rir, seç­ki­li və döv­lət qu­rum­la­rı­nın işi­nə ma­ne­çi­lik tö­rə­dir, sa­bo­taj edir­lər. De­mok­ra­ti­ya de­yil, anar­xi­ya­nın get­dik­cə də­rin­ləş­mə­si­nə cəhd­lər ol­du. Üs­tə­lik də Qərb, ABŞ da da­xil ol­maq­la, An­ka­ra ilə sə­mi­mi dav­ran­mır və öz­lə­ri­ni müt­tə­fiq ki­mi gös­tər­mir­lər. Bu­nun ək­si­nə ola­raq, anar­xi­ya­dan və ter­ror­çu və se­pa­ra­tist­lər­dən is­ti­fa­də et­mək­lə, Tür­ki­yə­yə təz­yiq­lə­ri ar­tı­rır­lar. La­kin kim nə de­yir de­sin, bun­dan son­ra xey­li çə­tin ol­sa da, Ər­do­ğan pro­ses­lə­rə və ida­rə­çi­li­yə tam nə­za­rə­ti əli­nə ala bi­lə­cək. Çün­ki bu­nun ək­si baş ve­rər­sə, onun ha­ki­miy­yət­də qal­ma­sı uzun çə­kə bil­məz. Tə­bii ki, ilk ba­xış­dan tək­ba­şı­na və müs­təs­na sə­la­hiy­yət­lər pre­zi­den­ti av­to­ri­tar və ya­xud des­po­tik ol­ma­ğa hə­vəs­lən­di­rə bi­lər. An­caq re­fe­ren­du­mun nə­ti­cə­lə­rin­də də gö­rün­dü­yü ki­mi, bö­yük şə­hər­lər və cə­miy­yə­tin özü bu­na im­kan ver­məz. Həm də ona gö­rə ki, Tür­ki­yə­də de­mok­ra­tik və döv­lət­çi­lik ənə­nə­lə­ri­nin qə­dim ta­ri­xi var. CHP-nin re­fe­ren­du­mun nə­ti­cə­lə­ri­ni ta­nı­ma­ma­sı və ye­ni­dən ke­çi­ril­mə­si tə­lə­bi heç nə­yi də­yiş­mə­yə­cək. Dü­şü­nü­rəm ki, bu ki­mi bə­ya­nat­lar seç­ki­lər­dən son­ra məğ­lub tə­rəf­dən bir sı­ra hal­lar­da emo­sio­nal ola­raq baş ve­rir. Am­ma bir müd­dət son­ra bu emo­si­ya­lar da ke­çə­cək. CHP pro­se­si Av­ro­pa Məh­kə­mə­si­nə da­şı­ya­ca­ğı­nı id­dia edir. Bu hal isə Tür­ki­yə­yə ye­ni bir təz­yiq dal­ğa­sı­nı baş­lat­maq üçün Qər­bə va­si­tə ver­miş olur ki, bu da, mən­cə, CHP-yə də sərf et­məz. Əs­lin­də, pre­zi­dent­lik üsul-ida­rə­si­nə ke­çi­di və qə­lə­bə­ni Ər­do­ğa­na Qərb bəxş et­di.  An­ka­ra­nın müt­tə­fiq­lə­ri he­sab edi­lən Qərb Tür­ki­yə­ni Av­ro­pa Bir­li­yi­nə qə­bul edə­rək Av­ro­pa ai­lə­si­nin tər­kib his­sə­si ol­ma­sı­na im­kan ver­səy­di, PKK, YPG, PYD, FE­TÖ ki­mi ter­ror qrup­laş­ma­sı­na dəs­tək ver­mə­səy­di, və­ziy­yət bu həd­də gə­lib çat­maz­dı. An­caq pro­ses­lə­rin ge­di­şi onu de­mə­yə əsas ve­rir ki, Qərb­lə Tür­ki­yə ara­sın­da­kı bağ­lar gə­ril­mə nöq­tə­sin­dən ke­çib. Bu qı­rıl­ma sü­rət­lə ge­dər­sə, iti­rən hər iki tə­rəf ola­caq".

Vi­da­di OR­DA­HAL­LI

Son xəbərlər