23/08/2017 08:04
728 x 90

Pre­zi­dent Əli­yev Azər­bay­can-Aİ sa­zi­şi üz­rə da­nı­şıq­lar pro­se­si­nin han­sı mə­qam­la­rı­nı nə­zər­də tut­du?

"Azər­bay­can özü­nün mil­li ma­raq­la­rı­nı mü­da­fiə et­mək üçün..."

img

Ay­dın Mir­zə­za­də: "Aİ Azər­bay­ca­nın əra­zi bü­töv­lü­yü­nün tə­min edil­mə­si üçün rəs­mi Ba­kı­nın apar­dı­ğı mü­ba­ri­zə­nin va­cib ol­du­ğu­nu nə­zə­rə al­ma­lı­dır"

 

Xə­bər ve­ril­di­yi ki­mi, Pre­zi­dent İl­ham Əli­yev Av­ro­pa İt­ti­fa­qı­nın (Aİ) Cə­nu­bi Qaf­qaz üz­rə xü­su­si nü­ma­yən­də­si Her­bert Sal­be­rin baş­çı­lıq et­di­yi nü­ma­yən­də he­yə­ti­ni qə­bul edib. Bel­çi­ka­ya sə­fə­ri­ni məm­nun­luq­la xa­tır­la­yan döv­lət baş­çı­sı bu sə­fər çər­çi­və­sin­də sə­mə­rə­li gö­rüş­lər ke­çi­ril­di­yi­ni və mü­za­ki­rə­lər apa­rıl­dı­ğı­nı qeyd edib.

Sə­fər za­ma­nı Azər­bay­can­la Av­ro­pa İt­ti­fa­qı ara­sın­da ye­ni sa­zi­şə start ve­ril­di­yi­ni de­yən Pre­zi­dent İl­ham Əli­yev hə­min sa­zi­şin əmək­daş­lı­ğı­mı­zın da­ha da in­ki­şaf et­di­ril­mə­sin­də mü­hüm ad­dım ol­du­ğu­nu vur­ğu­la­yıb. Həm­çi­nin, bu is­ti­qa­mət­də iş­lə­rin fə­al şə­kil­də da­vam et­di­ri­lə­cə­yi­nə və vax­tın­da ye­kun­laş­dı­rı­la­ca­ğı­na ümid­var ol­du­ğu­nu bil­di­rib. Tə­rəf­lər ara­sın­da sa­ziş­lə bağ­lı ümu­mi an­laş­ma­nın möv­cud ol­du­ğu­nu qeyd edən döv­lət baş­çı­sı iş­lə­rin ye­kun­laş­ma­sı­nın da­nı­şıq­lar pro­se­si­nin ge­di­şin­dən ası­lı ola­ca­ğı­nı vur­ğu­la­yıb. Azər­bay­can ilə Av­ro­pa İt­ti­fa­qı ara­sın­da uzun il­lər­dir yax­şı tə­rəf­daş­lıq əla­qə­lə­ri­nin qu­rul­du­ğu­nu de­yən döv­lət baş­çı­sı əmək­daş­lı­ğın əsas is­ti­qa­mət­lə­ri­nin ar­tıq mü­əy­yən­ləş­di­ril­di­yi­ni, Av­ro­pa İt­ti­fa­qı­nın bir sı­ra öl­kə­lə­ri ilə sa­ziş­lər və me­mo­ran­dum­lar im­za­lan­ma­sı təc­rü­bə­si­nin ol­du­ğu­nu qeyd edib.

Gö­rüş­də Er­mə­nis­tan-Azər­bay­can, Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si, tə­mas xət­tin­də və­ziy­yət, mü­na­qi­şə­nin həl­li ilə bağ­lı ge­dən da­nı­şıq­la­rın ha­zır­kı və­ziy­yə­ti və pers­pek­tiv­lə­ri ət­ra­fın­da fi­kir mü­ba­di­lə­si apa­rı­lıb.

Ümu­mi­lik­də, Aİ ilə Azər­bay­can ara­sın­da sa­zi­şin da­nı­şıq­lar pro­se­si­nin ge­di­şin­dən ası­lı ol­du­ğu­nu de­yən döv­lət baş­çı­sı nə­yi nə­zər­də tu­tur? Sa­zi­şin im­za­lan­ma­sı nə də­rə­cə­də re­al­dır?

Mə­sə­lə­yə mü­na­si­bət bil­di­rən mil­lət və­ki­li Ay­dın Mir­zə­za­də­nin söz­lə­ri­nə gö­rə, Azər­bay­can özü­nün mil­li ma­raq­la­rı­nı qo­ru­maq üçün döv­lət­çi­lik prin­sip­lə­ri­ni or­ta­ya atır: "Azər­bay­can­la Aİ ara­sın­da mü­na­si­bət­lər hə­mi­şə hər iki tə­rə­fin diq­qə­tin­də olub. Aİ dün­ya­nın in­ki­şaf et­miş bir re­gio­nu­nun əsas döv­lət­lə­ri­nin bir-bi­ri­lə və dün­ya si­ya­sə­tin­də xü­su­si rol oy­na­yan əsas təş­ki­la­tı­dır. Azər­bay­can isə Cə­nu­bi Qaf­qaz­da və post­so­vet mə­ka­nın­da bö­yük si­ya­si nü­fu­za ma­lik olan öl­kə ki­mi bu mü­na­si­bət­lər­də ma­raq­lı­dır. Sö­zü­ge­dən mü­na­si­bət­lər il­dən-ilə da­ha çox mə­sə­lə­lə­ri və prob­lem­lə­rin həl­li üz­rə mü­za­ki­rə­lə­ri əha­tə edir. He­sab edi­rəm ki, Azər­bay­can özü­nün mil­li ma­raq­la­rı­nı mü­da­fiə et­mək üçün döv­lət­çi­lik prin­sip­lə­ri­ni or­ta­ya atır. Bu ta­ma­mi­lə düz­gün ya­naş­ma­dır. Azər­bay­can ki­mi bü­tün döv­lət­lər be­lə hə­rə­kət edir və öz­lə­ri­nin mil­li ma­raq­la­rı­nı qo­ru­ma­ğa ça­lı­şır. Bu­na iki­tə­rəf­li mü­na­si­bət­lə­rin in­ki­şaf et­di­ril­mə­si, Azər­bay­ca­na qar­şı əda­lət­siz bas­qı­la­rın qar­şı­sı­nın alın­ma­sı, Azər­bay­can və­tən­daş­la­rı üçün sər­bəst ge­diş-gə­li­şin ya­ra­dıl­ma­sı da­xil­dir. Aİ-nin tə­ləb­lə­ri ay­dın­dır. On­lar de­mok­ra­ti­ya, in­san hü­quq­la­rı­nın qo­run­ma­sı­nı ön pla­na çə­kir. Bu mə­sə­lə­də  Azər­bay­can tə­rəf­dən hər han­sı bir na­ra­zı­lıq ola bil­məz. He­sab edi­rəm ki, hər iki tə­rəf da­nı­şıq­lar­da bir-bi­ri­nin ma­raq­la­rı­nı göz­lə­mə­li, ən əsa­sı isə, Aİ Azər­bay­ca­nın əra­zi bü­töv­lü­yü­nün tə­min edil­mə­si üçün rəs­mi Ba­kı­nın apar­dı­ğı mü­ba­ri­zə­nin va­cib ol­du­ğu­nu nə­zə­rə al­ma­lı­dır".

Vi­da­di OR­DA­HAL­LI

Son xəbərlər