22/06/2017 18:01
728 x 90

Rusiyalı ekspertə görə, Fransa prezidentliyinə namizədlərin bəyanatları Azərbaycanla münasibətlərə mənfi təsir edə bilər

img

Hazırda Fransa prezidentliyinə namizədlərin praktiki olaraq seçkilərin birinci turu ərəfəsində riskli bəyanatlar verdiyini və çox sayda seçicinin diqqətini özlərinə cəlb etməyə çalışdığını görmək olar. Trend-in məlumatına görə, bunu "Sputnik" radiosunun efirində Siyasi və İqtisadi Kommunikasiyalar Agentliyinin aparıcı analitiki Mixail Neyjmakov deyib.

O qeyd edib ki, məsələn, bu yaxınlarda prezidentliyə namizəd Marin Le Pen Dağlıq Qarabağın Ermənistanla birləşdirilməli olduğunu bəyan etmişdi: "Məlum məsələdir ki, bu bəyanat Fransanın erməni icmasına hesablanıb. Lakin bu, ən yüksək posta seçilmək və sonradan Azərbaycanla münasibət qurmaq istəyən bir siyasətçi üçün kifayət qədər riskli bəyanatdır".

Son xəbərlər