23/08/2017 08:14
728 x 90

Ta­rix­də iz bu­ra­xan­lar: Uins­ton Çör­çill

img

Hə­mi­şə bö­yük eh­ti­ram­la yad olu­nan Uins­ton Çör­çill 1874-cü il no­yabr ayı­nın 30-da İn­gil­tə­rə­nin Blen­heym şə­hə­rin­də ana­dan olub. O, ata tə­rəf­dən her­soq Marl­bo­ro­nun nəs­lin­dən idi.

Lon­do­nun "Tayms" qə­ze­ti­nin bi­rin­ci sə­hi­fə­sin­də Marl­bo­ro her­soq­la­rı ai­lə­si­nin növ­bə­ti öv­lad­la­rı­nın dün­ya­ya gəl­di­yi ba­rə­də be­lə ya­zı­lır­dı: "1874-cü il no­yabr ayı­nın 30-da Be­kin­hem sa­ra­yın­da Le­di Ren­dolf Çör­çill vax­tın­dan əv­vəl oğ­lan uşa­ğı do­ğub." Xa­nım Ren­dolf ha­mi­lə ol­du­ğu müd­də­tin son iki ayın­da tez-tez zi­ya­fət­lər­də iş­ti­rak edib və bir də­fə çox rəqs edə­rək san­cı ke­çi­rib və elə ora­da­ca kör­pə­si­ni dün­ya­ya gə­ti­rib. Ha­di­sə­nin şa­hid­lə­ri son­ra­lar xa­tır­la­yır­dı­lar ki, do­ğum vax­tı hə­lə bu də­rə­cə­də kör­pə çı­ğır­tı­sı eşit­mə­miş­di­lər. Oğ­lan rəs­mən Uins­ton Leo­nid Sren­ser, ya­xın­la­rı tə­rə­fin­dən isə sa­də­cə Vin­ni ad­lan­dı­rıl­dı. Əs­lən ame­ri­ka­lı olan ana­sı­nın pre­zi­dent Ruz­vel­tin ai­lə­si­nə qo­hum­lu­ğu ça­tır­dı. Ata­sı özü­nü si­ya­si fəa­liy­yə­tə, ana­sı isə kü­bar cə­miy­yət hə­ya­tı­na həsr et­di­yin­dən, Vin­ni­nin tər­bi­yə­si da­yə­yə hə­va­lə edil­miş­di. O döv­rün kü­bar ai­lə­lə­rin­də bu cür böl­gü ənə­nə ha­lı­nı al­mış­dı.

Hər bir ta­ri­xi dövr öz şəx­siy­yə­ti­ni ye­tiş­di­rib. Hər bir şəx­siy­yət də öz növ­bə­sin­də fəa­liy­yə­ti ilə ta­ri­xin mü­əy­yən döv­rü­nü ya­ra­dıb. Ba­la­ca oğ­la­nın yad­da­şın­da tər­bi­yə­çi­lə­ri haq­qın­da bə­zi xa­ti­rə­lər qal­mış­dı. As­tok­da­kı xü­su­si ha­zır­lıq mək­tə­bi­nin di­rek­to­ru qə­dim in­gi­lis ənə­nə­si­nə sa­diq qa­la­raq, şa­gird­lər üzə­rin­də mün­tə­zəm ola­raq kö­tək təc­rü­bə­si­ni hə­ya­ta ke­çi­rir­di. O vaxt­lar ib­ti­dai si­nif­lər­də öy­rət­mək­dən çox "tər­bi­yə" edir­di­lər. Çu­buq­lar ən fə­al me­tod he­sab edi­lir­di, in­ti­za­ma əməl et­mə­yən ye­ni­yet­mə isə bu çu­buq­la­rın tə­si­ri­ni ta­ma­mi­lə an­la­yır­dı. Hər cür zo­ra­kı­lı­ğı, xü­su­si­lə də çu­buq­la təh­qi­ri qə­bul et­mə­yən Çör­çill­də şə­rəf his­si­nin güc­lü ol­ma­sı, son­ra­lar yet­kin­lik ya­şı­na ça­tan ki­mi onu "köh­nə düş­mə­ni"ndən in­ti­qam al­maq üçün As­to­ka çə­kib apar­dı. Fə­qət uşaq­lıq in­cik­li­yi­nin qi­sa­sı alın­ma­mış qal­dı: mü­əl­lim ar­tıq öl­müş­dü.

Uins­ton Çör­çill 1895-ci il­də or­du­ya ge­dir. Kar­ye­ra­sın­da uğur qa­zan­maq üçün gənc za­bit mü­ha­ri­bə­də iş­ti­rak et­mə­li idi. Ku­ba­da in­san­la­rın yer­li üs­yan­çı­la­ra qar­şı apar­dı­ğı dö­yüş­lər­də iş­ti­rak et­mək Çör­çil­lə nə­sib olur. Bu iş­də ona ata­sı­nın dos­tu olan is­pan sə­fi­ri kö­mək­lik gös­tə­rir. Baş­qa döv­lə­tin or­du­su­nun tər­ki­bin­də ol­maq üçün gənc za­bi­tə xü­su­si ira­də nü­ma­yiş et­dir­mək la­zım idi və Çör­çill bu­nu ba­ca­rır.

Uins­to­nun xid­mət et­di­yi alay 1896-cı ilin av­qust ayın­da Hin­dis­ta­na gön­də­ri­lir və o, ikin­ci sa­va­şı­nı bu­ra­da ke­çi­rir. Üs­yan­kar­la­ra qar­şı qan­lı dö­yüş­lər­də 8 ay yə­hər­dən düş­mə­dən iş­ti­rak edən Çör­çill əsl mü­ha­ri­bə­nin nə ol­du­ğu­nu an­la­yır. Ey­ni za­man­da Hin­dis­tan kam­pa­ni­ya­sı onun jur­na­lis­tik fəa­liy­yə­ti­nə də tə­sir edir. Qa­zan­dı­ğı təc­rü­bə Çör­çil­li tə­lə­sik re­por­taj­la­ra de­yil, ədə­bi-bə­dii de­bü­tə çə­kib apa­rır­dı. Nə­ti­cə­də, ilk ki­ta­bı­nın nəşr olun­ma­sı ilə Çör­çill ma­raq­lı ya­zı­çı ki­mi ta­nın­ma­ğa baş­la­yır.

1899-cu il­də qüd­rət­li Bri­ta­ni­ya Hol­lan­di­ya­nın Cə­nu­bi Af­ri­ka­da yağ­lı ti­kə­si sa­yı­lan müs­təm­lə­kə­si­ni zəbt et­mək üçün bu öl­kə ilə mü­ha­ri­bə­yə baş­la­yır. Çör­çill ali jur­na­list də­rə­cə­si ilə ora­ya yo­la dü­şür. Ar­tıq o, özü­nü xü­su­si si­ma ola­raq hiss edə bi­lər­di. Fə­qət bəd­bəxt­lik baş ve­rir. Çör­çill hər­bi ge­yim­də və əlin­də si­lah bu­ra­da əsir dü­şür. Onu bu əsir­lik­dən qey­ri-adi gör­kə­mə ma­lik ol­ma­sı xi­las edir. Hər­bi döv­rün qa­nu­nu­na uy­ğun ola­raq be­lə şəxs­lər ye­rin­də­cə gül­lə­lən­mə­li ol­du­ğu hal­da, çöh­rə­si nur sa­çan ali­cə­nab bri­ta­ni­ya­lı üçün bu is­tis­na edi­lir. Bir mö­cü­zə nə­ti­cə­sin­də əsir dü­şər­gə­sin­dən qaç­maq ona nə­sib olur. Hol­land di­lin­də bir söz be­lə bil­mə­di­yi hal­da xi­las ol­maq çox çə­tin idi. Be­lə bir şə­ra­it­də yad bir öl­kə­də o, bir in­gi­lis­lə rast­la­şır. Həm­yer­li­si onu kö­mür şax­ta­sın­da giz­lə­də­rək yük va­qo­nun­da və­tə­nə yo­la sa­lır. Məhz bu ha­di­sə­dən son­ra ser Uins­to­nun məş­hur afo­riz­mi ya­ra­nır: "Ki­şi­lik öz var­lı­ğı­nı, şə­rə­fi­ni ax­maq şə­rai­tin mən­gə­nə­sin­dən qo­ru­yub sax­la­maq ba­ca­rı­ğın­dan iba­rət­dir." Çör­çill öz re­por­ta­jın­da hə­min ha­di­sə­ni bü­tün in­cə­lik­lə­ri­nə qə­dər təs­vir edir. Nü­fuz­lu "Mor­ning post" qə­ze­tin­də işıq üzü gö­rən bu re­por­taj onun mü­əl­li­fi­ni bü­tün İn­gil­tə­rə­yə ta­nı­dır.

Əsir­lik­dən qaç­ma­ğı ba­ca­ran Uins­ton Çör­çill si­ya­si fəa­liy­yə­tə baş­la­yır. Mü­ha­fi­zə­kar­lar par­ti­ya­sın­dan par­la­men­tə se­çi­lir, fə­qət 1904-cü ilin ap­rel ayın­da Çem­ber­le­nə eti­raz ola­raq li­be­ral­la­rın tə­rə­fi­nə keç­mir. 1905-1911-ci il­lər­də o, ko­lo­ni­ya­lar na­zi­ri, ti­ca­rət na­zi­ri, da­xi­li iş­lər na­zi­ri və­zi­fə­lə­rin­də ça­lı­şıb. 1911-1915-ci il­lər­də isə Hər­bi Də­niz na­zi­ri və­zi­fə­sin­də olar­kən Bri­ta­ni­ya do­nan­ma­sı­nı Al­ma­ni­ya ilə mü­ha­ri­bə­yə ha­zır­la­yır. 1915-ci ilin fev­ral ayın­da Çör­çil­lin əm­ri ilə ke­çi­ri­lən Ge­li­bo­lu və Dar­da­ne­lə hü­cum əmə­liy­ya­tı if­la­sa uğ­ra­yır. 1915-ci ilin or­ta­la­rın­da Çör­çill ad­mi­ral­lıq­dan is­te­fa et­di­yi­ni bil­di­rir. Baş ve­rən uğur­suz­luq­lar və yol ve­ri­lən səhv­lər­dən son­ra o, bir hərb­çi ki­mi in­gi­lis-al­man cəb­hə­si­nə yo­la dü­şür. Cəb­hə­yə çat­dıq­dan son­ra bu­ra­da dö­yüş­lər­də iş­ti­rak edir, əs­gər­lə­ri ilə bir­gə sən­gər hə­ya­tı­nın bü­tün çə­tin­lik­lə­ri­ni ya­şa­yır. 1917-ci il­də Lord Cor­cun kö­mə­yi­lə koa­li­si­ya hö­ku­mə­ti­nin tər­ki­bi­nə gə­ti­ri­lir. Hər­bi na­zir və­zi­fə­si­nə tə­yin edi­lən Çör­çill çox say­da tank is­teh­sa­lı­na baş­la­yır və bu­na gö­rə "tank­la­rın ata­sı" lə­qə­bi­ni qa­za­nır.

1920-ci il­lə­rin əv­vəl­lə­rin­də Çör­çill ye­ni­dən mü­ha­fi­zə­kar­la­rın tə­rə­fi­nə ke­çə­rək onun li­der­lə­rin­dən bi­ri olur. Bu hə­rə­kə­ti­nə gö­rə onu mə­zəm­mət edən­lə­rə Çör­çill be­lə ca­vab ve­rir: "Par­ti­ya­nı də­yiş­mək hə­lə ide­ya­nı də­yiş­mək de­mək de­yil". Ey­ni za­man­da öz məq­sə­di­ni də giz­lət­mir: "Baş na­zir ol­maq üçün na­zir olur­lar!" Bu amal­la Çör­çill öm­rü­nün so­nu­na­dək aşa­ğı­da­kı və­zi­fə­lə­ri tu­ta bi­lib. 1917-1921-ci il­lər­də hər­bi na­zir və avia­si­ya na­zi­ri; 1921-1922-ci il­lər­də müs­təm­lə­kə mə­sə­lə­lə­ri üz­rə na­zir; 1924-1929-cu il­lər­də ma­liy­yə na­zi­ri; 1939-1940-cı il­lər­də hər­bi-də­niz na­zi­ri; 1940-1945, 1951-1955-ci il­lər­də Baş na­zir.

Bu post­lar­da mü­vəf­fə­qiy­yət də, məğ­lu­biy­yət də var idi. 1918-ci il­də So­vet Ru­si­ya­sı­na qar­şı baş­la­nan düş­mən­çi­lik mü­na­si­bət­lə­ri nə­ti­cə­siz qa­lır. Ko­lo­ni­ya­lar­la iş mə­sə­lə­lə­rin­də isə Çör­çill əf­sa­nə­vi Lou­rens Ara­viys­ki­nin sa­yə­sin­də Ya­xın Şərq­də bir çox irə­li­lə­yiş­lə­rə na­il olur, ərəb li­der­lə­ri­lə bü­tün məs­lə­lə­ri ni­zam­la­ya bi­lir.

30-cu il­lə­rin əv­vəl­lə­rin­də 60 ya­şı­nı haq­la­yan Uins­ton Çör­çill üçün ye­ni­dən hö­ku­mət fəa­liy­yə­ti­nə qa­yıt­maq im­ka­nı sı­fır həd­din­də idi. Fə­qət İkin­ci Dün­ya mü­ha­ri­bə­si ərə­fə­sin­də Bri­ta­ni­ya or­du­su­nun ye­ni­dən si­lah­lan­dı­rıl­ma­sı ilə məş­ğul ola­raq əsas­lı mü­vəf­fə­qiy­yət­lə­rə na­il ola bi­lir. İkin­ci Dün­ya mü­ha­ri­bə­si Uins­ton Çör­çill üçün bəxt ul­du­zu olur. Öl­kə­nin ən ağır döv­rün­də Bö­yük Bri­ta­ni­ya­nın Baş na­zi­ri və­zi­fə­si­ni tut­maq­la xal­qı fa­şiz­mə qar­şı mü­ba­ri­zə­də bir­ləş­di­rir, an­ti­hit­ler koa­li­si­ya­sı­nın ya­ra­dıl­ma­sın­da fə­al iş­ti­rak edir, ABŞ pre­zi­den­ti Ruz­velt və SSRİ li­de­ri Sta­lin­lə bə­ra­bər xalq­la­rın və döv­lət­lə­rin ta­le­yi­nə da­ir qə­rar­lar qə­bul edir. O, özü­nün si­ya­si fəa­liy­yə­ti­nə "so­yuq mü­ha­ri­bə" ilə ye­kun vu­rur.

Çör­çill si­ya­sət­çi ad­lan­dı­rıl­ma­ğı sev­mir­di, da­ha çox "ic­ti­mai xa­dim" ki­mi ta­nın­ma­ğa üs­tün­lük ve­rir­di. Onun fik­rin­cə, "ic­ti­mai xa­dim si­ya­sət­çi­dən onun­la fərq­lə­nir ki, si­ya­sət­çi yal­nız növ­bə­ti seç­ki­lər haq­qın­da dü­şün­dü­yü hal­da, ic­ti­mai xa­dim gə­lə­cək nə­sil­lər haq­qın­da dü­şü­nür".

İkin­ci Dün­ya mü­ha­ri­bə­si il­lə­rin­də Uins­ton Çör­çill ma­nevr edə­rək, risq­li və hə­mi­şə bo­şa çı­xan cəhd­lə­rə yol ve­rər­di. O, əv­vəl­cə Mus­so­li­ni ilə qey­ri-rəs­mi ya­zı­şa­raq, onun bi­tə­rəf­li­yi­nin qo­ru­nub sax­lan­ma­sı­na na­il ol­ma­ğa ça­lı­şıb, son­ra isə na­sist tə­ca­vü­zü­nün qar­şı­sı­nı ala bi­lə­cək qüv­və ki­mi So­vet­lər İt­ti­fa­qı­nı gör­dü­yü­nə gö­rə ona meyl edib. La­kin ital­yan həm­ka­rı­nı di­lə tu­ta bil­mə­yib, Sta­li­nin də baş­qa plan­la­rı var idi. Be­lə ki, onun Hit­ler­lə söv­də­ləş­mə­sin­də Av­ro­pa öl­kə­lə­ri fa­şist­lə­rə gü­zəşt edil­miş­di. Fə­qət Çör­çill göz­lə­nil­məz zər­bə ilə üz-üzə qa­lır. Mü­ha­ri­bə­də qə­lə­bə tə­min olun­sa da, se­çi­ci­lər mü­ha­fi­zə­kar­lar par­ti­ya­sın­dan və onun li­der­lə­rin­dən üz dön­də­rir. Uins­ton heç vaxt bu­nun han­sı sə­bəb­dən baş ver­di­yi­ni an­la­ma­yıb və bu rüs­vay­çı­lı­ğı­nı in­gi­lis xal­qı­na ba­ğış­la­ma­yıb.

Bu­nun­la be­lə, Çör­çill adə­ti üz­rə öz si­ya­si hə­ya­tı­nı da­vam et­di­rib. 1946-cı il mart ayı­nın 5-də ABŞ-ın Ful­ton şə­hə­rin­də­ki Vest­mi­nis­ter kol­le­cin­də­ki məş­hur çı­xı­şın­da an­ti­so­vet məz­mun­lu mü­ha­zi­rə­si ilə Qərb dün­ya­sı ilə SSRİ ara­sın­da "so­yuq mü­ha­ri­bə" ad­la­nan si­ya­sə­tin baş­lan­ğı­cı­nı qo­yub.

1953-cü il­də Uins­ton Çör­çill da­ha bir mü­ka­fa­ta la­yiq gö­rü­lüb. No­bel Mü­ka­fa­tı Ko­mi­tə­si Bö­yük Bri­ta­ni­ya­nın Baş na­zi­ri­nə bə­dii ədə­biy­yat üz­rə No­bel Mü­ka­fa­tı ve­rib. Ser Uins­to­nun si­ya­si fəa­liy­yə­tin­də məc­bu­ri fa­si­lə­lər baş ver­di­yi vaxt­lar­da o, hər cür sa­kit­li­yi ya­zı­çı­lar­la ta­pa bi­lir­di. Hə­lə 30-cu il­lər­də çox­cild­li "1916-1918-ci il­lə­rin Dün­ya böh­ra­nı" əsə­ri­ni ba­şa çat­dı­rıb və "Hə­ya­tı­mın er­kən çağ­la­rı" ad­lı av­to­bi­oq­ra­fik ki­ta­bı­nı ya­zıb, uzun il­lər "Marl­bo­ro­la­rın hə­ya­tı" ad­lı al­tı cild­lik "ai­lə epo­pe­ya­sı" üzə­rin­də iş­lə­yib. Hər­bi-me­mar bə­dii əsə­ri­nə gö­rə No­bel mü­ka­fa­tı alan Çör­çill ye­ni həm­kar­la­rı­nın ara­sı­na yük­sə­lib. On­dan əv­vəl­ki lau­re­at­lar Fran­sua Mo­ri­ak, 1954-cü il­də isə Er­nest He­min­qu­ey olub.

Uins­ton Çör­çill ədə­biy­yat sa­hə­sin­də No­bel mü­ka­fa­tı alan ilk və ye­ga­nə hö­ku­mət baş­çı­sı­dır. Ya­rım əsr ər­zin­də Bö­yük Bri­ta­ni­ya döv­lə­ti­nə sə­da­qət­lə xid­mət edən, onun bir çox uğur­la­rı­na im­za­sı­nı atan Çör­çill tək­cə bö­yük si­ya­sət­çi de­yil, həm də zə­ma­nə­si­nin gör­kəm­li ya­ra­dı­cı şəx­siy­yət­lə­rin­dən bi­ri idi. Öm­rü­nün so­nun­da, ya­şı­na və səh­hə­ti­nə gö­rə si­ya­si fəa­liy­yət­dən uzaq­laş­dı­ğı dövr­də Çör­çill dörd cild­lik "İn­gi­lis dil­li xalq­la­rın ta­ri­xi" təd­qi­qa­tı­nı ta­mam­la­yıb. Gö­zəl rəsm əsər­lə­ri və bən­na­lıq sə­nə­ti­nin sir­lə­ri­nə bə­ləd­li­yi də onun sə­nə­tə yad ol­ma­dı­ğı­nın əla­və də­lil-sü­but­la­rı sa­yı­la bi­lər.

Çör­çil­lin öv­lad­la­rı öz­lə­ri­ni ta­ma­mi­lə ata­la­rı­nın xa­ti­rə­si ilə bağ­lı fəa­liy­yə­tə həsr edib­lər. Ser Ren­dolf onun zən­gin ədə­bi ir­si­nin təd­qi­qi ilə məş­ğul olub, çox­cild­lik əsər­lə­ri­ni top­la­ya­raq nəş­rə ha­zır­la­yıb və Ar­xiv mər­kə­zi açıb.

Uins­ton Çör­çill ki­fa­yət qə­dər uzun hə­ya­tı və si­ya­si kar­ye­ra­sı döv­rün­də bir çox dün­ya öl­kə­lə­ri­nin ali mü­ka­fa­tı­na la­yiq gö­rü­lüb. 2002-ci il­də Bir­ləş­miş Kral­lıq­da "BBC" te­le­ra­dio şir­kə­ti tə­rə­fin­dən ke­çi­ri­lən 1 mil­yon­dan çox in­sa­nın iş­ti­rak et­di­yi so­sio­lo­ji sor­ğu­da Uins­ton Çör­çill bü­tün dövr­lə­rin ən da­hi bri­ta­ni­ya­lı­sı se­çi­lib.

1965-ci il yan­var ayı­nın 24-də Lon­do­nun "Tayms" qə­ze­tin­də Uins­ton Çör­çil­lin dün­ya­ya gə­li­şi­nin xə­bər ve­ril­mə­sin­dən 90 il son­ra mə­lu­mat ve­ri­lir ki, ser Uins­ton Çör­çill və­fat edib. Bu xü­su­si me­mo­ri­al nəşr­də mər­hu­mun fəa­liy­yə­ti, tər­cü­mey-ha­lı və məi­şət­dən tut­muş rəs­miy­yə­tə qə­dər küt­lə­vi fo­to­şə­kil­lə­ri əks olun­muş­du. Yə­ni Bö­yük Bri­ta­ni­ya ma­təm için­də idi.

Uins­ton Çör­çill hər­bi sa­na­to­ri­ya­nın xəs­tə çar­pa­yı­sın­da uzan­dı­ğı za­man şəx­si dəfn mə­ra­si­mi­nin sse­na­ri­si­ni ya­zıb: "İs­tə­yi­rəm ki, mə­ni adi əs­gər ki­mi dəfn et­sin­lər." Çör­çil­lin və­siy­yə­ti­nə əməl edi­lir, yal­nız bir dü­zə­liş­lə: İn­gil­tə­rə im­pe­ri­ya­sı­nın bu gör­kəm­li əs­gə­ri son mən­zi­lə kral ki­mi yo­la sa­lı­nır...

Ru­hu şad ol­sun!

Fa­zil QA­RA­OĞ­LU
pro­fes­sor 

Son xəbərlər