19/10/2017 18:37
728 x 90

İra­nın Azər­bay­can­la Er­mə­nis­ta­nı bir tran­sre­gio­nal la­yi­hə­yə qoş­maq pla­nı...

Ye­ga­nə Ha­cı­ye­va: "Azər­bay­ca­nın bu la­yi­hə­də­ki iş­ti­ra­kı­nı müm­kün say­mı­ram"

img

"Er­mə­nis­ta­nın iş­ti­rak­çı­sı ola­ca­ğı han­sı­sa la­yi­hə­də Azər­bay­can heç vaxt iş­ti­rak edə bil­məz"

 

Teh­ran Gür­cüs­ta­na Fars kör­fə­zi ilə Qa­ra də­niz ara­sın­da nəq­liy­yat dəh­li­zi ya­rat­maq tək­li­fi ve­rib. Bu­nu ba­zar er­tə­si Gür­cüs­ta­na iki­gün­lük rəs­mi sə­fə­rə gəl­miş İran xa­ri­ci iş­lər na­zi­ri Mə­həm­məd Ca­vad Zə­rif bil­di­rib: "Fars kör­fə­zi ilə Qa­ra də­niz ara­sın­da dəh­liz Cə­nu­bi Av­ro­pa ba­zar­la­rı­na sü­rət­lə çıx­maq və "Şi­mal-Cə­nub" dəh­li­zi­nə al­ter­na­tiv ya­rat­maq im­ka­nı ve­rər". Onun söz­lə­ri­nə gö­rə, dəh­li­zin in­şa olu­na­ca­ğı hal­da bö­yük im­kan­lar açı­la­caq, da­şın­ma qiy­mət­lə­ri çox aşa­ğı ola­caq: "La­kin Teh­ra­nın bu ide­ya­sı­nın hə­ya­ta ke­çi­ril­mə­si üçün Gür­cüs­tan, İran, Er­mə­nis­tan, Azər­bay­ca­nın əmək­daş­lı­ğı va­cib­dir".

Teh­ra­nın bu ide­ya­sı­nın re­al­laş­ma­sı müm­kün­dür­mü?

Po­li­to­loq Ye­ga­nə Ha­cı­ye­va qə­ze­ti­mi­zə açıq­la­ma­sın­da bil­dir­di ki, bu, əs­lin­də, Ru­si­ya­ya qar­şı olan la­yi­hə­dir: "Ru­si­ya, ümu­miy­yət­lə, bu böl­gə­də ən bö­yük tran­zit­çi ki­mi öz sta­tu­su­nu iti­rə bi­lər. Bun­dan Ru­si­ya­nın ən ya­xın müt­tə­fiq­lə­rin­dən bi­ri - Er­mə­nis­ta­nın qa­zan­ma şan­sı çox­dur. Fars kör­fə­zi ilə Qa­ra də­ni­zi bir­ləş­dir­mək iq­ti­da­rın­da olan nəq­liy­yat dəh­li­zi hə­lə ke­çən il­dən mü­za­ki­rə olun­ma­ğa baş­la­yıb. Teh­ran Azər­bay­can, Tür­ki­yə və Ru­si­ya­dan yan keç­mək­lə yük­lə­rin Av­ro­pa­ya tə­da­rü­kü üçün al­ter­na­tiv mar­şrut ya­rat­maq is­tə­yir. He­sab olu­nur ki, mar­şrut Er­mə­nis­tan, Gür­cüs­tan­dan ke­çə­rək, son­ra də­niz­lə Bol­qa­rıs­ta­na - Av­ro­pa­nın əsas qa­pı­sı­na gi­rə­cək. Yük­lər son­ra Yu­na­nıs­ta­na və hət­ta İta­li­ya­ya ge­də bi­lər.

Ar­tıq bü­tün po­ten­si­al iş­ti­rak­çı­lar la­yi­hə­ni dəs­tək­lə­yir. Bol­qa­rıs­tan Var­na və Bur­qas li­man­la­rı­nı İran kar­van­la­rı­nın gi­riş nöq­tə­si et­mə­yə ra­zı­la­şıb. Bol­qar­lar hət­ta gə­rək olar­sa, ix­ti­sas­laş­dı­rıl­mış ter­mi­nal­lar da in­şa et­mə­yə ha­zır­dır. Axı İra­nın Bal­kan ya­rı­ma­da­sı­na çı­xı­şı ilə ya­na­şı, Ya­xın Şər­qin açı­lan ba­za­rı Av­ro­pa üçün heç də az ma­raq­lı de­yil. Bun­dan sa­va­yı, bu dəh­li­zə pers­pek­tiv­də ye­ni ba­zar­lar - İraq və Su­ri­ya da qo­şu­la bi­lər.

Sank­si­ya­lar­dan azad ol­muş İran öz mal­la­rı­nın tran­zi­ti üçün Er­mə­nis­ta­nı əsas tə­rəf­daş seç­mə­yi qət edib. Nə­zər­də tu­tu­lan mar­şrut: Meh­ri-Dzor-Va­yots-Ye­rasx, son­ra də­mir yo­lu ilə Gür­cüs­tan­da­kı Po­ti də­niz li­ma­nı­na, ora­dan isə Qa­ra də­niz­lə Bol­qa­rıs­tan li­ma­nı­na. İra­nın Er­mə­nis­tan­la heç bir si­ya­si zid­diy­yə­ti yox­dur. Əl­bət­tə, ye­ni mar­şrut İra­na Xə­zər höv­zə­sin­də çox­dan­kı rə­qi­bi­nin möv­qe­yi­ni zə­if­lət­mək im­ka­nı ve­rə­cək. An­caq Azər­bay­ca­nın bu la­yi­hə­də­ki iş­ti­ra­kı­nı müm­kün say­mı­ram. Çün­ki Er­mə­nis­ta­nın iş­ti­rak­çı­sı ola­ca­ğı la­yi­hə­də Azər­bay­can heç vaxt iş­ti­rak edə bil­məz".

Mə­həm­mə­də­li QƏ­RİB­Lİ

Son xəbərlər