22/06/2017 18:05
728 x 90

Şi­ma­li Ko­re­ya­ya qar­şı ABŞ-ın pat­ro­naj­lı­ğı al­tın­da dörd­lər blo­ku...(?)

"Mü­ha­ri­bə təh­lü­kə­si ar­tar­sa, bu ha­mı üçün fə­la­kət ola­caq"

img

El­şən Mus­ta­fa­yev: "Be­lə bir it­ti­faq ya­ra­dıl­sa be­lə, onun bü­tün səy­lə­ri mü­ha­ri­bə et­mək yox, onun qar­şı­sı­nı al­ma­ğa yö­nə­lə­cək"

 

Şi­ma­li Ko­re­ya (Ko­re­ya Xalq De­mok­ra­tik Res­pub­li­ka­sı) hö­ku­mə­ti öl­kə­də mü­ha­ri­bə və­ziy­yə­ti elan edib. Pay­taxt Pxen­yan­da mül­ki əha­li­nin təx­liy­yə edil­mə­si­nə baş­la­nıb. Şi­ma­li Ko­re­ya li­de­ri Kim Çen İn pay­taxt əha­li­si­nin ən azı 25 fai­zi­nin təx­liy­yə edil­mə­si əm­ri­ni ve­rib. Ey­ni za­man­da, Şi­ma­li Ko­re­ya rəh­bər­li­yi sü­rət­li şə­kil­də mü­ha­ri­bə­yə ha­zır­lıq iş­lə­ri­nə baş­la­yıb, or­du­nun bü­tün böl­mə­lə­ri mü­ha­ri­bə­yə ha­zır və­ziy­yə­tə gə­ti­ri­lib. Bü­tün bun­la­ra sə­bəb ABŞ, Çin və Şi­ma­li Ko­re­ya ara­sın­da göz­lə­ni­lən mü­ha­ri­bə eh­ti­ma­lı­dır.

Çin hö­ku­mə­ti isə Şi­ma­li Ko­re­ya ilə sər­hə­də 150 min nə­fər­lik hərb­çi top­la­yıb.

Həm­çi­nin, ABŞ do­nan­ma­sı­na məx­sus hər­bi gə­mi­lər və Ya­po­ni­ya də­niz do­nan­ma­sı da Ko­re­ya ya­rı­ma­da­sı­na ya­xın­la­şıb.

Xa­tır­la­daq ki, son il­lər Şi­ma­li Ko­re­ya or­du­su­nun nü­və ra­ket­lə­ri sı­naq­la­rı hə­ya­ta ke­çir­mə­si ilə bağ­lı ABŞ və Çi­ni təh­did edir. Nə­ti­cə­də ABŞ və Çi­nin hö­ku­mət rəh­bər­li­yi Şi­ma­li Ko­re­ya­ya qar­şı sank­si­ya­la­rın tət­biq edil­mə­si­nə qə­rar ve­rib. Hət­ta ABŞ pre­zi­den­ti Do­nald Tramp Çin rəh­bər­li­yi­nə Şi­ma­li Ko­re­ya­nın hər­bi təh­did­lə­ri­nə qar­şı bir­gə gö­rüş ke­çi­ril­mə­si­ni tək­lif edib.

Onu da bil­di­rək ki, dün­ya mət­bua­tı Şi­ma­li Ko­re­ya­nın nü­və sı­naq­la­rı hə­ya­ta ke­çir­di­yi 2006-cı il­dən bə­ri ilk də­fə bu qə­dər mü­ha­ri­bə­yə ya­xın­laş­dı­ğı­nı ya­zıb. Fak­ti­ki ola­raq 4 öl­kə - Çin, Ya­po­ni­ya, ABŞ və Cə­nu­bi Ko­re­ya­nın Pxen­ya­na qar­şı it­ti­faq ya­ra­da­ca­ğı da gün­dəm­də­dir. Be­lə bir it­ti­fa­qın ya­ra­dıl­ma­sı müm­kün­dür­mü?

Eks­pert El­şən Mus­ta­fa­yev qə­ze­ti­mi­zə bil­dir­di ki, Şi­ma­li Ko­re­ya av­to­ri­tar öl­kə­dir və bu döv­lə­tin nü­və si­la­hı­na yi­yə­lən­mə­si ABŞ-ın ma­ra­ğı ol­du­ğu böl­gə üçün cid­di təh­lü­kə mən­bə­yi­dir: "Şi­ma­li Ko­re­ya­nın qon­şu­su Cə­nu­bi Ko­re­ya ABŞ-ın müt­tə­fi­qi­dir və bu öl­kə­nin təh­did edil­mə­si ABŞ-ın təh­did edil­mə­si mə­na­sı­na gə­lir. Ya­po­ni­ya da hə­min böl­gə­də yer­ləş­di­yi üçün, Şi­ma­li Ko­re­ya­ya qar­şı ya­ra­dı­la­caq is­tə­ni­lən it­ti­faq­da təm­sil olun­ma­ğa ha­zır gö­rü­nə bi­lər. An­caq he­sab edi­rəm ki, ABŞ-ın özü də Şi­ma­li Ko­re­ya ilə mü­ha­ri­bə et­mək­də ma­raq­lı de­yil. Çün­ki bu küt­lə­vi qır­ğın­la nə­ti­cə­lə­nə bi­lər. Şi­ma­li Ko­re­ya ki­mi av­to­ri­tar re­ji­mə ma­lik öl­kə­nin əlin­də küt­lə­vi qır­ğın si­lah­la­rı var. Heç nə­dən çə­kin­mə­dən, özü­nü qo­ru­maq üçün hə­min si­lah­la­rın tət­bi­qi ris­qi­nə də ge­də bi­lər. Sa­da­la­nan dörd öl­kə­dən Şi­ma­li Ko­re­ya­nın nis­bə­tən Çin­lə mü­na­si­bət­lə­ri nor­mal­dır. Bu mə­sə­lə­də Va­şinq­to­na Pe­kin də dəs­tək ve­rə bi­lər. Şi­ma­li Ko­re­ya­nın ti­ca­rə­ti­nin əsas his­sə­si bu öl­kə ilə­dir. Çi­nin ABŞ-la da sıx dia­lo­qu var. Ona gö­rə də Tramp Çi­nin va­si­tə­çi­lik im­kan­la­rın­dan is­ti­fa­də edə bi­lər. Mü­ha­ri­bə təh­lü­kə­si ar­tar­sa, bu ha­mı üçün fə­la­kət ola­caq. Nü­və və kim­yə­vi si­la­hın tət­bi­qi sa­yə­sin­də yüz min­lər­lə in­san hə­lak ola­caq, mü­ha­ri­bə­yə baş­qa döv­lət­lər də qo­şu­la­caq, dün­ya­nı eko­lo­ji fə­la­kət bü­rü­yə­cək. Bu ba­xım­dan da, be­lə bir it­ti­faq ya­ra­dıl­sa be­lə, onun bü­tün səy­lə­ri mü­ha­ri­bə et­mək yox, onun qar­şı­sı­nı al­ma­ğa yö­nə­lə­cək".

Mə­həm­mə­də­li QƏ­RİB­Lİ

Son xəbərlər