17/12/2017 14:02
728 x 90

İta­li­ya sər­fə­li Azər­bay­can qa­zın­dan məh­rum ol­maq is­tə­mir

img

Azər­bay­can tə­bii qa­zı­nın dün­ya ba­zar­la­rı­na çı­xı­şın­da ye­ni mü­hüm mar­şrut sa­yı­lan "Cə­nub Qaz Dəh­li­zi" la­yi­hə­si­nin re­al­laş­ma­sı is­ti­qa­mə­tin­də iş­lər uğur­la da­vam et­di­ri­lir. Göz­lə­nir ki, bu ge­diş­lə la­yi­hə­nin mü­hüm qol­la­rın­dan bi­ri sa­yı­lan TA­NAP vax­tın­dan əv­vəl is­ti­fa­də­yə ve­ril­sin.

TA­NAP-ın baş di­rek­to­ru Sal­tuk Düz­yol bil­di­rir ki, Azər­bay­can tə­bii qa­zı­nın Tür­ki­yə­yə və qar­daş öl­kə­dən də Av­ro­pa­ya nəq­li­ni nə­zər­də tu­tan bu kə­mə­rin qu­ru his­sə­si­nin in­şa­sı çər­çi­və­sin­də in­di­yə­dək 1684 ki­lo­metr uzun­lu­ğun­da xən­dək qa­zı­lıb: "Bu vax­ta­dək TA­NAP-ın ti­kin­ti­si çər­çi­və­sin­də 4 lot üz­rə 1540 ki­lo­metr bo­ru mar­şrut xət­ti bo­yun­ca dü­zü­lüb. Əsas xətt üz­rə isə 1463 ki­lo­metr uzun­lu­ğun­da bo­ru­nun qay­na­ğı ta­mam­la­nıb". Ümu­mi uzun­lu­ğu 1810 ki­lo­metr olan TA­NAP-ın bu ge­diş­lə ca­ri ilin son­la­rın­da is­ti­fa­də­yə ve­ril­mə­si is­tis­na­lıq təş­kil et­mir. Bo­ru kə­mə­ri­nin il­kin ötü­rü­cü­lük qa­bi­liy­yə­ti 16 mil­yard kub­metr­dir və son­ra­dan bu həc­min 31 mil­yard kub­met­rə­dək ar­tı­rıl­ma­sı im­ka­nı var. Tür­ki­yə ar­tıq bu qa­zı bü­tün həcm­də ala bi­lə­cə­yi­ni bə­yan edir.

Onu da xa­tır­la­daq ki, TA­NAP Tür­ki­yə-Yu­na­nıs­tan sər­hə­din­də "Tran­sad­ria­tik" (TAP) qaz bo­ru kə­mə­ri­nə bir­lə­şə­cək. TAP-ın da çə­ki­li­şi is­ti­qa­mə­tin­də ha­zır­da in­ten­siv iş­lər ge­dir. Yu­na­nıs­tan və Al­ba­ni­ya ara­sın­da ar­tıq kə­mə­rin çə­ki­li­şi is­ti­qa­mə­tin­də zə­ru­ri iş­lər gö­rü­lür. Əsas prob­lem in­di­lik­də TAP-ın son mar­şru­tu olan İta­li­ya ilə bağ­lı­dır. Xa­tır­la­daq ki, İta­li­ya­nın cə­nu­bun­da, Leç­çe əya­lə­ti­nin Me­lan­dun­yo şə­hə­rin­də TAP-ın keç­di­yi mar­şrut üzə­rin­də "No TAP" ko­mi­tə­si ak­si­ya­lar ke­çi­rib. Nə­ti­cə­də "No TAP" ko­mi­tə­si­nin fə­al­la­rı qaz kə­mə­ri­nin ti­kin­ti­si üçün 219 ədəd ço­xil­lik zey­tun ağa­cı­nın mü­vəq­qə­ti kö­çü­rül­mə­si iş­lə­ri­ni da­yan­dır­ma­ğa na­il olub­lar. Fə­al­lar id­dia edir ki, kə­mər ət­raf mü­hi­tə və zey­tun bağ­la­rı­na zi­yan vu­rur. Ma­raq­lı­dır ki, "No TAP" ko­mi­tə­si­ni təş­kil edən, İta­li­ya par­la­men­tin­də 22 fa­iz səs­lə təm­sil olu­nan "5 Star" mü­xa­li­fət hə­rə­ka­tı və onun li­de­ri, şou­men Bep­pe Qril­lo Ru­si­ya ilə əla­qə­lə­ri­nə gö­rə ta­nı­nır. Və kə­mə­rə qar­şı çı­xan­lar onun tək­cə ət­raf mü­hi­tə zi­yan vu­ra­ca­ğı id­dia­la­rı ilə ki­fa­yət­lən­mir, bil­di­rir­lər ki, TAP ümu­miy­yət­lə İta­li­ya­ya gə­rək de­yil və bu kə­mə­rə xərc çək­mə­yə dəy­məz.

Be­lə və­ziy­yət əs­lin­də İta­li­ya­nın özün­də bö­yük na­ra­hat­lı­ğa yol açıb və İta­li­ya rəs­mi­lə­ri prob­le­min ara­dan qal­dı­rıl­ma­sı üçün, de­mək olar, sə­fər­bər olub­lar. Çün­ki on­lar sər­fə­li Azər­bay­can qa­zın­dan məh­rum ol­maq is­tə­mir. Mə­sə­lə­yə ye­ni­dən mü­na­si­bət bil­di­rən İta­li­ya­nın ət­raf mü­hit na­zi­ri Gi­an Lu­ka Qa­let­ti bil­di­rir ki, TAP bo­ru kə­mə­ri kar­bon emis­si­ya­sı­nın azal­dıl­ma­sı­nı dəs­tək­lə­yən mü­hüm in­fras­truk­tur­dur: "İta­li­ya­nın ener­ji stra­te­gi­ya­sı bər­pao­lu­nan ener­ji mən­bə­lə­ri­nə və tə­bii qa­za yö­nə­lib".

Bun­dan əv­vəl İta­li­ya­nın iq­ti­sa­diy­yat na­zi­ri Kar­lo Ka­len­da da bil­di­rib ki, TAP qaz bo­ru kə­mə­ri­nin Ad­ria­tik də­ni­zin­dən keç­mək­lə İta­li­ya əra­zi­si­nə da­xil olan his­sə­si­nin mar­şru­tu də­yiş­di­ri­lə bil­məz. TAP-ın kom­mu­ni­ka­si­ya rəh­bə­ri Li­sa Gi­vert vur­ğu­la­yır ki, sö­zü­ge­dən bo­ru kə­mə­ri­nin in­şa­sı üçün İta­li­ya­da mü­va­fiq ica­zə­lə­rin alın­ma­sı üz­rə iş­lər da­vam et­di­ri­lir: "2015-ci il ma­yın 20-də İta­li­ya­nın İq­ti­sa­diy­yat Na­zir­li­yi tə­rə­fin­dən ve­ri­lən əsas ica­zə sə­nə­di­nə uy­ğun ola­raq TAP-ın in­şa­sı­na da­ir di­gər mü­va­fiq ica­zə­lə­rin alın­ma­sı üz­rə iş­lər da­vam et­di­ri­lir. Ke­çən ilin may ayın­dan eti­ba­rən TAP-ın 8 ki­lo­metr­lik İta­li­ya his­sə­si­nin in­şa­sı­na baş­la­nıb. Ötən ilin ya­yın­dan TAP mar­şru­tu bo­yun­ca part­la­ma­mış hər­bi sur­sa­tın olub-ol­ma­dı­ğı­nı yox­la­maq məq­sə­di­lə ar­xeo­lo­ji kəş­fiy­yat­lar, elə­cə də xətt üz­rə bi­tən zey­tun ağac­la­rı üçün fi­to­sa­ni­tar təd­bir­lər apa­rı­lır. Ok­tyabr-de­kabr ay­la­rın­da San Fo­ça çi­mər­li­yin­də mik­ro­tu­ne­lin ti­kin­ti­si üz­rə bü­tün geo­lo­ji təd­qi­qat­lar ye­kun­la­şıb. Ca­ri ilin mar­tın­da isə mik­ro­tu­ne­lin ti­ki­lə­cə­yi əra­zi­dən 231 zey­tun ağa­cı­nın ilk par­ti­ya­sı­nın kö­çü­rül­mə­si­nə baş­la­nıb". Gi­vert İta­li­ya­da TAP ət­ra­fın­da baş ve­rən­lə­ri şərh edər­kən de­yib: "2015-ci il­də İq­ti­sa­diy­yat Na­zir­li­yi tə­rə­fin­dən ve­ri­lən əsas ica­zə sə­nə­di Lat­sio vi­la­yət məh­kə­mə­si­nin qə­ra­rın­da ol­du­ğu ki­mi qüv­və­də qal­maq­da­dır. TAP öz fəa­liy­yə­ti­nin bər­pa pro­se­si ilə məş­ğul olan bü­tün qu­rum­lar­la əmək­daş­lı­ğı­nı da­vam et­di­rir. Ap­re­lin 6-da Lat­sio vi­la­yət məh­kə­mə­si bo­ru kə­mə­ri­nin mar­şru­tu üzə­rin­də­ki zey­tun ağac­la­rı­nın kö­çü­rül­mə­si ilə bağ­lı qə­ra­rı­nı ləğv edib. Bu­nun­la bağ­lı məh­kə­mə­nin tək­rar ic­la­sın­da müs­bət nə­ti­cə­lə­rin əl­də olu­na­ca­ğı­na ümid edi­rik. TAP ap­re­lin 11-12-də mik­ro­tu­ne­lin ti­ki­lə­cə­yi əra­zi­də kö­kün­dən çı­xa­rı­lan 31 ədəd zey­tun ağa­cı­nın bər­pa­sı­nı öz üzə­ri­nə gö­tü­rüb. Ap­re­lin 7-də Leç­çe­də yer­li və re­gio­nal ha­ki­miy­yət or­qan­la­rı ilə gö­rü­şün­dən son­ra TAP zey­tun ağac­la­rı­nın təh­lü­kə­siz kö­çü­rül­mə­si üz­rə iş­lə­rə baş­la­yıb". Bü­tün bun­lar TAP-la bağ­lı İta­li­ya­da prob­lem­lə­rin çö­zül­mə­si is­ti­qa­mə­tin­də iş­lə­rin in­ten­siv­ləş­di­yi­ni gös­tə­rir. Çün­ki qeyd olun­du­ğu ki­mi, İta­li­ya onun üçün çox sər­fə­li olan Azər­bay­can qa­zın­dan məh­rum ol­maq is­tə­mir.

Bir da­ha xa­tır­la­daq ki, "Cə­nub Qaz Dəh­li­zi"nin tər­kib his­sə­si olan TAP la­yi­hə­si TA­NAP-ın da­va­mı olub, "Şah­də­niz-2"dən ha­sil olu­na­caq qa­zı Yu­na­nıs­tan və Al­ba­ni­ya va­si­tə­si­lə, Ad­ria­tik də­ni­zin­dən keç­mək­lə İta­li­ya­nın cə­nu­bu­na, ora­dan da Qər­bi Av­ro­pa­ya çı­xa­ra­caq. Yə­ni bu kə­mər tək­cə İta­li­ya yox, bü­tün Av­ro­pa üçün va­cib­dir.

Ta­hir TA­ĞI­YEV

Son xəbərlər