23/08/2017 08:20
728 x 90

DQ prob­le­mi­nin əsl ma­hiy­yə­ti­nin açıl­ma­sı bir tə­rəf­dən, Azər­bay­can or­du­su­nun güc­lü tə­lim­lə­ri­nin tə­si­ri di­gər tə­rəf­dən...

img

Azər­bay­can or­du­su­nun ke­çir­di­yi hər­bi tə­lim­lər bu gün Er­mə­nis­tan­da da xü­su­si diq­qət­lə iz­lə­nir. Ötən ilin ap­rel dərs­lə­ri­ni unu­da bil­mə­yən er­mə­ni tə­rə­fi tə­lim­lər fo­nun­da ye­ni­dən ey­ni və­ziy­yət­lə üz­lə­şə bi­lə­cə­yin­dən in­di çox eh­ti­yat edir. Bu­nu er­mə­ni me­dia­sı­nın yaz­dıq­la­rın­dan, eks­pert­lə­ri­nin ver­dik­lə­ri açıq­la­ma­lar­dan da ay­dın sez­mək müm­kün­dür.

Xa­tır­la­daq ki, pre­zi­dent, Si­lah­lı Qüv­və­lə­rin Ali Baş Ko­man­da­nı İl­ham Əli­ye­vin təs­diq et­di­yi pla­na əsa­sən, qo­şun­la­rın dö­yü­şə ha­zı­rol­ma qa­bi­liy­yə­ti, qüv­və və va­si­tə­lə­rin ida­rə olun­ma­sı­nın təş­ki­li, on­la­rın qar­şı­lıq­lı fəa­liy­yə­ti­nin yox­la­nıl­ma­sı məq­sə­di­lə or­du­muz dö­yüş şə­rai­ti­nə uy­ğun­laş­dı­rıl­mış və­ziy­yət­də ge­niş­miq­yas­lı tə­lim­lə­rə baş­la­yıb. Tə­lim­lə­rə 30 min nə­fə­rə­dək şəx­si he­yət, 250-dən ar­tıq tank və zi­reh­li tex­ni­ka, 200-dək müx­tə­lif çap­lı ra­ket və ar­til­le­ri­ya qur­ğu­su, re­ak­tiv yay­lım atəş sis­te­mi və mi­naa­tan, 25 ədəd müx­tə­lif tə­yi­nat­lı dö­yüş avia­si­ya­sı, elə­cə də ye­ni növ ra­dio­e­lek­tron kəş­fiy­yat va­si­tə­lə­ri və pi­lot­suz uçuş apa­rat­la­rı cəlb olu­nub. Tə­lim­lər za­ma­nı çə­tin rel­yef şə­rai­tin­də müa­sir ümum­qo­şun dö­yü­şü və əmə­liy­yat­la­rın ke­çi­ril­mə­si­nin müx­tə­lif üsul­la­rı məşq et­di­ri­lir.

Qə­bul edil­miş qə­ra­ra əsa­sən, qo­şun­la­rın və ida­rə­et­mə mən­tə­qə­lə­ri­nin əmə­liy­yat tə­yi­na­tı ra­yon­la­rı­na yer­də­yiş­mə­si, sə­fər­bər­lik eh­ti­yat­la­rı­nın top­la­na­raq tə­yi­na­tı üz­rə gön­də­ril­mə­si, zər­bə qrup­laş­ma­la­rı­nın ya­ra­dıl­ma­sı və mü­əy­yən olun­muş is­ti­qa­mət­lər­də tət­bi­qi, dö­yüş avia­si­ya­sı­nın eh­ti­yat ae­rod­rom­la­rı­na kö­çü­rül­mə­si, elə­cə də ra­ket və ar­til­le­ri­ya qo­şun­la­rı­nın eh­ti­yat atəş və start möv­qe­lə­ri­nə çı­xa­rıl­ma­sı ki­mi əmə­liy­yat­lar ic­ra olu­nur.

Tə­lim­lə­rin ge­di­şi­ni iz­lə­yən düş­mən tə­rə­fi na­ra­hat edən baş­lı­ca mə­qam­lar­dan bi­ri çə­tin rel­yef şə­rai­tin­də müa­sir ümum­qo­şun dö­yü­şü və əmə­liy­yat­la­rın ke­çi­ril­mə­si­dir. Çün­ki bu hal Qa­ra­bağ mü­na­qi­şə­si­nin hər­bi yol­la həl­li­nə ha­zır­lıq ki­mi qiy­mət­lən­di­ri­lir. İlk növ­bə­də ona gö­rə ki, Dağ­lıq Qa­ra­bağ­da da məhz çə­tin rel­yef şə­rai­ti möv­cud­dur. Azər­bay­can or­du­su isə məhz be­lə şə­ra­it­də düş­mə­ni məğ­lu­biy­yə­tə uğ­rat­maq is­ti­qa­mə­tin­də han­sı əmə­liy­yat­la­rın aparl­ma­sı­nı məşq edir. Bi­rin­ci Qa­ra­bağ dö­yü­şü­nün iş­ti­rak­çı­la­rın­dan olan er­mə­ni ge­ne­ral Ar­ka­di Ter-Ta­de­vos­yan bil­di­rir ki, tə­li­min ke­çi­ril­di­yi əra­zi­lə­rə Azər­bay­can ki­fa­yət qə­dər hər­bi tex­ni­ka çı­xa­rıb: "Bu­na gö­rə də biz çox diq­qət­li ol­ma­lı­yıq. Ötən ilin ap­re­lin­də diq­qə­ti əl­dən ver­di­yi­miz­dən han­sı nə­ti­cə­lə­rin ya­şan­dı­ğı­nı gör­dük. Onu da yad­dan çı­xar­ma­yaq ki, Azər­bay­ca­nın pu­lu var və o, hər za­man ye­ni tex­ni­ka­lar alır. Bu mə­na­da yad­dan çı­xar­ma­yaq ki, biz Azər­bay­ca­na zər­bə en­dir­sək, bu, Er­mə­nis­tan üçün in­ti­ha­ra bən­zər hal ola­caq. Çün­ki ye­ni tex­ni­ka­la­ra ma­lik Azər­bay­can müt­ləq ca­vab zər­bə­si en­di­rə­cək".

Er­mə­nis­ta­nın "Lra­gir" por­ta­lı ya­zır ki, Azər­bay­ca­nın hə­ya­ta ke­çir­di­yi hər­bi tə­lim­lər xü­su­si diq­qət mər­kə­zin­də sax­lan­ma­lı­dır və bu ilk növ­bə­də ona gö­rə la­zım­dır ki, hər­bi es­ka­la­si­ya hər an re­al­la­şa bi­lər. Qeyd olu­nur ki, bu və­ziy­yət­də Er­mə­nis­ta­nın Azər­bay­ca­na qar­şı nə də­rə­cə­də ef­fek­tiv mü­qa­vi­mət gös­tə­rə­cə­yi cid­di su­al al­tın­da­dır. Çün­ki Azər­bay­can hərb sa­hə­sin­də möv­qe­lə­ri­ni dur­ma­dan güc­lən­di­rir. Ümu­miy­yət­lə, Azər­bay­can or­du­su­nun hər­bi tə­lim­lə­ri ba­rə­də Er­mə­nis­tan­da sö­zün əsl mə­na­sın­da bəd­bin bir əh­val-ru­hiy­yə hökm sü­rür. Düş­mən öl­kə­də bu hal Azər­bay­ca­nın hər­bi müs­tə­vi­də Er­mə­nis­ta­na növ­bə­ti sərt xə­bər­dar­lı­ğı ki­mi qiy­mət­lən­di­ri­lir. Bu möv­qe­ni hərb­çi-eks­pert Üze­yir Cə­fə­rov da bö­lü­şür. Onun söz­lə­ri­nə gö­rə, ha­zır­da ke­çi­ri­lən tə­lim­lər­də 30 min­lik şəx­si he­yət iş­ti­rak edir: "Am­ma bu il üçün bun­dan da da­ha ağır tə­lim­lər nə­zər­də tu­tu­lub. Yə­ni 2017-ci ilin təs­diq olun­muş pla­nın­da miq­ya­sı­na, şəx­si he­yə­tin sa­yı­na gö­rə ye­ni tə­lim­lə­rə da­ha çox hər­bi tex­ni­ka və can­lı qüv­və cəlb edi­lə­cək. Xü­su­si tə­lim­lər ola­caq. Hə­min tə­lim bu ilin ikin­ci ya­rı­sı üçün nə­zər­də tu­tu­lub". Hərb­çi-esk­per­tin söz­lə­ri­nə gö­rə, bu­il­ki tə­lim­lə­rin özəl­li­yi var: "Özəl­li­yi on­dan iba­rət­dir ki, ilk də­fə Azər­bay­can Si­lah­lı Qüv­və­lə­ri çə­tin rel­yef şə­rai­tin­də və çə­tin ke­çi­ri­lən əra­zi­lər­də öz ha­zır­lı­ğı­nı yox­la­yır. Bun­lar dağ­lıq əra­zi­lər, sü­ni ya­ra­dıl­mış ma­neə­lər, tex­ni­ka­nın çə­tin ke­çə bi­lə­cə­yi əra­zi­lər­dir. Bun­dan baş­qa, ilk də­fə bu tə­lim­lər­də ra­dio­e­lek­tron mü­ba­ri­zə ava­dan­lıq­la­rı is­ti­fa­də olu­nur. Həm­çi­nin, bu tə­lim­lər­də ilk də­fə iş­ti­rak edən şəx­si he­yət var. On­lar ya­xın za­man­lar­da ön xət­də dö­yüş tap­şı­rı­ğı­nın ic­ra­sı­na baş­la­yıb­lar. Hər hal­da, ko­man­dan­lıq əs­gər və za­bit­lə­rin ha­zır­lıq­la­rı­nı yox­la­yır və on­la­rın ve­ri­lə­cək tap­şı­rıq­la­rı han­sı müd­dət­də ye­ri­nə ye­ti­rə­cə­yi ilə bağ­lı boş və bərk mə­qam­la­ra diq­qət edir". Üze­yir Cə­fə­rov he­sab edir ki, bu tə­lim­lər Ali Baş Ko­man­da­nın qə­ra­rı­na əsa­sən is­tə­ni­lən an kon­kret tap­şı­rı­ğın ye­ri­nə ye­ti­ril­mə­si ilə əvəz olu­na bi­lər: "Əl­bət­tə ki, iş pro­se­sin­də mü­əy­yən nü­ans­lar da ola­caq. La­kin hər kəs mə­su­liy­yə­ti­ni də­rin­dən an­la­yır. Çün­ki bu tə­lim­lər Ali Baş Ko­man­da­nın qə­ra­rı­na əsa­sən is­tə­ni­lən an də­qiq tap­şı­rı­ğın ye­ri­nə ye­ti­ril­mə­si ilə əvəz olu­na bi­lər. Bu­nu heç kim is­tis­na edə bil­məz".

Qeyd olu­nan­lar fo­nun­da or­du­mu­zun ke­çir­di­yi tə­lim­lər­dən er­mə­ni tə­rə­fi­nin qor­xu­ya düş­mə­si­nin sə­bəb­lə­ri bir da­ha ay­dın olur. Be­lə ki, düş­mən in­di­ki tə­lim­lə­rin sa­bah­kı dö­yüş­lə­rə ha­zır­lıq ol­du­ğu­nu yax­şı bi­lir və Azər­bay­can or­du­su­nun dö­yüş qa­bi­liy­yə­ti­ni da­vam­lı şə­kil­də ar­tır­ma­sı­nın onun üçün müs­bət heç nə vəd et­mə­di­yi­ni yax­şı gö­rür. Di­gər tə­rəf­dən diq­qət həm də ona yö­nəl­di­lir ki, ötən ilin ap­rel dö­yüş­lə­ri cəb­hə zo­na­sın­da Azər­bay­ca­nın tak­ti­ki möv­qe­lə­ri­ni əhə­miy­yət­li də­rə­cə­də yax­şı­laş­dı­rıb. Ye­ri gəl­miş­kən qeyd edək ki,  Tür­ki­yə­nin in­gi­lis di­lin­də nəşr edi­lən "Hur­ri­yet Da­ily News"  qə­ze­tin­də bu xü­sus­da dərc olun­muş mə­qa­lə­də çox ma­raq­lı mə­qam­la­ra nə­zər sa­lı­nır: "2016-cı ilin ap­rel ayın­da­kı dörd­gün­lük mü­ha­ri­bə həm hər­bi tex­ni­ka, həm də in­san it­ki­lə­ri ba­xı­mın­dan ən cid­di gər­gin­lik olub. Am­ma bu dörd­gün­lük mü­ha­ri­bə bü­tün tə­mas xət­ti bo­yun­ca Azər­bay­ca­nın tak­ti­ki möv­qe­lə­ri­nin yax­şı­laş­ma­sı­na sə­bəb olub. Ap­rel dö­yüş­lə­ri Azər­bay­can tə­rə­fi­nə həm də mü­hüm psi­xo­lo­ji üs­tün­lük qa­zan­dır­dı, er­mə­ni­lə­rin ke­çil­məz mü­da­fiə xət­lə­ri­nin ol­ma­sı ba­rə­də mif­lə­ri məhv et­di". Be­lə­lik­lə ay­dın olur ki, müm­kün hər­bi əmə­liy­yat­lar er­mə­ni tə­rə­fi üçün da­ha ağır nə­ti­cə­lə­rə gə­ti­rib çı­xar­maq iq­ti­da­rın­da­dır.

Ay­dın­dır ki, Er­mə­nis­ta­nın in­di­ki möv­qe­yi­ni də­yiş­mə­mə­si mü­ha­ri­bə­ni qa­çıl­maz edə­cək və bu xü­sus­da İrə­va­na də­fə­lər­lə xə­bər­dar­lıq da edi­lib. Mə­sə­lə­yə növ­bə­ti də­fə nə­zər sa­lan Bey­nəl­xalq Böh­ran Qru­pu da xa­tır­la­dır ki, 2016-cı ilin ap­rel dö­yüş­lə­rin­dən bir il keç­sə də, bu gün Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si zo­na­sın­da da­ha sərt toq­quş­ma­la­rın ol­ma­sı təh­lü­kə­si möv­cud­dur: "Don­du­rul­muş" he­sab olu­nan mü­na­qi­şə ye­ni­dən alı­şa bi­lər. Azər­bay­can Tür­ki­yə və Ru­si­ya ilə hər­bi mü­qa­vi­lə­lər im­za­la­yıb. Ba­kı Tür­ki­yə, Ru­si­ya, İs­ra­il və Pa­kis­tan­dan ən güc­lü si­lah­lar əl­də edib. Azər­bay­ca­nın hər­bi büd­cə­si Er­mə­nis­ta­nın döv­lət büd­cə­sin­dən çox­dur. La­kin İrə­van Ru­si­ya­ya bel bağ­la­yır və Mosk­va­nın ver­di­yi kre­dit­lər­lə elə rus is­teh­sa­lı olan si­lah­lar alır. Bu­nun­la be­lə, ye­nə də güc ba­xı­mın­dan Azər­bay­can çox irə­li­də­dir və dö­yüş­lə­rin ge­di­şin­də bu­nun han­sı nə­ti­cə­lə­rə gə­ti­rib çı­xa­ra­ca­ğı­nı er­mə­ni­lər də yax­şı bi­lir. İn­di­lik­də isə mü­na­qi­şə zo­na­sın­da risq­lər qa­lır və ye­ni mü­ha­ri­bə­nin ol­ma­sı eh­ti­ma­lı bö­yük­dür". Am­ma diq­qət həm də ona yö­nə­lir ki, Er­mə­nis­tan da­xi­lin­də mü­ha­ri­bə­yə qar­şı çı­xan­la­rın sa­yı ar­tır və on­lar güc­lü Azər­bay­can­la hərb cəb­hə­sin­də üz-üzə gə­lin­mə­si­ni is­tə­mir. Bu­nun sə­bəb­lə­ri də çox sa­də­dir. Er­mə­nis­tan­da rəh­bər­lik­dən tut­muş adi və­tən­da­şa ki­mi ha­mı yax­şı bi­lir ki, Azər­bay­can heç vaxt iş­ğal fak­tı ilə ra­zı­laş­ma­ya­caq və Dağ­lıq Qa­ra­bağ da da­xil ol­maq­la iş­ğal al­tın­da­kı əra­zi­lər azad olu­na­caq. Rəs­mi Ba­kı ən yük­sək sə­viy­yə­də bə­yan edib ki, mə­sə­lə sülh yo­lu ilə həll edil­mə­sə, tor­paq­lar baş­qa yol­la qay­ta­rı­la­caq. Baş­qa yol da o de­mək­dir ki, Er­mə­nis­ta­nın Azər­bay­can tor­paq­la­rı­nı iş­ğal edən si­lah­lı qüv­və­lə­ri məhv edi­lə­cək və er­mə­ni­lər da­ha bö­yük it­ki­lər ve­rə­cək. Onu da xü­su­si vur­ğu­la­maq la­zım gə­lir ki, Azər­bay­can or­du­su­nun qüd­rə­ti, iq­ti­sa­di gü­cü, in­san re­surs­la­rı, mü­da­fiə sə­na­ye­si ba­rə­də Er­mə­nis­tan­da mə­lu­mat­lı­dır­lar və bi­lir­lər ki, Azər­bay­can tor­paq­la­rı­nı iş­ğal­dan azad et­mək üçün bun­lar­dan is­ti­fa­də edə­cək. Elə ke­çi­ri­lən hər­bi tə­lim­lər də qeyd edi­lən­lə­rin da­ha bir təs­di­qi­dir və yu­xa­rı­da qeyd olun­du­ğu ki­mi, er­mə­ni­lə­rə həm də bir me­saj­dır. Er­mə­ni eks­pert Ara Pap­yan isə bu xü­sus­da bil­di­rir ki, Azər­bay­can güc yo­lu ilə ol­sa da əra­zi­lə­ri qay­tar­maq is­tə­yir: "Ola bi­lər ki, hə­lə­lik Azər­bay­can bu is­tə­yi re­al­laş­dır­mır. Bəl­kə də bu­ra­da Azər­bay­ca­na han­sı­sa tə­sir­lər var. Am­ma bu çox çək­mə­yə­cək.  Er­mə­nis­ta­nın möv­qe­lə­ri ge­də­rək zə­if­lə­yir. Bu­ra hər­bi möv­qe­lər də da­xil­dir. Yə­ni Azər­bay­can­la mü­qa­yi­sə­də bi­zim möv­qe­lər zə­if­dir. Mə­sə­lən, hər­bi avia­si­ya­nı gö­tü­rək. Bu sa­hə­də Azər­bay­can bi­zi çox qa­baq­la­yıb. Azər­bay­can avia­si­ya­sı çox güc­lü­dür. Yad­dan çı­xar­ma­yaq ki, Ba­kı ötə­nil­ki "dörd­gün­lük mü­ha­ri­bə" za­ma­nı bu avia­si­ya­dan is­ti­fa­də et­mə­di. Növ­bə­ti mü­ha­ri­bə­də Azər­bay­ca­nın güc­lü hər­bi avia­si­ya­sın­dan is­ti­fa­də et­mə­si bi­zim it­ki­lə­ri­mi­zi da­ha da ço­xal­da­caq. Ona gö­rə də mə­sə­lə sülh yo­lu ilə həl­li­ni tap­ma­lı­dır". Be­lə­lik­lə, qeyd edi­lən­lər­dən bir da­ha ay­dın olur ki, Azər­bay­ca­nın hər­bi gü­cü Er­mə­nis­ta­nı ki­fa­yət qə­dər qor­xu­ya sa­lıb və ke­çi­ri­lən hər­bi tə­lim­lər bu qor­xu­nu da­ha da də­rin­ləş­di­rir. Er­mə­ni­lər da­ha yax­şı bi­lir ki, Azər­bay­can or­du­su iş­ğal al­tın­da­kı  tor­paq­la­rı güc yo­lu ilə azad et­mə­yə baş­la­sa, bö­yük it­ki­lə­rə mə­ruz qa­la­caq­lar. Bu sə­bəb­dən Qa­ra­bağ konf­lik­ti­nin dinc yol­la da­nı­şıq­lar ma­sa­sı ar­xa­sın­da həl­li­ni is­tə­yən er­mə­ni­lə­rin sa­yı­nın art­ma­sı qeyd edi­lən­lər fo­nun­da ta­ma­mi­lə tə­bii sa­yıl­ma­lı­dır. Be­lə möv­qe­də olan er­mə­ni­lər Qa­ra­bağ mə­sə­lə­sin­də Ru­si­ya­ya gü­vən­mə­yi də yan­lış sa­yır və bu­na əya­ni mi­sal ki­mi ye­nə ötən ilin ap­rel dö­yüş­lə­ri­ni gös­tə­rir­lər. "İrav­nuk" qə­ze­ti ya­zır ki, Ru­si­ya­nın Er­mə­nis­tan­da olan hər­bi qüv­və­lə­ri sa­də­cə həm öl­kə­ni nə­za­rət­də sax­la­maq, həm də la­zım ol­du­ğu təq­dir­də NA­TO-ya qar­şı is­ti­fa­də olun­maq üçün la­zım­dır: "İn­di də Ru­si­ya Cə­nub Hər­bi Dai­rə­si­nin ha­va hü­cu­mun­dan mü­da­fiə, or­du və qı­rı­cı avia­si­ya böl­mə­lə­ri Er­mə­nis­tan­da dis­lo­ka­si­ya olun­muş hər­bi ba­za­da tə­lim­lə­rə baş­la­yıb. Tə­lim­də 500-ə ya­xın hərb­çi və 100-dən çox xü­su­si hər­bi tex­ni­ka, o cüm­lə­dən Buk-M1-2, C-300V ze­nit-ra­ket komp­leks­lə­ri, "MiQ-29 qı­rı­cı­la­rı, Ere­bu­ni hər­bi ba­za­sı­nın Mi-24P və Mi-8MT ver­tol­yot­la­rı iş­ti­rak edir. Am­ma bu­nun Er­mə­nis­ta­na, Dağ­lıq Qa­ra­ba­ğa han­sı­sa ai­diy­yə­ti yox­dur və da­ha çox NA­TO ilə qar­şı­dur­ma­ya he­sab­la­nıb. Bu mə­na­da Qa­ra­bağ­da hər­bi əmə­liy­yat­lar ye­ni­dən baş­la­sa, Ru­si­ya­dan han­sı­sa kö­mək göz­lə­mək la­zım de­yil. Ne­cə ki, bu, ötən ilin ap­re­lin­də baş ver­di". Ona gö­rə də he­sab edi­lir ki, ən yax­şı­sı Azər­bay­can­la da­nı­şıq­lar­da ra­zı­lıq əl­də et­mək­dir.

Na­hid SA­LA­YEV

Ya­zı Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti ya­nın­da Küt­lə­vi İn­for­ma­si­ya Va­si­tə­lə­ri­nin İn­ki­şa­fı­na Döv­lət Dəs­tə­yi Fon­du­nun ma­liy­yə dəs­tə­yi­lə çap olu­nur.

Son xəbərlər