23/08/2017 08:19
728 x 90

Er­mə­nis­ta­na hərb müs­tə­vi­sin­də sərt xə­bər­dar­lıq...

img

Hərb cəb­hə­sin­də Azər­bay­ca­nın Er­mə­nis­tan­la mü­qa­yi­sə­də ki­fa­yət qə­dər bö­yük üs­tün­lü­yə ma­lik ol­ma­sı bir­mə­na­lı hə­qi­qət­dir. İn­di bey­nəl­xalq miq­yas­da da bu fərq nis­bə­ti­nin ge­də­rək art­ma­sı­na diq­qət çə­kən­lər bil­di­rir ki, Er­mə­nis­tan da­nı­şıq­lar yo­lu ilə zəbt edil­miş Azər­bay­can əra­zi­lə­ri­ni ge­ri qay­tar­ma­ya­ca­ğı hal­da Azər­bay­ca­nın güc­lü or­du­su ilə üz-üzə gəl­mə­li ola­caq. Bu qar­şı­laş­ma­nın isə Er­mə­nis­tan üçün yax­şı nə­ti­cə­lən­mə­yə­cə­yi ba­rə­də də İrə­va­na ar­tıq çox­say­lı xə­bər­dar­lıq­lar edi­lir.

Əs­lin­də, hərb sa­hə­sin­də fər­qin bö­yük nis­bət­lə Azər­bay­ca­nın le­hi­nə ol­ma­sı­nı Er­mə­nis­tan­da da gö­rən­lər az de­yil. On­lar da hə­yə­can tə­bi­li ça­lır ki, hərb müs­tə­vi­sin­də Azər­bay­can­la üz-üzə gəl­mək Er­mə­nis­ta­na yal­nız fə­la­kət və da­ğın­tı­lar gə­ti­rə­cək. Məhz bu sə­bəb­dən on­lar Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si­nin da­nı­şıq­lar yo­lu ilə həl­li­nin sü­rət­lən­di­ril­mə­si­nin ilk ola­raq İrə­va­nın özü üçün va­cib əhə­miy­yət kəsb et­di­yi­ni bil­di­rir. Er­mə­nis­ta­nın ye­ni par­la­men­tin­də yer alan si­ya­si qüv­və­lər­dən bi­ri olan "Çı­xış" blo­ku­nun li­de­ri Ni­kol Pa­şin­yan qeyd edir ki, bu gün Qa­ra­bağ mü­na­qi­şə­si­nin sülh yo­lu ilə həl­li­nin müm­kün­süz­lü­yü da­ha çox Er­mə­nis­ta­nın özü­nə zi­yan­dır. O vur­ğu­la­yıb ki, hər şey­dən əv­vəl Qa­ra­bağ mə­sə­lə­si ət­ra­fın­da ya­ran­mış və­ziy­yə­ti cid­di dərk et­mək la­zım­dır ki, nə baş ver­di­yi­ni an­la­maq müm­kün ol­sun: "Güc ba­lan­sı­nın po­zul­ma­sı baş ve­rib. Azər­bay­can 7 mil­yard­lıq si­la­hı ona gö­rə al­ma­yıb ki, gü­zəş­tə get­sin. Bi­zim  or­du­ya çə­ki­lən xərc­lə­rin struk­tur də­yi­şik­li­yi, hər­bi sə­na­ye komp­lek­si­nin for­ma­laş­dı­rıl­ma­sı he­sa­bı­na hər­bi güc ba­lan­sı­nı bər­pa et­mə­yi­miz müş­kül, bəl­kə də müm­kün ol­ma­yan mə­sə­lə­dir. Biz­də in­san re­sur­su yox ol­du, mü­ha­ci­rət et­di. Bu sə­bəb­dən mü­na­qi­şə sülh yo­lu ilə həl­li­ni tap­ma­lı­dır".

Xa­tır­la­daq ki, Er­mə­nis­ta­nın bir çox əsas mü­xa­li­fət qüv­və­lə­ri də ar­tıq dinc yol­la iş­ğal al­tın­da­kı Azər­bay­can əra­zi­lə­ri­nin əsl sa­hi­bi­nə qay­ta­rıl­ma­sı­nın zə­ru­ri­li­yi­ni bə­yan edir. Bu xü­sus­da on­la­rın ar­qu­ment­lə­ri­ni güc­lən­di­rən da­ha bir mə­qam isə məş­hur "Rus­sia To­day" te­le­ka­na­lı­nın təq­dim et­di­yi "Azər­bay­can or­du­su re­gi­on­da ən var­lı or­du­dur" fo­to­ses­si­ya­sı­dır. Bu­na nə­zər sa­lan er­mə­ni­lər öz­lə­ri də eti­raf edir ki, Azər­bay­ca­nın qar­şı­sın­da Er­mə­nis­ta­nın han­sı­sa hər­bi mü­qa­vi­mət təş­kil et­mə­si be­lə müm­kün de­yil. Ru­si­ya te­le­ka­na­lı qeyd edir ki, Azər­bay­can Er­mə­nis­tan­la Dağ­lıq Qa­ra­bağ ət­ra­fın­da həll edil­mə­miş mü­na­qi­şə üzün­dən da­im hər­bi ha­zır­lıq və­ziy­yə­tin­də­dir. Bil­di­ri­lir ki, Azər­bay­can 2000-ci il­lə­rin əv­vəl­lə­rin­dən hər­bi büd­cə­si­ni 20 də­fə ar­tı­rıb. Qeyd edi­lir ki, Ba­kı Ru­si­ya, İs­ra­il və Tür­ki­yə is­teh­sa­lı olan si­lah­lar sa­tın alır. "Rus­sia To­day" bil­di­rir ki, Azər­bay­ca­nın Ha­va Hü­cu­mun­dan Mü­da­fiə Qo­şun­la­rı­nın ba­za­sı əsa­sən so­vet tex­ni­ka­sın­dan iba­rət­dir: "Ru­si­ya is­teh­sa­lı olan "S-300", "S-200", "S-125", "Buk", "Top-M2E". Am­ma ar­tıq Ba­kı İs­ra­il­dən də müa­sir ze­nit-ra­ket komp­leks­lə­ri alıb. Mə­sə­lən, "Ba­rak-8" uzaq­mən­zil­li ze­nit-ra­ket komp­leks­lə­ri  Azər­bay­ca­nın Er­mə­nis­tan üzə­rin­də bö­yük hər­bi üs­tün­lü­yü de­mək­dir. "Ba­rak-8"-lər gə­mi əley­hi­nə ra­ket­lə­rə, səs­dən sü­rət­li ra­ket­lə­rə, bal­lis­tik ra­ket­lə­rə, təy­ya­rə, he­li­kop­ter, pi­lot­suz uçan apa­rat­lar ki­mi ha­va təh­did­lə­ri­nə qar­şı nə­zər­də tu­tu­lur. İs­ra­il ABŞ-la bir­gə is­teh­sal et­di­yi ən ye­ni "Ta­mir" ra­ke­ti ilə təc­hiz edil­miş Ha­va Hü­cu­mun­dan Mü­da­fiə (HHM) sis­te­mi olan "Də­mir gün­bəz"in ye­ni­lən­miş va­ri­an­tı da or­du­mu­zun ix­ti­ya­rın­da­dır. Hə­lə bu ilin əv­və­lin­də İs­ra­il Ame­ri­ka ilə bir­gə is­teh­sal et­di­yi ən ye­ni "Ta­mir" ra­ke­ti ilə təc­hiz edil­miş "Də­mir gün­bəz"in ye­ni­lən­miş sis­te­mi­ni öl­kə­nin cə­nu­bun­da uğur­la sı­naq­dan ke­çi­rib. "Də­mir gün­bəz" po­li­qon­da müx­tə­lif mə­sa­fə­lər­dən bu­ra­xıl­mış bir ne­çə "Yer-Yer" ra­ke­ti­ni bir­dən vu­rub. "Də­mir Gün­bəz" ey­ni vaxt­da bir ne­çə yüz hə­də­fi iz­lə­yə bi­lir və bu da sis­te­mi iq­ti­sa­di ba­xım­dan ef­fekt­li edir. Bu sis­te­mi alan Azər­bay­can düş­mən üzə­rin­də bö­yük hər­bi üs­tün­lü­yü­nü da­ha da ar­tı­rır. Ümu­miy­yət­lə, son il­lər­də Ha­va Hü­cu­mun­dan Mü­da­fiə sis­te­mi­nin güc­lən­di­ril­mə­si və ye­ni ze­nit-ra­ket komp­leks­lə­ri və ra­dio­lo­ka­si­ya stan­si­ya­la­rı ilə təc­hiz edil­mə­si is­ti­qa­mə­tin­də çox­say­lı iş­lər gö­rü­lüb. 

"Rus­sia To­day" te­le­ka­na­lı­nın fo­to­ses­si­ya­sın­dan isə o da mə­lum olur ki, Azər­bay­can avia­si­ya­sı öz qüd­rə­ti­nə gö­rə Er­mə­nis­tan Hər­bi-Ha­va Qüv­və­lə­rin­dən xey­li üs­tün­dür. Bil­di­ri­lir ki, res­pub­li­ka­nın Mü­da­fiə Na­zir­li­yi Qa­za­xıs­tan­dan və Uk­ray­na­dan "MiQ-25" tu­tu­cu və "MiQ-29" qı­rı­cı təy­ya­rə­lə­ri alıb. Gür­cüs­tan və Be­la­rus­dan 18 va­hid "Su-25" hü­cum­çu təy­ya­rə­si alı­nıb. Xa­tır­la­daq ki, Er­mə­nis­tan­da "MiQ-29" qı­rı­cı təy­ya­rə­lə­ri yox­dur və bu sə­bəb­dən hə­min təy­ya­rə­lər Azər­bay­ca­nın üs­tün­lü­yü­nü da­ha da ar­tı­rır. Am­ma Azər­bay­can bu­nun­la ki­fa­yət­lən­mir. Mə­sə­lən, Azər­bay­can Tür­ki­yə­nin TAİ şir­kə­ti­nin T-129 "ATAK" he­li­kop­ter­lə­ri­nə ma­raq gös­tə­rir. O da sirr de­yil ki, Azər­bay­can Pa­kis­tan is­teh­sa­lı olan JF-17 "Thun­der" dö­yüş təy­ya­rə­lə­ri­ni al­maq­da ma­raq­lı­dır. Tə­rəf­lər ara­sın­da bu­nun­la bağ­lı in­di­yə­dək bir ne­çə də­fə da­nı­şıq­lar ke­çi­ri­lib. Bu təy­ya­rə­lər ye­ni ae­ro­na­vi­qa­si­ya ava­dan­lıq­la­rı ilə təc­hiz olu­nur və on­la­rın Azər­bay­ca­nın iş­ğal al­tın­da olan əra­zi­lə­rin­də is­ti­fa­də olun­ma­sı öl­kə­mi­zin əla­və üs­tün­lük­lə­ri de­mək­dir. Sö­zü­ge­dən təy­ya­rə­lər güc­lü si­lah sis­tem­lə­ri və "ha­va-ha­va", "ha­va-yer" ra­ket­lə­ri, ha­be­lə ağır bom­ba­lar­la təc­hiz olu­nur. Ki­fa­yət qə­dər uzaq mə­sa­fə­dən düş­mən hə­dəf­lə­ri­nə də­qiq zər­bə en­di­rə bi­lir. Ümu­miy­yət­lə, Pa­kis­ta­nın hər­bi tə­yi­nat­lı məh­sul­lar is­teh­sal edən şir­kət­lə­ri Azər­bay­can­la bu sa­hə­də əmək­daş­lı­ğa bö­yük ma­raq gös­tə­rir. Mə­sə­lən, mə­lum­dur ki, Pa­kis­ta­nın GIDS (Glo­bal In­dus­tri­al & De­fen­ce So­lu­ti­ons) şir­kə­ti qu­ru qo­şun­la­rı, hər­bi də­niz qüv­və­lə­ri və da­xi­li qo­şun­la­rın təc­hi­za­tı sa­hə­sin­də Azər­bay­can­la əmək­daş­lıq­da ma­raq­lı­dır. Azər­bay­can Pa­kis­tan­dan or­ta və ya­xın mən­zil­li müa­sir bal­lis­tik ra­ket­lər al­maq­da da is­tək­li ol­du­ğu­nu bil­di­rir.

"Rus­sia To­day" te­le­ka­na­lı diq­qə­ti ona da yö­nəl­dir ki, "Glo­bal Fi­re­po­wer" hər­bi qüd­rət rey­tin­qin­də Azər­bay­can 34 möv­qe üz­rə Er­mə­nis­ta­nı qa­baq­la­ya­raq 60-cı ye­ri tu­tur. Bil­di­ri­lir ki, ötən 15 il­də Azər­bay­can or­du­su bö­yük sıç­ra­yış edib. 2003-cü il­də öl­kə­nin mü­da­fiə xərc­lə­ri 160 mil­yon dol­lar, 2013-cü il­də isə 3,7 mil­yard dol­lar təş­kil edib. Ötən il və ca­ri il ər­zin­də də Azər­bay­ca­nın hər­bi xərc­lə­ri ki­fa­yət qə­dər bö­yük­dür. Qeyd olu­nur ki, Azər­bay­can or­du­su­nun ba­lan­sın­da 314 tank, 1600 va­hid zi­reh­li tex­ni­ka, 119 özü­ye­ri­yən ar­til­le­ri­ya qur­ğu­su, 240 ye­də­yə qo­şu­lan ar­til­le­ri­ya si­la­hı, 191 yay­lım atə­şi sis­te­mi var. Di­gər tə­rəf­dən, Azər­bay­can­da elə si­lah­lar var ki, Er­mə­nis­tan­da on­lar­dan ümu­miy­yət­lə yox­dur. Mə­sə­lən, Azər­bay­can Ru­si­ya­dan çox­say­lı T-90S tan­kı alıb. Ən müa­sir tank­lar­dan olan T-90-lar T-72BM tan­kı­nın yük­sək tex­no­lo­gi­ya məh­sul­la­rı ilə təc­hiz olu­nub. Bu tank­lar T-80 tan­kın­dan alı­nan 1G46 Ni­şan­gah Ter­mal ka­me­ra Kon­takt-5 part­la­yı­cı həs­sas zi­reh­və da­ha güc­lü mü­hər­ri­kə sa­hib olub, di­gər al­çaq bir pro­fi­lə ma­lik­dir. T-90 tank­la­rı­nın məx­sus ol­du­ğu tank əley­hi­nə ida­rə olu­nan ra­ket (TƏ­İR) komp­lek­si 5 ki­lo­metr uzaq­lıq­da olan düş­mə­nin is­tə­ni­lən tip zi­reh­li tex­ni­ka­sı­nı 100 fa­iz də­qiq­lik­lə məhv et­mək im­ka­nı ve­rir. T-90S-in ma­lik ol­du­ğu av­ro­ma­tik do­lub-bo­şa­lan 2A46M-5 to­pu TƏ­İR ra­ket­lə­rin­dən baş­qa zi­reh­de­şən, be­ton is­teh­kam­la­rı da­ğı­dan və s. xü­su­siy­yə­tə ma­lik müa­sir mər­mi­lər ata bi­lir. Ge­cə-gün­düz gör­mə im­ka­nı­na ma­lik op­tik la­zer-ni­şan­gah tank hə­rə­kət­də olar­kən be­lə hə­də­fi ni­şan al­maq və ya ni­şan­ga­hı hə­dəf üzə­rin­də sax­la­maq im­ka­nı ya­ra­dır. Tank üzə­rin­də qu­raş­dı­rı­lan "Kord" pu­lem­yo­tu isə ha­va hə­dəf­lə­ri­nin məhv edil­mə­sin­də ki­fa­yət qə­dər cid­di si­lah­dır. Azər­bay­can or­du­su ən azı 200 be­lə tan­ka ma­lik ol­du­ğu hal­da Er­mə­nis­tan­da bu tank­lar­dan ümu­miy­yət­lə yox­dur. "Rus­sia To­day" te­le­ka­na­lı onu da bil­di­rir ki, Azər­bay­can so­vet zi­reh­li tex­ni­ka­sı və zər­bə si­lah­la­rı par­kı­nı get­dik­cə müa­sir si­lah­lar əvəz­lə­yir. Qeyd olu­nur ki, Ba­kı öz si­lah nü­mu­nə­lə­ri­ni də ya­ra­dır. Ye­ri gəl­miş­kən qeyd edək ki, öl­kə­miz­də mü­da­fiə tə­yi­nat­lı mə­mu­lat­la­rın is­teh­sa­lı­nın həc­mi 2016-cı ilin mü­va­fiq döv­rü ilə mü­qa­yi­sə­də 11,9 fa­iz ar­tıb. Əl­də olu­nan ar­tım ix­rac əmə­liy­yat­la­rı he­sa­bı­na tə­min olu­nub. İs­teh­sal olu­nan məh­sul­la­rın 87 fai­zi­ni mü­da­fiə və xü­su­si tə­yi­nat­lı, 13 fai­zi­ni isə mül­ki tə­yi­nat­lı mə­mu­lat­lar təş­kil edir. İs­teh­sa­lı mə­nim­sə­nil­miş mü­da­fiə tə­yi­nat­lı mə­mu­lat­la­rın çe­şid sa­yı 1200-ə çat­dı­rı­lıb. Qeyd edək ki, ilk də­fə "ADEX-2016" ikin­ci Azər­bay­can Bey­nəl­xalq mü­da­fiə sər­gi­sin­də ma­ket və 3D ani­ma­si­ya for­ma­tın­da nü­ma­yiş et­di­ri­lən "Tu­fan" mi­na­ya da­vam­lı mil­li zi­reh­li nəq­liy­yat va­si­tə­si­nin üzə­rin­də apa­rı­lan iş­lər uğur­la ba­şa çat­dı­rı­lıb. Bu ilin fev­ra­lın­da Mü­da­fiə Na­zir­li­yi­nin və di­gər güc struk­tur­la­rı­nın apa­rı­cı mü­tə­xəs­sis­lə­ri­nin iş­ti­ra­kı ilə hə­min nəq­liy­yat va­si­tə­si­nin təq­di­ma­tı ke­çi­ri­lib. Sı­naq­lar za­ma­nı mil­li zi­reh­li nəq­liy­yat va­si­tə­si qar­şı­ya qo­yu­lan tə­ləb­lə­rə ca­vab ve­rib və mü­tə­xəs­sis­lər tə­rə­fin­dən müs­bət qiy­mət­lən­di­ri­lib. Ağır­lı­ğı 12,3 to­na ça­tan, 3 min ki­loq­ra­ma­dək fay­da­lı yük və 10 nə­fər şəx­si he­yə­ti tam təh­lü­kə­siz şə­ra­it­də da­şı­maq im­ka­nı­na ma­lik olan "Tu­fan" Azər­bay­can di­zay­ner­lə­ri­nin və mü­hən­dis­lə­ri­nin krea­tiv fi­kir­lə­ri­ni və təc­rü­bə­si­ni özün­də bir­ləş­di­rən məh­sul­dur. "Tu­fan" mil­li zi­reh­li nəq­liy­yat va­si­tə­si­nin üzə­rin­də qu­raş­dı­rıl­mış 12,7, 14,5, 23 və 30 mil­li­metr­lik si­lah­lar­la təc­hiz edil­miş uni­ver­sal dö­yüş mo­du­lu da na­zir­li­yin mü­əs­si­sə­lə­rin­də is­teh­sal olu­nub. Ya­ra­dıl­ma­sı Mü­da­fiə Sə­na­ye­si Na­zir­li­yi­nin mü­əs­si­sə­lə­rin­də apa­rı­lan və ar­tıq si­lah­lan­ma­ya töv­si­yə olu­nan "Yal­qu­zaq" snay­per tü­fən­gi­nin, xü­su­si tə­yi­nat­lı əl pu­lem­yo­tu­nun, av­to­ma­tik qum­ba­raa­tan komp­lek­si­nin, əl qum­ba­raa­ta­nı­nın, müx­tə­lif mil­li­metr­lik av­to­mat­la­rın, "F-1" tip­li əl qum­ba­ra­sı­nın, atəş yı­ğı­mı­nın və di­gər mə­mu­lat­la­rın ca­ri il­də se­ri­ya­lı is­teh­sa­lı nə­zər­də tu­tu­lur. Ötən il ya­ra­dı­lan, sı­naq­la­rı uğur­la ba­şa çat­dı­rı­lan və təq­di­ma­tı ke­çi­ril­dik­dən son­ra se­ri­ya­lı is­teh­sa­lı­na baş­la­nan "Zər­bə-KM" (tə­sir gü­cü ar­tı­rıl­mış qəl­pə­li-fu­qas­lı) pi­lot­suz uçuş apa­ra­tı­nın ye­ni nö­vü olan, düş­mə­nin can­lı qüv­və­si­ni, hər­bi tex­ni­ka­sı­nı və hər­bi ob­yekt­lə­ri­ni 100 ki­lo­metr­lik mə­sa­fə­dən tam mü­əy­yən edən və məhv et­mək iq­ti­da­rın­da olan "Zər­bə-KH" (ku­mul­ya­tiv baş­lıq­lı) pi­lot­suz uçuş apa­ra­tı­nın ya­ra­dıl­ma­sı is­ti­qa­mə­tin­də in­ten­siv iş­lə­rə baş­la­nıb. Bü­tün bun­lar Azər­bay­ca­nın hərb sa­hə­sin­də Er­mə­nis­ta­nı da­ha bö­yük fərq­lə qa­baq­la­ma­sı­na əsas ve­rir.

"Rus­sia To­day" te­le­ka­na­lı bir mə­qa­ma da diq­qət çə­kir ki,  Azər­bay­can or­du­su­nun sa­yı, eh­ti­yat­da 300 min nə­fər ol­maq­la, 70 min nə­fər təş­kil edir. Mü­da­fiə si­ya­sə­tin­də qu­ru qo­şun­la­rı kom­po­nen­ti­nə üs­tün­lük ve­ri­lib. Qu­ru qo­şun­la­rı­nın struk­tu­ru­na hər bi­ri 3-6 bri­qa­da­dan iba­rət 5 or­du kor­pu­su da­xil­dir. Bü­tün bun­lar şəx­si he­yət ba­xı­mın­dan da Azər­bay­ca­nın bö­yük üs­tün­lü­yə ma­lik ol­ma­sı­nın gös­tə­ri­ci­si ki­mi çı­xış edir.

Na­hid SA­LA­YEV

Ya­zı Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti ya­nın­da Küt­lə­vi İn­for­ma­si­ya Va­si­tə­lə­ri­nin İn­ki­şa­fı­na Döv­lət Dəs­tə­yi Fon­du­nun ma­liy­yə dəs­tə­yi­lə çap olu­nur. 

Son xəbərlər