28/04/2017 21:52
728 x 90

Ba­kı­da Av­ro­pa­nın və Çi­nin ta­le­yi ba­rə­də mü­za­ki­rə­lər... - FOTO

Af­ri­ka­dan Av­ro­pa­ya qaç­qın­lar on il də da­vam edə­cək...

img

Di­as­por­la İş üz­rə Döv­lət Ko­mi­tə­si­nin dəs­tə­yi və Ni­za­mi Gən­cə­vi Bey­nəl­xalq Mər­kə­zi­nin təş­ki­lat­çı­lı­ğı ilə "Bey­nəl­xalq mü­na­si­bət­lə­rin gə­lə­cə­yi: güc və ma­raq­lar" möv­zu­sun­da ke­çi­ri­lən V Qlo­bal Ba­kı Fo­ru­mu du­nən işi­ni da­vam et­di­rib.

Döv­lət Ko­mi­tə­sin­dən "Trend"ə ve­ri­lən mə­lu­ma­ta gö­rə, Fo­rum çər­çi­və­sin­də baş tu­tan ilk ic­las "Bey­nəl­xalq mü­na­si­bət­lər­də Çi­nin ro­lu: Köh­nə qay­da­la­rın tət­bi­qi üsul­la­rı­nın mü­za­ki­rə­si" möv­zu­su­na həsr olu­nub. İc­la­sın mo­de­ra­to­ru olan Har­vard Biz­nes Mək­tə­bi­nin do­sen­ti Qa­u­tam Mu­kun­da Ba­kı Fo­ru­mun­da mü­hüm mə­sə­lə­lə­rin mü­za­ki­rə edil­di­yi­ni bil­di­rib. O, bu ic­la­sın da ol­duq­ca ak­tu­al möv­zu­ya həsr edil­di­yi­ni diq­qə­tə çat­dı­rıb.

İc­las­da çı­xış edən Ser­bi­ya­nın sa­biq pre­zi­den­ti Bo­ris Ta­diç bö­yük si­ya­si və iq­ti­sa­di güc olan Çi­nin ye­ni­dən qlo­bal are­na­ya qa­yıt­dı­ğı­nı diq­qə­tə çat­dı­rıb. Bil­di­rib ki, iq­ti­sa­di əmək­daş­lı­ğı in­ki­şaf et­dir­mək üçün tə­rəf­daş­la­rı­nın sa­yı­nı ar­tı­ran Çin bu is­ti­qa­mət­də "60+1" plat­for­ma­sı­nı uğur­la ge­niş­lən­di­rir: "Çin bu stra­te­gi­ya çər­çi­və­sin­də Ser­bi­ya ilə də tə­rəf­daş­lı­ğa da­ir sa­ziş im­za­la­yıb. Məhz bu­na gö­rə də Çi­nin dün­ya­da iq­ti­sa­di çə­ki­si get-ge­də artmaq­da­dır". Çi­nin dün­ya si­ya­sə­tin­də də fə­al çı­xış et­di­yi­ni vur­ğu­la­yan B.Ta­diç bil­di­rib ki, öz ma­raq­la­rı­nı fə­al mü­da­fiə edən Çin çox­tə­rəf­li insti­tut­la­rın qu­rul­ma­sı­na ça­lı­şır.

Pa­kis­ta­nın sa­biq Baş na­zi­ri Şa­u­kat Aziz bey­nəl­xalq aləm­də Çi­nin iq­ti­sa­di və si­ya­si nü­fu­zu­nun artdı­ğı­nı vur­ğu­la­ya­raq bil­di­rib ki, bu tə­sir ilk növ­bə­də, Çi­nin yer­ləş­di­yi re­gi­on­da da­ha çox hiss olu­nur: "Çin öz mil­li ma­raq­la­rı əsa­sın­da si­ya­sət yü­rü­də­rək öl­kə­nin in­ki­şa­fı­na, əha­li­nin ri­fah sə­viy­yə­si­nin artma­sı­na ça­lı­şır. Çi­nin ma­raq da­i­rə­sin­də dün­ya­ya he­ge­mon­luq id­di­a­sı da­yan­mır. Məhz bu­na gö­rə də Çin son il­lər­də sü­rət­li in­ki­şa­fı­na gö­rə dün­ya­da bü­tün öl­kə­lə­ri qa­baq­la­yır".

Öl­kə­lə­rin yal­nız di­a­loq və qar­şı­lıq­lı əmək­daş­lıq yo­lu ilə in­ki­şaf edə bi­lə­cə­yi­ni diq­qə­tə çat­dı­ran sa­biq Baş na­zir bil­di­rib ki, Çin bey­nəl­xalq iq­ti­sa­di əmək­daş­lı­ğı ge­niş­lən­dir­mək is­ti­qa­mə­tin­də qlo­bal miq­yas­da ye­ni tə­şəb­büs və ide­ya­lar­la çı­xış et­mək­lə bu pro­ses­də is­tək­li dav­ran­dı­ğı­nı or­ta­ya qo­yur.

İta­li­ya Pre­zi­den­ti­nin sa­biq dip­lo­ma­tik mü­şa­vi­ri An­to­nio Za­nar­di Lan­di vur­ğu­la­yıb ki, qlo­bal iq­ti­sa­di və si­ya­si pro­ses­lər bi­zim qar­şı­mız­da bir çox prob­lem­lər mü­əy­yən­ləş­di­rir: "Be­lə bir şə­ra­it­də Çi­nin dav­ra­nı­şı və ata­ca­ğı ad­dım­lar dün­ya si­ya­sə­ti üçün çox bö­yük əhə­miy­yət da­şı­yır. Son mü­şa­hi­də­lər gös­tə­rir ki, Çin möv­cud qay­da­la­ra uy­ğun­laş­ma­ğa ça­lı­şır. Çin azad ti­ca­rə­ti və əmək­daş­lı­ğı təş­viq et­mək­lə dün­ya­da möv­cud ba­lan­sı öz xey­ri­nə də­yiş­mək­lə qlo­bal in­teq­ra­si­ya­ya ça­lı­şır".

Qır­ğız Res­pub­li­ka­sı­nın sa­biq Baş na­zi­ri Apas Ju­ma­qu­lov ak­tu­al mə­sə­lə­lə­rə həsr olu­nan mü­hüm Fo­ru­mun uğur­la təş­ki­li­nə və yük­sək qo­naq­pər­vər­li­yə gö­rə tə­şək­kü­rü­nü bil­di­rib. Pre­zi­dent İl­ham Əli­ye­vin yü­rüt­dü­yü si­ya­sət nə­ti­cə­sin­də Azər­bay­ca­nın sü­rət­lə in­ki­şaf edə­rək mü­hüm uğur­lar qa­zan­dı­ğı­nı vur­ğu­la­yan A.Ja­ma­qu­lov de­yib: "Pre­zi­dent İl­ham Əli­yev XX əs­rin ən nü­fuz­lu şəx­siy­yət­lə­rin­dən olan Hey­dər Əli­ye­vin oğ­lu­dur. Hey­dər Əli­yev nə­in­ki tək­cə XX əsrdə, növ­bə­ti əsrlər­də də ən məş­hur şəx­siy­yət­lər­dən bi­ri ki­mi ta­nı­na­caq. Hey­dər Əli­yev tək­cə Azər­bay­ca­nın de­yil, So­vet İt­ti­fa­qı­nın da ən nü­fuz­lu si­ya­si rəh­bər­lə­rin­dən bi­ri olub. Mən So­vet İt­ti­fa­qı döv­rün­də Hey­dər Əli­yev ilə iş­lə­mək şə­rə­fi­nə na­il ol­mu­şam. Hey­dər Əli­yev si­ya­sə­ti­ni tək­cə öl­kə miq­ya­sın­da de­yil, qlo­bal sə­viy­yə­də uğur­la da­vam et­dir­di­yi­nə gö­rə Pre­zi­dent İl­ham Əli­ye­və tə­şək­kü­rü­mü bil­di­ri­rəm. Bu gün iş­ti­rak et­di­yi­miz və get­dik­cə da­ha ge­niş miq­yas alan bu Fo­rum sü­but edir ki, Azər­bay­can bu plat­for­ma­nın və xalqlar ara­sın­da­kı əla­qə­lə­rin in­ki­şa­fı­na öz töh­fə­si­ni ve­rir".

Qır­ğı­zıs­ta­nın son il­lər bir sı­ra cid­di çə­tin­lik­lər­lə qar­şı­laş­dı­ğı­nı və on­la­rın öh­də­sin­dən gəl­mə­yə ça­lış­dı­ğı­nı qeyd edən sa­biq Baş na­zir bil­di­rib: "Be­lə bir və­ziy­yət­də qon­şu­muz Çin bi­zim ağır du­ru­mu­muz­dan sui-is­ti­fa­də et­mə­yə ça­lış­ma­dı. Ək­si­nə, biz Çin­lə əmək­daş­lı­ğı da­ha da də­rin­ləş­di­ri­rik".

Ma­ca­rıs­ta­nın sa­biq Baş na­zi­ri Pe­ter Med­gi­es­si bil­di­rib ki, ha­zır­da dün­ya­da ol­duq­ca ma­raq­lı mən­zə­rə ya­ra­nıb. O qeyd edib ki, Çin qlo­bal əmək­daş­lıq, azad ti­ca­rə­tin ge­niş­lən­di­ril­mə­si tə­şəb­bü­sü ilə çı­xış edir. Ye­ni pro­ses­də Çi­nin üzə­ri­nə bö­yük mə­su­liy­yət düş­dü­yü­nü vur­ğu­la­yan P.Med­gi­es­si diq­qə­tə çat­dı­rıb ki, bu ba­xım­dan Çin özü­nün ma­liy­yə və bank sek­to­ru­nu güc­lən­dir­mə­li, iq­ti­sa­di in­ki­şa­fı­nı sa­bit və da­ya­nıq­lı sax­la­ma­ğa ça­lış­ma­lı­dır.

Tsin­gua Uni­ver­si­te­ti­nin "Schwarzman" Kol­le­ci­nin de­ka­nı Da­vid Qinqconq Pan bil­di­rib ki, Çin kə­nar­dan nə qə­dər güc­lü gö­rün­sə də, öl­kə­nin da­xi­lin­də bə­zi cid­di çə­tin­lik­lər hə­lə də var: "Çin­də hə­lə də 800 mil­yon nə­fər yox­sul­luq şə­ra­i­tin­də ya­şa­yır. On­la­rın il­lik gə­li­ri 800 dol­lar təş­kil edir. Bu, ol­duq­ca aşa­ğı gös­tə­ri­ci­dir".

Son 25 il­də Çi­nin sü­rət­lə və da­ya­nıq­lı şə­kil­də in­ki­şaf et­di­yi­ni vur­ğu­la­yan D.Pan bil­di­rib ki, bu­nu nə­in­ki öl­kə­mi­zə gə­lən qo­naq­lar, hət­ta Çin­də ya­şa­yan hər bir in­san ay­dın hiss edə bi­lir. Çi­nin da­xi­li prob­lem­lə­ri­nin həl­li­nə nə qə­dər diq­qət ayır­sa da, bey­nəl­xalq əmək­daş­lı­ğa da xü­su­si fi­kir ver­di­yi­ni qeyd edən D.Pan bil­di­rib ki, öl­kə­si­nin üç il əv­vəl irə­li sür­dü­yü və re­gi­o­nal iq­ti­sa­di mü­na­si­bət­lər mo­de­li olan "Bir yol-Bir kə­mər" tə­şəb­bü­sü bu­nun əya­ni gös­tə­ri­ci­si­dir: "Çi­nin sü­rət­li in­ki­şa­fı­nın əsa­sın­da öl­kə­nin yü­rüt­dü­yü açıq qa­pı si­ya­sə­ti, ba­zar əsas­lı iq­ti­sa­diy­ya­tın qu­rul­ma­sı, qar­şı­lıq­lı fay­da­lı əmək­daş­lı­ğın in­ki­şaf et­di­ril­mə­si, azad ti­ca­rə­tin ge­niş­lən­di­ril­mə­si da­ya­nır".

"Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti İl­ham Əli­yev açı­lış nit­qin­də qeyd et­di ki, biz əmək­daş­lı­ğı­mı­zın prak­ti­ki ol­ma­sı­nı is­tə­yi­rik. Çi­nin sü­rət­li in­ki­şa­fı­nın və əl­də et­di­yi na­i­liy­yət­lə­rin əsa­sın­da da məhz bu da­ya­nır", - de­yən D.Pan Çi­nin gə­lə­cək bey­nəl­xalq mü­na­si­bət­lə­rin in­ki­şa­fı ba­xı­mın­dan təh­si­lin in­ki­şa­fı­na mü­hüm diq­qət ye­tir­di­yi­ni bil­di­rib. Qeyd edib ki, Çin tək­cə bir il ər­zin­də 3,5 mil­yon tə­lə­bə­ni xa­ric­də təh­sil al­maq üçün gön­də­rib. Ey­ni za­man­da, 1,8 mil­yon xa­ri­ci tə­lə­bə öl­kə ilə ya­xın­dan ta­nış ol­maq üçün Çi­nə də­vət edi­lib: "Bu ad­dım Çi­nin dün­ya­nı, dün­ya­nın isə bi­zi da­ha ya­xın­dan an­la­ma­sı­na xid­mət edir. He­sab edi­rəm ki, bu ad­dım gə­lə­cək­də öz müs­bət töh­fə­si­ni ve­rə­cək".

Çı­xış­lar­dan son­ra möv­zu ilə bağ­lı mü­za­ki­rə­lər apa­rı­lıb, au­di­to­ri­ya­nın su­al­la­rı ca­vab­lan­dı­rı­lıb.

Ba­kı Fo­ru­mun­da Av­ro­pa­nın gə­lə­cə­yi ba­rə­də mü­la­hi­zə - Miq­ra­si­ya, böh­ran­lar Aİ-də sər­bəst ti­ca­rə­tin əsa­sı­nı dar­ma­da­ğın edir

V Qlo­bal Ba­kı Fo­ru­mu­nun növ­bə­ti ic­la­sı "Av­ro­pa­nın gə­lə­cə­yi" möv­zu­su­na həsr olu­nub. Döv­lət Ko­mi­tə­si­nin mət­bu­at xid­mə­tin­dən "Trend"ə ve­ri­lən mə­lu­ma­ta gö­rə, Bos­ni­ya və Her­se­qo­vi­na­nın keç­miş Baş na­zi­ri Zlat­ko La­qum­ci­ya­nın mo­de­ra­tor­lu­ğu ilə ke­çi­ri­lən ic­las­da Bos­ni­ya və Her­se­qo­vi­na Rə­ya­sət He­yə­ti­nin səd­ri Mla­den İva­niç Av­ro­pa­ya in­teq­ra­si­ya ilə bağ­lı bir çox prob­lem­lə­rin ol­du­ğu­nu diq­qə­tə çat­dı­rıb.

Av­ro­pa İt­ti­fa­qı­nın (Aİ) gə­lə­cə­yi ilə əla­qə­dar op­ti­mist dü­şün­cə­lə­ri­nin ol­du­ğu­nu söy­lə­yən Mla­den İva­niç təh­lü­kə­siz­lik ba­xı­mın­dan Av­ro­pa öl­kə­lə­ri­nin bir yer­də qal­ma­sı­nın əhə­miy­yə­ti­nə to­xu­nub: "Miq­rantla­rın Av­ro­pa İt­ti­fa­qı­na da­xil ol­ma­sı ilə ya­ran­mış prob­lem­lə­rə bax­ma­ya­raq, bu qu­rum da­ha da sta­bil ola bi­lər. Aİ uğur­lu mo­del ki­mi fə­a­liy­yət gös­tə­rir. Di­gər prob­lem­lə­ri həll et­mək müm­kün­dür. Ni­der­landda ke­çi­ri­lən seç­ki­lə­rin nə­ti­cə­si də po­zi­tiv da­nış­ma­ğa əsas ve­rir". Bir­ləş­miş Kral­lı­ğın Aİ-dən çıx­ma­sı­nın qu­ru­ma tə­si­ri­nin çox güc­lü ol­ma­ya­ca­ğı­nı de­yən Mla­den İva­niç ke­çid döv­rü­nün uğur­la ba­şa ça­ta­ca­ğı­nı bil­di­rib.

Pol­şa­nın keç­miş Pre­zi­den­ti Alek­sandr Kvas­ni­evski de­moq­ra­fi­ya­nın Av­ro­pa İt­ti­fa­qı üçün fə­sad­la­rı­nın ol­du­ğu­nu di­lə gə­ti­rib. O bil­di­rib ki, miq­ra­si­ya mə­sə­lə­si, qaç­qın mə­sə­lə­si Aİ-nin gə­lə­cə­yi de­mək­dir: "Af­ri­ka­dan, Asi­ya­dan miq­ra­si­ya, böh­ran­lar azad, sər­bəst ti­ca­rə­tin əsa­sı­nı dar­ma­da­ğın edir. Biz böh­ran­la­rın sə­viy­yə­si­ni düz­gün ölçmə­mi­şik. Si­ya­sət isə ke­çid döv­rü­nü ya­şa­yır. Sis­tem hə­lə də ya­ra­dıl­ma­yıb. Be­lə bir xa­o­tik və­ziy­yət­də Av­ro­pa in­teq­ra­si­ya­sı qo­run­ma­lı­dır. Li­der­lik prob­le­mi, qə­rar­ver­mə sis­te­mi əs­lin­də əsas çə­tin­lik­lər­dən bi­ri­dir. Tex­no­lo­ji də­yi­şik­lər pro­se­si­nin qar­şıs­nı al­maq müm­kün de­yil".

Gənclə­rin seç­ki­lər­də iş­ti­rak sə­viy­yə­si­nin azal­dı­ğı­nı bil­di­rən Bel­çi­ka Kral­lı­ğı­nın sa­biq Baş na­zi­ri Yves Le­ter­me rə­qa­bə­tin ol­ma­ma­sı­nın si­ya­si ba­zar­da da­ha çox vəd­lə­rin ve­ril­mə­si­nə gə­ti­rib çı­xar­dı­ğı­nı de­yib. Sa­biq Baş na­zir so­si­al, iq­ti­sa­di proq­ram­la­rın seç­ki­lə­rə mən­fi tə­sir gös­tər­di­yi­ni qeyd edib: "Bil­di­yi­miz ki­mi, in­for­ma­si­ya kom­mu­ni­ka­si­ya tex­no­lo­gi­ya­la­rı­nın ro­lu çox va­cib­dir. Gənclər in­for­ma­si­ya tex­no­lo­gi­ya­la­rı­na da­ha çox ma­raq gös­tə­rən tə­bə­qə­dir. La­kin bu pro­ses­dən kə­nar­da qa­lan­lar da var. Ye­ni de­bat­lar da sol və sağ­çı­lar ara­sın­da ic­ti­mai fi­kir öy­rə­nil­mə­li­dir. Bu­nun üçün re­fe­ren­dum ke­çi­ril­mə­li­dir. Bü­tün rəy­lər gös­tə­rir ki, in­san­la­rın si­ya­si təm­sil­çi­lik­lə bağ­lı prob­lem­lə­ri var. Və­tən­daş­la­rı­mız val­yu­ta ki­mi av­ro­dan is­ti­fa­də et­mə­yə da­vam edir, Av­ro­pa İt­ti­fa­qın­da sər­bəst hə­rə­kət edə bi­lir­lər. Po­pu­liz­min Av­ro­pa in­teq­ra­si­ya­sın­da qa­lib gəl­mək şan­sı yox­dur".

İn­san­la­rın bü­tün çə­tin­lik­lə­rə və prob­lem­lə­rə bax­ma­ya­raq Aİ-ni dəs­tək­lə­dik­lə­ri­ni de­yən Slo­ve­ni­ya­nın sa­biq pre­zi­den­ti Da­ni­lo Turk Bal­kan öl­kə­lə­ri­nin də bu qu­ru­ma doğ­ru irə­li­lə­di­yi­ni bil­di­rib. Şərq Tə­rəf­daş­lı­ğı ilə bağ­lı prin­sip­lə­rin ye­ni­dən dü­şü­nül­mə­si­nin va­cib­li­yi­nə to­xu­nan sa­biq pre­zi­dent de­yib ki, Av­ro­pa İt­ti­fa­qı mər­kəz­dir: "Güc­lən­di­ril­miş əmək­daş­lıq­dan is­ti­fa­də et­mək üçün bu mər­kəz­də top­laş­maq la­zım­dır. Dü­şü­nü­rəm ki, so­si­al-iq­ti­sa­di in­ki­şaf­da eh­ti­yat­lı ol­ma­lı­yıq. Təh­lü­kə­siz­lik, hər­bi nöq­te­yi-nə­zər­dən bal­kan­lar­da perspek­ti­vi­miz ol­ma­lı­dır. Biz bü­tün müm­kün həm­rəy­li­yi gös­tər­mə­li­yik. Av­ro­pa in­teq­ra­si­ya­sı bö­yük mə­sə­lə­lər­də eti­bar­lı­dır".

İq­ti­sa­diy­yat və ma­liy­yə böh­ra­nın­dan da­nı­şan Ni­der­land Kral­lı­ğı­nın sa­biq Baş na­zi­ri Vim Kok Af­ri­ka­dan Av­ro­pa­ya növ­bə­ti on il ər­zin­də qaç­qın­la­rın gəl­mə­si pro­se­si­nin da­vam edə­cə­yi­ni de­yib. Av­ro­pa əmək­daş­lı­ğı təh­lü­kə­siz­li­yi­nin tam tə­min olun­ma­dı­ğı­nı qeyd edən Vim Kok bu is­ti­qa­mət­də li­der­lə­rin uzaq­gö­rən­li­yi­nin va­cib­li­yi­ni diq­qə­tə çat­dı­rıb: "Əmək­daş­lıq üz­rə prin­sip­lər möv­cud­dur. Av­ro­pa əmək­daş­lı­ğı tam tə­min olun­ma­lı­dır. Biz də­yər­lə­rin prin­sip və standrat­la­rı­nı da qo­ru­ma­lı­yıq. Keç­miş­də bu­ra­xı­lan səhvlər­dən nə­ti­cə çı­xa­rıl­ma­lı­dır. Əha­li­nin dəs­tə­yi ilə Av­ro­pa­nın gə­lə­cə­yi növ­bə­ti on il­də bər­pa edil­mə­li­dir".

Gənclə­rə da­ha çox sər­bəstlik ve­ril­mə­si­nin va­cib­li­yi­ni qeyd edən Lat­vi­ya­nın sa­biq pre­zi­den­ti Val­dis Zat­lers ge­o­si­ya­sət­də tek­to­nik də­yi­şik­lə­rin baş ver­di­yi­ni bil­di­rib. De­mok­ra­ti­ya­nın təd­ri­cən in­ki­şaf et­di­yi­ni de­yən Val­dis Zat­lers po­pu­list fi­kir­lə­rin be­yin­lə­ri­miz­də üs­tün­lük təş­kil edə bi­lə­cə­yi­ni di­lə gə­ti­rib.

Fo­ru­mun yük­sək sə­viy­yə­də təş­ki­li­nə gö­rə Azər­bay­can hö­ku­mə­ti­nə tə­şək­kür edən Çe­xi­ya­nın sa­biq Baş na­zi­ri Jan Fi­şer Bir­ləş­miş Kral­lı­ğın çox va­cib Av­ro­pa la­yi­hə­si­ni tərk et­di­yi­ni vur­ğu­la­yıb. O de­yib ki, po­pu­liz­min əsas mor­fo­lo­gi­ya­sı var. "De­mok­ra­ti­ya sa­də­ləş­di­ril­mə­li, ey­ni za­man­da, ida­rə dav­ra­nış üs­lu­bu tət­biq olun­ma­lı­dır".

İta­li­ya­nın sa­biq xa­ri­ci iş­lər na­zi­ri Fran­ko Frat­ti­ni "Çox sü­rət­li Av­ro­pa" mo­de­li­nin hər bir döv­lət üçün şə­ra­it ya­rat­dı­ğı­nı bil­di­rib. Xa­ri­ci si­ya­sət­də qə­tiy­yət­li­li­yin gös­tə­ril­mə­si­nin va­cib­li­yi­nə to­xu­nan Fran­ko Frat­ti­ni de­yib ki, da­xi­li ba­zar­lar güc­lən­di­ril­mə­li, əmək­daş­lıq tə­min olun­ma­lı­dır: "Biz si­ya­si in­teq­ra­si­ya­ya doğ­ru ge­di­rik. Su­ri­ya­dan gə­lən yol ki­fa­yət qə­dər sa­bit­dir. Am­ma biz hər həf­tə Si­ci­li­ya ada­sın­dan 3-4 min miq­rant qə­bul edi­rik. İta­li­ya, Mal­ta və Yu­na­nıs­tan ar­tıq bu prob­le­mi həll edə bil­mə­yə­cək. Biz on min­lər­lə miq­ran­tı yer­ləş­di­rə bi­li­rik. Sə­mi­mi de­sək, bö­lüş­mə prin­si­pi­nə əməl edil­mir­sə, fər­di ad­dım­la­rın atıl­ma­sı ki­fa­yət ol­ma­ya­caq. Biz Av­ro­pa sə­viy­yə­sin­də miq­ra­si­ya­nı ida­rə et­mə­li­yik".

Çı­xış­lar­dan son­ra möv­zu ilə bağ­lı fi­kir mü­ba­di­lə­si apa­rı­lıb.

Er­mə­nis­tan ba­rı­şı­ğa ha­zır ol­ma­yan tə­rəf ki­mi qə­bul olun­du

Əda­lət ye­ri­nə ye­ti­ril­mə­li­dir, biz isə da­i­lo­qu da­vam et­dir­mə­li­yik, sül­hün bər­qə­rar olun­ma­sı üçün ye­ni üsul­lar tə­ləb olu­nur. "Trend"in mə­lu­ma­tı­na gö­rə, bu­nu jur­na­listlə­rə V Qlo­bal Ba­kı Fo­ru­mu çər­çi­və­sin­də Ru­si­ya baş na­zi­ri­nin keç­miş mü­a­vi­ni Gen­na­di Bur­bu­lis de­yib.

O bil­di­rib ki, biz da­i­mi ola­raq ey­ni əda­lət tə­ləb­lə­ri­ni irə­li sü­rə bil­mə­rik: "Er­mə­nis­tan tə­rə­fi­ni ba­rı­şı­ğa ha­zır ol­ma­yan tə­rəf ki­mi qə­bul et­mək la­zım­dır. He­sab edi­rəm ki, Azər­bay­ca­nın ən bö­yük mis­si­ya­la­rın­dan bi­ri bu ol­ma­lı­dır. Şəx­sən mən an­laş­ma və sülh üçün bö­yük ol­ma­sa da, mü­əy­yən möv­qe­lər tap­ma­ğa ça­lı­şa­ca­ğam".

BMT-nin Dağ­lıq Qa­ra­bağ­la bağ­lı qət­na­mə­lə­ri ic­ra olun­ma­lı­dır

Bey­nəl­xalq ic­ti­ma­iy­yət Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si­nin həll olun­ma­sı üçün əlin­dən gə­lə­ni et­mə­li­dir, bun­dan baş­qa isə BMT-nin 4 qət­na­mə­si­nin ic­ra olun­ma­sı üçün səy­lə­ri­ni əsir­gə­mə­mə­li­dir, çün­ki bu, mü­na­qi­şə­nin həl­li­nə doğ­ru ilk ad­dım­dır. "Trend"in mə­lu­ma­tı­na gö­rə, bu­nu jur­na­listlə­rə V Qlo­bal Ba­kı Fo­ru­mu çər­çi­və­sin­də Pol­şa­nın keş­miş pre­zi­den­ti Alek­sandr Kvas­nevski de­yib.

İki öl­kə ara­sın­da mü­na­si­bət­lər­dən da­nı­şan A.Kvsa­nevski qeyd edib ki, Pol­şa və Azər­bay­can ara­sın­da si­ya­sət və iq­ti­sa­diy­yat sa­hə­lə­rin­də möh­kəm əla­qə­lər qu­ru­lub. "Pol­şa Azər­bay­ca­nın kö­mə­yi ilə öz re­sursla­rı­nın di­ver­si­fi­ka­si­ya­sın­da ma­raq­lı­dır. Bi­zim iq­ti­sa­di əmək­daş­lı­ğı in­ki­şaf et­dir­mək üçün çox­lu im­kan­la­rı­mız var. Biz 25 il əv­vəl əsa­sı qo­yul­muş kurs üz­rə iş­lə­mək­də da­vam edi­rik".

Qır­ğı­zıs­ta­nın İs­la­ma­bad İs­lam bə­yan­na­mə­si­ni im­za­la­ma­ma­sı Ba­kı­da da da­nı­şıl­dı

Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si sülh da­nı­şıq­la­rı yo­lu ilə həll olun­ma­lı­dır. "Trend"in mə­lu­ma­tı­na gö­rə, bu­nu jur­na­listlə­rə V Qlo­bal Ba­kı Fo­ru­mun­da iş­ti­rak edən Qır­ğı­zıs­ta­nın keç­miş baş na­zi­ri Apas Ju­ma­qu­lov de­yib.

O bil­di­rib ki, bu mü­na­qi­şə­nin həll olun­masl üçün hər şey edil­mə­li­dir.

Sa­biq baş na­zir İq­ti­sa­di Əmək­daş­lıq Təş­ki­la­tı­nın (İƏT) İs­la­ma­bad­da ke­çi­ri­lən sam­mi­tin­də Qır­ğı­zıs­ta­nın ye­kun bə­ya­na­ta səs ver­mə­mə­si­nə mü­na­si­bət bil­di­rə­rək de­yib: "Ola bil­sin elə mə­sə­lə­lər olub ki, ora­da olan in­san­lar öz üzər­lə­ri­nə gö­tü­rüb, həll edə bil­mə­yib­lər".

V Ba­kı Qlo­bal Fo­ru­mu dün­ya­da qar­şı­lıq­lı əmək­daş­lı­ğın in­ki­şa­fı­na mü­hüm töh­fə ve­rir. "Trend"in mə­lu­ma­tı­na gö­rə, bu­nu Qır­ğı­zıs­ta­nın keç­miş baş na­zi­ri Apas Ju­ma­qu­lov de­yib. A.Ju­ma­qu­lov bil­di­rib ki, bu gün dün­ya­nı na­ra­hat edən bir çox prob­lem­lər möv­cud­dur, ey­ni za­man­da Qır­ğı­zıs­tan da çə­tin si­ya­si pro­ses­lər­dən ke­çib:

"Azər­bay­can dün­ya­nı na­ra­hat edən prob­lem­lə­rin mü­za­ki­rə edil­mə­si və həl­li yol­la­rı­nın ta­pıl­ma­sı­na şə­ra­it ya­ra­dır. Fo­rum­da çox əhə­miy­yət­li mü­za­ki­rə­lər apa­rı­lır, ye­ni fi­kir­lər səs­lən­di­ri­lir, prob­lem­lə­rin həl­li yol­la­rı gös­tə­ri­lir. Əl­bət­tə, bu Azər­bay­ca­nın dün­ya­da sül­hün və sa­bit­li­yin qo­run­ma­sı­na ver­di­yi mü­hüm bir töh­fə­dir".

Dün­ya li­der­lə­ri­nin Ba­kı­da di­a­loq apar­ma­sı çox bö­yük əhə­miy­yət kəsb edir

V Ba­kı Qlo­bal Fo­ru­mu dün­ya­nı na­ra­hat edən prob­lem­lə­rin mü­za­ki­rə edil­mə­si üçün çox əl­ve­riş­li şə­ra­it ya­ra­dır. Bu­nu "Trend"ə Bel­çi­ka­nın keç­miş baş na­zi­ri Yves Le­ter­me de­yib. O qeyd edib ki, bu gün dün­ya li­der­lə­ri­nin bir ara­ya gə­lib di­a­loq apar­ma­sı çox bö­yük əhə­miy­yət kəsb edir: "Möv­cud prob­lem­lə­rin mü­za­ki­rə­si ilə ya­na­şı, on­la­rın həl­li yol­la­rı­nın ta­pıl­ma­sı gü­nü­mü­zün ak­tu­al mə­sə­lə­si­dir".

Y.Le­ter­me bil­di­rib ki, Azər­bay­can bü­tün dün­ya­dan olan li­der­lər, si­ya­sət­çi­lər üçün Ba­kı Qlo­bal Fo­ru­mu ki­mi bir plat­for­ma­nı təq­dim et­mək­lə dün­ya­nı na­ra­hat edən prob­lem­lə­rin mü­za­ki­rə edil­mə­si və həl­li yol­la­rı­nın ta­pıl­ma­sı­na im­kan ya­ra­dır və sül­hün, sa­bit­li­yin tə­min olun­ma­sı­na öz töh­fə­si­ni ve­rir: "İkin­ci də­fə­dir ki, mən bu fo­ru­ma qa­tı­lı­ram və fo­ru­mun hər il da­ha uğur­lu ol­du­ğu­nu gö­rü­rəm".

Son xəbərlər