18/08/2017 09:05
728 x 90

Qa­ra­bağ­da "re­fe­ren­dum"a gəl­miş Lük­sem­burq de­pu­ta­tı Frank En­gel (Ən­gəl)in er­mə­ni­pə­rəstli­yi­ni Av­ro­pa mət­bu­a­tı özü if­şa et­di...

img

Po­pu­list çı­xış­la­rı və dün­ya­nın müx­tə­lif böl­gə­lə­rin­də baş ve­rən si­ya­si ha­di­sə­lər ba­rə­sin­də qey­ri-adek­vat şərhlə­ri ilə adı tez-tez Av­ro­pa mət­bu­a­tı­nın gün­də­mi­nə çı­xan Lük­sem­burq de­pu­ta­tı Frank En­gel Er­mə­nis­tan-Azər­bay­can mü­na­qi­şə­si­nə mü­na­si­bət­də də se­çi­ci­lə­ri­ni və həm­kar­la­rı­nı tə­əc­cüb­lən­dir­mək­dən yo­rul­mur.

Qa­tı er­mə­ni­pə­rəst möv­qe­yi­ni hə­ya­sız­ca­sı­na ya­lan və de­zin­for­ma­si­ya­lar he­sa­bı­na əsas­lan­dır­ma­ğa ça­lı­şan Frank En­gel az ön­cə Dağ­lıq Qa­ra­bağ­da ke­çi­ri­lən qon­dar­ma "re­fe­ren­dum"da da­ha iki həm­ka­rı ilə bir­lik­də iş­ti­rak et­miş və bir­gə im­za­la­dıq­la­rı bə­ya­nat­da özü­nü "mü­şa­hi­də­çi" ki­mi qə­lə­mə ver­mə­yə ça­lış­mış­dı. Res­pub­li­ka Baş Pro­ku­ror­lu­ğu tə­rə­fin­dən sax­ta "mü­şa­hi­də­çi­lər" ba­rə­sin­də bey­nəl­xalq ax­ta­rış elan olun­ma­sı on­la­rın öz­lə­ri­ni təş­vi­şə sal­maq­la ya­na­şı, həm də Luk­sem­burq mət­bu­a­tı­nı hə­rə­kə­tə gə­tir­di. Mil­li Məc­lis tə­rə­fin­dən Av­ro­pa Par­la­men­ti­nə ün­van­lan­mış kəs­kin bə­ya­nat­lar isə bu nü­fuz­lu qu­ru­mun rəh­bər və­zi­fə sa­hib­lə­ri­ni öz həm­kar­la­rı­nın qey­ri-etik hə­rə­kət­lə­ri­ni pis­lə­yən bə­ya­nat­lar­la çı­xış et­mə­yə va­dar et­di. San­ki er­mə­ni­dən da­ha pis er­mə­ni ol­ma­ğa ça­lı­şan Frank En­ge­lin bu də­fə jur­na­listlə­rə ver­di­yi ca­vab­lar onun əv­vəl­ki tək inam­lı ol­ma­dı­ğı­nı və hər vəchlə özü­nün qa­nun­suz sə­fə­ri­nə rəs­mi don ge­yin­dir­mə­yə ça­lış­maq­la özü­nə bə­ra­ət qa­zan­dır­maq cəhdlə­ri­ni bü­ru­zə ve­rir. Be­lə gö­rü­nür ki, En­gel bu gün ma­lik ol­du­ğu de­pu­tat to­xu­nul­maz­lı­ğı­nın əbə­di ol­ma­dı­ğı­nı an­la­yır və bir gün özü­nün də Lap­şin ki­mi Azər­bay­ca­na təh­vil ve­ril­mək eh­ti­ma­lı­nı heç də diq­qət­dən qa­çır­mır. Frank En­ge­lin bu ən­di­şə­si mət­bu­a­tın da diq­qə­tin­dən ya­yın­ma­yıb və onun Lük­sem­burqdan bu qə­dər uzaq bir re­gi­on­da nə ax­tar­dı­ğı­nı, Lük­sem­burqda heç ki­mi ma­raq­lan­dır­ma­yan bu mü­na­qi­şə­də onun er­mə­ni­lər üçün son­suz fə­da­kar­lı­ğı­nın mo­tiv­lə­ri­ni araş­dır­ma­ğa baş­la­yıb­lar. Frank En­ge­lin er­mə­ni­lə­rə bu qə­dər can­fə­şan­lı­ğı­nın sə­bə­bi­ni an­la­ma­ğa ça­lı­şan jur­na­listlə­rin araş­dır­ma­la­rı onun bu "cə­fa­keş xalq"a və­kil­lik et­mə­yi­nin heç də, özü­nün de­di­yi ki­mi, "dün­ya­da de­mok­ra­tik qay­da­la­rın bər­qə­rar ol­ma­sı na­mi­nə" tə­mən­na­sız ol­ma­dı­ğı­nı gös­tə­rir və onu bu fə­a­liy­yə­tə sövq edən giz­li ma­liy­yə mən­bə­lə­ri­ni üzə çı­xa­rır. 

Lük­sem­bur­qun ən məş­hur sa­ti­rik jur­na­lı "Fe­yerkrop"da yer al­mış "Frank Ben­gel kim­lər üçün ça­lı­şır?" ad­lı mə­qa­lə bu mü­əm­ma­lı su­al­la­ra işıq sa­lır. Hör­mət­li oxu­cu­la­rın diq­qə­ti­nə çat­dır­maq is­tə­yi­rəm ki, sö­zü­ge­dən si­ya­sət­çi­nin əsl so­ya­dı En­gel ol­sa da, mə­qa­lə mü­əl­li­fi ba­şı­bə­la­lı si­ya­sət­çi­ni ələ sal­maq üçün onun so­ya­dı­nı Ben­gel ki­mi gös­tə­rir.

Be­lə­lik­lə, Frank Ben­gel kim­lər üçün ça­lı­şır?

Uzaq əra­zi­lər­də apa­rı­lan si­ya­sət­lə­rə xü­su­si alu­də­çi­li­yi ilə se­çi­lən və adı vax­ta­şı­rı qal­ma­qal­lar­da hal­la­nan Av­ro­pa de­pu­ta­tı Frank Ben­gel (oxu: En­gel - CF) ye­nə öl­kə­nin gün­də­min­də­dir. Bu ya­xın­lar­da uzun müd­dət­dir Qaf­qaz­da mü­ba­hi­sə pred­me­ti olan bir əra­zi­də mü­ba­hi­sə­li bir "re­fe­ren­dum"da "mü­şa­hi­də­çi­lik" mis­si­ya­sı­nı impro­vi­zə et­dik­dən, yə­ni odun üs­tü­nə yağ tök­dük­dən son­ra Ben­gel di­gər iki yol­da­şı ilə bir­lik­də İn­ter­pol tə­rə­fin­dən ax­ta­rı­lır. Mü­na­qi­şə tə­rəf­lə­rin­dən bi­ri və bu mü­na­qi­şə nə­ti­cə­sin­də Dağ­lıq Qa­ra­bağ re­gi­o­nu­nu itir­miş Azər­bay­can özü­nün he­sab et­di­yi əra­zi­yə qa­nun­suz gir­mək­lə qa­nu­nu poz­duq­la­rı­na gö­rə bey­nəl­xalq ax­ta­rış man­da­tı­nı on­la­rın al­nı­na ya­pış­dı­rıb.

Qı­sa­ca ta­ri­xə qa­yı­daq.

So­vet İt­ti­fa­qı­nın çök­mə­sin­dən son­ra Azər­bay­ca­na məx­sus olan, la­kin əha­li­si­nin ço­xu­nu er­mə­ni­lə­rin təş­kil et­di­yi Dağ­lıq Qa­ra­bağ qan­lı dö­yüş­lər­dən son­ra öz müs­tə­qil­li­yi­ni elan edib. 1994-cü il­dən qüv­və­də olan atəş­kəs re­ji­mi vax­ta­şı­rı bu və ya di­gər tə­rəf­dən po­zu­lur. Bu ilin 20 fev­ra­lın­da dün­ya­nın heç bir öl­kə­si tə­rə­fin­dən, hət­ta da­im on­la­ra hər­bi və si­ya­si dəs­tək ve­rən Er­mə­nis­ta­nın özü tə­rə­fin­dən be­lə ta­nın­ma­yan Dağ­lıq Qa­ra­ba­ğın fak­ti­ki ida­rə­çi­lə­ri bu qu­ru­mun adı­nın də­yiş­di­ril­mə­si­ni və onun ya­rım-pre­zi­dent ida­rə­çi­lik üsu­lun­dan tam pre­zi­dentlik üsul-ida­rə­si­nə keç­mə­si­ni nə­zər­də tu­tan "re­fe­ren­dum" təş­kil edib­lər (Tür­ki­yə­də ol­du­ğu ki­mi).

Uzun il­lər­dən bə­ri sülh da­nı­şıq­la­rı­nı apa­ran ATƏT ki­mi rəs­mi bir təş­ki­lat bu re­fe­ren­du­mun qa­nun­suz ol­du­ğu­nu elan edib.

Er­mə­nis­ta­nın fəx­ri kon­su­lu ti­tu­lu­nu da­şı­yan və heç də neytral möv­qe tut­ma­yan, öz iş­ti­ra­kı ilə qon­dar­ma "Artsax Res­pub­li­ka­sı"na hər han­sı bir le­gi­tim­lik gö­rün­tü­sü ya­rat­ma­ğa ça­lı­şan Frank Ben­gel isə 23 fev­ral ta­ri­xin­də özü­nün "Fa­ce­bo­ok" sə­hi­fə­sin­də ya­zır:

"... Bu in­san­la­rın (Dağ­lıq Qa­ra­bağ­da ya­şa­yan­lar nə­zər­də tu­tu­lur - CF) bi­zim təm­sil et­di­yi­miz azad de­mok­ra­tik dün­ya­nın dəs­tə­yi­nə eh­ti­ya­cı var. Mən bu mü­ba­ri­zə­ni dəs­tək­lə­mək üçün öz fə­a­liy­yə­ti­mi apa­rı­ram...".

Çıl­ğın Ben­gel üçün, gö­rü­nür, baş ve­rən­lə­ri in­kar et­mək da­ha asan­dır. Bü­tün baş ve­rən­lər­dən heç nə an­la­ma­yan lük­sem­burqlu ya­rım-jur­na­listlər qar­şı­sın­da çı­xış edən Ben­gel bu "klep­tok­rat (oğur­luq ha­ki­miy­yət) ba­nan res­pub­li­ka­sı­na" gö­rə ("Artsax" nə­zər­də tu­tu­lur - CF) Lük­sem­burq hö­ku­mə­ti­ni "ter­ror­çu Ba­kı re­ji­mi" ilə dip­lo­ma­tik əla­qə­lə­ri kəs­mə­yə ça­ğı­rıb.

Gö­rə­sən, "Kar­qo­luks" şir­kə­ti­nin də fə­al ça­lış­dı­ğı bir öl­kə­də iq­ti­sa­di ma­raq­la­rı qur­ban ver­mə­yə və çox va­cib kar­bo­hid­rat is­teh­sal­çı­sı olan bir öl­kə­yə gi­riş­dən məh­rum ol­ma­ğa də­yər­mi...

Bəs bu Ben­gel kim­dir?! Ben­gel - cə­sa­rət­li tən­ha mü­ba­riz­dir­mi? Heç ki­min eşit­mək be­lə is­tə­mə­di­yi əda­lət na­mi­nə tə­mən­na­sız bir şə­hid­dir­mi?.. Əl­bət­tə yox.

Ame­ri­ka­nın bir be­yin mər­kə­zi tə­rə­fin­dən ma­liy­yə­ləş­mə

Əs­lin­də, lük­sem­burqlu si­ya­sət­çi ara­la­rın­da bir sı­ra nü­fuz­lu şəxslə­rin də yer al­dı­ğı təx­mi­nən 150 de­pu­ta­tın, xü­su­si­lə də El­mar Brok (xris­ti­an-de­mok­rat), Re­be­ka Harms (eko­loq­çu) və Co Li­nen (so­si­al-de­mok­rat) ki­mi tev­to­nik Av­ro­pa de­pu­tat­la­rı­nın da da­xil ol­du­ğu "Mü­na­qi­şə­lə­rin qar­şı­sı­nın alın­ma­sı na­mi­nə par­la­men­ta­ri­lər şə­bə­kə­si" ad­la­nan bey­nəl­xalq bir şə­bə­kə­nin üz­vü­dür.

Bu tə­şəb­büs keç­miş pre­zi­dentli­yə na­mi­zəd, mil­yar­der Ross Pe­ro­tun oğ­lu, te­xas­lı mil­yar­der ki­çik Ross Pe­ro­tun nə­za­rə­tin­də olan və si­ya­si, hər­bi və iq­ti­sa­di ma­raq­la­rı özün­də bir­ləş­di­rən, "Şərq-Qərb İnsti­tu­tu" ad­la­nan güc­lü bir ame­ri­kan be­yin mər­kə­zi tə­rə­fin­dən ma­liy­yə­ləş­di­ri­lir. Oğul Pe­rot, di­gər fə­a­liy­yət­lə­ri ilə ya­na­şı, həm də da­şın­maz əm­lak, ma­liy­yə və xü­su­si­lə də neft-qaz sa­hə­sin­də çox fə­al ça­lı­şan Hil­vud şir­kə­ti­nin pre­zi­den­ti­dir. Mə­sə­lən, Hil­vu­dun fi­li­a­lı olan "HKN Ener­ji" şir­kə­ti Ame­ri­ka­nın 2003-cü il­də İraq­da apar­dı­ğı mü­ha­ri­bə­dən az son­ra İraq Kür­düs­ta­nın­da özü­nün aş­kar et­di­yi neft ya­taq­la­rı­nın is­tis­ma­rı­nı hə­ya­ta ke­çi­rir. "Şərq-Qərb İnsti­tu­tu"nun pre­zi­den­ti-baş di­rek­to­ru 2010-2012-ci il­lər­də Pa­kis­tan­da, İraq­da və Ser­bi­ya­da ABŞ-ın sə­fi­ri ol­muş Ka­me­ron Mun­ter­dir. Bu be­yin mər­kə­zi­nin vit­se-pre­zi­den­ti isə 1996-19997-ci il­lər­də Er­mə­nis­ta­nın baş na­zi­ri ol­muş, son­ra­lar isə Bö­yük Bri­ta­ni­ya­da, Lük­sem­burqda, Va­ti­kan­da Er­mə­nis­ta­nın sə­fi­ri iş­lə­miş, ha­zır­da Ener­ji Təh­lü­kə­siz­li­yi üz­rə Qlo­bal Şu­ra­nın üz­vü, "Bank Of Ame­ri­ka" və "Mer­rill Lynch" ki­mi nə­həng şir­kət­lə­rin mü­şa­vi­ri olan Ar­men Sar­kis­yan­dır.

"Şərq-Qərb İnsti­tu­tu"na ma­liy­yə dəs­tə­yi gös­tə­rən transmil­li şir­kət­lə­rin si­ya­hı­sın­da "Mik­ro­soft" və Ame­ri­ka­nın bir sı­ra di­gər ma­liy­yə şir­kət­lə­ri­nin də ad­la­rı yer alır. Bü­tün bu bo­mon­dun, baş­qa re­gi­on­lar­la ya­na­şı, Mər­kə­zi Asi­ya­nın ta­le­yi­nə də fə­al su­rət­də tə­sir et­mək ma­raq­la­rı­nı an­la­maq heç də çə­tin de­yil: Xə­zər höv­zə­si­nin neft və qaz eh­ti­yat­la­rı­na nə­za­rə­ti ələ ke­çir­mək, bu ba­zar­lar­da Ru­si­ya­nın qar­şı­sı­nı al­maq, re­gi­on öl­kə­lə­ri ara­sın­da öz ba­zar­la­rı­nı tə­min et­mək, öz­lə­ri üçün müx­tə­lif ye­ni ba­zar­lar aç­maq və s.

Çıl­ğın tə­bi­ət­li Frank Ben­ge­lin bü­tün bun­lar­dan xə­bər­siz ol­ma­sı­na və bu oyun­lar­da onun heç bir ma­ra­ğı­nın ol­ma­ma­sı­na inan­maq isə çə­tin­dir. "Qərb de­mok­ra­ti­ya­sı" na­mi­nə yal­qız apar­dı­ğı mü­ba­ri­zə­də ol­du­ğu ki­mi...

Ca­van­şir FEY­Zİ­YEV

Son xəbərlər