24/08/2017 12:47
728 x 90

Tür­ki­yə-Er­mə­nis­tan sər­həd­lə­ri­nin açı­lı­şı ba­rə­də Lav­ro­vun ən ye­ni ey­ha­mı­nın pər­də­ar­xa­sı...(?)

"Bu mə­sə­lə bö­yük risq tə­ləb edir"

img

Qa­bil Hü­seynli: "Er­mə­nis­tan­la Tür­ki­yə ara­sın­da olan na­ra­zı­lı­ğın heç bi­ri həl­li­ni tap­ma­yıb ki, An­ka­ra bu­na ra­zı­lıq ver­sin"

 

"Moskva Er­mə­nis­tan­la Tür­ki­yə ara­sın­da da­nı­şıq­la­ra kö­mək et­mə­yə ha­zır­dır və Tür­ki­yə-Er­mə­nis­tan sər­həd­lə­ri­nin açıl­ma­sı­nı al­qış­la­yar­dı". Bu­nu Ru­si­ya­nın xa­ri­ci iş­lər na­zi­ri Ser­gey Lav­rov de­yib. Lav­rov qeyd edib ki, Ru­si­ya 2007-2009-cu il­lər­də Er­mə­nis­tan­la Tür­ki­yə ara­sın­da don­muş mü­na­si­bət­lə­rin açıl­ma­sın­da va­cib rol oy­na­dı, am­ma son­ra­dan nor­mal­laş­ma pro­se­si da­yan­dı.

Lav­rov de­yib ki, An­ka­ra ilə İrə­van da­nı­şıq­lar ma­sa­sı­na dön­sə­lər, Moskva on­la­ra ak­tiv yar­dım gös­tə­rə bi­lər və bu­na ha­zır­dır.

Qeyd edək ki, ha­zır­da Tür­ki­yə ilə Er­mə­nis­tan ara­sın­da dip­lo­ma­tik mü­na­si­bət­lər yox­dur və iki öl­kə ara­sın­da­kı sər­həd­lər bağ­lı­dır.

Ha­zır­da Tür­ki­yə ilə Ru­si­ya ara­sın­da mü­na­si­bət­lər­də is­ti­ləş­mə hiss edi­lir. Mü­na­si­bət­lə­rin bu fa­za­sın­da Ru­si­ya­nın Tür­ki­yə­ni sər­həd­lə­rin açıl­ma­sı­na ra­zı sa­la bi­lə­cə­yi təh­lü­kə­si var­mı?

Po­li­to­loq Qa­bil Hü­seynli­nin söz­lə­ri­nə gö­rə, Tür­ki­yə­nin bu­na ra­zı ola­ca­ğı­na inan­maq sa­də­lövhlük olar­dı: "Qeyd edim ki, Er­mə­nis­ta­nın "er­mə­ni soy­qı­rı­mı" id­di­a­sı ilə bağ­lı An­ka­ra ilə İrə­van ara­sın­da cid­di fi­kir ay­rı­lı­ğı var. Er­mə­nis­tan Os­man­lı im­pe­ri­ya­sı döv­rün­də Tür­ki­yə­də mil­yon ya­rım er­mə­ni­nin "soy­qı­rım"a mə­ruz qal­dı­ğı­nı id­dia edir. Tür­ki­yə isə bu rə­qə­min şi­şir­dil­di­yi­ni və hə­min vaxt baş ve­rən və­tən­daş mü­ha­ri­bə­sin­də hər iki tə­rəf­dən küt­lə­vi ölən­lər ol­du­ğu­nu de­yir.

Bun­dan baş­qa, Tür­ki­yə rəh­bər­li­yi də­fə­lər­lə bə­yan edib ki, Er­mə­nis­tan-Azər­bay­can, Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si həll olun­ma­yın­ca, Er­mə­nis­tan­la sər­həd bağ­lı qa­la­caq. Ru­si­ya­dan baş­qa, dün­ya­nın di­gər apa­rı­cı öl­kə­lə­ri hə­min sər­həd­lə­rin açıl­ma­sı­na ça­lı­şıb. 2009-cu il­də im­za­la­nan "Sü­rix pro­to­ko­lu" ad­lı sə­nə­di öl­kə­lə­rin par­la­mentlə­ri ra­ti­fi­ka­si­ya et­mə­di. Bu mə­sə­lə ey­ni za­man­da bö­yük risq tə­ləb edir. Be­lə bir ad­dı­mın atıl­ma­sı Tür­ki­yə­nin da­xi­li ic­ti­mai rə­yin­də "bom­ba ef­fek­ti" ve­rə bi­lər. Çün­ki Er­mə­nis­tan­la Tür­ki­yə ara­sın­da olan na­ra­zı­lı­ğın heç bi­ri həl­li­ni tap­ma­yıb ki, An­ka­ra bu­na ra­zı­lıq ver­sin".

Mə­həm­mə­də­li QƏ­RİB­Lİ

Son xəbərlər