26/06/2017 00:55
728 x 90

Qa­ra­bağ sülh pro­se­si­ni poz­maq üçün Sar­kis­ya­nın son şər­ti də if­la­sa uğ­ra­yır...

Qa­bil Hü­seynli: "Da­nı­şıq­la­ra baş­la­maq üçün hər han­sı şər­tin irə­li sü­rül­mə­si qə­bu­le­dil­məz­dir"

img

"Atəş­kə­sə nə­za­rət me­xa­niz­mi­nin güc­lən­di­ril­mə­si tə­lə­bi möv­cud sta­tus-kvo­nu qo­ru­yub sax­la­maq üçün Er­mə­nis­ta­nın növ­bə­ti bə­ha­nə­si­dir"

 

Er­mə­nis­tan pre­zi­den­ti Serj Sar­kis­yan Qa­ra­bağ mü­na­qi­şə­si­nin ni­za­ma sa­lın­ma­sı üz­rə sülh da­nı­şıq­la­rın­da iş­ti­rak­dan nü­ma­yiş­ka­ra­nə im­ti­na­sı­nı növ­bə­ti də­fə izah et­mə­yə ça­lı­şıb və Azər­bay­ca­nın ün­va­nı­na ye­ni ul­ti­ma­tiv bə­ya­nat­la çı­xış edib. Mə­lum ol­du­ğu ki­mi, Azər­bay­can­dan fərqli ola­raq, Er­mə­nis­tan rəh­bər­li­yi sülh da­nı­şıq­la­rı­nı əv­vəl­ki for­mat­lar­da və əv­vəl­ki gün­də­lik­lə da­vam et­mək­dən im­ti­na edir.

"Er­mə­nis­tan heç vaxt Qa­ra­bağ mü­na­qi­şə­si­nin ni­za­ma sa­lın­ma­sı üz­rə da­nı­şıq­lar­dan im­ti­na et­mir və Ye­re­van yük­sək sə­viy­yə­də ye­ni gö­rüş im­ka­nı­nı mü­za­ki­rə et­mə­yə ha­zır­dır, əgər Ba­kı rəv­vəl­ki gö­rüş­lə­rin­də na­il olun­muş ra­zı­lı­ğı ye­ri­nə ye­ti­rə­cək­sə". Er­mə­nis­tan pre­zi­den­ti Serj Sar­kis­yan bu­nu is­pan agentli­yi EFE-yə mü­sa­hi­bə­sin­də Azər­bay­can­la mü­na­si­bət­lə­rin nor­mal­laş­dı­rıl­ma­sı perspek­ti­vi­nə to­xu­nar­kən de­yib.

S.Sar­kis­ya­nın söz­lə­ri­nə gö­rə, Er­mə­nis­tan da­nı­şıq­lar ma­sa­sı­na yal­nız atə­şin da­yan­dı­rıl­ma­sı re­ji­mi­nin po­zul­ma­sı ha­di­sə­lə­ri­nin araş­dı­rıl­ma­sı üçün me­xa­niz­min ya­ra­dıl­ma­sı ha­lın­da qa­yı­da­caq. Mə­lum ol­du­ğu ki­mi, Azər­bay­can öz iş­ğal edil­miş və bey­nəl­xalq sə­viy­yə­də ta­nın­mış əra­zi­lə­rin­də be­lə me­xa­niz­min ya­ra­dıl­ma­sın­dan prin­si­pi­al ola­raq im­ti­na edir və tə­ləb irə­li sü­rür ki, iş­ğal­çı Er­mə­nis­tan qo­şun­la­rı­nı özü­nün bey­nəl­xalq aləm tə­rə­fin­dən ta­nın­mış sər­həd­lə­ri­nə çək­sin. 

Er­mə­nis­tan pre­zi­den­ti Serj Sar­kis­ya­nın İs­pa­ni­ya­nın Efe agentli­yi­nə ver­di­yi mü­sa­hi­bə­sin­də səs­lən­dir­di­yi bə­ya­nat­la­rı­na Azər­bay­can Xa­ri­ci İş­lər Na­zir­li­yi­nin (XİN) mət­bu­at xid­mə­ti­nin rəh­bə­ri Hik­mət Ha­cı­yev ca­vab ve­rib.

H.Ha­cı­yev EFE agentli­yi­nə "Ba­kı he­sab edir ki, Qa­ra­bağ da­nı­şıq­la­rı­na hər han­sı qeyd-şər­tin qo­yul­ma­sı şan­taj­dır" adı al­tın­da mü­sa­hi­bə ve­rib.

Mü­sa­hi­bə­də H.Ha­cı­yev bil­di­rib ki, Er­mə­nis­tan-Azər­bay­can Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si­nin həl­li üz­rə substan­tiv da­nı­şıq­la­ra baş­la­ma­ğa Er­mə­nis­tan tə­rə­fin­dən döv­lət baş­çı­sı sə­viy­yə­sin­də qeyd-şər­tin qo­yul­ma­sı Er­mə­nis­tan tə­rə­fin­dən qəs­dən da­nı­şıq­la­rın po­zul­ma­sı, boy­kot və şan­taj edil­mə­si­dir.

Sar­kis­ya­nın da­nı­şıq­lar pro­se­si­nə qa­yıt­maq­la bağ­lı şərt irə­li sür­mə­si han­sı an­la­mı da­şı­yır?

Po­li­to­loq Qa­bil Hü­seynli­nin söz­lə­ri­nə gö­rə, in­di­yə qə­dər da­nı­şıq­lar pro­se­sin­də qey­ri-konstruk­tiv­lik nü­ma­yiş et­di­rən Er­mə­nis­tan ha­zır­kı mər­hə­lə­də tə­mas­lar­dan im­ti­na edir:

"Çün­ki müx­tə­lif bə­ha­nə­lər­lə sta­tus-kvo­nun qo­ru­nub sax­lan­ma­sı­nı tə­min et­mək uzun sü­rə bil­məz. Ar­tıq rəs­mi Ba­kı or­ta­ya konkret möv­qe qo­yur və Er­mə­nis­tan di­lem­ma qar­şı­sın­da qa­lıb. Ya konstruk­tiv möv­qe­yə qa­yıt­ma­lı­dır, ya da mü­ha­ri­bə va­ri­an­tı ilə üz­lə­şə bi­lər. Ap­rel ha­di­sə­lə­ri bir da­ha sü­but et­di ki, Azər­bay­can Or­du­su­nun dö­yüş əz­mi, tor­paq­la­rı­mı­zı iş­ğal­dan azad et­mək is­tə­yi yük­sək­dir. Yə­ni Azər­bay­can Er­mə­nis­ta­nın bu cür oyun­la­rı ilə ba­rış­ma­ğı dü­şün­mür. Da­nı­şıq­la­ra baş­la­maq üçün hər han­sı­sa şər­tin irə­li sü­rül­mə­si qə­bu­le­dil­məz­dir. 2016-cı ilin or­ta­la­rın­dan  Er­mə­nis­tan bü­tün gö­rüş­lər­dən qa­çır. Er­mə­nis­ta­nın da­nı­şıq­lar­dan im­ti­na et­mə­si da­vam­lı şə­kil­də hər­bi təx­ri­bat­la­rın tö­rə­dil­mə­si­lə mü­şa­yi­ət olu­nur. Sar­kis­ya­nın bu fik­ri heç də ye­ni­lik de­yil. Bun­dan qa­baq da, is­tər Er­mə­nis­tan rəs­mi­lə­ri­nin, is­tər­sə də par­la­ment sə­viy­yə­sin­də bu tip fi­kir­lə­rin söy­lən­mə­si­nin əv­və­lər də şa­hi­di ol­mu­şuq. Atəş­kə­sə nə­za­rət me­xa­niz­mi­nin güc­lən­di­ril­mə­si tə­lə­bi möv­cud sta­tus-kvo­nu qo­ru­yub sax­la­maq üçün Er­mə­nis­ta­nın növ­bə­ti bə­ha­nə­si­dir. Azər­bay­ca­nın bu­nun­la bağ­lı möv­qe­yi konkret­di. Er­mə­nis­tan atəş­kə­sin qo­ru­nub sax­lan­ma­sın­da ma­raq­lı­dır­sa, öz iş­ğal­çı qo­şun­la­rı­nı əra­zi­lə­ri­miz­dən ge­ri çək­mə­li­dir".

Mə­həm­mə­də­li QƏ­RİB­Lİ

Son xəbərlər