26/06/2017 00:55
728 x 90

Er­mə­nis­ta­nın Azər­bay­ca­nı 2 ap­rel seç­ki­lə­ri­nin mü­şa­hi­də­si­nə də­vət et­mə­si­nin pər­də­ar­xa­sı...

Ra­uf Zey­ni: "Er­mə­nis­ta­nın bu ad­dı­mı­nı növ­bə­ti hiy­lə ad­lan­dır­maq olar"

img

"Yax­şı olar ki, Er­mə­nis­tan bu konstruk­tiv­li­yi­ni Dağ­lıq Qa­ra­bağ­la bağ­lı apa­rı­lan da­nı­şıq­lar­da nü­ma­yiş et­dir­sin və hə­min pro­ses­dən ya­yın­ma­sın"

 

Er­mə­nis­tan par­la­ment seç­ki­lə­ri­ni iz­lə­mə­yə mü­şa­hi­də mis­si­ya­sı gön­dər­mə­si üçün Azər­bay­ca­na mü­ra­ci­ət edib. Er­mə­nis­tan KİV-nin ver­di­yi mə­lu­ma­ta gö­rə, Baş na­zir Ka­ren Ka­ra­pet­ya­nın bu­nun­la bağ­lı mək­tu­bu bü­tün MDB-yə üzv öl­kə­lə­rə gön­də­ri­lib. Bu ba­rə­də MDB-nin ic­ra­iy­yə ko­mi­tə­si­nin bi­rin­ci sədr mü­a­vi­ni Vik­tor Qu­minski İrə­van­da jur­na­listlə­rə açıq­la­ma­sın­da de­yib.

O, "İrə­va­na Azər­bay­can­dan olan mü­şa­hi­də­çi­lər də gə­lə­cək­mi" su­a­lı­na isə be­lə ca­vab ve­rib:

"Biz bü­tün öl­kə­lə­rə də­vət gön­dər­mi­şik. An­caq Ru­si­ya, Türkmə­nis­tan, Qa­za­xıs­tan, Uk­ray­na və Be­la­rus­dan olan 76 mü­şa­hi­də­çi müs­bət ca­vab ve­rib".

Xa­tır­la­daq ki, Er­mə­nis­tan­da par­la­ment seç­ki­lə­ri ap­re­lin 2-də ke­çi­ri­lə­cək.

Bəl­li­dir ki, Azər­bay­ca­nın  tor­paq­la­rı­nı iş­ğal al­tın­da sax­la­yan və hə­min döv­lə­tin iş­ğal­çı si­ya­sə­ti sə­bə­bin­dən  Er­mə­nis­tan­la heç bir əla­qə­si yox­dur.  Bu sə­bəb­dən də, Azər­bay­ca­nın hə­min də­və­ti qə­bul et­mə­yə­cə­yi bəl­li­dir. Be­lə olan təq­dir­də, Er­mə­nis­tan ni­yə bu tə­şəb­büs­lə çı­xış edib?

Mil­li Qey­ri Hö­ku­mət Fo­ru­mu­nun Pre­zi­den­ti Ra­uf Zey­ni qə­ze­ti­mi­zə bil­dir­di ki, Er­mə­nis­ta­nın bu ad­dı­mı­nı növ­bə­ti hiy­lə ad­lan­dır­maq olar: "Tə­bii ki, bu­nun­la bey­nəl­xalq ic­ti­ma­iy­yə­ti al­dat­maq is­tə­yir­lər. Be­lə rəy ya­rat­ma­ğa ça­lı­şır­lar ki, san­ki bi­zim­lə mü­na­si­bət­lə­rin nor­mal­laş­ma­sın­da xü­su­si­lə ma­raq­lı­dır­lar. Bu­nun so­nu­nun nə ola­ca­ğı­nı da bi­lir­lər. Azər­bay­ca­nın iş­ti­ra­kı­nı əv­vəl­cə­dən bil­dik­lə­ri üçün, seç­ki­lər­dən son­ra de­yə­cək­lər ki, gö­rür­sü­nüz, Azər­bay­can bi­zim­lə di­a­o­lo­qa gəl­mir. Sü­ni di­a­loq at­mos­fe­ri ya­rat­maq­la bey­nəl­xalq bir­li­yi  al­da­da bil­məz­lər. Be­lə edir­lər ki, san­ki bun­lar bi­zim tor­paq­la­rı iş­ğal et­mə­yib, 1 mil­yon­dan ar­tıq və­tən­da­şı­mı­zı qaç­qın sal­ma­yıb.  Azər­bay­can bu il­lər ər­zin­də er­mə­ni­lə­rin bü­tün mə­kir­li niy­yət­lə­ri­ni if­şa edib. Yax­şı olar ki, Er­mə­nis­tan  bu konstruk­tiv­li­yi­ni Dağ­lıq Qa­ra­bağ­la bağ­lı  apa­rı­lan da­nı­şıq­lar­da nü­ma­yiş et­dir­sin və hə­min pro­ses­dən ya­yın­ma­sın".

Mə­həm­mə­də­li QƏ­RİB­Lİ

Son xəbərlər