22/10/2017 21:07
728 x 90

Azər­bay­can Or­du­su­nun Er­mə­nis­tan­dan 34 pil­lə güc­lü ol­du­ğu rəs­mən təs­diq­lən­di...

img

Azər­bay­ca­nın hər­bi müs­tə­vi­də də Er­mə­nis­tan­dan ki­fa­yət qə­dər bö­yük üs­tün­lü­yə ma­lik ol­ma­sı bir­mə­na­lı hə­qi­qət­dir. Bu fon­da o da ay­dın­dır ki, Qa­ra­bağ mü­na­qi­şə­si hər­bi sfe­ra­da çö­zü­lə­cə­yi təq­dir­də, Azər­bay­can qı­sa za­man ər­zin­də dö­yüş mey­da­nın­da düş­mə­ni dar­ma­da­ğın edə­cək. Əs­lin­də, bu­nu Er­mə­nis­tan­da da yax­şı bi­lir­lər və müx­tə­lif bey­nəl­xalq qu­rum­lar da sö­zü­ge­dən re­al­lı­ğı vax­ta­şı­rı İrə­va­na xa­tır­la­dır.

Er­mə­nis­tan üçün bu xü­sus­da növ­bə­ti xə­bər­dar­lıq xa­rak­ter­li xa­tır­lat­ma isə nər­bi sta­tis­ti­ka say­tı olan "Qlo­bal Fi­re Po­wer"dən gə­lib. Qeyd edək ki, "Qlo­bal Fi­re Po­wer" dün­ya­nın ən güc­lü or­du­la­rı­nın si­ya­hı­sı­nı dərc edib. Si­ya­hı­ya gö­rə 60-cı yer­də olan Azər­bay­can Cə­nu­bi Qaf­qaz­da ən güc­lü or­du­ya ma­lik­dir. Azər­bay­can tor­paq­la­rı­nı iş­ğal al­tın­da sax­la­yan Er­mə­nis­tan 94-cü, Gür­cüs­tan isə 80-ci yer­də­dir. Bu­ra­dan bir da­ha gö­rü­nür ki, Azər­bay­can və Er­mə­nis­tan or­du­la­rı ara­sın­da fərq bö­yük­dür. Ay­dın­dır ki, bu hal mü­ha­ri­bə baş­la­ya­ca­ğı təq­dir­də dö­yüş mey­da­nın­da nə­ti­cə­lə­rə də bir­ba­şa tə­sir edə­cək.

Ümu­miy­yət­lə, di­gər bey­nəl­xalq qu­rum­la­rın da he­sa­bat­la­rın­dan bəl­li olur ki, Azər­bay­can Er­mə­nis­tan üzə­rin­də hər­bi üs­tün­lü­yü­nü da­vam­lı şə­kil­də ar­tı­rır. Mə­sə­lən, bu gün­lər­də açıq­la­nan Dün­ya Prob­lem­lə­ri­ni Araş­dır­ma üz­rə Stok­holm İnsti­tu­tu­nun (SIP­RI) he­sa­ba­tın­da da bil­di­ri­lir ki, Azər­bay­can Or­du­su tex­ni­ka tə­mi­na­tı ba­xı­mın­dan Er­mə­nis­tan­dan də­fə­lər­lə güc­lü­dür. Qu­rum xa­tır­la­dır ki, ABŞ və Ru­si­ya 2012-2016-cı il­lər­də si­lah ti­ca­rə­ti sa­hə­sin­də dün­ya­nın ən bö­yük ix­ra­cat­çı öl­kə­lə­ri olub. Qeyd olu­nan dövrdə 50 öl­kə Ru­si­ya­dan hər­bi tex­ni­ka alıb. Ru­si­ya­nın sat­dı­ğı si­lah və tex­ni­ka­nın 4 fa­i­zi­ni Azər­bay­can alıb. He­sa­bat­da qeyd olu­nur ki, 2012-2016 il­lər­də Azər­bay­can Er­mə­nis­tan­dan 20 də­fə çox si­lah alıb. Ümu­miy­yət­lə, be­lə bəl­li olur ki, Azər­bay­can Av­ro­pa­nın ən bö­yük si­lah id­xal­çı­sı­dır. İnsti­tut Azər­bay­ca­nın əsas si­lah təc­hi­zat­çı­la­rı­nın İs­ra­il, Tür­ki­yə və Ru­si­ya ol­du­ğu­nu bil­di­rib. Mə­lu­mat­lar­dan be­lə ay­dın olur ki, Azər­bay­can ötən il İs­ra­il­dən OPV-62 gö­zət­çi gə­mi­lə­ri, ha­va­dan pat­rul xid­mə­ti üçün "Or­bi­ter-1K" sur­sa­tı, "Ba­rak-8" ze­nit-ra­ket komplekslə­ri, "EL/M-2080 Gre­en Pi­ne" ha­va hü­cu­mun­dan mü­da­fiə sis­tem­lə­ri ra­dar­la­rı, LA­HAT tank əley­hi­nə ida­rə edi­lən yün­gül ra­ket­lə­ri, "Spi­ke-NLOS" uni­kal ra­ket­lə­ri, "EL/M-2288 AD-STAR" ra­dar­la­rı, "Ha­rop" hü­cum və kəş­fiy­yat xa­rak­ter­li pi­lot­suz uçuş apa­rat­la­rı, "SandJat" zi­reh­li av­to­mo­bil­lə­ri sa­tın alıb. He­sa­bat­da o da bil­di­ri­lir ki, Azər­bay­can 2016-cı il­də İs­ra­i­lə "Də­mir gün­bəz" ha­va və ra­ket hü­cu­mun­dan mü­da­fiə sis­te­mi və bu kompleks üçün "Ta­mir" ra­ket­lə­ri­ni si­fa­riş edib və bu si­lah­la­rın ar­tıq öl­kə­mi­zin ix­ti­ya­rın­da ol­ma­sı­na da­ir mə­lu­mut­lar da var. Azər­bay­can 2016-cı il­də Be­la­rus­dan da 170 mil­yon dol­lar də­yə­rin­də si­lah-sur­sat alıb. Bil­di­ri­lir ki, Azər­bay­can Be­la­ru­sun əsas si­lah alan müş­tə­ri­lə­rin­dən bi­ri­dir. Sa­tı­lan si­lah­lar içə­ri­sin­də ver­tol­yot­lar, RƏM sis­tem­lə­ri, zi­reh­li tank əley­hi­nə tex­ni­ka, ra­ket qur­ğu­la­rı və ar­til­le­ri­ya var.

Am­ma Azər­bay­ca­nın si­lah id­xa­lın­da əsas yer hə­lə də şi­mal qon­şu­mu­za məx­sus­dur. Ümu­miy­yət­lə, Azər­bay­can qar­şı­da­kı dövrlər ər­zin­də də Ru­si­ya­dan bö­yük miq­dar­da si­lah al­maq­da ma­raq­lı tə­rəf ki­mi çı­xış edir. Bu­nu hə­lə ca­ri ilin yan­va­rın­da Pre­zi­dent İl­ham Əli­yev Da­vos­da ke­çi­ri­lən Bey­nəl­xalq İq­ti­sa­di Fo­rum çər­çi­və­sin­də RİA "No­vos­ti"yə açıq­la­ma­sın­da təs­diq et­miş­di: "Ba­kı Moskva ilə ye­ni si­lah çat­dır­ma­la­rı ba­rə­də da­nı­şıq­lar apa­rır. Azər­bay­can ən mü­a­sir mü­da­fiə sis­tem­lə­rin­də ma­raq­lı­dır. Ye­ni alış­lar üz­rə da­nı­şıq­lar apa­rı­rıq. Ru­si­ya­nın hərb sə­na­ye­si­nin nə qə­dər in­ki­şaf et­miş ol­du­ğu mə­lum­dur. Biz, xü­su­si­lə ən mü­a­sir mü­da­fiə si­la­hı və ye­ni ix­ti­ra­lar­da ma­raq­lı­yıq. Bu, həm ver­tol­yot tex­ni­ka­sı, həm də mü­da­fiə sis­te­mi­nə - bü­tün komplek­sə aid­dir. Bu, per­ma­nent pro­ses­dir. Si­lah­lan­ma sa­hə­sin­də Azər­bay­can­la Ru­si­ya ara­sın­da ye­ni mü­qa­vi­lə­lə­rin yax­şı perspek­tiv­lə­ri var. 5 mil­yard dol­lar də­yə­rin­də mü­qa­vi­lə­lər im­za­la­nıb. On­la­rın ək­sə­riy­yə­ti ar­tıq hə­ya­ta ke­çi­ri­lib". Ru­si­ya isə si­lah ti­ca­rə­ti sa­hə­sin­də Azər­bay­can ki­mi mü­hüm partnyo­ru­nu itir­mək is­tə­mir. Ona gö­rə də, er­mə­ni tə­rə­fi­nin bü­tün na­ra­zı­lıq­la­rı­na bax­ma­ya­raq, Moskva Azər­bay­ca­na si­lah sa­tı­şı­nı da­vam et­di­rir. Ru­si­ya Stra­te­gi­ya­la­rın Ana­li­zi Mər­kə­zi­nin təm­sil­çi­si Konstan­tin Ma­ki­en­ko­nun fik­rin­cə, Ru­si­ya hər za­man Azər­bay­ca­na hər­bi əmək­daş­lıq­da ye­ni tək­lif­lər ver­mə­yə ha­zır­dır: "Azər­bay­can Hin­dis­tan, Əl­cə­za­ir, Çin, Vyet­nam ki­mi nə­hənglə­rin fo­nun­da Ru­si­ya üçün hər­bi-tex­ni­ki əmək­daş­lıq üz­rə ki­fa­yət qə­dər əhə­miy­yət­li tə­rəf­daş­dır. Bu­nun­la ya­na­şı, Ba­kı si­ya­si mü­na­si­bət­lər­də də tez-tez Ru­si­ya­ya kö­mək edir. Bu ba­xım­dan, Ru­si­ya­ya həm ti­ca­rət, həm də si­ya­si mü­na­si­bət­lə­rə gö­rə Azər­bay­can­la mü­na­si­bət­lə­ri sax­la­maq va­cib­dir. He­sab edi­rəm ki, Ru­si­ya Azər­bay­ca­nın is­tək­lə­ri­ni nə­zə­rə ala­raq, si­lah­lan­ma üz­rə bey­nəl­xalq qa­nun­ve­ri­ci­li­yin ica­zə ver­di­yi is­tə­ni­lən si­lah nö­vü­nü ona çat­dır­ma­ğa ha­zır­dır. Bu­ra qı­rı­cı-bom­bardman­çı­lar və ver­tol­yot­lar, tank əley­hi­nə sis­tem­lər, ha­va hü­cu­mun­dan mü­da­fiə sis­tem­lə­ri, həm­çi­nin, ra­ket-ar­til­le­ri­ya sis­tem­lə­ri da­xil ola bi­lər".

Ta­hir TA­ĞI­YEV

Son xəbərlər