01/05/2017 10:16
728 x 90

ABŞ və Ru­si­ya Qa­ra­bağ mə­sə­lə­sin­də Er­mə­nis­ta­na bir­gə təz­yiq me­xa­niz­mi­ni işə sa­la bi­lər

img

Bu gün Er­mə­nis­tan üzə­rin­də ki­fa­yət qə­dər bö­yük hər­bi üs­tün­lü­yə ma­lik Azər­bay­can iş­ğal al­tın­da­kı əra­zi­lə­ri­ni güc yo­lu ilə azad et­mə­yə qa­dir­dir və bu fakt, Er­mə­nis­ta­nın özü də da­xil ol­maq­la, bü­tün dün­ya tə­rə­fin­dən qə­bul olu­nur. La­kin mə­sə­lə­nin sülh yo­lu ilə həl­li im­kan­la­rı tü­kən­mə­di­yin­dən, rəs­mi Ba­kı hə­lə­lik konflik­tin dinc müs­tə­vi­də çö­zü­mü­nə sa­diq­lik nü­ma­yiş et­di­rir. Elə bu məq­səd­lə də ATƏT-in Minsk Qru­pu­nun va­si­tə­çi­li­yi­lə da­nı­şıq­lar pro­se­si da­vam et­di­ri­lir. Am­ma Azər­bay­can tə­rə­fi da­nı­şıq­la­rın bu və­si­lə ilə da­ha bir ne­çə il uza­dıl­ma­sı­nı da is­tə­mir və va­si­tə­çi­lə­ri konkret nə­ti­cə ve­rən fə­a­liy­yə­tə də­vət edir.

İn­di­yə­dək həm­sədr öl­kə­lər mə­sə­lə­nin həl­li­ni nə­zər­də tu­tan bir ne­çə tək­lif ha­zır­la­ya­raq mü­na­qi­şə tə­rəf­lə­ri­nə təq­dim edib. Am­ma konflik­tin re­al həl­li­nə xid­mət edən tək­lif­lər ya Er­mə­nis­tan tə­rə­fin­dən qə­bul olun­ma­yıb, ya da qə­bul olun­sa da, son­ra­dan bu is­ti­qa­mət­də əmə­li ad­dım­lar atıl­ma­sın­dan im­ti­na olu­nub. Məhz elə bu sə­bəb­dən in­di gün­də­mə gə­ti­ri­lən mə­qam­lar­dan bi­ri odur ki, mü­na­qi­şə­nin çö­zü­mü ilə bağ­lı tək­lif­lə­rin re­al­laş­ma­sı üçün Er­mə­nis­tan üzə­ri­nə konkret öh­də­lik­lər qo­yul­ma­lı, ya­xud ra­zı­laş­ma­la­ra əməl et­mək üçün bu döv­lə­tə təz­yiq rı­çaq­la­rı işə sa­lın­ma­lı­dır. Elə Minsk Qru­pu­na həm­sədrlik edən öl­kə­lə­rin əl­lə­rin­də Er­mə­nis­ta­na təz­yiq üçün ki­fa­yət qə­dər tə­sir va­si­tə­lə­ri möv­cud­dur. Hət­ta fi­kir­lər səs­lə­nir ki, dün­ya­nın ge­o­si­ya­si müs­tə­vi­sin­də fərqli ma­raq­la­rı­nın ol­ma­sı­na bax­ma­ya­raq, həm­sədr öl­kə­lər Qa­ra­bağ mə­sə­lə­sin­də or­taq möv­qe­dən hə­rə­kət edə bi­lər. Bu­ra ilk növ­bə­də ABŞ və Ru­si­ya aid edi­lir.

Mə­lum­dur ki, bu iki öl­kə­nin dün­ya­nın ən müx­tə­lif böl­gə­lə­rin­də ge­o­si­ya­si, ge­o­iq­ti­sa­di ma­raq­la­rı ta­mam fərqli xa­rak­ter da­şı­yır. Elə bu sə­bəb­dən ABŞ-la Ru­si­ya­nın hə­min böl­gə­lər­də möv­qe­lə­ri bir-bi­ri­nə qar­şı yö­nə­lib və tə­rəf­lə­rin be­lə mə­sə­lə­lər­də qar­şı­lıq­lı əmək­daş­lı­ğı, de­mək olar ki, alın­mır. Hət­ta Cə­nu­bi Qaf­qaz­da be­lə bu öl­kə­lə­rin ge­o­si­ya­si, ge­o­iq­ti­sa­di ma­raq­la­rı zid­diy­yət­li ra­kurs üzə­rin­də qu­ru­lub. Am­ma konkret Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si­nə gəl­dik­də, bu­ra­da ta­mam fərqli bir mən­zə­rə­nin hökm sür­mə­si­nin şa­hi­di ol­maq olar. Bu mü­na­qi­şə ye­ga­nə mə­qam­lar­dan­dır ki, bu­ra­da ABŞ və Ru­si­ya­nın möv­qe­yin­də han­sı­sa kəs­kin zid­diy­yə­tə rast gə­lin­mir. Ək­si­nə, de­mək olar ki, ək­sər mə­qam­lar­da tə­rəf­lər or­taq möv­qe­nin sa­hi­bi ki­mi çı­xış edir. Bu­nu Qa­ra­bağ mü­na­qi­şə­si­nin həl­li üz­rə tə­rəf­lə­rin ha­zır­la­dı­ğı bir­gə tək­lif­lər də əya­ni su­rət­də təs­diq edir. Ey­ni za­man­da, in­di be­lə fi­kir­lər də səs­lə­nir ki, Qa­ra­bağ mü­na­qi­şə­si­nin həl­li Moskva və Va­şinqton ara­sın­da əla­qə­lə­rin zid­diy­yət­li müs­tə­vi­dən əmək­daş­lıq ra­kur­su­na yön­lən­də­i­ril­mə­sin­də va­cib rol oy­na­maq iq­ti­da­rın­da­dır. Bu­nu Minsk Qru­pu­nun keç­miş ame­ri­ka­lı həm­səd­ri Ker­ri Ka­va­no də xü­su­si ola­raq vur­ğu­la­yır. Onun söz­lə­ri­nə gö­rə, Qa­ra­bağ mü­na­qi­şə­si­nin ni­zam­lan­ma­sı Va­şinqton­la Moskva ara­sın­da mü­na­si­bət­lə­rin yax­şı­laş­ma­sı üçün uni­kal im­kan­dır: "Bir­mə­na­lı­dır ki, pre­zi­dent Do­nald Tramp Ru­si­ya ilə mü­na­si­bət­lə­ri qay­da­ya sal­maq is­tər­di. Əmi­nəm ki, Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si bu­na im­kan ya­ra­da bi­lər. Bu im­kan ve­rər ki, Ru­si­ya və ABŞ bir­lik­də ef­fek­tiv iş­lə­yə­rək mü­na­qi­şə­nin dinc ni­zam­lan­ma­sı­na na­il ol­sun". Da­ha bir ma­raq­lı nü­an­sa to­xu­nan Ka­va­no he­sab edir ki, Su­ri­ya və Uk­ray­na­dan fərqli ola­raq, Qa­ra­bağ mə­sə­lə­sin­də ABŞ və Ru­si­ya­nın hə­dəf­lə­ri bir-bi­ri­nə ya­xın­dır: "Mən bun­dan əv­vəl­ki mə­qa­ləm­də ABŞ-ın ye­ni ad­mi­nistra­si­ya­sı­na siq­nal gön­dər­mək is­tə­dim: bax bu sa­hə­yə yö­nə­lin, han­sı ki, ABŞ və Ru­si­ya iki onil­lik­dir cid­di əmək­daş­lıq edir".

Ba­rə­sin­də bəhs et­di­yi mə­qa­lə­sin­də də Ka­va­no ya­zır­dı ki, Ame­ri­ka Bir­ləş­miş Ştat­la­rı Dağ­lıq Qa­ra­bağ prob­le­mi­nin həl­lin­də Ru­si­ya ilə əmək­daş­lıq et­mə­li­dir: "Pre­zi­dent Tramp ar­tıq Ru­si­ya ilə əmək­daş­lıq et­mək niy­yə­tin­də ol­du­ğu­nu bə­yan edib. Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si­nin həl­li is­ti­qa­mə­tin­də bir­gə fə­a­liy­yət di­gər sa­hə­lər­də də əmək­daş­lı­ğa tə­kan ve­rə bi­lər. Bu, ABŞ-Ru­si­ya əmək­daş­lı­ğı üçün mün­bit plat­for­ma­dır. Tə­rəf­lər ümu­mi məq­səd­lə­rə ca­vab ve­rə­rək, qar­şı­dur­ma eh­ti­ma­lı­nı azal­da, mü­na­qi­şə­nin sülh yo­lu ilə həl­li­nə töh­fə ve­rə bi­lər". 1999-2001-ci il­lər­də ABŞ-ın ATƏT-in Minsk Qru­pun­da­kı həm­səd­ri olan Ka­va­no onu da xü­su­si ola­raq vur­ğu­la­yır ki, Minsk pro­se­si­nin nə­ti­cə ver­mə­di­yi­ni de­mək düz­gün ol­maz­dı: "Böl­gə­də ge­niş­miq­yas­lı toq­quş­ma­la­rın ol­ma­ma­sı bu­nun ba­riz nü­mu­nə­si­dir. Ha­zır­da mü­na­qi­şə zo­na­sın­da ATƏT mü­şa­hi­də­çi­lə­rin sa­yı­nın ar­tı­rıl­ma­sı, tə­mas xət­tin­də in­si­dentlə­rin araş­dı­rıl­ma­sı üçün müs­tə­qil me­xa­niz­min ya­ra­dıl­ma­sı zə­ru­ri­dir. Bu, atəş­kə­sin po­zul­ma­sı hal­la­rı­nın sa­yı­nı azal­da bi­lər. Fik­rim­cə, Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si­nin həl­li bü­tün tə­rəf­lə­rin ma­raq­la­rı­na uy­ğun­dur".

Di­gər keç­miş dip­lo­mat, ABŞ Xa­ri­ci Əla­qə­lər Şu­ra­sı­nın ana­li­ti­ki Ua­yan Me­ri də Qa­ra­bağ mə­sə­lə­sin­də ABŞ və Ru­si­ya­nın bir­gə əmək­daş­lı­ğı­nı müm­kün sa­yır. O, ötən ilin ap­rel mü­ha­ri­bə­si­ni ya­da sa­la­raq, Moskva­nın hər­bi əmə­liy­yat­la­rın da­yan­dı­rıl­ma­sın­da­kı mü­hüm ro­lu­nu qeyd edib: "Məhz Ru­si­ya­nın sa­yə­sin­də bu qar­şı­dur­ma­nın ge­niş­lən­mə­si­ni da­yan­dır­maq müm­kün ol­du. Qa­ra­bağ­da mü­ha­ri­bə heç ki­min ma­raq­la­rı­na ca­vab ver­mir". Elə bu sə­bəb­dən Ua­yan Me­ri he­sab edir ki, konflik­tin çö­zü­mü üçün ABŞ və Ru­si­ya­nın bir­gə hə­rə­kə­tə keç­mə­si çox va­cib­dir.

Bu gün­lər­də ABŞ-ın nü­fuz­lu "The Was­hington Ti­mes" qə­ze­ti isə be­lə bir mə­sə­lə­ni gün­də­mə gə­tir­miş­di ki, ABŞ pre­zi­den­ti Do­nald Tramp is­tə­sə, Qa­ra­bağ mə­sə­lə­si­ni həll edib No­bel mü­ka­fa­tı­nı qa­za­na bi­lər. Azər­bay­can əra­zi­si­nin 20 fa­i­zi­nin  iş­ğal olun­du­ğu­nu, 1 mil­yo­na­dək ada­mın di­dər­gin düş­dü­yü­nü xa­tır­la­dan qə­zet ya­zır­dı ki, Qa­ra­bağ mü­na­qi­şə­si­nin həl­li həm Tramp, həm də onun təh­lü­kə­siz­lik ko­man­da­sın­dan öt­rü va­cib­dir. O da qeyd olu­nur­du ki, Tram­pın Qa­ra­ba­ğa ya­naş­ma­sı Ru­si­ya pre­zi­den­ti Vla­di­mir Pu­ti­nin Bir­ləş­miş Ştat­lar­la müt­tə­fiq­li­yə, ya da qay­nar nöq­tə­lə­ri ida­rə et­mək­lə stra­te­ji üs­tün­lü­yü­nü əl­də sax­la­ma­ğa önəm ve­rib-ver­mə­di­yi­ni bəl­li edər: "ABŞ-ın eti­bar­lı müt­tə­fi­qi Azər­bay­can­la Ru­si­ya­nın müt­tə­fi­qi Er­mə­nis­tan ara­sın­da tə­ci­li sülh mü­qa­vi­lə­sin­də is­rar edər­sə, pre­zi­dent Tramp Pu­ti­nin sülhpər­vər, yox­sa bü­tün dün­ya­da sa­bit­li­yi po­zan qüv­və ol­du­ğu­nu çox tez­lik­lə mü­əy­yən­ləş­di­rə bi­lər. Bir­ləş­miş Ştat­lar və Ru­si­ya, elə­cə də Fran­sa Qa­ra­bağ mü­na­qi­şə­si­nin həl­li­lə məş­ğul olan Minsk Qru­pu­nun üzvlə­ri­dir. Tə­əs­süf ki, ba­şı Ya­xın Şər­qə qa­rı­şan ABŞ bu mə­sə­lə­də apa­rı­cı ro­lu­nu əl­dən ve­rib, İrə­van­la Ba­kı ara­sın­da uzun­müd­dət­li sül­hə na­il olun­ma­yıb. Tramp Qa­ra­bağ­la bağ­lı hər iki tə­rəf­dən öt­rü əda­lət­li ola­caq ra­zı­laş­ma­nı əl­də edə və ABŞ-ın əv­vəl­ki si­ya­sə­ti­nə qa­yıt­dı­ğı­nı - qlo­bal sta­bil­li­yi və dün­ya­nı qo­ru­maq­da ol­du­ğu­nu gös­tə­rər. Qa­ra­bağ mü­na­qi­şə­si­nin həl­li üçün hər şey­dən ön­cə Er­mə­nis­ta­nın Azər­bay­ca­nın iş­ğal olun­muş əra­zi­lə­rin­də­ki qüv­və­lə­ri­ni çı­xar­ma­sı tə­ləb olun­ma­lı, əvə­zin­də Azər­bay­can Av­ro­pa­ya ge­də­cək qaz kə­mə­ri­ni Er­mə­nis­tan əra­zi­sin­dən ke­çir­mə­li­dir. Hər iki tə­rəf Qa­ra­ba­ğa müs­tə­qil­lik de­yil, yük­sək mux­ta­riy­yət sta­tu­su­nun ve­ril­mə­si­lə bağ­lı ra­zı­lı­ğa gə­ti­ril­mə­li­dir. Qa­ra­bağ­da­kı er­mə­ni­lər də tam mux­ta­riy­yət­lə tə­min olun­ma­lı­dır. Uzun­müd­dət­li sülhdən öt­rü Tramp Ru­si­ya pre­zi­den­ti Pu­ti­ni yo­la gə­tir­mə­li, o da öz növ­bə­sin­də Er­mə­nis­tan pre­zi­den­ti Sar­kis­ya­nı di­lə tut­ma­lı­dır. Tramp Pu­ti­nin qar­şı­sı­na ay­dın, yığ­cam və tam ma­liy­yə­ləş­di­ri­lə­cək iq­ti­sa­di ye­ni­dən­qur­ma pla­nı qoy­ma­lı, onu mü­na­qi­şə­nin həl­li­nin bü­tün tə­rəf­lə­rin xey­ri­nə ola­ca­ğı­na inan­dır­ma­lı­dır".

Be­lə­lik­lə, yu­xa­rı­da qeyd edi­lən fi­kir­lər­dən ay­dın gö­rü­nür ki, ABŞ-ın özün­də Va­şinqto­nun Qa­ra­bağ mə­sə­lə­sin­də Moskva ilə əmək­daş­lı­ğı ki­fa­yət qə­dər va­cib sa­yı­lır. Elə bu mə­sə­lə­də bir çox rus ekspertlər bil­di­rir ki, Qa­ra­bağ konflik­ti­nin çö­zü­mü üçün Ru­si­ya və ABŞ bir­gə hə­rə­kət edə bi­lər. Mə­sə­lən, məş­hur rus po­li­to­loq Ser­gey Mar­kov bu­nu ta­ma­mi­lə müm­kün sa­yır. Onun fik­rin­cə, tə­rəf­lə­rin bu­ra­da or­taq fə­a­liy­yə­ti həm mü­na­qi­şə­nin dinc yol­la həl­li­ni sü­rət­lən­di­rər, həm də ABŞ və Ru­si­ya ara­sın­da mü­na­si­bət­lə­rin da­ha yük­sək sə­viy­yə­yə qalxma­sı­na yar­dım edər. O da is­tis­na de­yil ki, ABŞ və Ru­si­ya bir­gə hə­rə­kət et­sə, di­gər həm­sədr öl­kə olan Fran­sa da on­la­rın möv­qe­yi ilə ra­zı­la­şa­caq. Bu­nu Fran­sa rəs­mi­lə­ri­nin açıq­la­ma­la­rı da təs­diq edir. Əs­lin­də, Fran­sa da ən yük­sək sə­viy­yə­də mü­na­qi­şə ət­ra­fın­da ya­ra­nan möv­cud və­ziy­yə­tin qə­bu­le­dil­məz ol­du­ğu­nu bil­di­rir. Bu­nu Fran­sa pre­zi­den­ti Fran­sua Ol­land Pa­ris­də azər­bay­can­lı həm­ka­rı İl­ham Əli­yev­lə mət­bu­a­ta bə­ya­na­tı za­ma­nı bir da­ha təs­diq edib: "Biz Dağ­lıq Qa­ra­bağ mə­sə­lə­si haq­qın­da da­nış­dıq və bil­dir­dik ki, möv­cud sta­tus-kvo qə­bu­le­dil­məz­dir. Risqlər var və biz bu­nu ke­çən ilin ap­rel ayın­da baş ve­rən in­si­dentdən də gör­dük. Biz da­nı­şıq­la­rın ye­ni­dən bər­pa olun­ma­sı­nı ar­zu­la­yı­rıq. Minsk Qru­pu­nun həm­səd­ri ki­mi is­tə­yi­rik ki, di­gər həm­sədrlər - ABŞ və Ru­si­ya da bu pro­se­sə töh­fə ver­sin. Dü­şü­nü­rük ki, pa­ra­metrlər bəl­li­dir və uzun müd­dət­dir da­vam edən bu mü­na­qi­şə­nin həl­li yo­lu­nu tap­maq müm­kün­dür. He­sab edi­rik ki, hər də­fə sül­hə töh­fə­miz bey­nəl­xalq sə­viy­yə­də hə­ya­ta ke­çir­mək is­tə­di­yi­miz fə­a­liy­yə­tin və qur­maq is­tə­di­yi­miz mü­na­si­bət­lə­rin məğ­zi­dir".

Fran­sa Se­na­tı­nın Fran­sa-Qaf­qaz Dostluq Qru­pu­nun səd­ri Andre Rey­şar da bir­gə fə­a­liy­yət nə­ti­cə­sin­də mü­na­qi­şə­nin həl­li­nin sü­rət­lən­mə­si­ni va­cib sa­yır: "Azər­bay­ca­nın tor­paq­la­rı iş­ğal olu­nub, yax­şı olar­dı ki, bu mü­na­qi­şə sülh yo­lu ilə həll olun­sun. An­caq han­sı yol­la olur-ol­sun, bu tor­paq­lar Azər­bay­ca­na qay­ta­rıl­ma­lı­dır, Azər­bay­can əra­zi bü­töv­lü­yü­nü tə­min et­mə­li­dir və öz tor­paq­la­rı üzə­rin­də nə­za­rə­ti bər­pa et­mə­li­dir. Biz çox gö­zəl ba­şa dü­şü­rük ki, Azər­bay­ca­nın Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si ki­mi qay­ğı­sı möv­cud­dur. Ötən ilin ap­rel ayın­da baş ve­rən hü­cum­lar ar­tıq na­ra­hat­lı­ğın pik həd­din­də ol­du­ğu­nu gös­tə­rir. Bu onu gös­tər­di ki, mü­na­qi­şə­nin hər­bi yol­la həl­li ar­zu­o­lu­nan de­yil. An­caq is­tə­ni­lən yol­la Azər­bay­can öz tor­paq­la­rı­nı ge­ri qay­tar­ma­lı­dır. Biz Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si­nin həl­li­nə öz töh­fə­mi­zi ver­mə­yə ha­zı­rıq".

Be­lə­lik­lə, yu­xa­rı­da qeyd edi­lən­lər­dən ay­dın gö­rü­nür ki, həm­sədr öl­kə­lər Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si ət­ra­fın­da ya­ra­nan möv­cud sta­tus-kvo­dan ra­zı de­yil. Bu sta­tus-kvo­nun də­yiş­mə­si yo­lu isə həm­sədr öl­kə­lə­rin, xü­su­sən də Ru­si­ya və ABŞ-ın re­al əmək­daş­lı­ğın­dan ke­çir. Məhz bu iki öl­kə İrə­va­na təz­yiq rı­çaq­la­rı­nı işə sa­lac­ğı hal­da Er­mə­nis­tan Qa­ra­bağ mü­na­qi­şə­si­nin həl­li is­ti­qa­mə­tin­də əmə­li ad­dım­lar ata bi­lər. Özü də nə­zə­rə al­maq la­zım­dır ki, ad­la­rı çə­ki­lən öl­kə­lə­rin Er­mə­nis­ta­na təz­yiq üçün əl­lə­rin­də ki­fa­yət qə­dər va­si­tə­lər var. Ən önəm­li cə­hət­lər­dən bi­ri isə odur ki, tə­rəf­lə­rin bir­gə fə­a­liy­yə­ti üçün hər iki öl­kə­nin özün­də də ça­ğı­rış­lar edi­lir və be­lə və­ziy­yət ABŞ və Ru­si­ya ara­sın­da mü­na­si­bət­lə­rin yax­şı­laş­ma­sı ba­xı­mın­dan da on­la­rın ma­raq­la­rı­na ca­vab ve­rir.

Na­hid SA­LA­YEV

Ya­zı Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti ya­nın­da Küt­lə­vi İn­for­ma­si­ya Va­si­tə­lə­ri­nin İn­ki­şa­fı­na Döv­lət Dəs­tə­yi Fon­du­nun ma­liy­yə dəs­tə­yi­lə çap olu­nur.

Son xəbərlər