19/08/2017 05:52
728 x 90

Av­ro­pa­da Tür­ki­yə-Ni­der­land gər­gin­li­yi­nin həl­lin­də Azər­bay­ca­nın tə­sir­li ro­lu­na ümid­lər baş qal­dı­rıb

Mə­hər­rəm Zül­fü­qar­lı: "Tür­ki­yə-Ni­der­land mü­na­si­bət­lə­ri­nin bər­pa­sı­na gəl­dik­də isə, Azər­bay­can Fran­sa ilə bir­lik­də bu işə töh­və ve­rə blər"

img

"İs­tə­ni­lən mü­ba­hi­sə­li mə­sə­lə­lər, an­la­şıl­maz si­tu­a­si­ya­lar di­a­loq va­si­tə­si­lə həll olun­ma­lı­dır"

 

Azər­bay­can Pre­zi­den­ti İl­ham Əli­yev Fran­sa­ya iş­gü­zar sə­fə­ri çər­çi­və­sin­də fran­sız həm­ka­rı Fran­sua Ol­landla gö­rü­şüb. Rəs­mi mə­lu­ma­ta gö­rə, sə­nəd­lə­rin im­za­lan­ma­sı mə­ra­si­min­dən son­ra pre­zi­dentlər mət­bu­at qar­şı­sın­da bə­ya­nat­la çı­xış edib­lər.

Bə­ya­nat­da bir sı­ra mə­qam­la­ra to­xu­nu­lub. O cüm­lə­dən, Tür­ki­yə-Ni­der­land ara­sın­da ya­şa­nan­lar da diq­qət mər­kə­zin­də olub. Ni­der­land və Tür­ki­yə ara­sın­da ya­şa­nan dip­lo­ma­tik gər­gin­lik­dən da­nı­şan Ol­land de­yib: "Bi­zim Av­ro­pa­ya və Tür­ki­yə­yə eh­ti­ya­cı­mız var, Tür­ki­yə­nin də Av­ro­pa­ya. Hər möv­zu­da ol­du­ğu ki­mi, bu möv­zu­da da di­a­lo­qu təş­viq et­mə­li­yik".

Bu­nun­la ya­na­şı, Ol­lan­dın açıq­la­ma­sın­dan o da mə­lum olub ki, Azər­bay­can Tür­ki­yə ilə Ni­der­land ara­sın­da ya­şa­nan prob­le­min həl­li­nə töh­və ver­mə­li­dir: "He­sab edi­rik ki, hər də­fə sül­hə töh­fə­miz bey­nəl­xalq sə­viy­yə­də hə­ya­ta ke­çir­mək is­tə­di­yi­miz fə­a­liy­yə­tin və qur­maq is­tə­di­yi­miz mü­na­si­bət­lə­rin məğ­zi­dir. Xü­su­si­lə də gər­gin­lik­lər olan­da və ha­zır­da Av­ro­pa ilə Tür­ki­yə ara­sın­da olan və­ziy­yət­də. Bi­zim ro­lu­muz ay­dın şə­kil­də bil­dir­mək­dir ki, nə­yi qə­bul edi­rik, nə­yi qə­bul et­mi­rik. Av­ro­pa ilə Tür­ki­yə ara­sın­da olan mü­na­si­bət­lə­rin sa­bit­ləş­mə­si üçün də töh­fə­mi­zi ver­mə­li­yik. Di­gər möv­zu­lar­da ol­du­ğu ki­mi, bu möv­zu ilə də bağ­lı di­a­lo­qu təş­viq et­mə­li­yik".

Ma­raq­lı­dır, Azər­bay­can Tür­ki­yə-Ni­der­land mü­na­si­bət­lə­ri­nin dü­zəl­mə­si­nə nə ki­mi töh­və ve­rə bi­lər və Ol­land nə­yə işa­rə vur­du?

Mə­sə­lə­yə mü­na­si­bət bil­di­rən Ta­rix elmlə­ri üz­rə fəl­sə­fə dok­to­ru, İc­ti­mai Prob­lem­lə­rin Təd­qi­qi As­so­si­a­si­ya­sı­nın rəh­bə­ri Mə­hər­rəm Zül­fü­qar­lı­nın söz­lə­ri­nə gö­rə, bu ki­mi mə­sə­lə­lə­rin qar­şı­lıq­lı di­a­loq şək­lin­də müm­kün­dür: "İs­tə­ni­lən mü­ba­hi­sə­li mə­sə­lə­lər, an­la­şıl­maz si­tu­a­si­ya­lar di­a­loq va­si­tə­si­lə həll olun­ma­lı­dır. Azər­bay­can re­gi­on­da nü­fuz­lu döv­lət­dir. İki il əv­vəl Ru­si­ya hər­bi təy­ya­ra­si­nin vu­rul­ma­sı ilə əla­qə­dar bu öl­kə­nin Tür­ki­yəy­lə mü­na­si­bət­lə­ri mü­na­si­bət­lə­ri xey­li kəs­kin­ləş­miş­di. Mü­əy­yən dövrdən son­ra Tür­ki­yə-Ru­si­ya mü­na­si­bət­lə­ri yo­lu­na düş­dü. Son­ra mə­lum ol­du ki, iki öl­kə mü­na­si­bət­lə­ri­nin dü­zəl­mə­sin­də Azər­bay­can uğur­lu va­si­tə­çi­lik səy­lə­ri gös­tə­rib. Be­lə ki, Azər­bay­ca­nın hər iki döv­lət­lə olan ya­xın mü­na­si­bət­lə­ri bu işə han­sı­sa for­ma­da öz töh­fə­si­ni ver­miş ol­du. Türkmyə-Ne­der­land mü­na­si­bət­lə­ri­nin bər­pa­sı­na gəl­dik­də isə, Azər­bay­can Fran­sa ilə bir­lik­də bu işə töh­və ve­rə blər. Yə­ni bu mə­sə­lə­də səy­lə­rin bir­ləş­di­ril­mə­si da­ha op­ti­mal var­yantdır. Fik­rim­cə, yal­nız bu min­val­la mü­na­si­bət­lə­rin dü­zəl­mə­si­nə yar­dım et­mək olar".

Vi­da­di OR­DA­HAL­LI

Son xəbərlər