17/10/2017 15:09
728 x 90

Er­mə­ni­lər Sər­sən­gi bü­tün re­gi­o­na qar­şı si­ya­si təh­did si­la­hı ki­mi sax­la­yır...

"Er­mə­nis­tan tək­cə tor­paq iş­ğal et­mir, ey­ni za­man­da eko­lo­ji fə­la­kət ya­ra­dır"

img

Ay­dın Mir­zə­za­də: "Məq­səd­yön­lü şə­kil­də ha­va­lar is­ti olan vaxt Azər­bay­ca­na su­yu bu­rax­mır"

 

Er­mə­nis­tan Sər­səng su an­ba­rı­nın eh­ti­yat­la­rı­nı si­ya­si təh­did alə­ti ola­raq is­ti­fa­də edir. Xə­bər ve­ril­di­yi ki­mi, bu­nu Ba­kı­da da­vam edən I Bey­nəl­xalq Su Həf­tə­si çər­çi­və­sin­də ke­çi­ri­lən "Su eh­ti­yat­la­rı, hid­ro­tex­ni­ki qur­ğu­lar və ət­raf mü­hit" möv­zu­sun­da bey­nəl­xalq el­mi-prak­tik konfrans za­ma­nı "Azər­su"nun səd­ri Qorxmaz Hü­sey­nov de­yib.

O bil­di­rib ki, Azər­bay­can su eh­ti­yat­la­rı­nın, ət­raf mü­hi­tin və eko­lo­gi­ya­nın ida­rə olun­ma­sı və mü­ha­fi­zə­si ilə bağ­lı bir sı­ra kon­ven­si­ya­la­ra qo­şu­lub: "La­kin tə­əs­süf­lər ol­sun ki, bey­nəl­xalq təş­ki­lat­la­rın bu sa­hə­də apar­dı­ğı iş­lə­rə bax­ma­ya­raq, Er­mə­nis­tan bey­nəl­xalq hü­quq nor­ma­la­rı­nı ko­bud şə­kil­də po­zur. Er­mə­nis­ta­nın tə­ca­vü­zü nə­ti­cə­sin­də Azər­bay­ca­nın iş­ğal olun­muş əra­zi­lə­rin­də qa­lan Sər­səng su an­ba­rı tərk edil­miş və­ziy­yət­də­dir və onun re­sursla­rı si­ya­si təh­did alə­ti qis­min­də is­ti­fa­də olu­nur".

Q.Hü­sey­nov qeyd edib ki, Er­mə­nis­ta­nın fə­a­liy­yə­ti Azər­bay­can və­tən­daş­la­rı üçün hu­ma­ni­tar və eko­lo­ji prob­lem­lər ya­ra­dır: "Bey­nəl­xalq təş­ki­lat­lar Er­mə­nis­tan­dan iş­ğal olun­muş əra­zi­lə­ri azad et­mə­si­ni və Sər­səng su an­ba­rı­nın re­sursla­rı­nı si­ya­si təh­did alə­ti ola­raq is­ti­fa­də et­mə­yi da­yan­dır­ma­sı­nı tə­ləb edir. Bun­dan baş­qa, Er­mə­nis­ta­nın is­tis­mar müd­də­ti çox­dan ba­şa çat­mış "Met­sa­mor" atom elektrik stan­si­ya­sı re­gi­o­nun eko­lo­ji sta­bil­li­yi­nə bö­yük təh­lü­kə tö­rə­dir".

Gö­rü­nən odur ki, ar­tıq ne­çən­ci də­fə­dir Er­mə­nis­tan Sər­səng su an­ba­rın­dan Azər­bay­ca­na qar­şı təz­yiq va­si­tə­si ki­mi is­ti­fa­də et­mə­yə ça­lı­şır.

Sö­zü­ge­dən mə­sə­lə­ni "Ba­kı-Xə­bər"ə şərh edən mil­lət və­ki­li, po­li­to­loq Ay­dın Mir­zə­za­də­nin söz­lə­ri­nə gö­rə, Sər­səng su an­ba­rı vax­ti­lə Azər­bay­ca­nın Aran zo­na­sı­nın kənd tə­sər­rü­fa­tı və in­san­la­rın su eh­ti­yac­la­rı­nın ödə­nil­mə­si üçün ya­ra­dı­lıb: "Er­mə­nis­tan si­lah­lı qüv­və­lə­ri tor­paq­la­rı­mı­zın bir his­sə­si­ni iş­ğal edən­də su an­ba­rı da on­la­rın nə­za­rə­ti­nə keç­di. Bu gün Er­mə­nis­tan bir sı­ra fak­tor­lar­dan, o cüm­lə­dən su an­ba­rı ami­lin­dən Azər­bay­ca­na qar­şı pro­vo­ka­si­ya va­si­tə­si ki­mi is­ti­fa­də edir. Bax­ma­ya­raq ki, su an­ba­rı­nın tə­yi­na­tı məhz Azər­bay­ca­nın Aran zo­na­sı­nın su eh­ti­yac­la­rı­nı ödə­mək­dən öt­rü­dür. Onu heç cür baş­qa bir for­ma­da is­ti­fa­də et­mək ol­mur. An­caq Er­mə­nis­tan məq­səd­yön­lü şə­kil­də ha­va­lar is­ti olan vaxt Azər­bay­ca­na su­yu bu­rax­mır. Qış döv­rün­də isə su­yu bu­rax­maq­la tor­paq­lar üçün mü­əy­yən tex­ni­ki prob­lem­lər ya­ra­dır. Gö­rün­dü­yü ki­mi, Er­mə­nis­tan tək­cə tor­paq iş­ğal et­mir, ey­ni za­man­da eko­lo­ji fə­la­kət ya­ra­dır. Azər­bay­ca­na qar­şı təz­yiq va­si­tə­si ki­mi Sər­səng su an­ba­rın­dan çox cid­di su­rət­də is­ti­fa­də edir. Er­mə­nis­tan Azər­bay­can tor­paq­la­rı­nın iş­ğa­lı­na son qoy­ma­lı­dır. Er­mə­nis­tan bey­nəl­xalq hü­quq nor­ma­la­rı­na ri­a­yət et­mə­li, öz qo­şun­la­rı­nı Azər­bay­can əra­zi­sin­dən çı­xar­ma­lı­dır. Həm­çi­nin, heç bir hal­da Azər­bay­ca­nın əra­zi bü­töv­lü­yü­nə hər han­sı id­dia irə­li sür­mə­mə­li­dir. Bu, Azər­bay­ca­na prob­lem­lər ya­ra­dır, am­ma baş ve­rən­lər Er­mə­nis­ta­na da prob­lem­lər ya­ra­dır. Bu gün Er­mə­nis­tan iq­ti­sa­diy­ya­tı tə­nəz­zül­də­dir. Əha­li dur­ma­dan öl­kə­dən çı­xır. İş­ğal­çı öl­kə hər han­sı sər­ma­yə cəlb edə bil­mir".

Vi­da­di OR­DA­HAL­LI

Son xəbərlər