17/10/2017 09:59
728 x 90

AŞ­PA-nın Xü­su­si Ko­mi­tə ic­la­sı "Qa­ra­bağ­da Su­ri­ya və Li­van er­mə­ni­lə­ri" prob­le­mi ba­rə­də mə­lu­mat­lan­dı­rıl­dı

"Azər­bay­can rəs­mi sə­viy­yə­də bə­yan et­mək­lə bey­nəl­xalq qu­rum­la­rın diq­qə­ti­ni bu mə­sə­lə­yə yö­nəltmə­li­dir"

img

Ar­zu­xan Əli­za­də: "2011-ci il­dən Su­ri­ya­da baş­la­nan və­tən­daş mü­ha­ri­bə­si bu ba­xım­dan iş­ğal­çı öl­kə üçün ye­ni im­kan­lar açıb"

 

"Er­mə­nis­tan tə­rə­fin­dən Su­ri­ya və Li­van­dan olan er­mə­ni­lə­rin iş­ğal olun­muş əra­zi­lə­ri­mi­zə kö­çü­rül­mə­si təş­viq edi­lir".

Bu­nu Ba­kı­da Av­ro­pa Şu­ra­sı Par­la­ment As­samble­ya­sı­nın (AŞ­PA) Miq­ra­si­ya, Qaç­qın və Məc­bu­ri Köç­kün­lər üz­rə Ko­mi­tə­si­nin ic­la­sın­da çı­xış edən xa­ri­ci iş­lər na­zi­ri­nin mü­a­vi­ni Xə­ləf Xə­lə­fov de­yib. O bil­di­rib ki, müs­tə­qil­li­yi bər­pa edən­dən son­ra Azər­bay­can Er­mə­nis­tan tə­rə­fin­dın tə­ca­vü­zə mə­ruz qa­lıb və əra­zi­lə­rin 20 fa­i­zi iş­ğal olu­nub: "Bu­nun nə­ti­cə­sin­də bir mil­yon­dan çox qaç­qın və məc­bu­ri köç­kün prob­le­mi ya­ra­nıb. Azər­bay­can həm öl­kə da­xi­lin­də, həm də xa­ric­də qaç­qın və köç­kün­lə­rə öz yar­dı­mı­nı əsir­gə­mir. Hö­ku­mə­ti­miz bu sa­hə­də mü­va­fiq qa­nun­ve­ri­ci­lik sis­te­mi ya­ra­dıb, mən­zil tə­mi­na­tı yax­şı­la­şıb, yox­sul­luq aza­lıb. An­caq on­la­rın prob­le­mi tor­paq­lar azad edi­lən­dən son­ra tam həl­li­ni ta­pa­caq".

Onun söz­lə­ri­nə gö­rə, Er­mə­nis­ta­nın məq­səd­li məs­kun­laş­dı­ra si­ya­sə­ti bey­nəl­xalq hü­qu­qa gö­rə mü­ha­ri­bə ci­na­yə­ti­dir: "Er­mə­nis­tan tə­rə­fin­dən Su­ri­ya və Li­van­dan olan er­mə­ni­lə­rin iş­ğal olun­muş əra­zi­lə­ri­mi­zə kö­çü­rül­mə­si təş­viq edi­lir. Er­mə­nis­ta­nın bu avan­tü­ra­sı­na bey­nəl­xalq qiy­mət ve­ril­mə­li­dir".

Na­zir mü­a­vi­ni əla­və edib ki, Azər­bay­can iş­ğal olun­muş əra­zi­lə­ri­ni tez­lik­lə azad edə­cək, qaç­qın və məc­bu­ri köç­kün­lə­rin prob­lem­lə­ri həl­li­ni ta­pa­caq: "Bey­nəl­xalq bir­lik bu mə­sə­lə­də öl­kə­mi­zə dəs­tək ver­mə­li­dir".

Er­mə­nis­ta­nın iş­ğal olun­muş əra­zi­lər­də qa­nun­suz məs­kun­laş­dır­ma si­ya­sə­ti apar­ma­sı və bu işə xa­ric­də ya­şa­yan er­mə­ni­lə­rin cəlb olun­ma­sı za­man-za­man gün­dəm­də olub. Müx­tə­lif vaxtlar­da sö­zü­ge­dən mə­sə­lə KİV-lə­rin diq­qət mər­kə­zin­də olub. Azər­bay­ca­nın sö­zü­ge­dən təd­bir­də ilk də­fə rəs­mi şə­kil­də bu­nu bə­yan et­mə­si­ni ekspertlər ne­cə şərh edir?
Mə­sə­lə­yə mü­na­si­bət bil­di­rən AMİP-in baş ka­ti­bi Ar­zu­xan Əli­za­də­nin söz­lə­ri­nə gö­rə, bu­nun­la bağ­lı mü­tə­ma­di ola­raq bey­nəl­xalq ic­ti­ma­iy­yət mə­lu­mat­lan­dı­rıl­ma­lı­dır: "Za­tən za­man-za­man Er­mə­nis­tan və di­gər öl­kə­lə­rin mət­bu­at sə­hi­fə­lə­rin­də Su­ri­ya­dan olan er­mə­ni­lə­rin iş­ğal olun­muş əra­zi­lər­də qa­nun­suz məs­kun­laş­dı­rıl­ma­sı­na da­ir mə­lu­mat­lar dərc olu­nur. 2011-ci il­dən Su­ri­ya­da baş­la­nan və­tən­daş mü­ha­ri­bə­si bu ba­xım­dan iş­ğal­çı öl­kə üçün ye­ni im­kan­lar açıb. Mə­sə­lə on­da­dır ki, Er­mə­nis­tan iş­ğal olun­muş əra­zi­lər­də əsa­sən Su­ri­ya və Li­van­dan olan yox­sul er­mə­ni­lə­ri məs­kun­laş­dı­rır. Az-çox im­ka­nı, ba­ca­rı­ğı olan er­mə­ni­lər Av­ro­pa­ya üz tu­tur. Dağ­lıq Qa­ra­bağ on­lar üçün cəl­be­di­ci de­yil. Ona gö­rə ki, iq­ti­sa­di şə­ra­it bu­na im­kan ver­mir. An­caq bu­na bax­ma­ya­raq, on­lar hər vəchlə sü­ni məs­kun­laş­dır­ma si­ya­sə­ti­ni ge­niş­lən­dir­mə­yə ça­lı­şır­lar. Bu ba­xım­dan Azər­bay­can rəs­mi sə­viy­yə­də bə­yan et­mək­lə bey­nəl­xalq qu­rum­la­rın diq­qə­ti­ni bu mə­sə­lə­yə yö­nəltmə­li­dir".

Vi­da­di OR­DA­HAL­LI

Son xəbərlər