20/02/2017 14:45
728 x 90

Azər­bay­can XİN-in qon­dar­ma "DQR"də­ki "re­fe­ren­dum"u if­şa edən 14 fev­ral bə­ya­na­tı­nın iki mü­hüm nə­ti­cə­si...

Minsk Qru­pu­nun həm­sədrlə­ri Dağ­lıq Qa­ra­bağ­da­kı qon­dar­ma "re­fe­ren­dum"u ta­nı­mır, ABŞ, Ru­si­ya, Fran­sa Avropa İttifaqı və İran da...

img

ATƏT-in Da­i­mi Şu­ra­sı­nın ic­la­sın­da Azər­bay­ca­nın ATƏT ya­nın­da Da­i­mi Nü­ma­yən­də­li­yi tə­rə­fin­dən Er­mə­nis­ta­nın iş­ğal edil­miş əra­zi­lər­də qa­nun­suz "re­fe­ren­dum" ke­çir­mək niy­yə­ti ilə bağ­lı mə­sə­lə qal­dı­rı­lıb. Bu ba­rə­də ba­ki-xe­ber.com-a Xa­ri­ci İş­lər Na­zir­li­yi­nin (XİN) mət­bu­at xid­mə­tin­dən mə­lu­mat ve­ri­lib.

Bil­di­ri­lir ki, Da­i­mi Nü­ma­yən­də­lik XİN-in mə­sə­lə ilə bağ­lı 14 fev­ral ta­rix­li bə­ya­na­tı əsa­sın­da çı­xış edə­rək, ATƏT iş­ti­rak­çı döv­lət­lə­ri­nin diq­qə­ti­ni Er­mə­nis­ta­nın sö­zü­ge­dən təx­ri­bat­çı niy­yə­ti­nə cəlb edib, bu­nun Er­mə­nis­ta­nın mü­na­qi­şə­nin si­ya­si həl­lin­də ma­raq­lı ol­ma­dı­ğı­nın, ək­si­nə, və­ziy­yə­ti gər­gin­ləş­dir­mək, iş­ğal si­ya­sə­ti­nin nə­ti­cə­lə­ri­ni möh­kəm­lən­dir­mək, qə­bu­le­dil­məz və qey­ri-da­ya­nıq­lı sta­tus-kvo­nu da­vam et­dir­mək si­ya­sə­ti­nin gös­tə­ri­ci­si ol­du­ğu­nu bil­di­rib. Bu ki­mi cəhdlə­rin mü­na­qi­şə­nin substan­tiv da­nı­şıq­lar yo­lu ilə həl­li cəhdlə­ri­nə zər­bə vur­du­ğu­nu vur­ğu­la­yıb.

Da­i­mi Nü­ma­yən­də­lik ke­çi­ril­mə­si plan­laş­dı­rı­lan "re­fe­ren­dum"un Azər­bay­can Res­pub­li­ka­sı­nın Konsti­tu­si­ya­sı, elə­cə də bey­nəl­xalq hü­qu­qun nor­ma və prin­sip­lə­ri­nin açıq po­zun­tu­su ol­du­ğu­nu, Azər­bay­can Res­pub­li­ka­sı­nın əra­zi bü­töv­lü­yü­nə qar­şı Er­mə­nis­tan tə­rə­fin­dən qa­nun­suz güc tət­bi­qi­nin da­vam et­di­yi və iş­ğal edil­miş əra­zi­lə­ri­miz­də apa­rıl­mış mən­fur et­nik tə­miz­lə­mə və bey­nəl­xalq hü­qu­qun nor­ma və prin­sip­lə­ri­nin di­gər cid­di po­zun­tu­la­rı şə­ra­i­tin­də təş­kil edil­di­yi­ni və be­lə­lik­lə də hər han­sı hü­qu­qi nə­ti­cə do­ğu­ra bil­mə­yə­cə­yi­ni bə­yan edib.

Azər­bay­can tə­rə­fi bir da­ha bey­nəl­xalq ic­ti­ma­iy­yə­ti qa­nun­suz "re­fe­ren­dum"u pis­lə­mə­yə və onun nə­ti­cə­lə­ri­ni ta­nı­ma­ma­ğa, elə­cə də Er­mə­nis­ta­na iş­ğal­çı si­ya­sə­ti­nə son qoy­ma­sı üçün si­ya­si və dip­lo­ma­tik təz­yiq gös­tər­mə­yə ça­ğı­rıb.

Mə­sə­lə üz­rə çı­xış edən Tür­ki­yə, Uk­ray­na və Gür­cüs­tan nü­ma­yən­də­lə­ri Azər­bay­can Res­pub­li­ka­sı­nın əra­zi bü­töv­lü­yü, su­ve­ren­li­yi və bey­nəl­xalq sə­viy­yə­də ta­nın­mış sər­həd­lə­ri­nin to­xu­nul­maz­lı­ğı­na dəs­tək ifa­də edə­rək, "re­fe­ren­du­mun" qa­nun­suz və qey­ri-le­gi­tim ol­du­ğu­nu, onun adı­çə­ki­lən öl­kə­lər tə­rə­fin­dən rədd edil­di­yi­ni və nə­ti­cə­lə­ri­nin ta­nın­ma­ya­ca­ğı­nı bil­di­rib­lər.

ATƏT-in Minsk Qru­pu­nun həm­sədr öl­kə­lə­ri adın­dan çı­xış edən Fran­sa mə­sə­lə­nin həm­sədr öl­kə­lə­rin na­ra­hat­lı­ğı­na sə­bəb ol­du­ğu­nu bil­di­rib. Əla­və edi­lib ki, nə həm­sədr öl­kə­lər, nə də dün­ya­nın hər han­sı bir öl­kə­si Dağ­lıq Qa­ra­ba­ğı müs­tə­qil qu­rum ki­mi ta­nı­yır. Bun­dan irə­li gə­lə­rək, ke­çi­ril­mə­si nə­zər­də tu­tu­lan "re­fe­ren­dum"un nə­ti­cə­lə­ri həm­sədr öl­kə­lər tə­rə­fin­dən ta­nın­ma­ya­caq və "re­fe­ren­dum" Dağ­lıq Qa­ra­ba­ğın hü­qu­qi sta­tu­su­na, elə­cə də mü­na­qi­şə­nin həl­li is­ti­qa­mə­tin­də apa­rı­lan da­nı­şıq­la­rın nə­ti­cə­lə­ri­nə heç bir tə­sir edə bil­məz. Bun­dan əla­və, Fran­sa nü­ma­yən­də­si həm­sədr öl­kə­lər adın­dan və­ziy­yə­tin gər­gin­ləş­mə­si­nə xid­mət edən ad­dım­dan çə­kin­mə­yə ça­ğı­rış edib.

Səs­lən­di­ri­lən bə­ya­nat­lar fo­nun­da ta­ma­mi­lə təc­rid və­ziy­yə­tin­də qal­mış Er­mə­nis­tan tə­rə­fi­nin qa­nun­suz "re­fe­ren­dum"un ke­çi­ril­mə­si­nə, öl­kə­mi­zin əra­zi bü­töv­lü­yü­nə qar­şı qa­nun­suz güc tət­bi­qi­nə bə­ra­ət qa­zan­dır­maq cəhdlə­ri Da­i­mi Nü­ma­yən­də­li­yin BMT Ni­zam­na­mə­si, Hel­sin­ki Ye­kun Ak­tı və BMT Təh­lü­kə­siz­lik Şu­ra­sı­nın Er­mə­nis­tan-Azər­bay­can mü­na­qi­şə­si üz­rə qə­bul edil­miş mü­va­fiq qət­na­mə­lə­ri­nə is­ti­nad­la­rı qar­şı­sın­da bir da­ha if­la­sa uğ­ra­dı.

Azər­bay­can tə­rə­fi bey­nəl­xalq ic­ti­ma­iy­yə­tin, o cüm­lə­dən ATƏT-in Minsk Qru­pu­nun həm­sədr öl­kə­lə­ri­nin möv­qe­yi fo­nun­da Er­mə­nis­ta­nın sö­zü­ge­dən təx­ri­bat­çı ad­dı­mı bir da­ha nə­zər­dən ke­çi­rə­cə­yi­nə, mü­na­qi­şə zo­na­sın­da və­ziy­yə­ti gər­gin­ləş­di­rən, ümu­mi­lik­də re­gi­on­da sülh və sa­bit­li­yi təh­did edən ad­dım­lar­dan əl çə­kə­rək, mü­na­qi­şə­nin BMT Təh­lü­kə­siz­lik Şu­ra­sı­nın mü­va­fiq qət­na­mə­lə­ri əsa­sın­da tez­lik­lə həl­li məq­sə­di­lə substan­tiv da­nı­şıq­la­ra cəlb olu­na­ca­ğı­na ümid edir.

"ATƏT-in Minsk qru­pu­nun həm­sədrlə­ri Er­mə­nis­tan si­lah­lı qüv­və­lə­ri tə­rə­fin­dən iş­ğal olun­muş Azər­bay­ca­nın Dağ­lıq Qa­ra­bağ əra­zi­sin­də­ki qon­dar­ma re­ji­min fev­ra­lın 20-də ke­çir­mə­yi plan­laş­dır­dı­ğı "re­fe­ren­dum"un nə­ti­cə­lə­ri­ni ta­nı­mır". "Trend"in mə­lu­ma­tı­na gö­rə, bu ba­rə­də isə ATƏT-in Minsk Qru­pu­nun həm­sədrlə­ri­nin Mün­hen­də Azər­bay­can və Er­mə­nis­tan xa­ri­ci iş­lər na­zir­lə­ri ilə gö­rüş­lə­ri­nin ye­ku­nu üz­rə bə­ya­na­tın­da bil­di­ri­lir.

ATƏT-in Minsk Qru­pu­nun həm­sədrlə­ri İqor Po­pov (Ru­si­ya), Ste­fan Vis­kon­ti (Ru­si­ya) və Ri­çard Hoq­land (ABŞ) sra­ğa­gün Azər­bay­can və Er­mə­nis­tan xa­ri­ci iş­lər na­zir­lə­ri El­mar Məm­məd­ya­rov və Ed­vard Nal­bandyan­la əv­vəl­cə ay­rı-ay­rı, son­ra bir­lik­də gö­rü­şüb­lər. Gö­rüş­də ATƏT-in fə­a­liy­yət­də olan səd­ri­nin şəx­si nü­ma­yən­də­si An­ji Kaspşik də iş­ti­rak edib.

Na­zir­lər­lə Azər­bay­can və Er­mə­nis­tan qo­şun­la­rı­nın qar­şı­dur­ma xət­tin­də ca­ri və­ziy­yə­ti mü­za­ki­rə edən həm­sədrlər bir da­ha təs­diq edib­lər ki, mü­na­qi­şə­si­nin dinc yol­la həl­li­nin al­ter­na­ti­vi yox­dur və mü­ha­ri­bə va­ri­ant de­yil.

Həm­sədrlər tə­rəf­lə­ri atəş­kəs re­ji­mi­nə ri­a­yət et­mə­yə də ça­ğı­rıb­lar. Minsk Qru­pu qeyd edib ki, dün­ya­da heç bir öl­kə Dağ­lıq Qa­ra­ba­ğı müs­tə­qil döv­lət qis­min­də ta­nı­mır. Mü­va­fiq ola­raq, həm­sədrlər fev­ra­lın 20-də ke­çi­ril­mə­si nə­zər­də tu­tu­lan qon­dar­ma "re­fe­ren­dum"un nə­ti­cə­lə­ri­ni ta­nı­mır.

ABŞ-ın Azər­bay­can­da­kı sə­fi­ri Ro­bert Se­ku­ta da ABŞ-ın dün­ya­nın di­gər döv­lət­lə­ri ki­mi Dağ­lıq Qa­ra­ba­ğın müs­tə­qil­li­yi­ni ta­nı­ma­dı­ğı­nı de­yib. R.Se­ku­ta bil­di­rib ki, ATƏT-in Minsk Qru­pu­nun son bə­ya­na­tın­da de­yil­di­yi ki­mi, nə ABŞ, nə Azər­bay­can, nə də Er­mə­nis­tan Dağ­lıq Qa­ra­ba­ğın müs­tə­qil­li­yi­ni ta­nı­yır.

"Ru­si­ya he­sab et­mir ki, Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si­nin sülh yo­lu ilə həl­li böl­gə­də plan­laş­dı­rı­lan "re­fe­ren­dum"un ke­çi­ril­mə­sin­dən ası­lı ol­sun". Bu ba­rə­də isə Ru­si­ya XİN-in in­for­ma­si­ya və mət­bu­at de­par­ta­men­tin­dən mə­lu­mat ve­ri­lib.

Qu­rum­dan bil­di­ri­lib ki, Ru­si­ya Dağ­lıq Qa­ra­ba­ğı müs­tə­qil döv­lət ki­mi ta­nı­mır: "Biz he­sab edi­rik ki, onun sta­tu­su Minsk pro­se­si çər­çi­və­sin­də si­ya­si da­nı­şıq­lar yo­lu ilə həll olun­ma­lı­dır".

Fran­sa­nın Azər­bay­can­da­kı sə­fi­ri Ore­lia Bu­şez də fev­ra­lın 20-də se­pa­rat­çı re­jim tə­rə­fin­dən ke­çi­ri­lə­cək re­fe­ren­du­ma mü­na­si­bət bil­di­rib (APA). Sə­fir öl­kə­si­nin Dağ­lıq Qa­ra­ba­ğı müs­tə­qil döv­lət ki­mi ta­nı­ma­dı­ğı­nı bə­yan edib: "Fran­sa Dağ­lıq Qa­ra­ba­ğı müs­tə­qil döv­lət ki­mi ta­nı­mır. Bu bi­zim ha­mı­ya mə­lum olan möv­qe­yi­miz­dir".

"İra­nın Azər­bay­ca­nın əra­zi bü­töv­lü­yü və Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si ilə bağ­lı prin­si­pi­al möv­qe­yi ol­duq­ca ay­dın və şəf­faf­dır". Bu söz­lə­ri isə APA-ya İra­nın Azər­bay­can­da­kı sə­fir­li­yi­nin mət­bu­at xid­mə­ti­nin rəh­bə­ri Məm­mədrza Nə­cə­fi Dağ­lıq Qa­ra­bağ­da ke­çi­ril­mə­si plan­laş­dı­rı­lan qon­dar­ma "re­fe­ren­dum"a  mü­na­si­bət bil­di­rər­kən de­yib. O bil­di­rib ki, İran Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si­nin tez­lik­lə Azər­bay­ca­nın əra­zi bü­töv­lü­yü və bey­nəl­xalq qa­nun­lar çər­çi­və­sin­də həl­li­nin tə­rəf­da­rı­dır: "Biz "Dağ­lıq Qa­ra­bağ"ı müs­tə­qil bir res­pub­li­ka ola­raq ta­nı­mır, bu­na gö­rə də hə­min əra­zi­də ke­çi­ri­lən "re­fe­ren­dum"u, sülh və təh­lü­kə­siz­li­yi təh­did edə bi­lə­cək hər han­sı bir ad­dı­mı doğ­ru say­mı­rıq. Bu mü­na­qi­şə­nin tez­lik­lə so­na çat­ma­sı və re­gi­on­da sülh və təh­lü­kə­siz­li­yin ha­kim ol­ma­sı­na ümid edi­rik".

“Avropa İttifaqı Dağlıq Qarabağda keçirilməsi nəzərdə tutulan referendumun konstitusional və hüquqi quruluşunu tanımır”. Bu barədə isə Avropa İttifaqının mətbuat xidmətindən bildirilib.

Mətbuat xidmətindən qeyd olunub ki, ATƏT-in Minsk qrupu həmsədrləri məsələ ilə bağlı artıq bəyana verib: “Bu referendum Dağlıq Qarabağın gələcək statusunu müəyyənləşdirə və danışıqlar prosesinə təsir edə bilməz. Avropa İttifaqı ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərini dəstələyir və davamlı sülh naminə danışıqların tez bir zamanda bərpasına çağırır”.  

Ba­ki-xe­ber.com

Son xəbərlər