27/04/2017 13:02
728 x 90

Er­mə­ni­lə­rin Qaf­qa­za ya­xın əsrlər­də kö­çü­rül­mə xalq ol­du­ğu ta­ri­xi-el­mi araş­dır­ma­lar­da...

img

Azər­bay­can ta­ri­xi­nin elə sə­hi­fə­lə­ri var ki, biz on­la­rın üzə­rin­dən sü­kut­la ke­çə bil­mi­rik. Bu sə­hi­fə­lər xal­qı­mı­zın ta­ri­xi ta­le­yi ilə sıx bağ­lı­dır. Er­mə­nis­tan-Azər­bay­can, Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si­nin sə­bəb­ka­rı olan er­mə­ni­lər azər­bay­can­lı­la­ra qar­şı say­sız ter­ror ak­tı hə­ya­ta ke­çi­rib.   

"Qaf­qaz evi"nə yad olan er­mə­ni­lə­rin böl­gə­yə kö­çü­rül­mə­si ta­ri­xi elə də bö­yük de­yil. Mə­lum­dur ki, ta­rix bo­yu öz­gə tor­paq­la­rın­da gö­zü olan er­mə­ni­lər Azər­bay­can tor­paq­la­rı­na da za­man-za­man göz di­kib.

"Bö­yük Er­mə­nis­tan" döv­lə­ti ya­rat­maq ki­mi sər­səm ide­ya­la­rı "xris­ti­an hi­ma­yə­çi­li­yi" pər­də­si al­tın­da müs­təm­lə­kə­çi­lik si­ya­sə­ti ye­ri­dən Ru­si­ya­nın da mə­na­fe­yi­nə uy­ğun gə­lib.

"Qaf­qaz evi"nə yad olan er­mə­ni­lə­rin də­də-ba­ba tor­paq­la­rı­mız üzə­rin­də öz­lə­ri­nə döv­lət qur­ma­sı fak­tı bü­tün dün­ya­ya mə­lum­dur və bu ba­rə­də ki­fa­yət qə­dər ar­xiv ma­te­ri­a­lı var.

Ay­dın mə­sə­lə­dir ki, er­mə­ni­lər tə­ca­vüz­kar xalqdır və on­lar ta­rix­də bir ne­çə də­fə azər­bay­can­lı­la­ra qar­şı soy­qı­rı­mı və de­por­ta­si­ya ak­tı tö­rə­dib.

Azər­bay­can Mil­li Elmlər Aka­de­mi­ya­sı­nın Ta­rix İnsti­tu­tu­nun əmək­da­şı Na­zim Mus­ta­fa­nın araş­dır­ma­la­rın­da bu mə­sə­lə ol­duq­ca ət­raf­lı şə­kil­də təd­qiq edi­lib.

N.Mus­ta­fa qeyd edir ki, son iki yüz il­də xal­qı­mız də­fə­lər­lə küt­lə­vi qır­ğın­la­ra və soy­qı­rım­la­ra mə­ruz qa­lıb. O ya­zır ki, XIX əs­rin əv­vəl­lə­rin­dən baş­la­ya­raq küt­lə­vi və məq­səd­li şə­kil­də Cə­nu­bi Qaf­qa­za kö­çü­rü­lən er­mə­ni­lər ha­va­dar­la­rı­nın kö­mə­yi ilə soy­daş­la­rı­mı­zın ya­şa­dıq­la­rı min­lər­lə ya­şa­yış mən­tə­qə­si­ni vi­ran edib, bir mil­yon­dan ar­tıq soy­da­şı­mı­zı soy­qı­rı­ma mə­ruz qo­yub: "İl­kin mən­bə və ta­ri­xi ədə­biy­yat­la­rın təh­li­li gös­tə­rir ki, Azər­bay­can xal­qı­na qar­şı er­mə­ni tə­ca­vü­zü­nün baş­lı­ca məq­sə­di ta­ri­xi Azər­bay­can tor­paq­la­rı he­sa­bı­na er­mə­ni döv­lə­ti­nin əsa­sı­nı qoy­maq və son­ra­dan müx­tə­lif yol­lar­la onu ge­niş­lən­dir­mək­lə "Bö­yük Er­mə­nis­tan" ya­rat­maq­dan iba­rət ol­muş­dur. Er­mə­ni­lə­rin bu niy­yət­lə­ri­nin qis­mən də ol­sa re­al­laş­ma­sın­da Ru­si­ya­nın və bə­zi Qərb döv­lət­lə­ri­nin müs­təs­na ro­lu ol­muş­dur. 1826-1828-ci il­lər Ru­si­ya-İran, 1828-1829-cu il­lər Ru­si­ya-Tür­ki­yə mü­ha­ri­bə­lə­rin­dən dər­hal son­ra İran və Tür­ki­yə­dən kö­çü­rü­lən 130 mi­nə ya­xın er­mə­ni əsa­sən İrə­van, Nax­çı­van və Qa­ra­bağ xan­lıq­la­rı­nın əra­zi­lə­rin­də məs­kun­laş­dı­rıl­mış­dı. Hə­min mü­ha­ri­bə­lər nə­ti­cə­sin­də 359 mü­səl­man kən­di da­ğı­dıl­mış, əha­li­si­nin xey­li his­sə­si qı­rıl­mış, qa­lan­la­rı isə qaç­qın düş­müş­lər. Türkmən­çay mü­qa­vi­lə­sin­dən son­ra İrə­van və Nax­çı­van xan­lıq­la­rı əra­zi­sin­də təş­kil edi­lən er­mə­ni vi­la­yə­tin­də möv­cud olan 1111 ya­şa­yış mən­tə­qə­sin­dən cə­mi­si 62 kənddə (er­mə­ni kil­sə­lə­ri­nin ət­ra­fın­da) er­mə­ni­lər ya­şa­mış­lar. Son iki yüz il­də in­di­ki Er­mə­nis­tan əra­zi­sin­də Azər­bay­can türklə­ri­nə qar­şı hə­ya­ta ke­çi­ri­lən qır­ğın­lar, de­por­ta­si­ya və soy­qı­rım­la­rı nə­ti­cə­sin­də on­la­rın ya­şa­dıq­la­rı iki mi­nə ya­xın ya­şa­yış məs­kə­ni bo­şal­dıl­mış­dır. Azər­bay­can­lı­la­rın öz əzə­li tor­paq­la­rın­dan qo­vul­ma­sı ilə pa­ra­lel er­mə­ni­lə­rin on­la­rın ye­rin­də məs­kun­laş­dı­rıl­ma kam­pa­ni­ya­sı XIX əs­rin so­nun­da Tür­ki­yə­də baş qal­dı­ran er­mə­ni se­pa­ra­tiz­mi­nin ya­tı­rıl­ma­sın­dan son­ra da­ha ge­niş vü­sət al­mış­dır. 20-ci əs­rin əv­vəl­lə­rin­də Za­qaf­qa­zi­ya­da ya­şa­yan 1,3 mil­yon er­mə­ni­nin 1 mil­yo­nu xa­ric­dən gə­lən er­mə­ni­lər­dən iba­rət ol­muş­dur. Hə­min dövrdə "Daş­nak­sut­yun" par­ti­ya­sı öz proq­ra­mın­da də­yi­şik­lik edə­rək, fə­a­liy­yə­ti­nin ağır­lıq mər­kə­zi­ni Cə­nu­bi Qaf­qa­za ke­çir­miş, müs­tə­qil er­mə­ni döv­lə­ti qur­maq məq­sə­di­lə si­lah­lı bir­ləş­mə­lər təş­kil et­miş­di. Ru­si­ya­nın rəs­mi da­i­rə­lə­ri­nin er­mə­ni­pə­rəst möv­qe­yin­dən is­ti­fa­də edən "Daş­nak­sut­yun" par­ti­ya­sı İrə­van, Gən­cə (Ye­li­za­vet­pol) və Tif­lis qu­ber­ni­ya­la­rın­da Azər­bay­can türklə­ri ya­şa­yan əra­zi­lə­ri tə­miz­lə­mək və ora­da er­mə­ni­lə­ri məs­kun­laş­dır­maq məq­sə­di­lə küt­lə­vi qır­ğın­lar tö­rət­miş­di. 1905-1906-cı il­lə­rin əv­və­lin­də Ru­si­ya­da baş ve­rən iğ­ti­şaş­lar­dan für­sət ki­mi is­ti­fa­də edən er­mə­ni­lər əv­vəl­cə Ba­kı­da, son­ra isə İrə­van­da, Nax­çı­van­da, Gən­cə­də, Qa­ra­bağ­da, Zən­gə­zur­da, Qa­zax­da və Tif­lis­də dinc azər­bay­can­lı­la­ra qar­şı qır­ğın­lar tö­rət­miş­lər. Er­mə­ni si­lah­lı dəs­tə­lə­ri İrə­van-Nax­çı­van-Zən­gə­zur-Qa­ra­bağ is­ti­qa­mə­tin­də yer­lə­şən azər­bay­can­lı ya­şa­yış məs­kən­lə­ri­nin əha­li­si­ni qır­maq­la, qov­maq­la və hə­min əra­zi­lər­də er­mə­ni­lə­ri məs­kun­laş­dır­maq­la gə­lə­cək Er­mə­nis­tan döv­lə­ti­nin əsa­sı­nı qoy­maq is­tə­yir­di­lər. Say­la­rı on min si­lah­lı­dan ar­tıq olan er­mə­ni bir­ləş­mə­lə­ri İrə­van şə­hə­rin­də və onun ət­raf kəndlə­rin­də, Eç­mi­əd­zin (Üç­kil­sə) və Şə­rur-Də­rə­lə­yəz­də, Gən­cə qu­ber­ni­ya­sı­nın Zən­gə­zur qə­za­sı­nın Go­rus, Qa­pan və Qa­ra­kil­sə (Sis­yan) na­hi­yə­lə­rin­də, Şu­şa, Ca­van­şir, Cəb­ra­yıl, Qa­zax qə­za­la­rın­da küt­lə­vi soy­qı­rım tö­rət­miş, 200-dən ar­tıq azər­bay­can­lı kən­di­ni vi­ran qoy­muş­lar. 1914-cü il­də Ru­si­ya-Tür­ki­yə mü­ha­ri­bə­si­nin baş­lan­ma­sın­dan is­ti­fa­də edə­rək "Daş­nak­sut­yun" par­ti­ya­sı rus or­du­su­nun tər­ki­bin­də 4 bö­yük si­lah­lı bir­ləş­mə təş­kil et­miş­di. Cəl­lad Andra­ni­kin baş­çı­lıq et­di­yi er­mə­ni dəs­tə­lə­ri Cə­nu­bi Azər­bay­ca­nın Xoy, Ur­mi­ya və Səl­mas əya­lət­lə­rin­də 150 mi­nə ya­xın, son­ra isə Şər­qi Ana­do­lu­nun Qars, Ər­zu­rum və Ər­da­han böl­gə­lə­rin­də 200 min­dən ar­tıq Azər­bay­can türklə­ri­ni uşaq, qo­ca, qa­dın ara­sın­da fərq qoy­ma­dan qət­lə ye­tir­miş, hə­min əra­zi­lə­ri Çar Ru­si­ya­sı­nın er­mə­ni­lə­rə vəd et­di­yi Er­mə­nis­tan döv­lə­ti­ni qur­maq üçün türklər­dən tə­miz­lə­miş­lər. Ru­si­ya­da 1917-ci il oktyabr çev­ri­li­şin­dən son­ra öz­lə­ri­ni Qaf­qaz­da bol­şe­vik ha­ki­miy­yə­ti­nin qa­nu­ni nü­ma­yən­də­lə­ri he­sab edən er­mə­ni­lər əsa­sən Tür­ki­yə­dən qa­çıb gə­lən er­mə­ni­lə­ri si­lah­lan­dı­ra­raq so­vet ha­ki­miy­yə­ti­ni qur­maq adı al­tın­da Ba­kı­da ha­ki­miy­yə­ti ələ ke­çir­miş­di­lər".

Təd­qi­qat­çı­nın söz­lə­ri­nə gö­rə, 1918-ci il mar­tın 30-u, 31-i və ap­re­lin 1-də bol­şe­vik qi­ya­fə­si­nə bü­rü­nən er­mə­ni­lər Ru­si­ya­nın hər­bi yar­dı­mı ilə Ba­kı­da soy­qı­rım tö­rə­də­rək 15 min mü­səl­ma­nı qət­lə ye­ti­rib. N.Mus­ta­fa qeyd edir ki, bu­ra­da məq­səd Ba­kı­nı ələ ke­çir­mək­dən, onun neft sər­və­ti­nə sa­hib çıx­maq­dan iba­rət idi. Onun vur­ğu­la­dı­ğı­na gö­rə, hə­min ilin mart-ap­rel-may ay­la­rın­da er­mə­ni­lər Şa­ma­xı­da, Qu­ba­da, Xaç­maz­da, Ağ­su­da, Kür­də­mir­də, Sal­yan­da, Lən­kə­ran­da küt­lə­vi qır­ğın­lar tö­rə­dib, 50 min­dən ar­tıq soy­da­şı­mız ən vəh­şi üsul­lar­la qət­lə ye­ti­ri­lib: "Qır­ğın­lar İrə­van qu­ber­ni­ya­sı əra­zi­sin­də, Qa­ra­bağ­da, Zən­gə­zur­da, Nax­çı­van­da, Qars vi­la­yə­tin­də da­ha aman­sız şə­kil­də tö­rə­dil­miş­di. Şa­ma­xı qə­za­sın­da 58, Qu­ba qə­za­sın­da 112, Gən­cə (Ye­li­za­vet­pol) qu­ber­ni­ya­sın­da 272 (o cüm­lə­dən Zən­gə­zur­da 115, Qa­ra­bağ­da 157), İrə­van qu­ber­ni­ya­sın­da 211, Qars vi­la­yə­tin­də 82 ya­şa­yış mən­tə­qə­si yer­lə-yek­san edil­miş, yüz min­lər­lə azər­bay­can­lı qət­lə ye­ti­ril­miş, bir mil­yo­na ya­xın əha­li öz ta­ri­xi-et­nik tor­paq­la­rın­dan di­dər­gin sa­lın­mış­dı. Azər­bay­can Xalq Cum­hu­riy­yə­ti qu­rul­duq­dan son­ra föv­qə­la­də is­tin­taq ko­mis­si­ya­sı ya­ra­dıl­mış və er­mə­ni­lə­rin xal­qı­mı­zın ba­şı­na gə­tir­dik­lə­ri mü­si­bət­lər şa­hid ifa­də­lə­ri əsa­sın­da sə­nəd­ləş­di­ril­miş­di.

Cum­hu­riy­yət hö­ku­mə­ti­nin qə­ra­rı ilə hər il mar­tın 31-ni ma­təm gü­nü ki­mi qeyd et­mək qə­ra­ra alın­mış­dı. Er­mə­ni tə­ca­vü­zü­nün qur­ban­la­rı­nın xa­ti­rə­si 1919-cu və 1920-ci il mar­tın 31-də ma­təm ki­mi qeyd edil­miş­di. 1920-ci il­dən son­ra Er­mə­nis­tan­da Azər­bay­can türklə­ri­nə qar­şı de­por­ta­si­ya si­ya­sə­ti "dostluq" və "bey­nəl­mi­ləl­çi­lik" pər­də­si al­tın­da da­vam et­di­ril­miş­dir. 1930-1937-ci il­lər­də Er­mə­nis­ta­nın Tür­ki­yə və İran­la sər­həd bo­yun­da ya­şa­yan 50 mi­nə ya­xın azər­bay­can­lı rep­res­si­ya­ya mə­ruz qa­la­raq həbs edil­miş, Qa­za­xıs­tan və Si­bir çöl­lə­ri­nə sür­gün edil­miş­lər.

1947-ci il de­kab­rın 23-də SSRİ Na­zir­lər So­ve­ti­nin "Er­mə­nis­tan SSR-də kol­xoz­çu və di­gər azər­bay­can­lı əha­li­nin Azər­bay­can SSR-in Kür-Araz ova­lı­ğı­na kö­çü­rül­mə­si haq­qın­da" qə­ra­rı­na əsa­sən, 1948-1953-cü il­lər­də azər­bay­can­lı­lar ya­şa­yan ən mün­bit əra­zi­lər­dən, xü­su­sən də İrə­van və onun ət­raf ra­yon­la­rın­dan 150 mi­nə ya­xın əha­li de­por­ta­si­ya­ya mə­ruz qa­la­raq Azər­bay­ca­nın aran ra­yon­la­rı­na kö­çü­rül­müş­dür. Kö­çü­rü­lən əha­li­nin təq­ri­bən ya­rı­sı iq­lim şə­ra­i­ti­nə uy­ğun­laş­ma­ya­raq tə­ləf ol­muş­dur.

1988-ci il­də keç­miş SSRİ rəh­bər­li­yi­nin Azər­bay­ca­na qar­şı qə­rəz­li möv­qe­yin­dən is­ti­fa­də edən Er­mə­nis­tan Res­pub­li­ka­sı Dağ­lıq Qa­ra­bağ Mux­tar Vi­la­yə­ti­ni an­nek­si­ya et­mə­yə cəhd gös­tər­mək­lə ya­na­şı, Er­mə­nis­tan SSR Ali So­ve­ti ses­si­ya­sı­nın məx­fi gös­tə­ri­şi­nə əsa­sən, 1988-ci il no­yab­rın 22-dən 28-dək müd­dət ər­zin­də soy­daş­la­rı­mız ya­şa­yan 22 ra­yon­da 170 sırf və 94 qa­rı­şıq (er­mə­ni­lər­lə) ya­şa­yış məs­kən­lə­ri azər­bay­can­lı­lar­dan tə­miz­lən­miş, nə­ti­cə­də 200 min­dən ar­tıq azər­bay­can­lı, 18 min mü­səl­man kürd, min nə­fər rus­dil­li əha­li Azər­bay­ca­na pə­nah gə­tir­miş­lər. Hə­min vaxt 216 azər­bay­can­lı vəh­şi­cə­si­nə qət­lə ye­ti­ril­miş, min­lər­lə qa­dın, uşaq və qo­ca bə­dən xə­sa­rə­ti al­mış, on min­lər­lə ai­lə­nin əm­la­kı qa­rət olun­muş­dur.

Rəs­mi Er­mə­nis­tan azər­bay­can­lı­la­ra qar­şı soy­qı­rım hə­ya­ta ke­çi­rə­rək, on­la­rı ta­ri­xi-et­nik tor­paq­la­rın­dan tə­miz­lə­dik­dən son­ra mə­nə­vi soy­qı­rım - türkmən­şə­li to­po­nim­lə­ri er­mə­ni­cə­ləş­dir­mək ak­si­ya­sı­nı hə­ya­ta ke­çir­miş­dir. Son vaxtla­ra qə­dər möv­cud olan türkmən­şə­li to­po­ni­min ha­mı­sı də­yiş­di­ril­miş və ya­xud soy­daş­la­rı­mı­zın ya­şa­dıq­la­rı kəndlər ölü zo­na­ya çev­ri­lə­rək, ya­şa­yış mən­tə­qə­lə­ri­nin si­ya­hı­sın­dan si­lin­miş­dir".

Təd­qi­qat­çı ya­zır ki, mo­no­et­nik Er­mə­nis­tan döv­lə­ti ya­rat­ma­ğa na­il olan Er­mə­nis­tan rəh­bər­lə­ri onu dəs­tək­lə­yən döv­lət­lə­rin hər­bi-sə­na­ye po­ten­si­a­lın­dan qi­da­la­na­raq əha­li­si­nin 30 fa­i­zi­ni azər­bay­can­lı­lar təş­kil edən Dağ­lıq Qa­ra­bağ Mux­tar Vi­la­yə­ti­ni, ha­be­lə 7 ət­raf ra­yo­nu (La­çın, Kəl­bə­cər, Qu­bad­lı, Zən­gi­lan, Cəb­ra­yıl, Ağ­dam və Fü­zu­li ra­yon­la­rı­nı) iş­ğal edə­rək xa­ra­ba­za­ra çe­vi­rib, əha­li­ni soy­qı­rı­ma mə­ruz qo­yub­lar. Təd­qi­qat­çı­nın bil­dir­di­yi­nə gö­rə, Er­mə­nis­tan si­lah­lı qüv­və­lə­ri Azər­bay­ca­nın 12 ra­yo­nu­nu iş­ğal edib (əra­zi­si­nin 20 fa­i­zi, ya­xud 1/5 his­sə­si­ni), 20 mi­nə ya­xın Azər­bay­can və­tən­da­şı­nı öl­dü­rüb, 4 mi­nə ya­xın əha­li­ni gi­rov gö­tü­rüb ki, on­la­rın da ək­sə­riy­yə­ti uşaq­lar, qa­dın­lar və qo­ca­lar təş­kil edir: "1992-ci il fev­ra­lın 26-da tö­rə­di­lən Xo­ca­lı soy­qı­rı­mı dün­ya ta­ri­xin­də ana­lo­qu ol­ma­yan vəh­şi­li­yin nü­mu­nə­si­dir. Bir mil­yo­na ya­xın azər­bay­can­lı er­mə­ni tə­ca­vü­zü nə­ti­cə­sin­də öz tor­paq­la­rın­dan qaç­qın düş­müş­dür. İş­ğal edil­miş əra­zi­lər­də 4 min­dən çox sə­na­ye və kənd tə­sər­rü­fa­tı ob­yek­ti, 724 şə­hər, kənd və qə­sə­bə qa­rət edil­miş, ümu­mi sa­hə­si 6 mil­yon kv. m. olan 180 min­dən ar­tıq mən­zil və şəx­si ev, mi­nə ya­xın tə­lim-tər­bi­yə mü­əs­si­sə­si, 3 mi­nə ya­xın mə­də­ni-ma­a­rif oca­ğı, 700-dən ar­tıq tibb mü­əs­si­sə­si er­mə­ni van­dal­la­rı tə­rə­fin­dən da­ğı­dıl­mış­dır.

Tək­cə XX yü­zil­lik­də bir mil­yo­na ya­xın azər­bay­can­lı er­mə­ni­lər tə­rə­fin­dən vəh­şi­cə­si­nə öl­dü­rül­müş, 1,5 mil­yon­dan ar­tıq soy­daş­la­rı­mız in­di­ki Er­mə­nis­tan əra­zi­sin­dən de­por­ta­si­ya edil­miş­lər. 1918-ci il­də im­za­la­nan Ba­tum mü­qa­vi­lə­si­nə əsa­sən, cə­mi­si 9 min kv. km. əra­zi­si olan Er­mə­nis­tan 1988-ci il­də onu 30 min kv. km.-ə çat­dır­mış, ha­zır­da isə iş­ğal et­di­yi əra­zi­lər­lə bir­lik­də azı 45 min kv. km. əzə­li Azər­bay­can tor­paq­la­rı­nı öz nə­za­rə­ti al­tı­na al­mış­dır.

Er­mə­nis­tan si­lah­lı qüv­və­lə­ri­nin iş­ğal olun­muş Azər­bay­can əra­zi­lə­rin­dən qeyd-şərtsiz çı­xa­rıl­ma­sı haq­qın­da BMT Təh­lü­kə­siz­lik Şu­ra­sı 4 qət­na­mə (822, 853, 874, 884 say­lı) qə­bul et­miş­dir. Er­mə­nis­tan Res­pub­li­ka­sı hə­min qət­na­mə­lə­rin tə­ləb­lə­ri­nə in­di­yə­dək əməl et­mə­miş­dir.

Ta­ri­xi faktlar, ar­xiv sə­nəd­lə­ri, sta­tis­tik mə­lu­mat­lar be­lə nə­ti­cə­yə gəl­mə­yə əsas ve­rir ki, in­di­ki Er­mə­nis­tan əra­zi­sin­də və Azər­bay­ca­nın iş­ğal edil­miş əra­zi­lə­rin­də er­mə­ni si­lah­lı bir­ləş­mə­lə­ri­nin azər­bay­can­lı­la­ra qar­şı tö­rət­dik­lə­ri küt­lə­vi qır­ğın­lar və cə­za ak­si­ya­la­rı BMT Baş Məc­li­si­nin 9 de­kabr 1948-ci il ta­rix­li Kon­ven­si­ya­sı­na gö­rə soy­qı­rım he­sab edil­mə­li­dir.

Er­mə­ni­lə­rin XIX-XX əsrlər­də azər­bay­can­lı­la­ra qar­şı tö­rət­dik­lə­ri soy­qı­rım və küt­lə­vi rep­res­si­ya ak­si­ya­la­rı­na hü­qu­qi-si­ya­si qiy­mət ver­mək məq­sə­di­lə ümum­mil­li li­de­ri­miz Hey­dər Əli­yev 26 mart 1998-ci il­də "Azər­bay­can­lı­la­rın soy­qı­rı­mı haq­qın­da" Fər­man im­za­la­mış və bü­tün soy­qı­rım fa­ci­ə­lə­ri­ni yad et­mək məq­sə­di­lə 31 mart - Azər­bay­can­lı­la­rın Soy­qı­rı­mı Gü­nü elan edil­miş­dir.

Ümum­mil­li li­de­ri­miz Hey­dər Əli­ye­vin is­tər "Azər­bay­can­lı­la­rın soy­qı­rı­mı haq­qın­da" 26 mart 1998-ci il ta­rix­li fər­ma­nı, is­tər "1948-1953-cü il­lər­də azər­bay­can­lı­la­rın Er­mə­nis­tan SSR əra­zi­sin­də­ki ta­ri­xi-et­nik tor­paq­la­rın­dan küt­lə­vi su­rət­də de­por­ta­si­ya­sı haq­qın­da" 18 de­kabr 1987-ci il ta­rix­li fər­ma­nı, is­tər­sə də hə­min fər­man­la­rın ic­ra­sı ilə bağ­lı im­za­la­dı­ğı sə­rən­cam­lar və elə­cə də döv­lət baş­çı­sı İl­ham Əli­ye­vin hər il soy­qı­rım gü­nü ərə­fə­sin­də et­di­yi mü­ra­ci­ət­lər qan yad­da­şı­mı­zın oyan­ma­sı­na, ta­ri­xi keç­mi­şi­mi­zə qar­şı bi­ga­nə­li­yi­mi­zə son qoy­ma­ğa xid­mət edir.

Er­mə­ni­lər xal­qı­mı­zın qan yad­da­şı­nın bər­pa olun­ma­sın­dan, ta­ri­xi keç­mi­şin­də ona qar­şı edi­lən zülmlər­dən xə­bər­dar ol­ma­sın­dan, er­mə­ni şo­vi­niz­mi­nin, er­mə­ni ter­ro­riz­mi­nin if­şa olun­ma­sın­dan çox na­ra­hat­dır­lar".

Alim vur­ğu­la­yır ki, di­gər tə­rəf­dən, Azər­bay­ca­nın bir döv­lət ki­mi qüd­rət­lən­mə­si, onun re­gi­o­nun apa­rı­cı döv­lə­ti­nə çev­ril­mə­si, Er­mə­nis­ta­nın isə bü­tün bey­nəl­xalq la­yi­hə­lər­dən təc­rid olun­ma­sı, in­san eh­ti­yat­la­rı­nın tü­kən­mə­si onun bir döv­lət ki­mi perspek­tiv­siz­li­yin­dən xə­bər ve­rir.

Təd­qi­qat­çı­nın qeyd et­di­yi­nə gö­rə, Azər­bay­can isə sülhpər­vər, bey­nəl­xalq hü­quq nor­ma­la­rı­na hör­mət edən, se­pa­ra­tiz­min və ter­ror­çu­lu­ğun əley­hi­nə ar­dı­cıl mü­ba­ri­zə apa­ran bir döv­lət imi­ci qa­za­nıb. Azər­bay­ca­nın haqq işi, o cüm­lə­dən ona qar­şı edi­lən ta­ri­xi əda­lət­siz­li­yin ara­dan qal­dı­rıl­ma­sı is­ti­qa­mə­tin­də at­dı­ğı ad­dım­lar təd­ri­cən bey­nəl­xalq ic­ti­ma­iy­yət tə­rə­fin­dən an­la­şı­lır və qə­bul edi­lir. N.Mus­ta­fa­nın bil­dir­di­yi­nə gö­rə, azər­bay­can­lı­la­ra qar­şı er­mə­ni­lə­rin tö­rət­dik­lə­ri soy­qı­rım­la­rın ta­nın­ma­sı da, gec-tez, ta­ri­xi əda­lət­siz­li­yə ve­ri­lən hü­qu­qi-si­ya­si qiy­mət ki­mi dün­ya döv­lət­lə­ri tə­rə­fin­dən qə­bul edi­lə­cək. Alim qeyd edir ki, er­mə­ni­lə­rin "soy­qı­rı­ma mə­ruz qa­lan xalq" ki­mi de­yil, məhz soy­qı­rım tö­rə­dən xalq imi­ci­ni qa­za­na­ca­ğı ta­rix çox da uzaq­da de­yil.

Er­mə­ni­lə­rin Azər­bay­can xal­qı­nın ba­şı­na gə­tir­di­yi fa­ci­ə­lər haq­qın­da ar­tıq dün­ya­nın mə­lu­ma­tı var. Azər­bay­can alim­lə­ri­nin, elə­cə də Azər­bay­can döv­lə­ti­nin bu sa­hə­də apar­dı­ğı ge­niş­miq­yas­lı iş­lər nə­ti­cə­si­ni ver­mək­də­dir.

İra­də SA­RI­YE­VA

Ya­zı Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti ya­nın­da Küt­lə­vi İn­for­ma­si­ya Va­si­tə­lə­ri­nin İn­ki­şa­fı­na Döv­lət Dəs­tə­yi Fon­du­nun ma­liy­yə dəs­tə­yi­lə çap olu­nur.

Son xəbərlər