20/02/2017 22:37
728 x 90

Qlo­bal Ru­si­ya-ABŞ zid­diy­yət­lə­ri­nin çö­züm ye­ri - Ba­kı...

img

Ru­si­ya və ABŞ ara­sın­da si­ya­si, hər­bi müs­tə­vi­də zid­diy­yət­lə­rin tam ara­dan qalxma­ma­sı fo­nun­da dün­ya­nın diq­qə­ti Azər­bay­can pay­tax­tı­na yö­nə­lib. Bu­nun əsas sə­bə­bi ABŞ Si­lah­lı Qüv­və­lə­ri­nin Bir­gə Qə­rar­gah­lar Rə­is­lə­ri Ko­mi­tə­si­nin səd­ri, ge­ne­ral Co­zef Dan­fordla Ru­si­ya Si­lah­lı Qüv­və­lə­ri­nin Baş Qə­rar­gah rə­i­si, or­du ge­ne­ra­lı Va­le­ri Ge­ra­si­mo­vun Ba­kı gö­rü­şü­dür.

Tə­rəf­lər ara­sın­da son il­lər ər­zin­də hər­bi müs­tə­vi­də bu, ən yük­sək tə­mas sa­yı­lır. Məhz Ba­kı­da apa­rı­lan mü­za­ki­rə­lə­rin nə­ti­cə­lə­rin­dən son­ra Ru­si­ya və ABŞ ara­sın­da hər­bi müs­tə­vi­də zid­diy­yət­lə­rin ara­dan qal­xıb-qalxma­ya­ca­ğı bəl­li ola­caq.

Gö­rü­şün de­tal­la­rı ba­rə­də də­qiq mə­lu­mat­lar ve­ril­mə­sə də, rəs­mi mə­lu­mat­lar mü­əy­yən nə­ti­cə­lər çı­xar­ma­ğa əsas ve­rir. Xa­tır­la­daq ki, gö­rüş haq­da ilk rəs­mi mə­lu­ma­tı ABŞ-ın Bir­gə Qə­rar­gah­lar rə­i­si­nin ofi­si ya­yıb. Bu­ra­da qeyd olu­nur: "Hər­bi li­der­lər ha­zır­da Ame­ri­ka-Ru­si­ya hər­bi mü­na­si­bət­lə­ri və iki öl­kə ara­sın­da səhvlə­rə və po­ten­si­al böh­ran­la­ra yol ve­ril­mə­mə­si məq­sə­di­lə da­i­mi və də­qiq kom­mu­ni­ka­si­ya­la­rın əhə­miy­yə­ti­ni mü­za­ki­rə edə­cək". Da­ha son­ra Ru­si­ya Mü­da­fiə Na­zir­li­yi tə­rəf­lə­rin Ba­kı­da gö­rü­şü ba­rə­də mə­lu­mat ya­yıb: "Ra­zı­laş­dı­rıl­mış gün­də­lik­də du­ran mə­sə­lə­lə­rə Ru­si­ya və ABŞ ara­sın­da qar­şı­lıq­lı hər­bi fə­a­liy­yə­tin ha­zır­kı və­ziy­yə­ti və perspek­tiv­lə­ri, elə­cə də tə­rəf­lə­rin hər­bi fə­a­liy­yə­ti ilə bağ­lı in­si­dentlə­rin qar­şı­sı­nın alın­ma­sı­nın mü­za­ki­rə­si da­xil­dir. Bun­dan əla­və, dün­ya­nın böh­ran­lı re­gi­on­la­rın­da təh­lü­kə­siz­lik sa­hə­sin­də və­ziy­yət ba­rə­də fi­kir mü­ba­di­lə­si apa­rı­la­caq". Be­lə­lik­lə, rəs­mi mə­lu­mat­lar­dan gö­rün­dü­yü ki­mi, gö­rüş­də əsas diq­qət mər­kə­zin­də Ru­si­ya və ABŞ ara­sın­da hər­bi zid­diy­yət­lə­rə son qo­yul­ma­sı du­rur. Yu­xa­rı­da qeyd olun­du­ğu ki­mi bu, ABŞ və Ru­si­ya hər­bi ko­man­dan­lıq­la­rı ara­sın­da son il­lər­də baş tu­tan ən yük­sək sə­viy­yə­li gö­rüş­dür. Onu da xa­tır­la­daq ki, ABŞ-la Ru­si­ya ara­sın­da hər­bi əla­qə­lər Oba­ma ad­mi­nistra­si­ya­sı döv­rün­də ta­ma­mi­lə da­yan­dı­rıl­mış­dı. Tə­rəf­lər yal­nız Su­ri­ya sə­ma­sın­da reydlər ke­çi­rən hər­bi təy­ya­rə­lə­ri­nin toq­quş­ma­ma­sı və di­gər müm­kün in­si­dentlə­rin qar­şı­sı­nın alın­ma­sı üçün əla­qə­lən­di­ri­ci za­bit­lər sə­viy­yə­sin­də tə­mas sax­la­yır­dı. İn­di isə ABŞ-da mə­lum ha­ki­miy­yət də­yi­şik­li­yin­dən son­ra tə­rəf­lər da­ha yük­sək sə­viy­yə­də əla­qə ya­rat­ma­ğa qə­rar ve­rib. Göz­lə­nir ki, ilk mər­hə­lə­də tə­rəf­lər Su­ri­ya­da bir­gə hə­rə­kət edə­cək. Qeyd edək ki, Tramp ad­mi­nistra­si­ya­sı Su­ri­ya­ya da­ir kur­sun də­yiş­di­ril­mə­si­ni plan­laş­dı­rır. Tramp ar­tıq Su­ri­ya­da təh­lü­kə­siz­lik zo­na­la­rı­nın ya­ra­dıl­ma­sı və ter­ror­çu­la­rın məh­vi­nə da­ir pla­nın ha­zır­lan­ma­sı ilə bağ­lı Pen­ta­qo­na mü­va­fiq fər­man­la gös­tə­riş ve­rib. Bu­ra­da Ru­si­ya ilə bir­gə hə­rə­kət edil­mə­si is­tis­na olun­mur. Di­gər əsas mə­qam ABŞ-ın Şər­qi Av­ro­pa­da möh­kəm­lən­mə­si­dir. Ha­zır­da Oba­ma ad­mi­nistra­si­ya­sı döv­rün­də qə­bul edil­miş qə­ra­ra uy­ğun ola­raq, ABŞ tankla­rı və di­gər hər­bi tex­ni­ka­sı Şər­qi Av­ro­pa, Bal­tik öl­kə­lə­rin­də cəm­ləş­di­ri­lir. Am­ma NA­TO mü­da­fiə na­zir­lə­ri­nin Brüs­sel top­lan­tı­sın­da ABŞ mü­da­fiə na­zi­ri, "qu­duz kö­pək" lə­qəb­li ge­ne­ral Ceyms Mat­tis bil­di­rir ki, NA­TO-nun Av­ro­pa öl­kə­lə­ri mü­da­fi­ə­lə­ri­ni öz­lə­ri təş­kil et­mə­li­dir. O, NA­TO öl­kə­lə­ri­nə mü­ra­ci­ət edə­rək, on­la­rı mü­da­fiə xərclə­ri­ni ar­tır­ma­ğa ça­ğı­rıb. Əks təq­dir­də o, Va­şinqto­nun al­yans öh­də­lik­lə­ri­nə mü­na­si­bə­ti­nin də­yi­şə bi­lə­cə­yi haq­da xə­bər­dar­lıq edib: "Mən si­zin qar­şı­nız­da ABŞ-da­kı si­ya­si re­al­lı­ğa ay­dın­lıq gə­tir­mə­yi və mə­nim həm­və­tən­lə­ri­min əda­lət­li tə­lə­bi­ni konkret şərtlər­lə səs­lən­dir­mə­yi özü­mə borc bi­li­rəm. Ame­ri­ka öz mə­su­liy­yə­ti­nin yü­kü­nü çə­kə­cək, an­caq siz Ame­ri­ka­nın al­yan­sa öz öh­də­lik­lə­ri­ni də­yiş­mə­si­ni is­tə­mir­si­niz­sə, pay­taxtla­rı­nız ümu­mi mü­da­fi­ə­mi­zə sə­da­qə­ti­ni nü­ma­yiş et­dir­mə­li­dir. Qərb də­yər­lə­ri­nin mü­da­fi­ə­si üçün ame­ri­ka­lı ver­gi ödə­yən­lər­dən xərclə­rin dispro­por­si­o­nal pa­yı­nı öz üzər­lə­ri­nə gö­tür­mə­yi göz­lə­mək ol­maz. Ame­ri­ka­lı­lar si­zin uşaq­la­rı­nı­zın təh­lü­kə­siz­li­yi­nin qey­di­nə siz­dən çox qa­la bil­məz. Hər­bi ha­zır­lı­ğa la­qeydlik özü­mü­zə, al­yan­sa və bi­zə mi­ras qal­mış azad­lıq­la­ra hör­mət bəs­lə­mə­di­yi­mi­zi nü­ma­yiş et­di­rir". Pre­zi­dent Tramp hə­lə seç­ki kam­pa­ni­ya­sın­da də­fə­lər­lə al­yan­sın "köh­nəl­di­yi" və üzvlə­rin öz xərclə­ri­ni ödə­mə­di­yi ba­rə­də na­ra­zı­lıq edir­di. Ha­zır­da 28 NA­TO üz­vü ara­sın­da yal­nız beş öl­kə - ABŞ, Bö­yük Bri­ta­ni­ya, Yu­na­nıs­tan, Pol­şa və Es­to­ni­ya ÜDM-lə­rin­dən mi­ni­mum 2 fa­i­zi mü­da­fiə xərclə­ri­nə sərf edir. İn­di he­sab olu­nur ki, NA­TO-nun Av­ro­pa öl­kə­lə­ri mü­da­fiə xərclə­ri­ni ar­tır­sa, ABŞ-ın Şər­qi Av­ro­pa, Bal­tik öl­kə­lə­rin­də hər­bi tex­ni­ka cəm­ləş­dir­mə­si­nə eh­ti­ya qal­ma­ya­caq. Bu da ABŞ və Ru­si­ya ara­sın­da zid­diy­yət­lə­rin ara­dan qalxma­sı de­mək­dir.

Na­hid SA­LA­YEV

Son xəbərlər