18/10/2017 04:06
728 x 90

Er­mə­ni na­zir Mün­hen­də Məm­məd­ya­rov­la gö­rüş­dən qaç­sa... ən ağıl­lı adam­lar ən pis proq­noz­lar ve­rir

img

Mə­lu­mat ve­ril­di­yi ki­mi, fev­ra­lın 17-19-da Al­ma­ni­ya­da 53-cü il­lik Mün­hen Təh­lü­kə­siz­lik Konfran­sı ke­çi­ri­lə­cək və bu­ra­da Azər­bay­can, Er­mə­nis­ta­nın xa­ri­ci iş­lər na­zir­lə­ri də iş­ti­rak edə­cək. Konfrans çər­çi­və­sin­də ke­çi­ri­lə­cək gö­rüş­lər­də əsas iş­ti­rak­çı­lar­dan bi­ri də ATƏT-in Minsk Qru­pu­nun həm­sədrlə­ri ola­caq.

Onu da bil­di­rək ki, Mün­hen Təh­lü­kə­siz­lik Konfran­sı çər­çi­və­sin­də Azər­bay­ca­nın xa­ri­ci iş­lər na­zi­ri El­mar Məm­məd­ya­ro­vun ATƏT-in Minsk Qru­pu­nun həm­sədrlə­ri ilə gö­rü­şü nə­zər­də tu­tu­lub. Elə Er­mə­nis­ta­nın xa­ri­ci iş­lər na­zi­ri Ed­vard Nal­bandyan da Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si­nin ni­zam­lan­ma­sı üz­rə ATƏT-in Minsk Qru­pu­nun həm­sədrlə­ri ilə gö­rü­şə­cək. Am­ma na­zir­lə­rin bir-bi­ri­lə gö­rü­şü­nün baş tu­tub-tut­ma­ya­ca­ğı hə­lə də­qiq bəl­li de­yil. Hal­bu­ki, ATƏT-in Minsk Qru­pu­nun ru­si­ya­lı həm­səd­ri İqor Po­pov Mün­hen­də Azər­bay­can və Er­mə­nis­ta­nın xa­ri­ci iş­lər na­zir­lə­ri­nin gö­rü­şü­nü təş­kil et­mə­yə ha­zır ol­duq­la­rı­nı bil­di­rib. Onun söz­lə­ri­nə gö­rə, həm­sədrlər gö­rüş­lə bağ­lı El­mar Məm­məd­ya­rov və Ed­vard Nal­bandyan­la ay­rı-ay­rı­lıq­da məs­lə­hət­ləş­mək ba­rə­də ra­zı­lı­ğa gə­lib­lər: "Na­zir­lər ma­raq­lı ol­sa­lar, biz on­la­rın gö­rü­şü­nü təş­kil et­mə­yə ha­zı­rıq".

Qeyd edək ki, El­mar Məm­məd­ya­rov be­lə bir gö­rü­şə ha­zır ol­du­ğu­nu bil­di­rib. Am­ma Er­mə­nis­tan tə­rə­fi gö­rüş­lə bağ­lı hə­lə də də­qiq ca­vab ver­mə­yib. Be­lə gö­rü­nür ki, er­mə­ni tə­rə­fi da­nı­şıq­lar­dan ya­yın­ma­ğa üs­tün­lük ve­rir. Di­gər tə­rəf­dən, Azər­bay­can gö­rüş­də konkret nə­ti­cə­lə­rin əl­də olun­ma­sı­nı tə­ləb ki­mi qo­yur. Er­mə­ni tə­rə­fi bu mə­qam­dan da ya­yı­nır. Ekspertlər isə he­sab edir ki, be­lə və­ziy­yət Er­mə­nis­ta­nın möv­qe­yi üzün­dən hər­bi toq­quş­ma­lar ris­qi­ni ar­tı­rır. Krem­lə ya­xın­lı­ğı ilə se­çi­lən ru­si­ya­lı po­li­to­loq Ser­gey Mar­kov da in­di­ki du­rum­da təh­lü­kə­li və­ziy­yə­tin ya­ran­dı­ğı­nı bil­di­rir: "ATƏT-in Minsk Qru­pu­nun həm­sədrlə­ri Azər­bay­can və Er­mə­nis­tan xa­ri­ci iş­lər na­zir­lə­ri­nin Mün­hen­də gö­rü­şü­nü ke­çir­mə­yə ça­lı­şa­caq. Ru­si­ya da Er­mə­nis­ta­nın gö­rüş­də iş­ti­rak et­mə­si üçün təz­yiq edə bi­lər. La­kin tə­əs­süf­lə proq­noz­laş­dı­rı­ram ki, bu da­nı­şıq­lar nə­yə­sə na­il ol­ma­ya­caq. Çün­ki ötən il "Ka­zan düs­tu­ru", yə­ni Qa­ra­bağ ət­ra­fın­da­kı ra­yon­la­rın qay­ta­rıl­ma­sı çər­çi­və­sin­də bö­yük ra­zı­laş­ma­nın im­za­lan­ma­sı müm­kün idi, la­kin şans əl­dən qa­çı­rıl­dı. Er­mə­nis­tan rəh­bər­li­yi bu­nu im­za­la­maq­dan bo­yun qa­çır­dı. Bu ba­xım­dan, Mün­hen gö­rü­şün­dən son­ra­kı və­ziy­yə­ti təh­lü­kə­li he­sab edi­rəm".

Mar­ko­vun fik­rin­cə, Mün­hen gö­rü­şün­dən son­ra bö­yük ha­di­sə­lər ola­caq: "Qor­xu ilə qeyd edi­rəm ki, ya hər­bi toq­quş­ma­lar baş­la­ya­caq, ya da baş­qa nə­lər­sə ola­caq. La­kin o da də­qiq­dir ki, Er­mə­nis­tan rəh­bər­li­yi Qa­ra­bağ mü­na­qi­şə­si­nin ni­za­ma sa­lın­ma­sı üz­rə öz möv­qe­yi­ni də­yiş­mə­yə­cək". Məhz bu da böl­gə­də hər­bi toq­quş­ma­lar ris­qi­ni əhə­miy­yət­li də­rə­cə­də yük­səl­dir.

Di­gər tə­rəf­dən er­mə­ni­lə­rin at­dı­ğı da­ha bir ad­dım mü­na­qi­şə­nin dinc yol­la həl­li­nə müs­bət heç nə vəd et­mir. Söh­bət Er­mə­nis­ta­nın bir­tə­rəf­li qay­da­da Azər­bay­can tor­paq­la­rı­nın iş­ğa­lı­nı rəs­mi­ləş­dir­mə­yə ça­lış­ma­sın­dan və Qa­ra­bağ se­pa­rat­çı­la­rı­nın "konsti­tu­si­ya is­la­hat­la­rı" ilə bağ­lı "re­fe­ren­dum" ke­çir­mək cəhdlə­rin­dən ge­dir. Bu­nun­la er­mə­ni tə­rə­fi sülh pro­se­sin­dən qaç­dı­ğı­nı gös­tə­rir və be­lə və­ziy­yət də böl­gə­də ye­ni mü­ha­ri­bə­nin baş­lan­ma­sı ki­mi qə­bul edi­lə bi­lər. Ay­dın­dır ki, bu fon­da müm­kün hər­bi toq­quş­ma­lar ötən ilin ap­re­li ilə mü­qa­yi­sə­də da­ha ge­niş­miq­yas­lı ola­caq. Am­ma bu və­ziy­yət­də məğ­lub du­ru­ma dü­şə­cək­lə­ri­ni er­mə­ni­lər öz­lə­ri də yax­şı bi­lir. Çün­ki bu öl­kə­nin or­du­sun­da tə­nəz­zül ge­də­rək da­ha da də­rin­lə­şir. Bu xü­sus­da Er­mə­nis­ta­nın mü­da­fiə na­zi­ri Vi­gen Sar­kis­ya­nın Azər­bay­can­la həm­sər­həd böl­gə­lə­rə "təf­tiş" məq­səd­li sə­fə­ri­ni şərh edər­kən hər­bi ekspert, eh­ti­yat­da olan pol­kov­nik Əda­lət Hə­sə­nov çox ma­raq­lı fi­kir­lər səs­lən­di­rib. O qeyd edib ki, Qa­ra­bağ sa­va­şı­nı, ümu­miy­yət­lə mü­ha­ri­bə və or­du hə­ya­tı­nı fo­to və vi­de­o­lentlər­dən iz­lə­yən, ki­tab, qə­zet və in­ter­net­dən oxu­yan, "mü­ha­ri­bə"də iş­ti­ra­kı yal­nız kompyu­ter oyun­la­rı ilə məh­dud­la­şan gənc na­zi­rin Er­mə­nis­tan or­du­sun­da nü­fu­zu dö­şə­mə ha­şi­yə­si sə­viy­yə­sin­dən də aşa­ğı­dır: "Pe­şə­kar hərbçi ol­ma­yan, ümu­miy­yət­lə hər­bi iş­dən ba­şı çıx­ma­yan, qo­şun­la­rın ida­rə olun­ma­sı və dö­yüş əmə­liy­yat­la­rı­nın apa­rıl­ma­sı haq­qın­da tə­səv­vü­rü be­lə ol­ma­yan V.Sar­kis­ya­nın si­lah­lı qüv­və­lər­lə bağ­lı­lı­ğı onun tər­cü­me­yi-ha­lın­da yal­nız bir sə­tir­lə ifa­də olu­nub. O, 2000-2003-cü il­lər­də mü­da­fiə na­zi­ri­nin re­fe­ren­ti və­zi­fə­sin­də xid­mət edib. Bu­nun­la be­lə, V.Sar­kis­ya­nın Er­mə­nis­tan­da baş ve­rən iri­li-xır­da­lı ək­sər kor­rup­si­ya qal­ma­qal­la­rın­da, di­gər mən­fi hal­lar­da adı hal­lan­dı­rı­lan Serj Sar­kis­yan ad­mi­nistra­si­ya­sı ilə bir­ba­şa bağ­lı­lı­ğı var. Məhz bu, onun be­lə bir stra­te­ji pos­ta tə­yin olun­ma­sı­na tə­kan ve­rən amil­dir.

Hər­bi his­sə­lə­rə sə­fər­lə­ri za­ma­nı hərbçi­lər qar­şı­sın­da şəx­si tə­kəb­bü­rü və am­bi­si­ya­la­rı xət­ri­nə səs­lən­dir­di­yi bə­sit, hərb işin­dən uzaq, qey­ri-pe­şə­kar fi­kir­lər Er­mə­nis­tan or­du­sun­da ha­zır­da xid­mət edən Sey­ran Ohan­ya­na sa­diq "köh­nə qvar­di­ya"nın və Qa­ra­bağ mü­ha­ri­bə­si iş­ti­rak­çı­la­rı­nın cid­di, ey­ni za­man­da, hə­lə­lik üs­tü­ör­tü­lü eti­raz­la­rı ilə qar­şı­la­nır. Er­mə­ni po­li­to­loq və şərhçi­lə­ri­nin də fik­rin­cə, be­lə da­vam edər­sə, qı­sa müd­dət­də V.Sar­kis­ya­nın ən pis hal­da fi­zi­ki məh­vi, ən yax­şı hal­da isə və­zi­fə­dən uzaq­laş­dı­rıl­ma­sı pro­se­si qa­çıl­maz­dır". Ay­dın­dır ki, mü­da­fiə na­zi­ri bu sə­viy­yə­də olan or­du Azər­bay­can qar­şı­sın­da heç cür tab gə­ti­rə bil­məz. Məhz bu fon­da ay­dın­dır ki, ye­ni hər­bi toq­quş­ma­lar er­mə­ni­lə­rin da­ha tez müd­dət­də dar­ma­da­ğın ol­ma­sı ilə nə­ti­cə­lə­nə­cək.

Na­hid SA­LA­YEV

Son xəbərlər