14/12/2017 02:24
728 x 90

ABŞ İra­na qar­şı hər­bi ərəb öl­kə­lə­ri blo­ku ya­ra­dır(?)

img

ABŞ-da mə­lum ha­ki­miy­yət də­yi­şiklyin­dən son­ra bu öl­kə­də İra­na qar­şı mü­na­si­bə­tin ge­də­rək da­ha sərt xa­rak­ter al­dı­ğı mü­şa­hi­də olu­nur. Ar­tıq rəs­mi Va­şinqton bir ne­çə də­fə yük­sək sə­viy­yə­də İra­na qar­şı hər­bi əmə­liy­yat­la­ra start ve­rə bi­lə­cə­yi­ni bə­yan edib. Son mə­lu­mat­lar isə ABŞ-ın bu is­ti­qa­mət­də ar­tıq konkret fə­a­liy­yə­tə keç­di­yi­ni üzə çı­xa­rır.

"The Wall Stre­et Jo­ur­nal" qə­ze­ti ya­zır ki, hət­ta rəs­mi Va­şinqton bir sı­ra ərəb öl­kə­lə­ri ilə İra­na qar­şı hər­bi al­yan­sın ya­ra­dıl­ma­sı­nı mü­za­ki­rə edir. Al­yan­sa Sə­u­diy­yə Ərə­bis­ta­nı, Bir­ləş­miş Ərəb Əmir­lik­lə­ri, Mi­sir və İor­da­ni­ya qa­tı­la bi­lər. Gə­lə­cək­də al­yan­sa di­gər ərəb öl­kə­lə­ri­nin də qo­şul­ma­sı nə­zər­də tu­tu­lub. Mə­lu­ma­ta gö­rə, ha­zır­da al­yan­sın iş prin­si­pi­nin de­tal­la­rı ha­zır­lan­ma mər­hə­lə­sin­də­dir. Xa­tır­la­daq ki, Sə­u­diy­yə Ərə­bis­ta­nı, Bir­ləş­miş Ərəb Əmir­lik­lə­ri, Mi­sir və İor­da­ni­ya­nın İran­la mü­na­si­bət­lə­ri o qə­dər də yax­şı de­yil və on­lar İra­na qar­şı müm­kün hər­bi əmə­liy­yat­lar­da ABŞ-a hər cür dəs­tək ver­mə­yə ha­zır­dır.

ABŞ pre­zi­den­ti Do­nald Tramp isə İs­ra­i­lin baş na­zi­ri Ben­ya­min Ne­tan­ya­hu ilə gö­rüş­dən son­ra bir da­ha bil­di­rib ki, Va­şinqton nü­və si­la­hı əl­də et­mə­mə­si üçün İra­na qar­şı ye­ni təd­bir­lər gör­mək niy­yə­tin­də­dir: "Biz ar­tıq İra­na ye­ni sanksi­ya­lar tət­biq et­mi­şik. İra­nın nü­və si­la­hı əl­də et­mə­mə­si üçün bun­dan son­ra da təd­bir­lər gö­rü­lə­cək. Mən in­di­yə­dək "al­tı­lıq" öl­kə­lə­ri ilə İran ara­sın­da­kı ki­mi pis ra­zı­laş­ma gör­mə­mi­şəm".

Qeyd edək ki, İran mə­sə­lə­sin­də ABŞ və İs­ra­i­lin möv­qe­lə­ri üst-üs­tə dü­şür. Bu­nu Do­nald Tramp və Ben­ya­min Ne­tan­ya­hu yük­sək sə­viy­yə­də da­nı­şıq­lar­dan son­ra Ağ Ev­də bir­gə mət­bu­at konfran­sın­da da təs­diq edib­lər. Be­lə ki, mət­bu­at konfran­sı za­ma­nı Tramp və Ne­tan­ya­hu ABŞ-la İs­ra­il ara­sın­da dostluq və müt­tə­fiq­lik mü­na­si­bət­lə­ri­ni qeyd edə­rək, bir­lik me­sa­jı ilə çı­xış edib­lər. Tramp və Ne­tan­ya­hu İra­nın nü­və si­la­hı əl­də et­mə­di­yi­nə əmin ol­maq ki­mi mə­sə­lə­lər­də əmək­daş­lıq haq­da ra­zı­lıq əl­də edib­lər. On­la­rın hər iki­si tək­cə İran­la bağ­lı de­yil, mü­ha­ci­rət və ter­ro­rizm mə­sə­lə­lə­rin­də də sərt möv­qe bö­lü­şür. İra­nın ye­ni ra­ket sı­naq­la­rı isə hər iki döv­lə­tin da­ha sərt möv­qe tut­ma­sı­na sə­bəb olub.

Xa­tır­la­daq ki, İran 2015-ci il­də dün­ya güc­lə­ri ilə nü­və sa­zi­şi im­za­la­dıq­dan son­ra bir ne­çə bal­lis­tik ra­ket sı­na­ğı ke­çi­rib. Am­ma bu­na ABŞ tə­rə­fin­dən heç bir sərt re­ak­si­ya ol­ma­yıb. Yan­va­rın 29-da - Tramp Ağ Evə gə­lən­dən son­ra da İran be­lə sı­naq ke­çi­rib. Am­ma bu də­fə İran sərt re­ak­si­ya ilə üz­lə­şib və baş ve­rən­lər güc nü­ma­yi­şi ki­mi qiy­mət­lən­di­ri­lib. Tramp Teh­ra­nın od­la oy­na­dı­ğı­nı bə­yan edib. Bu­nun­la be­lə, İran bə­yan edib ki, onun ra­ket sı­naq­la­rı Do­nald Tram­pa me­saj ver­mək və ya onu bər­kə-bo­şa sal­maq məq­sə­di­lə ke­çi­ril­mir. İran Xa­ri­ci İş­lər Na­zir­li­yi­nin söz­çü­sü Bəh­ram Qa­si­mi de­yib ki, İra­nın ra­ket sı­naq­la­rı ABŞ hö­ku­mə­ti­nə me­saj de­yil: "Bi­zim cə­nab Tram­pı sı­na­ma­ğı­mı­za heç bir eh­ti­yac yox­dur, çün­ki bu ya­xın­lar­da onun müx­tə­lif mə­sə­lə­lə­rə ba­xı­şı ba­rə­də eşit­mi­şik. Onu yax­şı ta­nı­yı­rıq. ABŞ hö­ku­mə­ti hə­lə­lik sta­bil və­ziy­yət­də de­yil və Tram­pın bə­ya­nat­la­rı zid­diy­yət­li­dir. Biz on­la­rın ya­naş­ma­sı­nı qiy­mət­lən­dir­mək üçün göz­lə­mə­li­yik gö­rək ABŞ hö­ku­mə­ti müx­tə­lif bey­nəl­xalq mə­sə­lə­lər ba­rə­də han­sı ad­dım­la­rı ata­caq". İra­nın möv­qe­yi fo­nun­da Ya­xın Şərqdə­ki ABŞ qüv­və­lə­ri­nin sa­yı­nın ar­tı­rıl­ma­sı da göz­lə­nir. Bu fon­da ABŞ-ın İra­na qa­rış hər­bi al­yans ya­rat­maq is­tə­yi isə və­ziy­yə­tin da­ha gər­gin xa­rak­ter al­dı­ğı­nı gös­tə­rir. Baş ve­rən­lər fo­nun­da İran or­du­su­nun ge­ne­ra­lı Qa­sım Sü­ley­ma­ni tə­ci­li Moskva­ya ge­dib. Sü­ley­ma­ni­nin Moskva­da yük­sək və­zi­fə­li şəxslər­lə gö­rü­şü plan­laş­dı­rı­lır. Ge­ne­ra­lın sə­fə­ri­nin bir ne­çə gün da­vam edə­cə­yi göz­lə­nir. Bu­ra­da əsas mü­za­ki­rə möv­zu­la­rın­dan bi­ri­nin məhz ABŞ-la ar­tan gər­gin­lik ol­ma­sı is­tis­na edil­mir.

İran və İs­ra­il ara­sın­da da gər­gin­lik yük­sə­lən xətt üz­rə in­ki­şaf edir. Bu­nun əsas sə­bəb­lə­rin­dən bi­ri İra­nın Fə­ləs­tin və Su­ri­ya­da fə­a­liy­yə­ti­dir. Bun­dan əla­və, Bəh­reyn də tə­rəf­lər ara­sın­da ye­ni gər­gin­li­yə yol açır. Bu fon­da İs­ra­i­lin 60 nə­fər­lik xü­su­si tə­yi­nat­lı­sı Bəh­rey­nə gə­lib. Mət­bu­at 60 nə­fər­lik qru­pu Bəh­reyn Da­xi­li İş­lər Na­zir­li­yi­nin xü­su­si nü­ma­yən­də­lə­ri­nin qar­şı­la­dı­ğı­nı və on­la­rı na­mə­lum is­ti­qa­mət­də apar­dıq­la­rı­nı bil­di­rib.

İs­ra­il tə­rə­fi də ar­tıq ya­yı­lan mə­lu­mat­la­ra ay­dın­lıq gə­ti­rib. Öl­kə­nin Re­gi­o­nal Əla­qə­lər Na­zir­li­yi Bəh­reynlə İs­ra­il ara­sın­da iq­ti­sa­di əla­qə­lə­rin ol­du­ğu haq­da in­for­ma­si­ya ya­yıb. Na­zir­lik, həm­çi­nin, Təl-Əviv­lə Ma­na­ma ara­sın­da Bəh­reyn po­li­si­nin pro­fes­si­o­nal­lı­ğı­nın ar­tı­rıl­ma­sı ilə də bağ­lı ra­zı­laş­ma ol­du­ğu­nu bil­di­rib.

Qeyd edək ki, İran in­di­yə qə­dər Bəh­rey­ni öz tə­sir zo­na­sı he­sab edir. Teh­ran bun­dan ön­cə də­fə­lər­lə ada döv­lə­tin­də sün­ni az­lı­ğın ha­ki­miy­yət­də ol­ma­sın­dan is­ti­fa­də edə­rək şi­ə­lə­rə dəs­tək ve­rib. İra­nın bu ad­dı­mı, İs­ra­il­lə ya­na­şı, böl­gə­də ərəb öl­kə­lə­ri­nin kəs­kin eti­ra­zı­na sə­bəb olub. Bu fon­da o da mə­lum olub ki, İs­ra­il son gün­lər Ya­xın Şərqdə­ki ərəb öl­kə­lə­ri ilə mü­na­si­bət­lə­rin ge­niş­lən­di­ril­mə­si üçün giz­li da­nı­şıq­la­ra baş­la­yıb. Rəs­mi Teh­ran İs­ra­i­lin bu ad­dı­mı ərəb öl­kə­lə­ri­ni İra­na qar­şı qal­dır­maq üçün at­dı­ğı­nı bə­yan edib.

Ta­hir TA­ĞI­YEV

Son xəbərlər