14/12/2017 02:19
728 x 90

Ta­lış xal­qı­na lə­kə ol­muş şəx­sin "üç yüz min ta­lış ya­la­nı"...

"Gu­ya öl­kə­ni 300 min nə­fər ta­lı­şın tərk et­di­yi ba­rə­də səs­lən­dir­di­yi fi­kir­lər ta­ma­mi­lə ab­surddur"

img

Ra­mil Hü­sey­nov: "Bü­tün de­dik­lə­ri cə­fən­giy­yat­dan baş­qa bir şey de­yil"

 

Er­mə­nis­tan­dan "mü­vəq­qə­ti" sı­ğı­na­caq alan "To­li­şi Sə­do" qə­ze­ti­nin əmək­da­şı Şa­hin Mir­zə­yev ət­ra­fın­da ge­dən mü­za­ki­rə­lər sən­gi­mək bil­mir. Ş.Mir­zə­yev tək­cə kə­nar şəxslər tə­rə­fin­dən de­yil, öz ya­xın­la­rı, yer­li­lə­ri tə­rə­fin­dən də lə­nət­lə­nir.

Onun iş­ğal­çı döv­lə­tə sı­ğın­ma­sı az­mış ki­mi, utan­ma­dan Er­mə­nis­tan mət­bu­a­tı­na hə­qi­qə­tə uy­ğun ol­ma­yan mə­lu­mat­lar ve­rir. O bu­nun­la bağ­lı son açıq­la­ma­sın­da bil­di­rib ki, gu­ya son il­lər təx­mi­nən 300 min ta­lış Azər­bay­can­dan Ru­si­ya­ya, ora­dan isə baş­qa öl­kə­lə­rə qa­çıb. Hal­bu­ki, bu de­yi­lən­lə­rin heç bir əsa­sı yox­dur.

Azər­bay­can­da 3 sə­ma­vi di­nin (is­lam, xris­ti­an­lıq, iu­da­izm)  təm­sil­çi­lə­ri dinc və ya­na­şı ya­şa­yır­lar. Mü­səl­ma­nı məs­ci­də, xris­ti­a­nı kil­sə­yə, yə­hu­di­si si­na­qo­qa ge­də­rək, bir-bi­ri­nin di­ni bay­ram­la­rı­na hör­mət­lə ya­na­şır.

Biz son il­lər Av­ro­pa öl­kə­lə­rin­də sı­ğı­na­caq al­maq üçün çox­la­rı­nın is­ti­fa­də et­di­yi me­tod­la­rı yax­şı bi­li­rik: bir gün mü­xa­li­fə­tin mi­tin­qi­nə qa­tıl­maq, ha­ki­miy­yət əley­hi­nə ra­di­kal şü­ar­lar səs­lən­dir­mək, im­kan var­sa, həbs olu­nub adı­nı "si­ya­si məh­bus" si­ya­hı­sı­na yaz­dır­maq, im­kan yox­dur­sa, mi­tinqdə şə­kil çək­dir­mək və bu­nun­la da "ha­ki­miy­yə­tin tə­qib et­di­yi əzab­keş mü­xa­li­fət­çi" ob­ra­zı­nı ta­mam­la­maq. Ş.Mir­zə­yev də gü­man ki, bu yol­la get­mək is­tə­miş­di - Gür­cüs­ta­na, ora­dan da Av­ro­pa­ya keç­mək üçün "Azər­bay­can­da et­nik və di­ni hü­quq­la­rım po­zu­lur" de­yə bərkdən qış­qır­maq, bey­nəl­xalq təş­ki­lat­la­rın diq­qə­ti­ni cəlb et­mək və mü­ha­ci­rə­tə get­mək. Bu sse­na­ri is­tə­di­yi ki­mi alın­ma­dı­ğın­dan, son ad­dım ki­mi Er­mə­nis­ta­na sı­ğın­maq yo­lu­nu se­çib.

Bü­tün hal­lar­da, gu­ya 300 min nə­fər ta­lı­şın Azər­bay­ca­nı tərk et­di­yi ba­rə­də səs­lən­dir­di­yi fi­kir­lə­rin əsa­sı var­mı?
Sö­zü­ge­dən mə­sə­lə ilə bağ­lı fi­kir­lə­ri­ni "Ba­kı-Xə­bər"lə bö­lü­şən, əs­lən cə­nub böl­gə­sin­dən olan VİP-in sədr mü­a­vi­ni Ra­mil Hü­sey­no­vun söz­lə­ri­nə gö­rə, onun səs­lən­dir­di­yi bü­tün fi­kir­lə­rin heç bir əsa­sı yox­dur: "Onun səs­lən­dir­di­yi fi­kir­lə­rin han­sı­nın əsa­sı var ki, bu­nun da ol­sun? O sa­də­cə döv­lə­tə, mil­lə­tə, xal­qa dö­nük çı­xan bir xə­ya­nət­kar­dır. Elə­si­nin səs­lən­dir­di­yi fi­kir­lə­rə ümu­miy­yət­lə mü­na­si­bət bil­dir­mə­yi məq­sə­də­uy­ğun he­sab et­mi­rəm. Ona gö­rə ki, bu han­sı­sa for­ma­da onun ta­nı­dıl­ma­sı­na xid­mət edir. Onun heç vaxt ta­lış­la­rın adın­dan da­nış­maq haq­qı yox­dur. Gu­ya öl­kə­ni 300 min nə­fər ta­lı­şın tərk et­di­yi ba­rə­də səs­lən­dir­di­yi fi­kir­lər də ta­ma­mi­lə ab­surddur. Heç ötən il­lər ər­zin­də ümu­mən 300 min və­tən­daş öl­kə­ni tərk et­mə­yib. Ta­lış­lar da, öl­kə­nin di­gər və­tən­daş­la­rı ki­mi, möv­sü­mü ola­raq Ru­si­ya­ya iş­lə­mə­yə ge­dir. Bu da elə küt­lə­vi sə­viy­yə­də de­yil. Ta­lış­la­ra qar­şı han­sı­sa diskri­mi­na­si­ya­dan söh­bət ge­də bil­məz. Bü­tün de­dik­lə­ri cə­fən­giy­yat­dan baş­qa bir şey de­yil. Ş.Mir­zə­yev kim­dir ki, ta­lış­la­rın adın­dan da­nı­şır?!".

Vi­da­di OR­DA­HAL­LI

Son xəbərlər