27/03/2017 20:26
728 x 90

Al­ma­ni­ya­lı de­pu­tat qru­pu­nun ATƏT-də Qa­ra­bağ prob­le­mi ilə bağ­lı uğur­suz mü­qa­yi­sə­si...

img

"Al­ma­ni­ya özü­nün əsas və ümid­ve­ri­ci partnyor­la­rın­dan bi­ri ola­raq Azər­bay­ca­nı çox də­yər­lən­di­rir və biz əli­miz­dən gə­lən hər şe­yi edi­rik ki, bu öl­kə­nin ya­ra­lı ye­ri olan Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si öz əda­lət­li həl­li­ni tap­sın".

Bu söz­lə­ri Al­ma­ni­ya nü­ma­yən­də he­yə­ti­nin rəh­bə­ri Do­ris Bar­net ATƏT-in Ber­lin­də Cə­nu­bi Qaf­qaz­da sta­bil­lik və təh­lü­kə­siz­lik möv­zu­sun­da ke­çir­di­yi sim­po­zi­um­da de­yib.

Xa­nım Bar­net bil­di­rib ki, ATƏT-ə sədrli­yi döv­rün­də AFR mü­na­qi­şə tə­rəf­lə­ri­nin bir ara­ya gə­ti­ril­mə­si və da­nı­şıq­la­rın apa­rıl­ma­sı yö­nün­də cid­di səy gös­tə­rib. Onun söz­lə­ri­nə gö­rə, Azər­bay­can və Er­mə­nis­tan vax­ti­lə qa­tı düş­mən ol­muş Al­ma­ni­ya ilə Fran­sa ara­sın­da­kı bu­gün­kü müt­tə­fiq mü­na­si­bət­lə­rin­dən ib­rət gö­tü­rə­rək mü­na­qi­şə­nin sülh yo­lu ilə həl­li­nə cəhd edə bi­lər. Qa­ra­bağ­da ar­tıq qa­nın ax­ma­ma­lı ol­du­ğu­nu de­yən Bun­des­ta­qın de­pu­ta­tı onu da bil­di­rib ki, Er­mə­nis­tan və Azər­bay­can ək­si­nə, heç bir kompro­mi­sə get­mək niy­yə­tin­də de­yil və hər iki öl­kə ge­də­rək or­du­su­nu güc­lən­di­rir. Mü­qa­yi­sə­nin əsas qü­sur­lu tə­rə­fi isə bu­ra­da iş­ğa­la mə­ruz qa­lan Azər­bay­can­la iş­ğal­çı Er­mə­nis­ta­nın "tə­rə­zi­nin ey­ni gö­zü­nə" qo­yul­ma­sı­dır.

Ümu­miy­yət­lə, Bar­net­dən baş­qa da bir sı­ra si­ya­sət­çi­lər Er­mə­nis­tan-Azər­bay­can mü­na­qi­şə­si­nin həl­lin­dən da­nı­şar­kən məhz Al­ma­ni­ya ilə Fran­sa ara­sın­da­kı ör­nə­yə diq­qət çə­kir. La­kin bu hal­da unu­dur­lar ki, al­man-fran­sız mü­na­si­bət­lə­ri­nin yo­lu­na qo­yul­ma­sı yal­nız na­sist Al­ma­ni­ya­sı­nın tam çö­kü­şün­dən son­ra müm­kün ol­du. Be­lə ki, Üçün­cü Rey­xin sü­qu­tun­dan son­ra Al­ma­ni­ya iş­ğal et­di­yi El­zas və Lo­ta­rin­gi­ya­nı Fran­sa­ya qay­tar­dı və yal­nız bun­dan son­ra iki öl­kə ara­sın­da dostluq bağ­la­rı­nın qu­rul­ma­sın­dan da­nış­maq müm­kün ol­du. Bu­na qə­dər isə Al­ma­ni­ya Fran­sa üçü­ün iş­ğal­çı və aq­res­sor döv­lət ola­raq qal­maq­da idi. O üz­dən yax­şı olar ki, Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si­nin həl­lin­də ma­raq­lı olan, bu həl­lə öz töh­fə­si­ni ver­mək is­tə­yən döv­lət­lər və ya təş­ki­lat­lar Al­ma­ni­ya-Fran­sa ya­xın­laş­ma­sı ki­mi mə­sə­lə­lə­ri mi­sal gös­tə­rər­kən bu mo­de­lin hər­tə­rəf­li tət­bi­qi­nə də ça­ğı­rış et­sin.

Elə Azər­bay­ca­nın da tə­lə­bi iş­ğal edil­miş tor­paq­la­rı­nın qay­ta­rıl­ma­sı de­yil­mi?

Sa­mi­rə

Son xəbərlər