26/06/2017 00:58
728 x 90

Ol­land son er­mə­ni­pə­rəst jes­ti ilə 2015-də­ki sta­tus-kvo qə­tiy­yə­ti­ni ye­rə vur­du...

Qa­bil Hü­seynli: "Ol­lan­dın dav­ra­nış­la­rı məhz bu məkrli si­ya­sə­tin üzə­rin­də qu­ru­lub"

img

Fran­sa pre­zi­den­ti Fran­sua Ol­lan­dın er­mə­ni həm­ka­rı Serj Sar­kis­ya­nı Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si­nin mü­za­ki­rə edil­mə­si üçün mar­tın 8-də Pa­ri­sə də­vət et­mə­si və Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si­nin həl­lin­də xalqla­rın öz mü­qəd­də­ra­tı­nı tə­yi­net­mə prin­si­pi­nin əsas gö­tü­rül­mə­si ba­rə­də səs­lən­dir­di­yi fi­kir­lər öl­kə­miz­də haq­lı na­ra­zı­lı­ğa sə­bəb olub.

Ol­lan­dın bir si­ya­sət­çi ola­raq Dağ­lıq Qa­ra­bağ­la bağ­lı fi­kir­lə­rin­də cid­di tə­zad­la­ra rast gə­li­nir. Bun­dan əv­vəl isə o, həm­sədr öl­kə­nin rəh­bə­ri ki­mi, prob­le­min həl­li­nə yar­dım gös­tər­mək yö­nün­də açıq­la­ma­la­rı ilə yad­da qa­lır, sta­tus-kvo-nun də­yiş­mə­si­nin va­cib­li­yi­ni da­im vur­ğu­la­yır­dı. Xü­su­si­lə 2015-ci il­də pre­zi­dentlə­rin Pa­ris gö­rü­şün­dən son­ra­kı bə­ya­na­tı bu cə­hət­dən hə­lə yad­daş­lar­da­dır. Ol­lan­dın bu qey­ri-ta­raz­lı­ğı nə ilə izah olu­na bi­lər?

Po­li­to­loq Qa­bil Hü­seynli­nin söz­lə­ri­nə gö­rə, Fran­sua Ol­land ha­ki­miy­yət­dən get­mək ərə­fə­sin­də bu cür bə­ya­nat­lar səs­lən­dir­mək­lə er­mə­ni lob­bi­si ilə mü­na­si­bət­lə­ri­ni  yax­şı­laş­dır­ma­ğa ça­lı­şır: "İn­di­yə­dək ATƏT-in Minsk Qru­pu­nun həm­sədr öl­kə­lə­rin­dən bi­ri olan Fran­sa Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si­nin konstruk­tiv və əda­lət­li həl­li is­ti­qa­mə­tin­də bir də­fə də müs­bət ad­dım at­ma­yıb, hər za­man Er­mə­nis­ta­nın tə­rə­fi­ni tu­tub. İn­di isə Fran­sua Ol­land sö­zü­ge­dən çı­xış­la­rı ilə lap ağı­nı çı­xar­dıb. Əv­və­la "Mad­rid prin­sip­lə­ri" Azər­bay­can tə­rə­fin­dən qə­bul edil­mir. Azər­bay­can tə­rə­fi­nin "Mad­rid prin­sip­lə­ri" sə­nə­di­nə 14 dü­zə­li­şi möv­cud­dur və onu da "ye­ni­lən­miş Mad­rid prin­sip­lə­ri" ad­lan­dı­rır­lar. Azər­bay­can döv­lə­ti "ye­ni­lən­miş Mad­rid prin­sip­lə­ri" əsa­sın­da Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si­nin həl­li­nə ça­lı­şıl­ma­sı­nı tək­lif edir.

Di­gər tə­rəf­dən isə, "Mad­rid prin­sip­lə­ri" sə­nə­din­də se­pa­rat­çı əha­li nə "Dağ­lıq Qa­ra­bağ Res­pub­li­ka­sı", nə də "Artsax xal­qı" ad­lan­mır. Çün­ki Dağ­lıq Qa­ra­bağ­da er­mə­ni­lər­dən da­ha çox azər­bay­can­lı­lar ya­şa­yıb. Bü­tün bun­la­rı nə­zər­dən ke­çi­rə­rək, Fran­sua Ol­lan­dın gu­ya Dağ­lıq Qa­ra­bağ­da ya­şa­yan er­mə­ni əha­li­si­nin öz mü­qəd­də­ra­tı­nı həll et­di­yi ilə bağ­lı fi­kir­lə­ri ri­ya­kar­lı­ğın və iki­üz­lü­lü­yün sim­vo­lu­dur.

Fran­sa o döv­lət­dir ki, dün­ya­da ikin­ci də­fə qon­dar­ma "er­mə­ni soy­qı­rı­mı"nı ta­nı­yıb, bu "soy­qı­rı­mı" eti­raf et­mə­yən şəxslə­rə qar­şı cə­za nə­zər­də tu­tu­lan qa­nun la­yi­hə­si­ni Se­na­ta təq­dim edib və s. Yə­ni Fran­sa açıq şə­kil­də er­mə­ni­lə­ri özü­nün ba­cı­sı ad­lan­dı­rır. Çox tə­əs­süf ki, Fran­sa pre­zi­den­ti 10 mil­yo­na ya­xın və­tən­da­şı­mı­zın hü­qu­qu­nu nə­zə­rə al­ma­dan, Azər­bay­ca­nın 20 fa­iz­dən çox tor­pa­ğı­nı iş­ğal edən, bir mil­yon­dan çox in­sa­nı­mı­zı qaç­qın və məc­bu­ri köç­kün və­ziy­yə­ti­nə sa­lan er­mə­ni­lə­rə "öz mü­qəd­də­ra­tı­nı həll et­mə­yi" tək­lif edir. Hal­bu­ki, hə­min er­mə­ni­lər Fran­sa ki­mi, Azər­bay­can əra­zi­lə­ri­nə də ötən əsrlər­də kö­çüb gə­lib­lər. On­suz da er­mə­ni­lər bir də­fə Azər­bay­can tor­paq­la­rın­da öz mü­qəd­də­ra­tı­nı tə­yin edib. Dün­ya­da çox az sa­yı olan ki­çik bir xal­qa ikin­ci er­mə­ni döv­lə­ti­nin ya­ra­dıl­ma­sı­na kim im­kan ve­rər? Vax­ti­lə Er­mə­nis­tan da Azər­bay­ca­nın ta­ri­xi tor­paq­la­rın­da ya­ra­dı­lıb. Ol­lan­dın da dav­ra­nış­la­rı məhz bu məkrli si­ya­sə­tin üzə­rin­də qu­ru­lub".

Mə­həm­mə­də­li QƏ­RİB­Lİ

Son xəbərlər