28/04/2017 21:55
728 x 90

Azər­bay­ca­nın məş­hur qaz la­yi­hə­si ilə bağ­lı İta­li­ya­da iki partla­yış - tə­sa­düf, ya...

Ar­zu Na­ğı­yev: "Bu­nun han­sı­sa ma­raq­lı döv­lət tə­rə­fin­dən edil­mə­si və ya ter­ror, ya da təx­ri­bat ol­ma­sı ver­si­ya­sı da yox­la­na bi­lər"

img

"Bu təx­ri­ba­tın tö­rə­dil­mə­sin­də bir­ba­şa və ya do­la­yı yol­la "5 Ul­duz" si­ya­si hə­rə­ka­tın­dan da is­ti­fa­də edil­mə­si is­tis­na de­yil"

 

Azər­bay­can qa­zı­nın Av­ro­pa­ya nəq­li üçün in­şa edil­mək­də olan Tran­sad­ri­a­tik Qaz Kə­mə­ri (TAP) la­yi­hə­si­nin ofi­si­nə hü­cum olub. TAP-ın Me­lan­dun­yo şə­hə­rin­də yer­lə­şən ofi­si­nə iki "Mo­lo­tov kok­tey­li" atı­lıb. On­lar­dan bi­ri partla­yıb və ofi­sin fa­sa­dı­na zi­yan vu­rub, di­gə­ri isə partla­ma­yıb.

Şir­kət baş ver­miş ha­di­sə­ni "van­da­lizm" ad­lan­dı­rıb və Me­lan­dun­yo po­li­si­nə mə­lu­mat ve­rib. Ha­be­lə hü­cum­la bağ­lı TAP şir­kə­ti adın­dan rəs­mi şi­ka­yət edi­lib. Şir­kə­tin İta­li­ya üz­rə me­ne­ce­ri Mi­şel Eli­ya bil­di­rib ki, bu hü­cum iş­çi­lə­ri şo­ka sa­lıb. "Biz bu­ra­da, Sa­len­to böl­gə­sin­də hər gün İta­li­ya üçün stra­te­ji əhə­miy­yət da­şı­yan bo­ru kə­mə­ri­nin ti­kin­ti­si ilə məş­ğul ol­du­ğu­muz bir vaxtda bu cür hü­cum­la üz­lə­şi­rik" -me­ne­cer de­yib.

Xa­tır­la­daq ki, İta­li­ya­da ət­raf mü­hit mü­da­fi­ə­çi­lə­ri və Ru­si­ya­ya bağ­lı "5 Ul­duz" si­ya­si hə­rə­ka­tı TAP kə­mə­ri­nə qar­şı ne­çə vaxtdır iş apa­rır. Ət­raf mü­hit mü­da­fi­ə­çi­lə­ri kə­mə­rin İta­li­ya­nın cə­nu­bun­da­kı Sa­len­to böl­gə­si­nin zey­tun bağ­la­rı­na zi­yan vur­du­ğu­nu id­dia edir. Par­la­mentdə 25 fa­iz yer­lə təm­sil olu­nan "5 Ul­duz" hə­rə­ka­tı də­fə­lər­lə TAP-a qar­şı nü­ma­yiş­lər təş­kil edib, böl­gə hö­ku­mə­ti kə­mə­rin ti­kin­ti­si­nin qar­şı­sı­nı al­ma­ğa ça­lı­şıb.

Bu, TAP-a qar­şı bi­rin­ci təx­ri­bat de­yil. 2015-ci ilin mar­tın­da Me­len­dun­yo şə­hə­ri ya­xın­lı­ğın­da TAP kon­sor­si­u­mu­nun pod­rat­çı şir­kət­lə­rin­dən bi­ri­nə məx­sus iki tex­ni­ka sı­ra­dan çı­xa­rı­lıb.

TAP-a yö­nə­lik bu ad­dım­la­rı ne­cə də­yər­lən­dir­mək olar?

Ekspert Ar­zu Na­ğı­yev qə­ze­ti­mi­zə bil­dir­di ki, bu hə­min ofis­də tö­rə­di­lən bi­rin­ci ha­di­sə de­yil: "Sa­də­cə ola­raq ar­tıq la­yi­hə­nin re­al­laş­ma­sı gün­dəm­də ol­du­ğu bir vaxtda bu ha­di­sə­nin tö­rə­dil­mə­si mü­əy­yən mət­ləb­lər­dən xə­bər ve­rir. İlk ön­cə onu qeyd et­mək la­zım­dır ki, bu ofis Azər­bay­can qa­zı­nın Av­ro­pa­ya nəq­li üçün in­şa edil­mək­də olan Tran­sad­ri­a­tik Qaz Kə­mə­ri (TAP) la­yi­hə­si­nin ofi­si­dir və İta­li­ya­nın Me­lan­dun­yo şə­hə­rin­də yer­lə­şir. Mə­lum­dur ki, hər şey­dən əv­vəl bu la­yi­hə İta­li­ya üçün stra­te­ji əhə­miy­yət da­şı­yır və ümu­mi Av­ro­pa­nın ener­ji təh­lü­kə­siz­li­yi­nə olan təh­di­din qar­şı­sı­nı ala­caq. Öz­lə­ri­ni ət­raf mü­hi­tin mü­da­fi­ə­çi­lə­ri ki­mi təq­dim edən "5 Ul­duz" si­ya­si hə­rə­ka­tı bir ne­çə müd­dət­dir kə­mə­rin ti­kin­ti­si­nə qar­şı be­lə bir ak­si­ya ke­çi­rir və məq­sə­di də gü­ya  Sa­len­to böl­gə­si­nin zey­tun bağ­la­rı­na zi­yan vu­rul­ma id­di­a­sı­dır. Yə­ni bu, böl­gə sə­viy­yə­sin­də olan ak­si­ya­lar olub. Tə­bii ki, araş­dır­ma­lar ge­dir. Bu­nun han­sı­sa ma­raq­lı döv­lət tə­rə­fin­dən edil­mə­si və ya ter­ror, ya da təx­ri­bat ol­ma­sı ver­si­ya­sı da yox­la­na bi­lər. Ey­ni za­man­da, bu təx­ri­ba­tın tö­rə­dil­mə­sin­də bir­ba­şa və ya do­la­yı yol­la "5 Ul­duz" si­ya­si hə­rə­ka­tın­dan da is­ti­fa­də edil­mə­si is­tis­na de­yil".

Mə­həm­mə­də­li QƏ­RİB­Lİ

Son xəbərlər