20/02/2017 22:37
728 x 90

Sar­kis­ya­nın si­fə­ti­nə iki şil­lə: bi­ri­ni Əli­yev, di­gə­ri­ni Lu­ka­şen­ko...

img

Konkret ci­na­yət əməl­lə­ri tö­rə­dən və bu­na gö­rə ba­rə­sin­də is­tin­taq apa­rı­lan blo­ger Alek­sandr Lap­şi­nin Be­la­rus­dan Azər­bay­ca­na ekstra­di­si­ya­sı Er­mə­nis­tan­da ge­niş re­zo­nans do­ğu­rub. Bu­ra­da he­sab edi­lir ki, Azər­bay­can da­ha bir dip­lo­ma­tik qə­lə­bə­yə im­za ata­raq, növ­bə­ti də­fə Er­mə­nis­ta­nı mat və­ziy­yə­tin­də qoy­du.

Ey­ni za­man­da bu pro­ses gös­tər­di ki, Be­la­rus, Av­ra­si­ya İq­ti­sa­di İt­ti­fa­qı və Kol­lek­tiv Təh­lü­kə­siz­lik Mü­qa­vi­lə­si Təş­ki­la­tın­da ol­ma­sı­na bax­ma­ya­raq, Er­mə­nis­tan­la mü­qa­yi­sə­də Azər­bay­can­la əmək­daş­lı­ğa da­ha çox önəm ve­rir. Bu, həm də on­dan irə­li gə­lir ki, Er­mə­nis­tan­dan fərqli ola­raq, Azər­bay­can hər za­man Be­la­ru­sun çə­tin gün­lə­rin­də bu öl­kə­nin ya­nın­da olub. Elə in­di­nin özün­də də Ru­si­ya ilə mü­na­si­bət­lə­rin­də gər­gin­lik ya­şa­yan Be­la­rus Azər­bay­ca­nın kö­mə­yi­nə ümid et­di­yi­ni giz­lət­mir. Mə­sə­lən, Be­la­rus pre­zi­den­ti Alek­sandr Lu­ka­şen­ko, Ru­si­ya neft qiy­mət­lə­ri­ni qal­dı­ra­ca­ğı hal­da, Azər­bay­can­dan da­ha sər­fə­li qiy­mət­lər­lə neft alı­şı­nı hə­ya­ta ke­çi­rə­cək­lə­ri­ni de­yir.

Di­gər tə­rəf­dən Azər­bay­can­la baş­qa sa­hə­lər­də də iq­ti­sa­di mü­na­si­bət­lər Be­la­rus üçün bö­yük önəm kəsb edir. Am­ma Er­mə­nis­tan­la Be­la­rus han­sı­sa uğur­lu iq­ti­sa­di əmək­daş­lıq hə­ya­ta ke­çir­mə­yin müm­kün­süz ol­du­ğu­nu giz­lət­mir. Bax­ma­ya­raq ki, tə­rəf­lər Av­ra­si­ya İq­ti­sa­di İt­ti­fa­qın­da təm­sil olu­nur. Bü­tün bun­lar tə­bii ola­raq Be­la­rus üçün Azər­bay­ca­nın əhə­miy­yə­ti­ni da­ha da ar­tı­rır. Bun­dan əla­və, Alek­sandr Lap­şi­nin mə­sə­lə­sin­də Be­la­rus həm də bey­nəl­xalq hü­qu­qu, Azər­bay­ca­nın haq­lı tə­ləb­lə­ri­ni nə­zə­rə alır. Çün­ki rəs­mi Minsk Alek­sandr Lap­şi­nin konkret ci­na­yət tö­rətdyi­ni, se­pa­rat­çı çağ­rış­lar et­di­yi­ni yax­şı bi­lir. Bu­nun­la bağ­lı ola­raq, Alek­sandr Lap­şi­nin Azər­bay­ca­na ekstra­di­si­ya­sı hə­ya­ta ke­çi­ri­lib. İn­di bun­dan da­ha çox mə­yus olan Er­mə­nis­tan­dır, am­ma bu öl­kə Lap­şin­lə bağ­lı han­sı­sa ad­dım at­maq iq­ti­da­rın­da de­yil. Sa­də­cə, Ru­si­ya və İs­ra­il mü­əy­yən ge­diş­lər edir. Be­lə ki, Ru­si­ya­nın Ba­kı­da­kı sə­fir­li­yi Azər­bay­ca­nın Xa­ri­ci İş­lər Na­zir­li­yi­nə mü­ra­ci­ət edə­rək Lap­şin­lə gö­rüş­mək is­tə­di­yi­ni bil­di­rib. Ru­si­ya pre­zi­den­ti­nin söz­çü­sü Dmit­ri Pes­kov isə Moskva­nın Lap­şi­nin ma­raq­la­rı­nı qa­nun çər­çi­və­sin­də mü­da­fiə et­mə­yə da­vam et­di­yi­ni bil­di­rib. Öz növ­bə­sin­də İs­ra­il sə­fir­li­yi də Lap­şi­nin işi ilə bağ­lı pro­ses­lə­ri iz­lə­di­yi­ni bil­di­rib. Am­ma mə­sə­lə bu­ra­sın­da­dır ki, İs­ra­il və Ru­si­ya da Lap­şi­nin ci­na­yət tö­rət­di­yi­ni yax­şı bi­lir və on­la­rın bu səp­ki­də han­sı­sa hü­qu­qi ad­dım at­ma­sı müm­kün­süz­dür. Di­gər tə­rəf­dən Lap­şi­nin bu öl­kə­lə­rə mü­na­si­bət­də möv­qe­yi də yax­şı ol­ma­yıb. Bu­nu "Sput­nik Be­la­rus" ra­di­o­su­na mü­sa­hi­bə­sin­də is­ra­il­li si­ya­si şərhçi Alek­sandr Qu­rar­ye də təs­diq edir:

"Mən bü­tün gü­nü­nü in­ter­net­də ke­çi­rən bi­ri ki­mi de­yi­rəm ki, Lap­şin rus­dil­li mü­hit­də, ola bil­sin po­pul­yar idi, an­caq son ha­di­sə­yə qə­dər mən onu ta­nı­mır­dım, haq­qın­da eşit­mə­miş­dim. Onun məq­sə­di məş­hur­laş­maq olub və bu­na da na­il ol­du". Alek­sandr Qu­rar­ye bil­di­rib ki, Lap­şi­nin blo­qu­nu araş­dı­rıb və onun İs­ra­i­lə, elə­cə də Ru­si­ya­ya ki­fa­yət qə­dər çir­kab at­dı­ğı­nın şa­hi­di olub. "Özü də məq­səd­yön­lü şə­kil­də çir­kab atıb, öl­kə haq­da, ora­da ya­şa­yan in­san­lar haq­da heç də yax­şı fi­kir­lər iş­lət­mə­yib. Ni­yə? Bu sirr ola­raq qa­lır. Bu adam məş­hur­laş­maq üçün pe­şə­kar­ca­sı­na təx­ri­bat­la məş­ğul olub".

Er­mə­nis­tan­da isə he­sab edi­lir ki, Lap­şi­nin Azər­bay­ca­na ekstra­di­si­ya­sı İrə­va­nın bey­nəl­xalq miq­yas­da sa­yıl­ma­yan döv­lət ol­du­ğu­nu bir da­ha gös­tər­di. Həm­çi­nin baş ve­rən­lər fo­nun­da Er­mə­nis­tan­da Be­la­ru­sa qar­şı həd­yan­la­rın da sa­yı ar­tır. Keç­miş baş na­zir Qrant Baq­rat­yan Lap­şi­nin Azər­bay­ca­na ekstra­di­si­ya­sı­na ca­vab ola­raq Be­la­ru­su KTMT-dən və Av­ra­si­ya İq­ti­sa­di İt­ti­fa­qın­dan xa­ric et­mə­yə ça­ğı­rıb: "Mən alov­lu çı­xış­lar et­mə­yi xoş­la­mı­ram. Me­xa­nizmlər var: mü­ra­ci­ət edin, Be­la­rus KTMT-dən, Av­ra­si­ya İq­ti­sa­di İt­ti­fa­qın­dan çı­xa­rıl­sın". "İrs" frak­si­ya­sın­dan de­pu­tat Te­van Po­qos­yan isə de­yib ki, par­la­ment bu mə­sə­lə ilə bağ­lı növ­bə­dən­kə­nar din­lə­mə­lər ke­çi­rib xa­ri­ci iş­lər, mü­da­fiə na­zir­lə­ri­ni, di­gər mü­va­fiq struk­tur­la­rın rəh­bər­lə­ri­ni mü­za­ki­rə­lə­rə də­vət et­mə­li­dir. "Və­tən­daş mü­qa­vi­lə­si" par­ti­ya­sı­nın li­de­ri Ni­kol Pa­şin­yan baş ver­miş ha­di­sə­ni be­lə şərh edir: "Üzə­rin­də "Azər­bay­can" ya­zıl­mış təy­ya­rə­dən Lap­şi­ni mas­ka­lı və si­lah­lı xü­su­si tə­yi­nat­lı­lar çı­xa­rır. Bu, Er­mə­nis­tan Res­pub­li­ka­sı­nın xa­ri­ci iş­lər na­zi­ri Ed­vard Nal­bandya­na me­saj, onun üzü­nə şil­lə de­mək­dir. Bu, şəx­sən Serj Sar­kis­ya­nın üzü­nə şil­lə­dir. Bu şil­lə­lə­rin bi­ri­ni Əli­yev, o bi­ri­ni Lu­ka­şen­ko vu­rub. Biz de­yi­rik: Be­la­rus Res­pub­li­ka­sı­nın sə­fi­ri Er­mə­nis­tan Res­pub­li­ka­sı­nın əra­zi­si­ni tərk et­mə­li­dir. Er­mə­nis­tan Res­pub­li­ka­sı­nın Minskdə­ki sə­fi­ri İrə­va­na qa­yıt­ma­lı­dır".

Er­mə­ni po­li­to­loq Ste­pan Sa­far­yan bil­di­rib ki, Er­mə­nis­tan Be­la­rus­da­kı sə­fi­ri­ni tə­ci­li şə­kil­də ge­ri qay­tar­ma­lı­dır. O, həm­çi­nin, par­la­ment rəh­bər­li­yi­ni Er­mə­nis­ta­nın AŞ­PA-da­kı nü­ma­yən­də he­yə­ti­nin üzvlə­ri­nə töh­mət ver­mə­yə ça­ğı­rıb. Sa­far­yan he­sab edir ki, AŞ­PA-da­kı er­mə­ni nü­ma­yən­də he­yə­ti Azər­bay­can və Be­la­ru­sun Lap­şin­lə bağ­lı ad­dı­mı­na ma­ne ola bi­lər­di.

"İrs" par­ti­ya­sı­nın mət­bu­at ka­ti­bi Da­vid Sa­na­sar­yan he­sab edir ki, Lap­şin ola­yın­dan son­ra heç kəs Dağ­lıq Qa­ra­ba­ğa baş çək­mə­yə­cək. O da Er­mə­nis­ta­nın Be­la­rus­da­kı sə­fi­ri­ni tə­ci­li şə­kil­də ge­ri qay­tar­ma­ğı zə­ru­ri sa­yıb. Er­mə­nis­ta­nın Be­la­rus­da­kı sə­fi­ri Ar­men Xa­çatryan isə, Minskin Lap­şin­lə bağ­lı tut­du­ğu möv­qe­yə bax­ma­ya­raq, sə­fi­rin bu öl­kə­dən de­marş ola­raq ge­ri ça­ğı­rıl­ma­sı­nı, həm­çi­nin bu ki­mi ad­dım­la­rı düz­gün he­sab et­mir: "Biz dip­lo­ma­tik mü­na­si­bət­lə­ri sax­la­ma­lı­yıq, çün­ki bir sı­ra bey­nəl­xalq təş­ki­lat­lar­da bir­gə hə­rə­kət edi­rik, biz bu və­ziy­yət­dən da­ha yax­şı çı­xış yo­lu tap­ma­ğa ça­lış­ma­lı­yıq".

Ta­hir TA­ĞI­YEV

Son xəbərlər