17/12/2017 14:00
728 x 90

Həm­sədrlər­dən pre­zi­dentlə­rin mə­su­liy­yət­lə­ri­ni əsas­sız bə­ra­bər­ləş­di­rən da­ha bir yan­lış bə­ya­nat...

Qa­bil Hü­seynli: "On­lar bil­mə­miş de­yil ki, gö­rüş­lər­dən, konstruk­tiv möv­qe­dən im­ti­na edən məhz Er­mə­nis­tan və onun rəh­bər­li­yi­dir"

img

"Azər­bay­ca­nı bu möv­zu­da Er­mə­nis­tan­la ey­ni­ləş­dir­mək ən bö­yük əda­lət­siz­lik­dir"

 

ATƏT-in Minsk Qru­pu­nun həm­sədrlə­ri növ­bə­ti mə­su­liy­yət­siz bə­ya­nat ve­rib­lər. On­la­rın son bə­ya­na­tın­da de­yi­lir: "Biz tə­rəf­lə­ri qar­şı­lıq­lı it­ti­ham­la­ra son qoy­ma­ğa və yer­lər­də və­ziy­yə­tin sa­bit­ləş­di­ril­mə­si üçün bü­tün zə­ru­ri təd­bir­lə­ri gör­mə­yə ça­ğı­rı­rıq".

Həm­sədrlər Er­mə­nis­tan və Azər­bay­ca­nı Vya­na və Sankt-Pe­ter­burq gö­rüş­lə­rin­də əl­də edil­miş ra­zı­laş­ma­la­ra cid­di ri­a­yət et­mə­yə ça­ğı­rıb. Həm­çi­nin, 2010-cu il­də Həş­tər­xan gö­rü­şün­də əl­də olu­nan ra­zı­laş­ma­ya uy­ğun ola­raq, hə­lak olan hərbçi nə­şi­nin və­tə­ni­nə qay­ta­rıl­ma­sı üçün ça­ğı­rış edib.

Bu­nun ar­dın­ca Minsk Qru­pu­nun ABŞ-dan olan həm­səd­ri Ri­çard Hoq­land de­yib ki, ABŞ hö­ku­mə­ti həm­sədrlə­rin va­si­tə­çi­li­yi ilə mü­na­qi­şə­nin sülh yo­lu ilə həl­li­nə sa­diq­dir.

Dip­lo­mat qeyd edib ki, həm­sədrlər tə­rəf­lər­lə uzun­müd­dət­li həl­lə gə­ti­rib çı­xa­ra bi­lə­cək is­tə­ni­lən yol­la iş­lə­mə­yə ha­zır­dır: "Biz əsas mə­sə­lə­lə­ri, o cüm­lə­dən atəş­kəs re­ji­mi­nə hör­mət, Vya­na və Sankt-Pe­ter­burq gö­rüş­lə­rin­də əl­də olun­muş ra­zı­lıq­la­rı tam hə­ya­ta ke­çir­mək is­ti­qa­mə­tin­də ad­dım­lar atıl­ma­sı­nı mü­za­ki­rə et­mək üçün pre­zi­dentlə­ri və xa­ri­ci iş­lər na­zir­lə­ri­ni ilk für­sət­də gö­rü­şə hə­vəs­lən­dir­mə­yə da­vam edi­rik".

Gö­rün­dü­yü ki­mi, bu bə­ya­nat­la­rı ilə də tə­rəf­lə­rin üzə­ri­nə bə­ra­bər mə­su­liy­yət qo­yur­lar və hər iki tə­rə­fi konstruk­tiv möv­qe nü­ma­yiş et­dir­mə­yə ça­ğı­rır­lar. Hət­ta ABŞ-dan olan həm­sədr bu ifa­də­ni hə­vəs­lən­dir­mək ki­mi təq­dim edir.

Çox ma­raq­lı­dır ki, həm­sədrlər da­nı­şıq­lar pro­se­sin­də məhz Er­mə­nis­ta­nın qey­ri-konstruk­tiv möv­qe nü­ma­yiş et­dir­di­yi­ni bi­lə-bi­lə, konkret ola­raq on­la­rın adı­nı çək­mir­lər. Mə­su­liy­yə­tin bə­ra­bər pay­la­şıl­ma­sı­nı özün­də əks et­di­rən bu məz­mun­lu eh­ti­yat­lı bə­ya­nat­lar nə­yə he­sab­la­nır?

Po­li­to­loq Qa­bil Hü­seynli bil­dir­di ki, biz həm­sədrlər tə­rə­fin­dən ox­şar məz­mun­lu bə­ya­nat­la­rın ve­ril­di­yi­nin çox şa­hi­di ol­mu­şuq: "Əs­lin­də, heç qə­ri­bə də gö­rün­mür. Çün­ki hə­min mis­si­ya­da təm­sil olu­nan­la­rın işi elə or­ta möv­qe­li bə­ya­nat­lar ver­mək­dən iba­rət olub. İn­di­yə ki­mi siz ATƏT-in Minsk Qru­pu­nun han­sı uğur­lu ad­dı­mı­nı qeyd edə bi­lər­si­niz? İs­tər əs­gər me­yi­ti­nin qay­ta­rıl­ma­sı ba­rə­də, is­tər­sə də ABŞ-lı həm­səd­rin ver­di­yi ay­rı­ca bə­ya­nat heç bir konkret mə­na­nı ifa­də et­mir. Tə­rəf­lə­ri gö­rü­şə hə­vəs­lən­dir­mək dip­lo­ma­tik ifa­də sa­yı­la bil­məz. On­lar bil­mə­miş de­yil ki, gö­rüş­lər­dən, konstruk­tiv möv­qe­dən im­ti­na edən məhz Er­mə­nis­tan və onun rəh­bər­li­yi­dir. Yax­şı olar ki, həm­sədrlər məhz konkret ad çək­sin­lər. Azər­bay­ca­nı bu möv­zu­da Er­mə­nis­tan­la ey­ni­ləş­dir­mək ən bö­yük əda­lət­siz­lik­dir".

Mə­həm­mə­də­li QƏ­RİB­Lİ

Son xəbərlər