20/02/2017 22:34
728 x 90

Gürcüstanla "Qazprom" razılaşdı

img

Gürcüstanla Rusiyanın “Qazprom” şirkəti Ermənistana verilən qaza görə Tiflisə pul şəklində kompensasiya verilməsi barədə razılığa gəliblər. Bu barədə RİA Novosti Gürcüstanın Energetika Nazirliyinə istinadla xəbər verir.

Məlumata görə, yanvarın 10-da Minskdə “Qazprom eksport” un baş direktoru Yelena Burmistrovoy və Gürcüstanın energetika naziri Kaxa Kaladze arasında növbədi görüş keçirilib.

Tərəflər bu dəfə Ermənistanın Gürcüstan vasitəsi ilə qazla təhcizi, həmçinin Gürcüstanın özünə qaz verilməsi barədə razılıq əldə ediblər.

“Qazprom eksport” Gürcüstan tərəfinə optimal və qarşılıqlı-faydalı təkliflər paketi təklif etdiyini bildirir. Kaladzenin sözlərinə görə, razılaşma 2 illikdir və fəsilə görə qıtlıq yaransa, Gürcüstan ucuz qiymətə - kub metri 215 dollara yox, 185 dollara əlavə qaz ala biləcək . Bundan əvvəlki razılaşmalar birillik idi.

Kaladzenin sözlərinə görə, birinci il ödənişin qazla edilməsi qismən qalacaq, sonra isə pul şəkilində ediləcək.

Qeyd edək ki, Gürcüstan qazı əsasən Azərbaycandan alır, Ermənistana verilən qazın tranzitinə görə Rusiyadan ödəniş əvəzinə 10 faiz qaz alır.

Tərəflər danışıqların əvvəlki mərhələlərində razılığa gələ bilmirdilər.

Son xəbərlər